Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

Ətraflı

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

Ətraflı

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

Ətraflı

Azərbaycan bir dəfə də hücum etsə… – XLOPOTOV

Ətraflı

Hər şey müharibəyə doğru… – Bakıda nə baş verdi, Moskvada nələr oldu? – TƏHLİL

Ceyhun Bayramovun Moskvaya səfəri və Lavrovun “ATƏT-in Minsk qrupunun həmsədrləri formatın dəyişdirilməsini qəbul edilməz hesab edir” açıqlaması Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi addımların öndə olacağı yeni gərginliyin başlanğıcıdır. Nə Bakıda, nə Moskvada razılıq əldə olunmadı və Rusiyanın “hakim” olduğunu nümayiş etdirmək üçün eskalasiyaya ehtiyacı var.

Bakıda nə baş verdi?

Rusiya Türkiyənin danışıqlarda vasitəçi olmaq istəyinə cavab verməkdən öncə müəyyən məsələləri aydınlaşdırmaq və istəyini çatdırmaq üçün Şoyqunu Bakıya göndərdi.

1. Türk ordusunun Azərbaycanda varlığı nə qədərdir və bu, nə qədər davam edə bilər?
2. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı minimallaşdırılmalı (söhbət türk hərbiçilərinin varlığından gedir), yaxud Qarabağ məsələsində həlledici rol oynamamalıdır.

Böyük ehtimalla Şoyqunun öyrənmək istədikləri və irəli sürdüyü şərt bundan ibarət olub. Azərbaycan-Türkiyə hərbi təlimləri və türk ordusunun torpaqlarımızda varlığı Rusiya üçün təkcə Qarabağ münaqişəsi baxımından yox, tarixi-siyasi maraqlar fonunda qəbuledilməzdir.

Moskva Qərblə mübarizədə Türkiyə amilinin əhəmiyyətini nəzərə alaraq, münaqişənin Ankara ilə birgə həllinə türk ordusunun bölgədə varlığının olmaması şərti ilə razı olar, bunun əksi – Azərbaycan və Türkiyənin hərbi platformada birgə hərəkəti rusların problemin sülhməramlılarını Qarabağa yerləşdirmək və həll açarını daim əlində saxlamaq planları üçün təhlükəlidir.

Şoyqu Bakıda hərbi masadakı vəziyyəti aydınlaşdırmalı və diplomatik masada veriləcək qərara istiqamət verməli idi. Nəticə ruslar üçün ürəkaçan olmadı.

Moskvada nələr oldu?

Ceyhun Bayramovla görüşən Lavrovun çıxışı üç aspektdən diqqət çəkir:

– “ATƏT-in Minsk qrupu həmsədrləri formatın dəyişdirilməsini qəbul edilməz hesab edir”;

– “Rusiya bundan sonra da həm milli formatda, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri çərçivəsində səylərini davam etdirəcək”;

– “Danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”;

Birinci mesaj: Türkiyənin Minsk qrupunda əsas vasitəçilərindən biri olmasını qəbul etmirik.

İkinci mesaj: Rusiya “milli formatda”, yəni tərəflər arasında “əsas vasitəçi”dir və danışıqlara biz nəzarət edəcəyik;

Üçüncü mesaj: “Danışıqlar sizin istədiyiniz kimi, danışıqlar xatirinə keçirilməyəcək”.

Son mesaj Azərbaycana verilir və Rusiya bununla “əsas vasitəçi olaraq istəklərinizi nəzərə alırıq” demək istəyir.

Və Lavrovun həmsədrlərin gələn ay bölgəyə səfərini anons etməsi də proseslərin hansı istiqamətdə inkişaf edəcəyi təxminlərinə yön verir.

Rusiya bununla səfərin təşkilatçısı olduğunu açıqlayır, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda həmsədrlərin görüşündə nə müzakirə olunacaq, daha doğrusu, “danışıqların məqsədyönlü olması” üçün hansı addımlar atılacaq sualı aktualdır.

Rusiya nöqteyi-nəzərindən yanaşdıqda:

birincisi, Moskva danışıqlar masasına tərəflərə təkliflərlə gəlməlidir;
ikincisi, münaqişənin həllində əsas “barışdırıcı və sülhü təmin edən” kimi görünməlidir;
üçüncüsü, Türkiyəyə və Türkiyəni danışıqlar prosesinə daxil etmək istəyən Azərbaycana problemin həllində olduğu kimi, regionda da “hakim mənəm” mesajını verməlidir;

Mövcud şərtlərdə danışıqlara getmək rusların istəyinə nail olmasında effektsiz olacaq, “bölgədə əsas güc” nümayişi planı yalnız hərbi gərginlik fonunda mümkün görünür.

Cəbhədə nə baş verə bilər, yaxud nəyə hazırlıq gedir?

