Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

Ətraflı

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

Ətraflı

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

Ətraflı

Azərbaycan bir dəfə də hücum etsə… – XLOPOTOV

Ətraflı

Livan ermənilərini Şuşaya köçürən Ermənistan niyə cəzasız qalır…

Ermənistan və dünya erməniliyi işğal edilmiş Azərbaycan torpaqlarında daha bir təhlükəli planı həyata keçirməyə başlayıb. Xəbər verildiyi kimi, Beyrutda baş vermiş və şəhəri xaraba qoymuş partlayışdan sonra Livan ermənilərinin bir qismini Dağlıq Qarabağa və ətraf rayonlara köçürmək təşəbbüsü qaldırılıb. Artıq 2 livanlı erməni ailəsi Şuşa şəhərində yerləşdirilib.

Livan ermənilərini Qarabağa köçürmək planları barədə ilk dəfə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının başqan yardımçısı Serdar Ünsal həyəcan təbili çalmışdı. Və bildirmişdi ki,  Livan Erməni İnqilabi Federasiyası “Daşnaksütun”un gənclər  təşkilatı tərəfindən liviyalı ermənilərin Qarabağa yerləşdirilməsinə hazırlıq gedir.

“Beyrutdakı partlayışı fürsət bilərək Livan ermənilərini qruplar halında Qarabağa yerləşməyi planlaşdırırlar. Hədəf Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriyadan, Livandan, digər ölkələrdən gətirilən ermənilər Dağlıq Qarabağla yanaşı ətraf rayonlarda-Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda yerləşdirilir”, – o deyib.

Daha sonra Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Livan ermənilərinin bir qisminin Azərbaycanın işğal altındakı torpaqlarına köçürməyə hazırlıq getdiyini təsdiqlədi. O,  Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirmişdi. Və göründüyü kimi, proses artıq başlayıb və Azərbaycan şəhəri Şuşada ilk livanlı erməni ailələri yerləşib.

Əslində Livan ermənilərinə Qarabağ elə də yad deyil. 90-cı illərin əvvəllərində ASALA erməni terror təşkilatının Livandakı düşərgələrində təlim keçmiş erməni yaraqlıları Qarabağın işğal edilməsində, azərbaycanlı mülki əhaliyə divan tutulmasında bilavasitə iştirak ediblər. Livan və Suriya ermənilərindən ibarət terrorçu dəstələrin həmin müharibə zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlığı yaxşı bəllidir.

İndi isə Livan ermənilərini Beyrut partlayışını fürsət bilərək Qarabağa köçürmək planları çox təhlükəli niyyətlərdən xəbər verir. Birincisi bu, təkcə Dağlıq Qarabağda deyil, işğal altındakı ətraf rayonlarda da yeni erməni yaşayış məskənləri salmaq, beləliklə də həmin ərazilərin potensial sülh razılaşması əsasında geri qaytarılmaması üçün zəmin hazırlamaqdır. 2000-ci illərin ortalarında ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş ərazilərdə atəşkəsin əldə edilməsindən sonra 15 mindən çox erməninin qanunsuz məskunlaşdırılmasını təsbit etmişdi. Həmin hesabatdan sonrakı dövrdə də Qarabağa qanunsuz erməni köçü davam etdirilib.

Ermənistan rəhbərliyi son illər “bir qarış da olsun torpaq qaytarmamaq” məqsədini dəfələrlə büruzə verib. Hazırda qondarma rejimə rəhbərlik edən, Zəngilan və Qubadlı rayonlarında böyük taxıl zəmilərinin sahibi olan oliqarx Araik Arutyunyan isə Arazboyu ərazilərdə məskunlaşdırma aparmaq, bu torpaqları əkib-becərmək üçün hazırlıq getdiyini demişdi. Bu məqsədlə hazırda Ermənistandan Qarabağa Arazboyu ərazilərdən keçməklə üçüncü yolun çəkilişinə hazırlıq gedir. Ermənistandan ermənilərin köçüb getdiyi bir vaxtda işğal altındakı ərazilərdə məskunlaşma həyata keçirmək üçün Beyrut partlayışı dünya erməniliyinin əlinə yaxşı fürsət verib.

