Ermənilər Xankəndidən qaçıb

Ətraflı

Azərbaycanda istehsal edilən PUA-lara “İti qovan” adı verildi – FOTO

Ətraflı

Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər

Ətraflı

Düşmənin ələ keçirilən növbəti hərbi maşınları – VİDEO

Ətraflı

Ümumdünya Statistika Günü

          Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 saylı Qətnaməsinə əsasən 2010-cu il oktyabr ayının 20-i ilk I Ümumdünya Statistika Günü elan edilmiş və 5 ildən bir “Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi” qərara alınmışdır. Həmin ildən etibarən ölkəmizdə də Ümumdünya Statistika Günü xüsusi olaraq qeyd edilir.

          BMT-nin Baş Assambleyası 2015-ci il 20 oktyabr gününü ,,Daha təkmil statistika, daha yaxşı həyat” şüarı altında II Ümumdünya Statistika Günü elan etmiş və Azərbaycan Statistikası da bu günü təmtəraqla qeyd etmişdir.  Hazırda 2020-ci ilin oktyabr ayının 20-i keçiriləcək III Ümumdünya Statistika Gününə hazırlıq işləri görülür.  Azərbaycan statistikasının təşkilindən 174 il keçir və Rəsmi Statistikanın 100 yaşı tamam oldu. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkələrin statistika orqanları ilə əməkdaşlıq edir, məlumat mübadiləsi aparır.

1994-cü il Azərbaycan Statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Ümummilli lider Heydər Əliyev Dövlət Statistika Komitəsi haqqında demişdir: “Dövlət Statistika Komitəsi əsas orqanlardan biridir”, “Bizim Dövlət Statistika Komitəsi var və çox düzgün statistika aparır”.

 Statistik məlumatların dəqiqliyi və beynəlxalq müqayisəliyinin təmin edilməsi üçün Azərbaycan statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, dünya statistika sisteminə inteqrasiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev tərəfindən uğurla və yeni tələblərə uyğun formada davam etdirilən islahatlar ölkəmizdə rəsmi statistikanın inkişafına güclü təkan verib. Ölkədə müəyyən edilən sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarə etmənin həyata keçirilməsi üçün dəqiq və dolğun beynəlxalq müqayisəliyi təmin olunan statistik məlumatlara olan tələbat statistika sisteminin beynəlxalq standartlar əsasında daha da təkmilləşdirilməsini zərurətə çevirir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə imzaladığı sərəncamla təsdiq edilən 2013-2017-ci illərdə Azərbaycan Respublikasında Rəsmi Statistikanın inkişafı Dövlət Proqramına əsasən mühüm işlər görülmüşdür. Dünyanın bir çox inkişaf etmiş qabaqcıl ölkələrinin təcrübələrinin öyrənilməsi, imzalanan memarondumlar, həyata keçirilən layihələr ölkəmizin statistik potensialının gücləndirilməsinə təkan verir. Bakı şəhərində və bölgələrdə müasir tələblərə cavab verən, bütün texniki vasitələrlə təmin olunmuş yeni inzibati binaların tikilib istifadəyə verilməsi rayon şöbələrinin vahid təşkilati struktur formasında fəaliyyət göstərməsinə xidmət edir.

 Komitənin 2002-ci ildə yaradılan internet səhifəsi istifadəçilərinin tələbatının maksimum təmin olunması üçün 2017-ci ildə yenilənib və təkmilləşdirilmişdir. Hazırda hər gün orta hesabla 3 minə yaxın istifadəçi Komitənin internet səhifəsindən yararlanır. İstifadəçilərin statistik məlumatlarla təmin olunması üçün mütəmadi yayımlanan məlumatlarla, statistik cədvəllərlə, bülleten və məcmuələrlə yanaşı internet səhifəsində interaktiv cədvəllərin tədbiqinə imkan verən məlumat bazası da yaradılıb.

