Fransız televiziyasında Qarabağdan ilk obyektiv reportaj

Ətraflı

Ermənilər Xankəndidən qaçıb

Ətraflı

Azərbaycanda istehsal edilən PUA-lara “İti qovan” adı verildi – FOTO

Ətraflı

Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər

Ətraflı

İşğaldan azad olunan “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldıldı

Rəşadətli Azərbaycan ordusunun Cəbrayıl rayonunun əraziləri düşmən işğalından azad etməsi ölkəmizin İranla dövlət sərhədinin işğal altında qalan hissəsinin də bərpa edilməsi ilə müşaiyət olunur. Virtualaz.org Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu gün Cəbrayıl rayonunun işğaldan azad edilmiş hissəsində, İranla sərhəddə yerləşən “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində 27 ildən sonra ilk dəfə yenidən Azərbaycan bayrağı qaldırılıb. Bu münasibətlə xüsusi mərasim təşkil edilib.

 

Xatırladaq ki, Zəngilan və Cəbrayıl rayonlarının düşmən işğal edilməsi nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal altına düşmüşdü. On illərdir sərhədin nəzarətsiz qalan bu hissəsindən işğal altındakı ərazilərə narkotiklərin daşınması beynəlxalq hesabatlarda da öz əksini tapmışdı. İndi ordumuzun Arazboyu əraziləri işğaldan azad etmək üçün uğurlu hücum əməliyyatları aparması Azərbaycan sərhədçiləri tərəfindən də böyük sevinc və qürurla qarşılanır.

 

 

DSX bildirir ki, oktyabrın 16-da Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin tapşırığı ilə “Çaxırlı” və “Mahmudlu” zastavaları üzərində Azərbaycan bayrağı ucaldılı. Və  bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.

Mərasimdə İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.  

 

 

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanmış, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması vurğulanıb.

 

 

1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

“Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastavalarında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq tədbirləri davam etdirilir”,-məlumatda deyilir.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.10.2020, 15:56

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz – SİYAHI

• 23.10.2020, 15:54

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Məmər kənd məscidi

• 23.10.2020, 15:48

Laçını işğalda saxlamağı Tonoyan özü üzərinə götürdü

• 23.10.2020, 15:45

“Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”

• 23.10.2020, 15:44

Türkiyə Qarabağ münaqişəsində Rusiya ilə bərabərlik TƏLƏB ETDİ

• 23.10.2020, 15:42

Fransız televiziyasında Qarabağdan ilk obyektiv reportaj

• 23.10.2020, 15:40

Prezident Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

• 23.10.2020, 14:13

Cəbrayıl necə qurulacaq… – Baş plan, yeni evlər… – Rəsmi AÇIQLAMA

• 23.10.2020, 12:01

Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır – Türkiyə hökuməti

• 23.10.2020, 11:52

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib – MN

• 23.10.2020, 11:20

Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

• 23.10.2020, 8:32

Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi – RƏSMİ

• 23.10.2020, 8:27

“Qarabağ” “Makkabi”yə məğlub oldu

• 23.10.2020, 0:55

Bir daha NATO Baş katibinin Qarabağ açıqlaması haqda

• 22.10.2020, 22:18

Ermənilər Xankəndidən qaçıb

• 22.10.2020, 22:15

Putin məsələyə nöqtə qoydu: Ermənistan Azərbaycan ərazilərini işğal edib və bu, əbədi davam edə bilməz!

• 22.10.2020, 22:09

“Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır”

• 22.10.2020, 14:10

Paşinyanın müharibə çağırışı: Rusiya üçün tələ…

• 22.10.2020, 13:33

Azərbaycanda istehsal edilən PUA-lara “İti qovan” adı verildi – FOTO

• 22.10.2020, 13:30

“Makkabi”nin yeni transferləri “Qarabağ”la oyunu buraxacaq

• 22.10.2020, 13:23

Baş Prokurorluq: Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb

• 22.10.2020, 13:21

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

• 22.10.2020, 13:19

Ermənilər suveren Azərbaycanın sərhədləri daxilində yaşamalıdır!

• 22.10.2020, 13:17

Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər

• 22.10.2020, 13:15

“Putin üçün Ermənistanda hərbi bazanın olub-olmaması da o qədər vacib deyil…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
« Sen    
 1234
567891011
12131415161718
19202122232425
262728293031