“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

Ətraflı

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

Ətraflı

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

Ətraflı

Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Xankəndinin qanlı sentyabrı: Henrix Poqosyanın “missiyası” və yandıralan şəhər

13 fevral 1988-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər əsassız torpaq iddiaları ilə açıq müstəvidə Xankəndi şəhərində nümayişlərə başlayanda, əvvəlcədən hazırlanmış ssenariyə görə, vilayət rəhbərlərinin dəyişdirilməsi məsələsi də gündəmə gəlib.

Daşnak qrupları Dağlıq Qarabağ Muxtar Vilayət (DQMV) Partiya Komitəsinin birinci katibi vəzifəsinə öz adamlarının, daha qatı bir millətçinin gətirilməsini vacib və zəruri sayıblar. Bu məsələ ilə bağlı sonralar “Krunk” cəmiyyətinin liderləri olan, Xankəndi şəhərində yaşayan 13 erməni fəalının gizli toplantısı keçirilib, namizədlər müzakirə edilib və qərara alınıb ki, birinci katib vəzifəsinə Henrix Poqosyan gətirilməlidir.

Maraqlıdır, hansı göstəricilərinə görə ermənilər bu vəzifədə Henrix Poqosyanı görmək istəyiblər?
Birincisi, Hernrix Poqosyan hələ hadisələr başlamamışdan əvvəl vilayətdə yaşayan azərbaycanlılara qarşı aqressiv münasibəti ilə fərqlənib, direktoru olduğu Aqrar Sənaye Kombinatının qapılarını azərbaycanlı mütəxəssislər üçün həmişə bağlı saxlayıb.

stepanakert-mitinq-1988.jpg (123 KB)

İkincisi, Poqosyanın Moskva ilə sıx əlaqələri mövcud olub ki, o, bir çox məsələlərin həllində öz işini birbaşa mərkəzlə görüb.
Üçüncüsü, Henrix Poqosyan ermənilərin öz aralarındakı qruplaşmalarında orta mövqedə dayanıb, istər Bakı erməniləri ilə, istərsə də Ermənistandakı vəzifəli ermənilərlə münasibət balansını qorumağı bacarıb.

Beləliklə, Henrix Poqosyan həmin ərəfədə Xankəndinə ezam olunmuş Mərkəzi Komitənin katibi, eyni zamanda Mərkəzi Komitənin partiya quruculuğu və kadr siyasəti şöbəsinin müdiri Georgi Razumovskiyə təqdim edilib. Qeyd edək ki, sovet dövründə vilayət və diyar partiya komitələrinə birinci katib təyin ediləndə, (plenumda seçiləndə) təyinatın əvvəlcədən Mərkəzi Komitə ilə razılaşdırılması mütləq şərt sayılıb. Namizədlər Kremldə ciddi araşdırılıb. Amma nədənsə Henrix Poqosyanla bağlı heç bir araşdırma aparılmayıb, hətta onun “qaranlıq keçmişi”nə Kreml məmurları, şəxsən Mixail Qorbaçov göz yumub.
Henrix Poqosyan 1931-ci ildə Xankəndi şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Moskvada Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və təsərrüfat orqanlarında, Xankəndi şəhər İcraiyyə Komitəsində sədr müavini, Aqrar Sənaye Komitəsinin sədri, Aqrar Sənaye Kombinatının baş direktoru, DQMV Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini vəzifələrində işləyib. 1988-ci il fevralın 24-də vilayət partiya komitəsinin birinci katibi Boris Gevorkovu bu vəzifədə əvəz edib.

9d43c73ab847496c880db0138983a8a9.jpg (98 KB)

Henrix Poqosyanın adı 1970-ci illərin sonlarından başlayaraq şərab maxinasiyasında hallanıb. O, Xankəndi şəhərindəki şərab zavodunun məhsullarını qeyri-qanuni yollarla Rusiyanın müxtəlif şəhərlərinə ixrac edərək Azərbaycanın pulları hesabına şəxsi büdcəsini zənginləşdirib. Bu cinayət əməllərinə görə Henrix Poqosyana iki dəfə cinayət işi qaldırılsa da, Moskvadakı havadarlarının köməyi ilə o, sudan quru çıxıb.

Birinci katib kimi fəaliyyətə başladığı gündən Henrix Poqosyan ilk olaraq vilayətdə və xüsusilə də Xankəndi şəhərində yaşayan azərbaycanlıları hədəf seçib. Bütün vasitələrdən istifadə edərək azərbaycanlıları öz doğma yurdlarından qovmaq onun planlarında ilk sırada dayanıb.
Bakının nəzarətindən çıxan Xankəndi şəhərində Poqosyan bütün mümkün variantlarını işə salıb və 1988-ci ilin sentyabr ayı üçün o və onun ətrafı şəhərdən azərbaycanlıların qovulması üçün böyük plan hazırlayıblar.

