Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

Ətraflı

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

Ətraflı

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

Ətraflı

Azərbaycan bir dəfə də hücum etsə… – XLOPOTOV

Ətraflı

PKK–nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Xəbər verildiyi kimi, Ermənistan Türkiyənin Azərbaycana hərbi dəstəyinə cavab olaraq PKK kürd terror qruplaşması ilə işbirliyinə başlayıb və iyul ayında Tovuz istiqamətində baş vermiş toqquşmaların ardınca PKK yaraqlılarını Qarabağa daşımağa başlayıb. Bundan əvvəl virtualaz.org mötəbər qaynaqlara istinadən (https://virtualaz.org/aktual/169255) Ermənistanın İraqdakı səfiri Qraçya Poladyanın Süleymaniyyədə apardığı danışıqlar və  PKK yaraqlılarının Qarabağa daşınması marşrutu barədə sensasion məlumatları dərc etmişdi. İndi isə bu haqda Misirin cairo24.com portalı yeni sensasion təfərrüatları yayıb.

 

 

Nəşr yazır ki, Ermənistanla Azərbaycan arasında iyul ayına baş vermş toqquşmalardan sonra PKK yaraqlılarının Ermənistan ordusunun sıralarına inteqrasiya edilməsi əməliyyatı fəallaşıb. PKK-nın bir qrup yaraqlısı və komandirləri İraq və Suriyadan tranzit keçməklə Ermənistan ərazisinə atılıb. Ermənistana gətirilən PKK yaraqlılarının birinci qrupu 25 nəfərdən ibarətdir. Onlar Türkiyə ərazisindən İraqa gediblər və PKK-nın əməliyyat mərkəzi olan Qəndil düşərgəsində təlim keçiblər.

Bildirilir ki, həmin qrup hərbi hazırlıq keçmək və diversiya əməliyyatlarının aparılması üzrə ixtisaslaşıb. Qrup iyul ayında əvvəlcə İranın Urmiyə şəhərinə aparılıb, orada İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin “Həmzə” batalyonunun qərargahında (qərargah Colh rayonunda yerləşir) bir neçə gün qalıblar və daha sonra Ermənistana keçiblər. Bundan əlavə, hazırda İran və Suriya ərazisində Ermənistana keçmək üçün gözləyən daha iki PKK qrupu var.

 

Birinci qrup PKK-nın Suriya qolu olan YPG-nin 250 yaraqlısından ibarətdir. Həmin qrup Suriyanın şimalındakı Qamışlı rayonundadır.  Qrupun İraq ərazisində hərəkəti və daha sonra İrana keçirilməsi ilə Tehrana loyal olan “Bədr” təşkilatı məşğuldur. Plana əsasən birinci mərhələdə və sentyabrın əvvəllərində həmin qrupdan 165 nəfər İranın İlam əyalətindəki sərhəd-keçid məntəqəsindən bu ölkəyə daxil olub və Mehran şəhərində yerləşib. Ertəsi gün qrup oradan Urmiyəyə yola düşüb və yaxın günlərdə Ermənistana keçməyə hazırlaşır.

Məlumata əsasən həmin qrup hücum əməliyyatlarının keçirilməsi üzrə ixtisaslaşıb, bu da erməni ordusunun Azərbaycan ordusunun mövqelərinə diversiya və terrorçu metodlardan istifadə etməklə hücuma keçməyə hazırlaşdığını göstərir.

İkinci qrup isə Ərbildən cənubda, PKK-nın Mahmur bazasında yerləşir və 25 nəfərdən ibarətdir. Bu dəstə partizan müharibəsi aparmaq təcrübəsi olan yaraqlılardan təşkil olunub. Qrup bu ilin avqust ayında iki avtobusla “Hizbullah”ın İraq qolu olan “Hərəkat əl-Nucaba” qruplaşmasının qərargahına, Bağdadın Sədr-siti rayonuna aparılıb. Sentyabrın əvvəllərində isə qrup İlam əyalətindən keçirilməklə İrana atılıb, həmin qrupdan 17 nəfər daha sonra Kirmanşaha göndərilib. Qalan 8-i İlam şəhərində qalıb. 17 nəfərlik qrup Kirmanşahda bir neçə gün qaldıqdan sonra Ermənistana keçmək üçün Urmiyəyə aparılıb. 8 PKK yaraqlısı isə Tehrana gedib, oradan təyyarə ilə Yerevana uçub.

 

 

İraqdan İrana keçmək üçün isə PKK yaraqlıları İranın Mandaziya, Pərvizxan və Xanacini qəsəbələrindən tranzit  məntəqəsi kimi istifadə edirlər.

Kürd yaraqlıları Ermənistan ordusunun sıralarına qoşulur. Habelə məlumat var ki, erməni tərəfi PKK yaraqlılarının Azərbaycana qarşı əməliyyatlarda istifadə olunmasının əvəzində Türkiyənin pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün bu terror təşkilatına Rusiya istehsalı olan raket kompleksləri verməyə razılaşıb. Bu raket komplekslərinin çatdırılmasını PKK-nın Qəndildəki komandiri Cəmil Bayık koordinasiya edir, gözlənilir ki, tezliklə raketlər Qəndilə göndəriləcək.

Virtualaz.org

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.10.2020, 17:07

Şuşa rayonunda 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 21.10.2020, 15:40

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır – Naqif Həmzəyev

• 21.10.2020, 15:31

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir – Politoloq

• 21.10.2020, 14:26

Ceyhun Bayramov Moskvaya gedib

• 21.10.2020, 14:18

Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb

• 21.10.2020, 13:44

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb – Hikmət Hacıyev

• 21.10.2020, 13:39

Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı – Deputat

• 21.10.2020, 13:38

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir – Nazir

• 20.10.2020, 19:58

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik – Hulusi Akar

• 20.10.2020, 19:47

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub

• 20.10.2020, 19:42

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir – Deputat

• 20.10.2020, 19:27

Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir – Vüqar Rəhimzadə

• 20.10.2020, 19:22

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir

• 20.10.2020, 19:19

Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb

• 20.10.2020, 18:41

Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik

• 20.10.2020, 18:32

Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

• 20.10.2020, 18:23

Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq

• 20.10.2020, 18:10

Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram

• 20.10.2020, 18:05

Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir

• 20.10.2020, 17:58

Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb

• 20.10.2020, 16:28

Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

• 20.10.2020, 16:25

Zəngilan şəhəri işğaldan azad olundu – Prezidentdən ŞAD XƏBƏR

• 20.10.2020, 14:32

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

• 20.10.2020, 14:30

Rusiya Ermənistanı müdafiə etməkdən imtina edib – “The Wall Street Journal”

• 20.10.2020, 13:45

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 123456
78910111213
14151617181920
21222324252627
282930