Pula görə təhsilini yarımçıq qoydu, xanımı başqa qadınla evlənməsini istədi…

Ətraflı

İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar… – İrəvanın gizli sənədi ORTAYA ÇIXDI

Ətraflı

Erməni nazir: “Qarabağ münaqişəsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır”

Ətraflı

Sarkisyan Kəlbəcər İstisuyunu yox olmaq təhlükəsi qarşısında qoydu…-FOTOLAR

Ətraflı

“Lavrov Azərbaycanla bağlı BMT TŞ – nın qətnamələrini həzm edə bilmir”

Bildiyiniz kimi dünən Moskvada Azərbaycan XİN naziri Ceyhun Bayramovla RF XİN rəhbəri Sergey Lavrovun görüşü olub. Azərbaycan diplomatiyasının yeni rəhbərinin bu görüşünü sınaq görüşü də adlandırmaq olar. 

 

Göüşün maraq doğurduğunu nəzərə alaraq Moderator.az tanınmış konfliktoloq Elxan Mehdiyevdən olduqca maraqlı müsahibə alıb.

 

– Siz Azərbaycan xarici işlər nazirinin Lavrovla görüşünü izlədinizmi?

 

– Mən S. Lavrovun Ceyhun Bayramovla mətbuat konfransına baxdım. Təbii ki, hər kəsi Lavrovun və bizim nazirin mətbuat konfransında işğal altındakı torpaqlarla bağlı verəcəyi cavablar maraqlandırırdı. Hesab edirəm ki, Ceyhun Bayramov daha çox erməni işğalına diqqəti yönəltmək istəyirdi və onun şərhlərini də normal qəbul edirəm, ancaq bir izahatdan başqa. Tovuz döyüşlərinin səbəblərinin nədən ibarət olduğunu izah etmək istədikdə, bunun Ermənistandakı daxili vəziyyətlə əlaqələndirməyin bizə nə dəxli var və ya nə faydası var…

 

Onların daxili vəziyyəti ağırdır, pandemiya ilə bacarmırlar və ona görə də bu addımı atıblar deməklə, sanki biz düşmən tərəfin günahını və təcavüzünü yüngülləşdirməyə çalışırıq. Bizim torpaqları işğal edən düşmənin daxili vəziyyətinin nə cür olub – olmaması bizim nazirin və ya prezidentin niyə söhbət mövzusu olmalıdır? Bizim bu qədər torpaqlarımızı 27 ildir işğal edib həyatımızı məhv ediblər, biz düşək deyək ki, onların daxili vəziyyətləri ağırdır və xalqın fikrini yayındırmaq üçün torpaqlarımızı tutub işğal altında saxlayırlar? Bu nə yanaşmadır? 

Keçək əsas məsələyə. Əvvəla, Lavrova sual verən savadlı jurnalisti təbrik etmək və digər mənasız suallar verən Azərbaycan jurnalistlərini isə qınamaq lazımdır. Bu mətbuat konfransında erməni jurnalistləri olsaydı 6 sualın 5-i Qarabağla bağlı olacaqdı. Yoxsa neçə rus məktəbi açılıb və ya pandemiya ilə necə mübarizə aparılır suallarını Azərbaycanın təhsil idarələrinin işçisinə və ya TƏBİB-in sözçülərinə hər gün Bakıda verə bilərdilər. O mənasız suallar üçün Moskvaya getməyin və ya  bu  cür mühüm görüşü heçə endirməyin məqsədi nədir? Onlar faktiki olaraq, nazirin əleyhinə, onun Qarabağa köklənmiş fikirlərinin heç də ictimai rəydə dominant olmadığını göstərməyə çalışdılar.

 

– Siz Lavrovun Qarabağla bağlı suala cavabını necə qiymətləndirirsiz?

 

– Jurnalist ona BMT TŞ qətnamələrini xatırlatdı, o isə dərhal bu qətnamələri təhrif edərək onların ancaq atəşkəslə bağlı hissəsini vurğuladı və 27 il işğalı uzadan danışıqlar prosesinə-imitasiya prosesinə işarə etdi. Rusca mətnə baxsanız daha da aydın olar: “Согласен с тем, что надо руководствоваться теми решениями, которые приняты международным сообществом, включая резолюции Совета Безопасности ООН, которые преследовали немедленную задачу в то время – остановить войну, а также разработанные на последующих этапах параметры переговорного процесса с целью мирного урегулирования”. (Onunla razıyam ki, beynəlxalq ictimaiyyətin qəbul etdiyi o qərarları, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq, habelə sülh yolu ilə nizamlanması məqsədi ilə sonrakı mərhələlərdə hazırlanmış danışıqlar prosesinin parametrlərini əsas götürmək lazımdır). Tam saxtakarlıq və riyakarlıq… O açıq – aşkar ermənilərə mesajı göndərdi. Yəni məsələ torpaqlardan çıxmaq deyil, işğalın davam etməsidir. 