Digər tərəfdən isə qatı millətçi Livan ermənilərinin-daşnakların Qarabağda yerləşdirilməsi Azərbaycanın öz torpaqlarını azad etmək üçün müharibəyə başlayacağı halda həm də döyüşkən canlı qüvvə formalaşdırmaq məqsədi güdür. Artıq bəlli olduğu kimi, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı nizami ordudan başqa könüllülərdən ibarət yüz minlik ordu qurmaq üçün müvafiq qanun layihəsini müzakirəyə çıxarıb. Söhbət 90-cı illərin əvvəllərində olduğu kimi, könüllü erməni batalyonlarının bərpasından gedir. Belə batalyonlar həm də işğal altındakı Azərbaycan ərazilərinə köçürülən livanlı, suriyalı ermənilərdən formalaşdırıla bilər.

Bəs Ermənistanın bu təhlükəli siyasəti niyə cəzasız qalır? Nədən münaqişənin nizamlanması üçün vasitəçilik missiyasını üzərinə götürən həmsədr ölkələr Yerevanı beynəlxalq normalara zidd olan bu qanunsuz, cinayətkar əməldən çəkindirmək üçün indiyə qədər heç bir bəyanat verməyib, mövqe ortaya qoymayıb? O cümlədən ATƏT baş verənlərlə niyə maraqlanmır və susur?

Belə vəziyyətdə Azərbaycan hökumətinin və Xarici İşlər Nazirliyinin  Minsk Qrupu həmsədrlərindən, ATƏT-in Daimi Şurasından, Avropa İttifaqından izahat tələb etməsi gözləniləndir və qanunauyğundur.

Rəsmi Bakı həmsədrlərin, ATƏT-in, digər beynəlxalq institutların nəzərinə aydın şəkildə çatdıra bilər ki, işğal altındakı ərazilərdə qanunsuz məskunlaşma, terrorçu elementlərin bu torpaqlarda yerləşdirilməsi olduqca təhlükəli eskalasiyaya apara bilər. Digər tərəfdən həmsədrlər, beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, potensial hərbi əməliyyatlar zamanı işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırılan ermənilər heç bir halda “mülki əhali” statusu daşıya bilməz. Çünki həmin torpaqlarda yaşamış mülki əhali-azərbaycanlılar məcburi köçkün və qaçqındır, onların yaşadığı torpaqlara qanunsuz köçürülən ermənilər isə müharibə qanunlarına görə mülki əhali hesab edilməyəcək.

 

Virtualaz.org

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.10.2020, 17:07

Şuşa rayonunda 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 21.10.2020, 15:40

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır – Naqif Həmzəyev

• 21.10.2020, 15:31

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir – Politoloq

• 21.10.2020, 14:26

Ceyhun Bayramov Moskvaya gedib

• 21.10.2020, 14:18

Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb

• 21.10.2020, 13:44

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb – Hikmət Hacıyev

• 21.10.2020, 13:39

Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı – Deputat

• 21.10.2020, 13:38

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir – Nazir

• 20.10.2020, 19:58

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik – Hulusi Akar

• 20.10.2020, 19:47

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub

• 20.10.2020, 19:42

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir – Deputat

• 20.10.2020, 19:27

Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir – Vüqar Rəhimzadə

• 20.10.2020, 19:22

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir

• 20.10.2020, 19:19

Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb

• 20.10.2020, 18:41

Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik

• 20.10.2020, 18:32

Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

• 20.10.2020, 18:23

Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq

• 20.10.2020, 18:10

Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram

• 20.10.2020, 18:05

Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir

• 20.10.2020, 17:58

Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb

• 20.10.2020, 16:28

Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

• 20.10.2020, 16:25

Zəngilan şəhəri işğaldan azad olundu – Prezidentdən ŞAD XƏBƏR

• 20.10.2020, 14:32

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

• 20.10.2020, 14:30

Rusiya Ermənistanı müdafiə etməkdən imtina edib – “The Wall Street Journal”

• 20.10.2020, 13:45

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31