Tovuz döyüşlərindən sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirildi və bu təlimlər nəzərdə tutulan vaxtda – avqustun 10-da bitmədi, 11-də müdafiə və xarici işlər naziri Ankarada idi, 12-də türk hərbi rəhbərliyi Bakıya gəldi. Bu, rusları narahat edən “türk hərbi varlığının” və mümkün toqquşmalarda Türkiyənin iştirakının nümayişi idi. Tovuz döyüşləri ərəfəsində və sonrakı günlərdə Rusiyadan Ermənistana tonlarla silah daşındı, daşımanın müəyyən aralıqlarla hələ də davam etdiyinə dair məlumatlar var.

Şoyqu Bakıda 400 tonluq silah partiyasının Gümrüdəki rus bazasına aparıldığını açıqlaması isə ictimaiyyət üçün nəzərdə tutulmuşdu, qapılar arxasında müzakirə yəqin ki, açıq gedirdi. Çünki silah daşınması dəqiq informasiya olmasaydı Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə sonuncu telefon danışığını bu məsələ üzərində qurmazdı.

Daşınan silahlar rusların Bakı və Ankaranın hərbi planları önə çıxarmasına hazırlığı kimi görünür, hərçənd, Şoyqunun səfəri və Lavrovun mesajları hücumun Ermənistan tərəfindən edilə biləcəyi ehtimalını gücləndirir.

Və bu proseslər fonunda Ermənistanda sonuncu kadr təyinatı təsadüfi deyil.

Nikol Paşinyan keçmiş müdafiə naziri Vaqarşak Harutyunyanı müşaviri təyin etdi. Bakı Hərbi-dənizçilik məktəbinin məzunu olan Harutyunyan Rusiya ilə sıx əlaqələrə malikdir, Azərbaycanı və bölgəni yaxşı tanıyır.
Erməni baş nazir bu təyinat üzərindən Moskva ilə körpüləri inşa edir, lakin yeni hərbi planların ruslarla koordinasiya edilməsində Harutunyanın əsas vasitəçi olacağı da istisna deyil.

Mümkün ssenari:

– cəbhədə erməni təxribatı ilə eskalasiya başlanır və böyük ehtimalla bu toqquşmaların miqyası kiçik olmayacaq, Rusiya “hakim” olaraq tərəflər arasında sülhü təmin edən kimi çıxış edəcək və həmsədrlərin görüşünə konkret təkliflərlə gələcək;

– bu təkliflər “Kazan düsturu” və “Lavrov planı” kimi tanınan, “aprel müharibəsi”ndən sonra masadakı əsas sənəd olan ətraf rayonların qaytarılması, ardınca digər addımların atılmasıdır;

– hərbi toqquşma Ermənistan hakimiyyəti üçün daxili vəziyyətdən yayınmaq üçün lazımdırsa, Rusiyaya Serj Sarkisyanın qəbul etdiyi plandan imtina edən Nikol Paşinyanı masaya gətirmək və öz planına razı salmağa məcbur etmək üçün sərfəlidir;

– Türkiyə və Azərbaycana bölgədə “əsas gücün” Rusiya olduğunu göstərmək istəyirlər;

Yaxın günlərdə cəbhədən gələn xəbərlərə baxın…

Asif Nərimanlı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.10.2020, 17:07

Şuşa rayonunda 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 21.10.2020, 15:40

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır – Naqif Həmzəyev

• 21.10.2020, 15:31

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir – Politoloq

• 21.10.2020, 14:26

Ceyhun Bayramov Moskvaya gedib

• 21.10.2020, 14:18

Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb

• 21.10.2020, 13:44

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb – Hikmət Hacıyev

• 21.10.2020, 13:39

Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı – Deputat

• 21.10.2020, 13:38

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir – Nazir

• 20.10.2020, 19:58

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik – Hulusi Akar

• 20.10.2020, 19:47

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub

• 20.10.2020, 19:42

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir – Deputat

• 20.10.2020, 19:27

Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir – Vüqar Rəhimzadə

• 20.10.2020, 19:22

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir

• 20.10.2020, 19:19

Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb

• 20.10.2020, 18:41

Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik

• 20.10.2020, 18:32

Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

• 20.10.2020, 18:23

Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq

• 20.10.2020, 18:10

Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram

• 20.10.2020, 18:05

Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir

• 20.10.2020, 17:58

Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb

• 20.10.2020, 16:28

Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

• 20.10.2020, 16:25

Zəngilan şəhəri işğaldan azad olundu – Prezidentdən ŞAD XƏBƏR

• 20.10.2020, 14:32

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

• 20.10.2020, 14:30

Rusiya Ermənistanı müdafiə etməkdən imtina edib – “The Wall Street Journal”

• 20.10.2020, 13:45

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31