Mən 3 gün əvvəl Lavrovun bu cür cavab verəcəyini elə Moderator.az-da yazmışdım. Onun BMT TŞ qətnamələrini bu cür təhrif etməsi saxtakarlıq və riyakarlıqdan başqa bir şey deyil. Artıq onun bu ifadələrini son illər erməni tərəfi də təkrarlayır. Əvvəllər erməni rəsmiləri heç bir zaman BMT TŞ-nın qətnamələrinin adını belə çəkməzdilər. Onlar qətnamələri yox sayırdılar.  Amma Lavrovun təlimatından sonra Nalbandyan bu işə başladı və tutuquşu kim BMT TŞ-nın qətnamələri atəşkəsə çağırır və Azərbaycan bu qətnamələri yerinə yetirmir deyirdi. Buna bizlərdə belə deyirlər: oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.

 

O hər belə çıxış etdikdən sonra mən yenidən BMT TŞ – nın 4 qətnaməsinə baxıram. Burada nə deyilir?  Kəlbəcərlə bağlı BMT TŞ 822  qətnaməsi: Qətnamənin 1-ci Maddəsi bütün döyüş əməliyyatlarının dayandırılmasını və Kəlbəcərdən və son zamanlar işğal edilmiş bütün ərazilərdən işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edir. Ağdamın işğalı ilə bağlı 853 nomrəli qətnamənin 1-ci bəndi Ağdamın  işğalını və son zamanlar işğal edilmiş əraziləri pisləyir, ikinci maddəsi yaşayış məskənlərinin bombardman edilməsini  pisləyir, 3-cü bəndi  bütün döyüş əməliyyatlarının dayandırılmasını və Ağdam daxil bütün son zamanlar işğal edilmiş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeydsiz-şərtsiz çıxarılmasını tələb edir və sonrakı 874 və 884 qətnamələr bütün bu qətnamələri bir daha dəstəkləyərək  Zənqilan və Horadizin işğalı daxil bütün son zamanlar işğal edilmiş ərazilərdən işğaılçı qüvvələrin çıxmasını tələb edir. 

 

Lavrov isə hər zaman deyir ki, bu qətnamələr hərbi əməliyyatların dayandırlmasını və sonra danışıqlar masasına oturub ortadakı problemləri həll etmək üçün razılaşmalara gedilməsini tələb edir və riyakarcasına biz də ona çalışırıq deyir. Mən burada bir məsələni qeyd etmək istəyirəm. Lavrov  Azərbaycanla bağlı BMT TŞ –nın qətnamələrini həzm edə bilmir. Onun özü uzun illər BMT –də çalışmış və Azərbaycanla bağlı bu qətnamələrin dilinin nə qədər birqiymətli və güclü olduğunu yaxşı bilir. Mən inanıram ki, bu cür işğal indiki dönəmdə baş versəydi və ya 10 il öncə baş versəydi heç bir zaman BMT TŞ-dan belə qətnamələr çıxmayacaqdı. Ona sadəcə Rusiya izn verməyəcəkdi. Qətnamə qəbul edilsə də, onun dilini dəyişdirb indiki həmsədrlərin bəyanatlarına uyğun qətnamə qəbul ediləcəkdi. 

Qətnamələr qəbul edildiyi 1993- cü ildə Rusiyanın dünyada rolu çox zəifləmişdi və bu qətnamələr Türkiyə, ABŞ və Pakistanın dəstəyi və sponsorluğu ilə qəbul edilmişdi. Rusiya bu qətnamələrdən Ermənistanın adını çıxararaq məcburən səs vermişdi.  Bu baxımdan, bütün başqa beynəlxalq forumlarda və görüşlərdə ancaq BMT-nin rolunu və qətnamələrini və bəyənatlarını irəli çəkən Lavrov bu qətnamələrin güçünü bilərək onları hər zaman qulaqardına vurmağa çalışır və ya təhrif edir. Biz çox istərdik ki, bu cür hallarda Ceyhun Bayramov Lavrova qətnamələrin mahiyyətini iki cümlə ilə izah etsin. Görək o zaman o nə deyir.  

