“Sona qədər Azərbaycanın yanındayıq” – Hulusi Akar

Ətraflı

Ordumuz Bərdənin qisasını belə aldı – VİDEO

Ətraflı

Çarəsiz Nikolun ümid etdiyi yeganə şey… – Brayza

Ətraflı

“Asia Times”: “Rusiya pilotsuz aparatlara qarşı Ermənistana silah göndərdi…”

Ətraflı

Zakir Həsənov komandirləri toplayıb dedi: “Düşmən genişmiqyaslı təxribatlara hazırlaşır”

Müdafiə naziri, general-polkovnik  Zakir Həsənov Azərbaycan ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır.

Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.

Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.10.2020, 13:04

“Sona qədər Azərbaycanın yanındayıq” – Hulusi Akar

• 28.10.2020, 13:00

Ordumuz Bərdənin qisasını belə aldı – VİDEO

• 28.10.2020, 11:51

Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir – İordaniyalı general

• 28.10.2020, 10:31

Azərbaycan iki tərəfdən Dağlıq Qarabağı “kəlbətinə” salaraq sıxır – Pol Qobl

• 28.10.2020, 10:26

XIX əsrdə ermənilərin Quzey Azərbaycana köçürülməsi məsələsi rus tarixşünaslığında…

• 28.10.2020, 9:59

Bərdədə həlak olan Aysunun atası: “Getdim ki, uşaq yoxdur”

• 28.10.2020, 9:26

Anar Xəlilov: “Erməni separatçılarının cəzasını Azərbaycan ordusu verəcək” ÖZƏL-RƏY

• 28.10.2020, 9:22

Düşmənin xeyli sayda hərbi texnikası məhv edildi

• 28.10.2020, 9:11

Çarəsiz Nikolun ümid etdiyi yeganə şey… – Brayza

• 28.10.2020, 9:09

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR

• 28.10.2020, 9:05

Düşmən bu rayonlardan geri çəkildi – RƏSMİ

• 27.10.2020, 19:21

İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir – Rauf Əliyev

• 27.10.2020, 19:15

Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır – Deputat

• 27.10.2020, 19:03

Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır

• 27.10.2020, 18:55

İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif

• 27.10.2020, 18:46

ABŞ Dövlət katibi İlham Əliyevə və Nikol Paşinyana zəng edib

• 27.10.2020, 18:36

Lavrovla Çavuşoğlu Qarabağı müzakirə etdilər

• 27.10.2020, 18:33

Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir – Hikmət Hacıyev

• 27.10.2020, 18:07

Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb – Hikmət Hacıyev

• 27.10.2020, 17:43

Ermənilər Bərdəyə raket atdı – 4 nəfər öldü

• 27.10.2020, 17:41

“Asia Times”: “Rusiya pilotsuz aparatlara qarşı Ermənistana silah göndərdi…”

• 27.10.2020, 16:47

Ordumuz Xankəndidə düşmənin üç əsas nöqtəsini məhv etdi – RƏSMİ

• 27.10.2020, 15:35

Türkiyə Qarabağ münaqişəsində həmsədr ola bilər? – ŞƏRH

• 27.10.2020, 13:54

Əliyev hamını fakt qarşısında qoyacaq – Mixeyev

• 27.10.2020, 13:52

Bu əməliyyatla Bakı müharibəni bitirəcək – Brayza

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 123456
78910111213
14151617181920
21222324252627
282930