 2015-2016-cı illər üzrə iqtisadiyyatın əsas sahələrini əhatə edən 44 statistik göstəricinin əks olunduğu xəritə istifadəçilərə azərbaycan və ingilis dillərində təqdim olunub. Komitə tərəfindən 5 adda elektron xidmət göstərilir. Məlumatların elektron formada təqdim olunması nəticəsində vətəndaş – məmur təmasları minimuma endirilib. Sistemin tətbiqində keyfiyyətə nəzarət cədvəlləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Milli Statistika Sisteminin BMT-nin, Avropa İqtisadi Komissiyasının, Avropa Azad Ticarət Assosiasiyasının ekspertləri tərəfindən aparılan auditin nəticələrinə dair hesabatda keyfiyyətə nəzarət cədvəlləri yüksək qiymətləndirilmişdir.

Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların istehsalı və yayılması sahəsindəki fəaliyyəti müasir beynəlxalq standartlara tam uyğundur. DSK-i MDB məkanında ilk dəfə olaraq ,,İSO 9001:2015 standartı üzrə” uyğunluq sertifikatı almışdır.

BMT Baş Məclisinin 2015-ci il 25 sentyabr tarixli Qətnaməsi ilə qəbul olunan ,,Dünyamızın transformasiyası 2030-cu ilədək” dayanıqlı inkişaf sahəsində gündəliyin statistika potensialının gücləndirilməsinə dair 17-ci məqsədində və Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı fərmanla təsdiq edilən Azərbaycan Respublikasının Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsində statistika infrastrukturunun təkmilləşdirilməsinə dair nəzərdə tutulan işlərin icrası  Azərbaycan statistikləri üçün prioritet məsələdir.

Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir, statistika daim təkmilləşdirilir və yenilənir. Dövlət və hökumətin qayğısı nəticəsində ölkə rəhbərliyi tərəfindən statistika orqanlarının qarşısında qoyulan bütün vəzifə və tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirilir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.10.2020, 14:13

Cəbrayıl necə qurulacaq… – Baş plan, yeni evlər… – Rəsmi AÇIQLAMA

• 23.10.2020, 12:01

Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır – Türkiyə hökuməti

• 23.10.2020, 11:52

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib – MN

• 23.10.2020, 11:20

Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

• 23.10.2020, 8:32

Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi – RƏSMİ

• 23.10.2020, 8:27

“Qarabağ” “Makkabi”yə məğlub oldu

• 23.10.2020, 0:55

Bir daha NATO Baş katibinin Qarabağ açıqlaması haqda

• 22.10.2020, 22:18

Ermənilər Xankəndidən qaçıb

• 22.10.2020, 22:15

Putin məsələyə nöqtə qoydu: Ermənistan Azərbaycan ərazilərini işğal edib və bu, əbədi davam edə bilməz!

• 22.10.2020, 22:09

“Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır”

• 22.10.2020, 14:10

Paşinyanın müharibə çağırışı: Rusiya üçün tələ…

• 22.10.2020, 13:33

Azərbaycanda istehsal edilən PUA-lara “İti qovan” adı verildi – FOTO

• 22.10.2020, 13:30

“Makkabi”nin yeni transferləri “Qarabağ”la oyunu buraxacaq

• 22.10.2020, 13:23

Baş Prokurorluq: Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb

• 22.10.2020, 13:21

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

• 22.10.2020, 13:19

Ermənilər suveren Azərbaycanın sərhədləri daxilində yaşamalıdır!

• 22.10.2020, 13:17

Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər

• 22.10.2020, 13:15

“Putin üçün Ermənistanda hərbi bazanın olub-olmaması da o qədər vacib deyil…”

• 22.10.2020, 13:02

Düşmənin ələ keçirilən növbəti hərbi maşınları – VİDEO

• 22.10.2020, 12:13

Şuşa musiqiçiləri kitabı işıq üzü gördü

• 22.10.2020, 11:24

Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb – Hikmət Hacıyev

• 22.10.2020, 10:41

Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir – Rusiyalı politoloq

• 21.10.2020, 17:07

Şuşa rayonunda 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 21.10.2020, 15:40

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır – Naqif Həmzəyev

• 21.10.2020, 15:31

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir – Politoloq

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 123456
78910111213
14151617181920
21222324252627
282930