Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

Ətraflı

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

Ətraflı

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

Ətraflı

Azərbaycan bir dəfə də hücum etsə… – XLOPOTOV

Ətraflı

Bakı-Ankara ittifaqına qarşı məkrli gediş – Tonoyandan savaşı tətikləyən fitnəkar bəyanat

Azərbaycanla Türkiyə Rusiya və Ermənistanın ortaq düşmənləridir? İşğalçı ölkənin müdafiə nazirinin Moskvada söylədiyini Sergey Şoyqu Bakıda təkzib etdi; region böyük dəyişiklik astanasındadır…

“Rusiya Ermənistanın əsas hərbi-texniki tərəfdaşı, bəzi istiqamətlər üzrə isə yeganə tərəfdaşdır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Moskvada səfərdə olan Ermənistanın müdafiə naziri David Tonoyan “Zvezda” telekanalına müsahibəsində bildirib.

“Bizim əlaqələrdə çox yaxşı dinamika var, hansı ki, illərdir yox idi. Biz Rusiyadan müasir və modernləşdirilmiş silahlar alırıq. Ayaqlaşmağa çalışırıq. Ona görə ki, düşmənlərimiz, demək olar, eynidir”, – deyə işğalçı ölkənin müdafiə naziri qeyd edib.

*****

Şübhə yox ki, “ümumi düşmənlər” dedikdə Tonoyan Türkiyəni və Azərbaycanı nəzərdə tutur. Daha dəqiqi, bu fitnəkar bəyanatla Ankara və Bakını Moskvanın da rəqibləri kimi Rusiya ictimai rəyinə sırımağa, Rusiyanı işğalçı ölkənin yanında daha möhkəm tutmağa çalışır. Necə deyərlər, öz çirkabına başqalarını da bulaşdırmaq istəyir. Çünki yaxşı bilir ki, Türkiyə və Azərbaycan Rusiyaya düşmən deyil, ola bilməz.

Birincisi, Bakı-Moskva münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və bunu zaman-zaman hər iki tərəfin yüksək çinli rəsmiləri, dövlət adamları açıq bəyan edirlər.

İkincisi, strateji tərəfdaşlığın təzahürü kimi, Rusiya Azərbaycanın mühüm silah tədarükçülərindəndir – hərçənd şimal qonşumuz işğalçı Ermənistandan fərqli olaraq, bizə silah-sursatı dünya bazarı qiymətlərinə satır.

Üçüncüsü, əgər Azərbaycan Rusiyaya düşmən kəsilsəydi, ölkəmizdə rus dili və mədəniyyətinə Ermənistandan qat-qat çox dəyər verilməz, sayğı göstərilməzdi. İşğalçı ölkədə isə əksinə, məhz Tonoyanın təmsil olunduğu “sorosçu” hökumət hakimiyyətə gələndən sonra nəinki Rusiyaya bağlı dəyərlərə hücum başlayıb, bütövlükdə erməni cəmiyyətində işğalçı ölkənin əsas varlıq qarantı olan Rusiyaya qarşı nə qədər qəribə də olsa, aqressiv ovqat güclənib.

Türkiye- Rusya İlişkilerinde Tarihi Güven(sizlik) Sorunu | PERSPEKTİF

Türkiyəyə gəlincə, qardaş ölkənin Rusiya ilə yüksəlişdə olan iqtisadi-ticari, humanitar-mədəni (turizm) əlaqələri ortada. Ankara və Moskva hətta hərbi-texniki sahədə sız əməkdaşlıq içindədir (S-400 sistemləri). O ayrı məsələ ki, iki böyük dövlətin Güney Qafqazla bağlı özəl maraqları var və bu maraqlar heç də həmişə üst-üstə düşməyə bilər.

Əsas odur ki, Moskva da, Ankara da regionda sülh və sabitliyin tərəfdarıdır. Bu yolda ən böyük maneə isə məhz İrəvanın apardığı işğalçı siyasətdir. Azərbaycan və Türkiyə həmişə bu siyasətin önündə durub, bundan sonra da duracaq – özü də daha qətiyyətlə. Əgər bu yöndə – böyük sülh anlaşmasının əldə olunmasında Moskva da fəal iştirakçı olsa – çox yaxşı. Yox, demək, təcavüzkar günün birində Kremlin izni alınmadan neytrallaşdırılacaq. Proseslər artıq buna yön alıb.

