Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

Ətraflı

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

Ətraflı

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

Ətraflı

Azərbaycan bir dəfə də hücum etsə… – XLOPOTOV

Ətraflı

ABŞ Paşinyandan pulunu istəyir – İrəvan üçün fəlakət resepti

“Dəvəquşu” siyasətinin sonu gəlir; anti-Rusiya şüarları ilə iqtidara gələn baş nazir nə Qərbin sevimlisi ola bilib, nə də Kremlin etibarını qazanıb; inqilab lideri ətrafında çənbər daralır…

Xəbər verildiyi kimi, amerikalı milyarder Corc Soros Ermənistan baş naziri Nikol Paşinyana təpinib. Soros “məxməri” baş nazirin Belarus prezidenti Aleksandr Lukaşenkonu 9 avqust prezident seçkisində qələbə münasibətilə təbrik etdiyi üçün narazılıq bildirib.

Erməni mediası yazıb ki, Corc Soros “Paşinyanın təbrik məsələsində səhv etdiyini detalları ilə onun diqqətinə çatdırmağı” özünün Ermənistan üzrə baş nümayəndəsi Larisa Minasyandan xahiş edib. Minasyan dövlətlərarası münasibətlər protokolu çərçivəsində bu cür təbriklərin vacibliyini qeyd etsə də, milyarder onun bəhanəsini qəbul etməyib. Bildirilir ki, bu təbriklə Paşinyan növbəti dəfə Rusiya ilə Qərb arasında manevr etməyə çalışıb, lakin uğursuzcasına.

“Baş nazirin manevrləri Sorosun tənbehi ilə nəticələnib, bundan sonra Paşinyan səsini kəsib. Paşinyan əsla Rusiya və Qərb maraqları arasında manevr edə biləcək siyasətçi deyil”, – deyə məlumatda qeyd edilir.

*****

Əslində gözlənilməz sayılmaz. Qərbdəki çevrələr, o sırada “rəngli inqilablar”ın sponsoru sayılan Soros Fondu çoxdan Paşinyanla bağlı məyusluq içindədir. ABŞ isə ondan, demək olar, əlini üzüb. Halbuki Serj Sərkisyanın xunta rejiminin Paşinyan rejimi ilə əvəzlənməsində ABŞ-ın İrəvandakı səfirliyi (bu səfirlik ərazisinə və əməkdaşlarının sayına görə postsovet məkanında ən böyük sayılır) yerli mediaya və qərbyönlü QHT-lərə dəstək verməklə həlledici rol oynamışdı.

Sadə dillə desək, Amerika işğalçı ölkədəki “məxməri inqilab”a babat pul xərcləmişdi. Hətta mətbuatda bu pulun konkret məbləği haqda yazlar da gedib. Kömək isə o niyyətlə edilmişdi ki, Paşinyan inqilab öncəsi verdiyi vədlərin hamısını tutacaq və Ermənistanı Rusiyanın orbitindən tədricən uzaqlaşdıracaq.

Paşinyan və Soros fondu ayrılmaz dostlardır” - Unikal.org

Lakin iqtidarda odluğu iki ildən çox zaman kəsiyində Paşinyan bu yöndə yarım addım da atmadı. Verdiyi sözləri unutdu, Moskvaya reveranslar etməyə başladı. Qısası, geri verdi, lap dəqiqi, Putindən qorxdu. O zaman sual yaranır ki, əgər qorxacaqdınsa niyə öz xalqına rifah nağılları danışır, ABŞ-a quru vədlər verib yalanlar söyləyir, “Amerikanın pulları”nı  boşuna xərcləyirdin?

Paşinyan və Soros fondu ayrılmaz dostlardır

Məntiqlə Ermənistanın xarici siyasət oriyentasiyası, prioriteti dəyişməyəcəkdisə, o zaman Qərb, ABŞ niyə də Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olmalı, bu dəyişiklik uçun böyük paralar ayırmalı idi? Cavab aydındır. Nikol Qərbi, Amerikanı aldadıb. Di gəl, erməni baş nazir hələ də özünü o yerə qoymur və guya həm Rusiyanın, həm də Qərbin adamı kimi hər ikisindən siyasi-maliyyə dəstəyi umur, “ikili oyun” oynayır, “dəvəquşu siyasəti” yürüdür. Hərçınd, Rusiyaya çoxsaylı sədaqət andları içməsinə rəğmən, Moskva da Paşinyana etibar etmir, ona inanmır. Necə etibar etsin ki, Ermənistanda hökumət üzvlərinin əksəriyyəti “Soros uşaqları”ndan ibarətdir.          

