Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

Ətraflı

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

Ətraflı

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

Ətraflı

Azərbaycan bir dəfə də hücum etsə… – XLOPOTOV

Ətraflı

“Nə qədər ki, Türk qoşunları İrəvana girməyib…” – Rusiyadan forposta ilginc hədə

Ermənistan Təhlükəsizlik Şurasının iclasında Türkiyə təlaşı; işğalçı ölkəyə hərbi zərbə endirmək artıq zaman məsələsinə çevrilib; rusiyalı politoloq: “Bu dəfə Bakı və Ankara Rusiya rəhbərliyindən razılıq istəməyəcək…”

Ermənistanın populist baş naziri Nikol Paşinyan İrəvanın “artsax”ın əsas təhlükəsizlık qarantı olduğunu iddia edib. Bu barədə o, Facebook statusunda yazıb. Əlbəttə ki, o, yenə də yalan danışır. Ona görə ki, illərdir nəinki Dağlıq Qarabağdakı oyuncaq rejimin, Ermənistanın özünün də tək varlıq qarantı məhz Rusiyadır. Rusiyanın bölgədən, Ermənistandan çıxması kifayətdir ki, ermənilər qısa zamanda haqq etdikləri mövqeyə və statusa qayıtsınlar.  

İrəvanın əsas başağrısı, şübhəsiz ki, Türkiyə və Azərbaycan sarıdandır. Bunu ötən həftəsonu Ermənistan Təhlükəsizlik Şurasının iclasında Paşinyanın həyəcanlı çıxışı bir daha təsdiqləyir. İclasda Türkiyənin ünvanına növbəti dəfə hədyanlar söyləyən Ermənistan baş naziri qardaş ölkənin regionda öz dayaqlarını daha da möhkəmlətməsindən ciddi narahatlıq keçirdiyini açıq şəkildə büruzə verib, bunu Ermənistan üçün təhdid saydığını söyləyib.

*****

Türkiyənin Güney Qafqazda möhkəmlənməyə başlaması, təbii ki, ən çox İrəvanı təlaşlandırır. Çünki xain xoflu olur. NATO üzvü Türkiyə də daxil, az qala, bütün qonşularına qarşı əsassız ərazi iddiası irəli sürən Ermənistanın regionda Ankaranın güclənməsindən yana panika yaşaması və Rusiyaya daha çox ehtiyac duyması isə tam məntiqlidir. Belədə İrəvanın guya Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin qarantı olması haqda iddia bir az da absurd görünmürmü?

Turk ordusu Azerbaycanda: Niye bu tarix secildi? - Musavat.az

Məsələ də ondadır ki, Ermənistan başağrısını özü-özünə yaradıb. Onu blokadada və Rusiyadan güclü asılılıqda saxlayan, normal inkişafa qoymayan da budur – Kremlə güvənib qonşulara qarşı təcavüzkar, ilhaqçı siyasət aparmaq. Halbuki tarixi Türk-Azərbaycan torpaqlarında rusun əli ilə yaradılan süni, saxta Ermənistan dövlətinin mövcuduq qarantı yenə məhz iki əsas Türk dövlətinə – Azərbaycana və Türkiyəyə bağlıdır. Yetər ki, rəsmi İrəvan bütün qonşu ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın.

Əfsus ki, bu, üfüqdə belə, görünmür. Təəssüf ki, özünü modern düşüncəli və demokrat sayan Nikol Paşinyan da bu tilsimi qıra bilmədi, qırmaq istəmədi və öz avantürist sələflərinin yolunu tutdu. Nəticədə nə erməni xalqı ağ günə çıxa bilir, nə bölgədə daimi sülh və sabitlik bərqərar olur, nə də “bulanıq suda balıq tutan” şimal qonşunun bölgədən ayağı kəsilir.

Ermenistan Başbakanı Nikol Paşinyan ülkesinde alay konusu oldu

Yalnız bircə fərq var: Nikol Paşinyan üstəlik, Rusiya və Qərb arasında təhlükəli bir oyuna girib, eyni vaxtda “iki stul”da oturmağa çalışmaqla hər iki güc mərkəzinin sevimlisi olmağa ümid edir. Gerçəkdə isə “dəvəquşu” siyasəti aparmaqla öz xalqına daha fəlakətli bir gələcək hazırlayır…

*****

“Mən ölkəni bu qədər narahat vəziyyətə salan Nikol Paşinyana səmimi şəkildə acıyıram. Yəni elə bir vəziyyət ki, əgər o, Qərb tərəfdaşlarının istədiklərini verməsə, bu, onlar tərəfindən təcrid olunmağa səbəb olacaq, əsrlik müttəfiqə – Rusiyaya arxa çevirərsə isə, öz dövlətini itirəcək”.

Bu sözləri isə rusiyalı siyasi şərhçi, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib. 

Digər rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk isə hesab edir ki, Ermənistan baş naziri Kremlə qarşı sona qədər getməkdən çəkinir. Bu barədə o, Ermənistandakı Qərbə reverans niyyəti güdən anti-Rusiya ovqatını şərh edərkən deyib.

Onun fikrincə, N.Paşinyan düşünür ki, Rusiya onun maraqları naminə Ermənistan üçün müttəfiq olaraq müharibəyə başlamalıdır. “Ancaq müttəfiq münasibətləri elə ondan ötrüdür ki, müharibə olmasın. İrəvanı isə hələ heç kim zəbt etməyib (Türkiyə və Azərbaycan nəzərdə tutulur – red.). Ancaq əgər belə bir müttəfiq (Rusiya – red.) olmazsa, bax onda Ermənistan, yəqin ki, bölgədəki mövqeyinin yeni bir formatını görəcək”, – deyə Trofimçuk faktiki surətdə işğalçı ölkə və onun rəhbərliyini hədələyib.