Bir məsələni də vurğulamaq lazımdır ki, Dağlıq Qarabağ  ətrafındakı rayonların işğalı ilə bağlı danışıqlar aparmağa ATƏT Minsk qrupu həmsədlərinin heç bir mandatı yoxdur. Mandatı olsaydı, o zamankı XİN-i Tofiq Qasımov ATƏT-in iclasını tərk edib birbaşa Nyu-Yorka uçmazdı. Çünki o zaman artıq DQ-dan kənar ərazinin, Kəlbəcərin Ermənistan tərəfindən işğalı gündəliyə çıxmışdı. ATƏT-in 1992 –ci ildə yaranmış Minsk Qrupu Dağlıq Qarabağ üzrə Minskdə konfrans keçirmək mandatı almışdır. Onların mandatı Dağlıq Qarabağın  statusunu, təbii ki Azərbaycan daxilində yenidən müəyyən etmək idi. Ona görə də, Dağlıq Qarabağ erməni və azərbaycanlı əhalisinin nümayəndələri də maraqlı tərəflər kimi danışıqlarda iştirak etmək statusu almışdı. Torpaqların işğalı ilə bağlı BMT TŞ qətnamələri işğal edilmiş ərazilərdən dərhal, sonra isə tam və qeydsiz şərtsiz və birtərəfli olaraq erməni işğalçı qüvvələrinin çıxmasını tələb edirdi.  Qətnamələr bu rayonları danışıq mövzusu kimi, mübahisəli ərazi kimi qəbul etmirdi. Bu rayonlardan çıxmaq ATƏT Minsk Qrupu danışıqlarının predmeti də deyildi. Ter Petrosyanın 1997-ci ildə bu plana razılıq verməsi, o zamana qədər tutulan yanaşmanın nəticəsi idi.  

Burada mənfi rolu yeni yaranmış həmsədrlər İnstitutu oynadı. Ter-Petrosyan devriləndən sonra Koçaryanın tələbi ilə həmsədrlər bu məsələni və DQ-ın statusu məsələsini vahid platformaya qoyub danışıqların tərkib hissəsinə cevirdilər və bununla da torpaqların azad edilməsi statusdan asılı bu cür vəziyyətə düşdü. Burada gedişi pozan həmsədrlər oldu. Bu məsələ birləşdiyindən DQ erməniləri də danışıqlardan kənarda qaldı və nəticədə danışıqlar Heydər Əliyev-Koçaryan arasında aparıldı. Duz 1998-ci ilə qədər, ayrı-ayrı bəyanatlar olsa da DQ-ın statusu danışıqlarda önə çıxmırdı və ermənilər işğal edilmiş torpaqlarda gözümüz yoxdur deyirdilər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 19.09.2020, 13:17

Zakir Həsənov komandirləri toplayıb dedi: “Düşmən genişmiqyaslı təxribatlara hazırlaşır”

• 19.09.2020, 11:48

Xankəndinin qanlı sentyabrı: Henrix Poqosyanın “missiyası” və yandıralan şəhər

• 19.09.2020, 11:45

Ermənistanda hakimiyyət böhranı dərinləşir – Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər

• 19.09.2020, 11:27

Daha bir küçəyə Polad Həşimovun adı verildi – FOTOLAR

• 19.09.2020, 11:25

Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən Qırğızıstan KİV-nə hücum ediblər

• 19.09.2020, 11:22

Ermənistanda COVID-19-dan yoluxanların sayı 47 mini ötüb

• 18.09.2020, 16:38

Ümumdünya Statistika Günü

• 18.09.2020, 16:32

2020-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda kənd təsərrüfatının inkişafı haqqında

• 18.09.2020, 15:07

Pula görə təhsilini yarımçıq qoydu, xanımı başqa qadınla evlənməsini istədi…

• 18.09.2020, 14:56

İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar… – İrəvanın gizli sənədi ORTAYA ÇIXDI

• 18.09.2020, 14:53

Dağlıq Qarabağla bağlı QIZĞIN MÜZAKİRƏ: Moskvadan ABŞ səfirliyinə ZƏNG EDİLDİ

• 18.09.2020, 14:46

Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”

• 18.09.2020, 14:44

Ermənistanda 239 yeni yoluxma

• 18.09.2020, 14:41

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə “Instagram” da paylaşım etdi

• 17.09.2020, 14:32

Çarukyan Paşinyanı bu cür təhqir etdi

• 17.09.2020, 13:54

Ermənistanda yoluxma kəskin artdı

• 17.09.2020, 13:11

Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb

• 17.09.2020, 12:36

Ermənistanın BMT-də İlham Əliyevin təşəbbüsünü əngəlləməyə yönələn uğursuz cəhdləri

• 17.09.2020, 12:33

Erməni mediasının Mişustin yalanı: Kreml təkzib etdi

• 17.09.2020, 12:27

Qarabağda PKK-ASALA-PYD-YPG koalisiyası – Türkiyə və Azərbaycan hərəkətə keçə bilər

• 17.09.2020, 12:23

Erməni nazir: “Qarabağ münaqişəsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır”

• 17.09.2020, 12:10

Sarkisyan Kəlbəcər İstisuyunu yox olmaq təhlükəsi qarşısında qoydu…-FOTOLAR

• 16.09.2020, 16:10

Erməni təxribatlarının qarşısı dərhal alınsın! – Nazir ƏMR ETDİ

• 16.09.2020, 16:09

İlham Əliyev BMT-nin sessiyasında çıxış edəcək

• 16.09.2020, 16:07

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı – 3 nəfər öldü

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31