Beləcə, anti-Rusiya şüarları ilə iqtidara gələn Nikol Paşinyan baş nazir qismində fəaliyyəti ilə nə Qərbin sevimlisi ola bilib, nə də Kremlin etibarını qazanıb. Odur ki, indi onun hər iki güc mərkəzinin çarpaz təzyiqi altında və hədəfdə olması təbiidir. Paşinyan ətrafında çənbər daralır, ondan qəti bir seçim etmək tələb olunur.

*****

Paşinyan məhşər ayağına çəkilir – Soros projesi iflasda » Ovqat.com

Siyasi müşahidəçilər də bu vəziyyətdə Paşinyan və komandası üçün yaxşı gələcək proqnoz etmirlər. Məsələn, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti Fakültəsinin Beynəlxalq Təhlükəsizlik kafedrasının dosenti, tanınmış politoloq Aleksey Fenenkoya görə, əslində ABŞ-ın Demokratlar Partiyası Soros vasitəsilə Paşinyana öz narazılığını çatdırıb.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” portalına müsahibəsində belə deyib.

“Soros ABŞ siyasi dairələrinin təmsilçisidir. Konkret halda biz Paşinyanla bağlı narazılığın Amerika isteblişmenti daxilində artdığını görürük. 2018-ci il eyforiyası keçir. Nə vaxt ki, çoxuna elə gəlirdi ki, məhz Paşinyan vasitəsilə Qərb Cənubi Qafqazda öz dayaqlarını gücləndirə biləcək. Görünür, artıq orada başa düşüblər ki, Nikol Paşinyan yaxın gələcəkdə Rusiya ilə Avrasiya İqtisadi Birliyi və KTMT xətti üzrə əlaqələri qırmağa hazır deyil və indi başqa birisini tapmaq barədə düşünürlər”, – deyə ekspert qeyd edib.

Aleksey Fenenko: “Təəssürat yaranır ki, Paşinyan Azərbaycanı ...

Aleksey Fenenkoya

Rusiyalı siyasi təhlilçi hesab edir ki, Nikiol Paşinyan xarici fondların Ermənistanda fəaliyyətinə imkan verməklə  istədiyi qədər Rusiya və Qərb arasında balans yaradacağı və oyun oynayacağına ümid etməklə Viktor Yanukoviçin (Ukraynanın devrilmiş prezidenti) və Əsgər Akayevin (Qırğızıstanın devrilmiş prezidenti) səhvini təkrarlayır. “Əslində bu, pis taktikadır, çünki tarazlaşdırma dönəmi keçib, indi sərt seçim vaxtıdır. Paşinyan tarazlığı davam etdirdiyini düşünməkdə ikən isə ölkədə ona qarşı çıxan gənclər böyüyür, rusiyapərəst elektorat üçün isə o, yada çevrilir. Soros Fondu, əlbəttə ki, elə bununla məşğuldur – Rusiya ilə əlaqələri tam qıracaq radikallar yetişdirmək. Bu da sizə İrəvanda hazırlanmaqda olan sadə fəlakət resepti”, – deyə Fenenko xəbərdarlıq edib.

Qalır, bu xəbərdarlığı Paşinyan və komandasının nə dərəcədə ciddiyə alacağı. Hər halda, “dəvəquşu” siyasətinin sonuna bir şey qalmayıb…


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.10.2020, 17:07

Şuşa rayonunda 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 21.10.2020, 15:40

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır – Naqif Həmzəyev

• 21.10.2020, 15:31

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir – Politoloq

• 21.10.2020, 14:26

Ceyhun Bayramov Moskvaya gedib

• 21.10.2020, 14:18

Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb

• 21.10.2020, 13:44

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb – Hikmət Hacıyev

• 21.10.2020, 13:39

Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı – Deputat

• 21.10.2020, 13:38

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir – Nazir

• 20.10.2020, 19:58

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik – Hulusi Akar

• 20.10.2020, 19:47

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub

• 20.10.2020, 19:42

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir – Deputat

• 20.10.2020, 19:27

Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir – Vüqar Rəhimzadə

• 20.10.2020, 19:22

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir

• 20.10.2020, 19:19

Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb

• 20.10.2020, 18:41

Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik

• 20.10.2020, 18:32

Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

• 20.10.2020, 18:23

Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq

• 20.10.2020, 18:10

Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram

• 20.10.2020, 18:05

Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir

• 20.10.2020, 17:58

Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb

• 20.10.2020, 16:28

Zəngilanda Azərbaycan bayrağı asıldı – VİDEO

• 20.10.2020, 16:25

Zəngilan şəhəri işğaldan azad olundu – Prezidentdən ŞAD XƏBƏR

• 20.10.2020, 14:32

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” – FOTO

• 20.10.2020, 14:30

Rusiya Ermənistanı müdafiə etməkdən imtina edib – “The Wall Street Journal”

• 20.10.2020, 13:45

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31