Komandolar kardeş ülke Azerbaycan'da | SavunmaSanayiST

Əslində təcavüzkar ölkə öz təxribatçı davranışları ilə vaxtaşırı Rusiyaya da ciddi problem yaradır. Hər necə olmasa, bölgədə Azərbaycan və Türkiyə Moskva üçün Ermənistandan heç də az önəm kəsməyən ölkələrdir və şimal qonşumuz bu iki dövlətlə əlaqələrin kritik nöqtəyə gəlməsini, regionda böyük müharibənin alovlanmasını istəməz.

Elə Türkiyəyə də müharibə lazım deyil. Ancaq prezident Ərdoğanın dediyi kimi, əgər Ermənistan başından böyük təxribatlara gedirsə, təbii ki, onun cavabı dərhal və qətiyyətlə veriləcək. Daha bir səbəbə: söhbət həm də Türkiyənin də iştirakçısı olduğu Avropanın energetik təhlükəsizliyindən  gedir.  

*****

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət hazırda Türkiyənin Cənubi Qafqazdakı əsas başağrısıdır. Burada Nikol Paşinyan və ətrafındakıların Azərbaycanın enerji marşrutlarının yaxınlığında yeni bir təxribat təşkil edə biləcəyi təhlükəsi var. Bu durumda Transadriatik boru kəməri ilə Azərbaycan qazının əsas tədarükçüləri olan Avropa ölkələrində də narahatlıq müşahidə olunur”.

Afrin ve çevresi için operasyon vakti – Mücerret

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a Beynəlxalq Siyasi Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri Denis Korkodinov deyib.

Onun sözlərinə görə, İrəvanın yenidən hərbi təxribata əl atmağa cəhd edəcəyi təqdirdə Azərbaycan Türkiyə ilə birgə Ermənistanın strateji hədəflərinə zərbə vurma variantını ciddi şəkildə nəzərdən keçirir: “Ermənistanın təhlükəsizliyi üçün məsuliyyət hiss edən Moskvanın bu cür zərbənin əleyhinə olmasına baxmayaraq, regional miqyasda Ankara və Bakının rolu xeyli artıb. Bu səbəbdən əgər İrəvan bir daha sərhəddə təxribat törətsə, o halda Ermənistan ərazisinə zərbə endirilən zaman, çox güman ki, artıq Rusiya rəhbərliyinin razılığı alınmayacaq. Beləliklə, Bakı və Ankara bir daha Tovuz bölgəsində münaqişənin kəskinləşməsindən narahatlıq keçirsələr, heç bir şey onlara zərbə endirməyə mane ola bilməz. Üstəlik, belə zərbələrin hədəfləri çoxdan müəyyənləşdirilib”.

Korkodinov bu xüsusda qeyd edib ki, hazırda mövcud məlumatların təhlili əsasında Azərbaycan və Türkiyə Ermənistan ərazisində yerləşən 900-ə yaxın obyekti hədəfdə saxlayır. “Ermənistana hərbi zərbə endirmək vaxt məsələsi kimi görünür. Hər halda, Türkiyə bu planın bir hissəsi olacaq və şübhəsiz ki, türk xalqının parçası kimi Azərbaycana dəstək verəcək. Mütəxəssislər bildirir ki, əməliyyatın aktiv fazası başlasa, Ermənistan dörd tərəfdən zərbələr alacaq və rəsmi İrəvanın belə bir zərbəyə dözüm göstərməsi üçün nə iqtisadi, nə də mənəvi imkanı olacaq”.

*****

Necə deyərlər, “bu daş, bu da tərəzi”. Seçim həmişəki kimi İrəvanındır. Amma situasiya həmişəki deyil…


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.10.2020, 17:07

Şuşa rayonunda 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 21.10.2020, 15:40

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır – Naqif Həmzəyev

• 21.10.2020, 15:31

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir – Politoloq

• 21.10.2020, 14:26

Ceyhun Bayramov Moskvaya gedib

• 21.10.2020, 14:18

Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb

• 21.10.2020, 13:44

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb – Hikmət Hacıyev

• 21.10.2020, 13:39

Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı – Deputat

• 21.10.2020, 13:38

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir – Nazir

• 20.10.2020, 19:58

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik – Hulusi Akar

• 20.10.2020, 19:47

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub

• 20.10.2020, 19:42

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir – Deputat

• 20.10.2020, 19:27

Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir – Vüqar Rəhimzadə

• 20.10.2020, 19:22

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir

• 20.10.2020, 19:19

Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb

• 20.10.2020, 18:41

Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik

• 20.10.2020, 18:32

Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

• 20.10.2020, 18:23

Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq

• 20.10.2020, 18:10

Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram

• 20.10.2020, 18:05

Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir

• 20.10.2020, 17:58

Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb

• 20.10.2020, 16:28

Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

• 20.10.2020, 16:25

Zəngilan şəhəri işğaldan azad olundu – Prezidentdən ŞAD XƏBƏR

• 20.10.2020, 14:32

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

• 20.10.2020, 14:30

Rusiya Ermənistanı müdafiə etməkdən imtina edib – “The Wall Street Journal”

• 20.10.2020, 13:45

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31