Şura Ordumuza ianə köçürdü
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürüb.
yknews.az xəbər verir ki, bu barədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud qeyd edib.
O bildirib ki, bu qərar 27 sentyabrdan etibarən işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün uğurlu hərbi əməliyyatlar aparan Ordumuza dəstək məqsədi daşıyır.