Təsadüfi deyil ki, qardaş ölkə son möhtəşəm birgə təlimlər, iki ölkə arasında bütün sahələr, xüsusən də hərbi sfera üzrə getdikcə dərinləşən və güclənən müttəfiqlik əlaqələri az qala, Ermənistanın yuxusunu qaçırıb. Tonoyanın “ortaq düşmənlər” haqda Moskva açıqlaması, sözsüz ki, ən əvvəl bu təlaşdan yaranıb.

*****

Eldar Namazov - Wikipedia

Eldar Namazov

“Cənubi Qafqaz çox mühüm geosiyasi dəyişikliklər ərəfəsindədir”. Bu sözləri politoloq Eldar Namazov qəzetimizə müsahibəsində bildirib.

“Ermənistanda Rusiyanın hərbi bazaları var, Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur. Eyni zamanda, həm Qarabağ, həm də Cənubi Osetiya və Abxaziya ilə bağlı konfliktlərdən istifadə edən Rusiya regiona ciddi təsirlərə malikdir. Nəticədə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü pozulub və bu amil indiyədək dəyişməz qalırdı. Ancaq son hadisələr göstərdi ki, vəziyyət dəyişib. İlk növbədə biz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məlum və məşhur çıxışını xatırlamalıyıq ki, ”Türkiyə Azərbaycanın yanındadır, keçən əsrin 18-ci ilində bizim əcdadlarımız nə edibsə, biz onu etməyə hazırıq", – deyə o vurğulayıb.

Politoloqa görə, Rusiya indi gözəl başa düşür ki, onun düşdüyü durum kifayət qədər ağırdır, Azərbaycan Türkiyə ilə birlikdə bölgənin geosiyasi durumunu dəyişməyə doğru birgə addımlar atmalıdır və atacaq…

*****

 

Rusiya, təbii ki, Türkiyənin iştirakı ilə regionda gedən son prosesləri diqqətlə izləyir və yeni gəlişmələrə uyğun öz siyasətinə düzəlişlər edir. Onlardan biri də qardaş ölkənin bölgədə öz “ayağını” get-gedə daha möhkəm və inamla basmasıdır. Ancaq burası dəqiqdir ki, Moskva Türkiyə və Azərbaycan kimi bölgənin tərəfdaş və açar ölkələrini ermənilərin heç bir vaxt reallaşmayacaq avantürist iddialarına xətir itirmək istəməz.      

Rusiyanın müdafiə naziri bu gün Bakıya gəlir - səbəb...

Yeri gəlmişkən, dünən Bakıda səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdə diqqətçəkən ifadə işlədib. Öncə o, Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək deyib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün yox, Rusiyanın Gümrüdəki hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. Ardınca xüsusi qeyd edib ki, “Rusiya indiyədək Azərbaycan əleyhinə yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq”.

Göründüyü kimi, Şoyqu Tonoyanın dediklərini, faktiki, təkzib edib. İndi, sizcə, kimə inanaq? Əlavə edək ki, Rusiya hərb naziri Moskvada Tonoyanla görüşdükdən sonra Bakıya gəlmişdi…

,
“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.10.2020, 17:07

Şuşa rayonunda 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 21.10.2020, 15:40

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır – Naqif Həmzəyev

• 21.10.2020, 15:31

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir – Politoloq

• 21.10.2020, 14:26

Ceyhun Bayramov Moskvaya gedib

• 21.10.2020, 14:18

Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb

• 21.10.2020, 13:44

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb – Hikmət Hacıyev

• 21.10.2020, 13:39

Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı – Deputat

• 21.10.2020, 13:38

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir – Nazir

• 20.10.2020, 19:58

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik – Hulusi Akar

• 20.10.2020, 19:47

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub

• 20.10.2020, 19:42

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir – Deputat

• 20.10.2020, 19:27

Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir – Vüqar Rəhimzadə

• 20.10.2020, 19:22

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir

• 20.10.2020, 19:19

Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb

• 20.10.2020, 18:41

Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik

• 20.10.2020, 18:32

Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

• 20.10.2020, 18:23

Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq

• 20.10.2020, 18:10

Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram

• 20.10.2020, 18:05

Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir

• 20.10.2020, 17:58

Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb

• 20.10.2020, 16:28

Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

• 20.10.2020, 16:25

Zəngilan şəhəri işğaldan azad olundu – Prezidentdən ŞAD XƏBƏR

• 20.10.2020, 14:32

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

• 20.10.2020, 14:30

Rusiya Ermənistanı müdafiə etməkdən imtina edib – “The Wall Street Journal”

• 20.10.2020, 13:45

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31