15626_399871380190175_6259271971243601359_n.jpg (107 KB)
Plan nədən ibarət olub?
Şəhərin ərzaq mağazalarında işləyən azərbaycanlılara ərzaq satılmaması göstərişi verilib.
Azərbaycanlıların ictimai nəqliyyatdan istifadəsinə əngəllər yaradılıb.
Xankəndi şəhərində yaşayan azərbaycanlıların mənzillərində telefon xətləri kəsilib.
Vəzifədə işləyən azərbaycanlılar müxtəlif bəhanələrlə işdən azad olunub, bəzi hallarda isə şərlənərək həbs ediliblər.

Planın icrası üçün Ermənistandan vilayətə çoxsaylı saqqallılar gətirilib.
Nəhayət, sentyabrın 18-də ayrı-ayrı qruplar eyni vaxtda azərbaycanlıların yaşadığı evlərə hücum ediblər, yanğınlar törədiblər.

Ümumilikdə sentyabrın 18-dən 21-ə qədər Xankəndi şəhərində 63 azərbaycanlı evi yandırılıb, 270-dən artıq ev qarət olunub, yüzlərlə azərbaycanlı fiziki təzyiqə məruz qalıb, minlərlə azərbaycanlı öz doğma yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib. 1989-cu ildə əhlinin siyahıya alınmasında Xankəndi şəhərində yaşayan, əslən bu torpaqdan olan 16 min nəfərin adı siyahıya alınmayıb. Ermənilər onları şəhər qeydiyyatından çıxararaq növbəti saxtakarlığa əl atıblar.
Həmin gün ermənilərin daha böyük bir silahlı qrupu Xankəndinin Kərkicahan qəsəbəsinə hücum ediblər. Amma onlar şəhərdən fərqli olaraq azərbaycanlıların kompakt yaşadığı Kərkicahan qəsəbəsində ciddi müqavimətə rast gəliblər.

Beləliklə, vəhşi xislətli Henrix Poqosyan üzərinə düşən “missiyanın” əsas hissəsini həyata keçirə bilib.
Sentyabr hadisələri Kərkicahan qəsəbəsini çıxmaq şərti ilə Xankəndi şəhərini azərbaycanlılardan təmizləməklə nəticələnib. Bakı isə susub, yaxud da Xankəndini müdafiə etməyə cəhd edib, amma cəhdlər boşa çıxıb…

İlham Cəmiloğlu, Musavat.com

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.07.2021, 16:20

Polad Bülbüloğlu: “Bakı İrəvanı sülh sazişinə çağırır”

• 28.07.2021, 15:43

Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)

• 28.07.2021, 15:42

Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı – SƏRƏNCAM

• 28.07.2021, 15:40

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR

• 28.07.2021, 15:34

İlham Əliyev Kəlbəcər və Laçında yol tikintisinə pul ayırdı

• 28.07.2021, 15:19

Rus mediası yazdı ki, Əliyev bunu rədd edib – Kürşad Zorlu

• 28.07.2021, 15:14

Qarabağın yeni yolları: Murovdağın altından 12 km-lik tunel

• 28.07.2021, 15:11

Niderland portalında Azərbaycan mətbəxi haqqında məqalə

• 28.07.2021, 15:10

“Yolumuz Qarabağadır…”

• 28.07.2021, 15:07

“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib – FOTO

• 28.07.2021, 14:54

Ermənilərin Qarabağa köçürülməsi

• 28.07.2021, 14:51

İsveçli mayorun “erməni soyqırımı” iddialarını yalanlayan məktubu

• 28.07.2021, 14:46

Cüdo millimizdən biabırçı çıxış

• 28.07.2021, 14:44

Azərbaycanlı bacılar Tokioda Britaniyaya medal qazandırdılar

• 28.07.2021, 14:41

“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

• 28.07.2021, 14:39

Bakının İrəvana son barışıq jesti – acizin yox, qalibin və güclünün jesti!..

• 28.07.2021, 14:36

“Ruslar bizə xəyanət etdi, Putin bizi satdı” – Rusiyalı turistləri Ermənistandan belə qovdular

• 28.07.2021, 14:34

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

• 28.07.2021, 14:30

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

• 28.07.2021, 14:08

Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA

• 28.07.2021, 13:59

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var

• 28.07.2021, 13:57

Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI

• 28.07.2021, 13:54

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

• 28.07.2021, 13:47

Ermənistan Kəlbəcər istiqamətində tankları və 120 millimetrlik minaatanları işə saldı

• 28.07.2021, 10:09

Ermənistanın sərhəd bölgələrinə hücumları regionda təhlükəsizliyə təhdiddir – Mustafa Şentop

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 123456
78910111213
14151617181920
21222324252627
282930