Əgər ermənilər Kəlbəcərdən çıxmasaydı… – Kuznetsov

Ətraflı

Ermənilər Çərəktar kəndinə od vurub çıxdılar, indi isə deyirlər ki, kənd onlarda qalır

Ətraflı

Şuşanın havadan VİDEO görüntüsü

Ətraflı

Qarabağda türk patrulu da olacaq

Ətraflı

Xan qızı Natəvanın övladları – Keşməkeşli həyat SALNAMƏSİ – ARAŞDIRMA

Vüqar Tofiqli

On ilə yaxındır ki, Ağdamla, Qarabağla bağlı araşdırma aparır, regionun zəngin tarixinə nəzər salmağa çalışıram. Məhz bu fəaliyyətin nəticəsidir ki, bu gün bu mövzuda dörd kitabı nəşr etdirməyə nail olmuşam. Çalışdığım istiqamətdə bir neçə mövzu var idi ki, bu günədək hər hansı nəticəyə gələ bilməmişdim. Ancaq bu günlərdə uzunmüddətli axtarışlarım öz bəhrəsini vermiş oldu.


Şüvəlan qəbrstanlığındakı Mirmövsüm Ağa ziyarətgahında olarkən təsadüfən tanınmışlardan birinin dünyasını dəyişmiş gənc oğlunun məzarı diqqətimi çəkdi. Məzarı ziyarət edərkən sol tərəfdə kimlərin dəfn oldunduğunu bilmək istəyərkən gözlərimə inanmadım.  Əbulüfət ağa Ağamirovun, qardaşlarının və onun digər ailə üzvlərinin məzarlarını gördüm. Bəs üzün müddət axtarışında olduğum Əbülfət ağa Ağamirov kimdir?


Onun haqqında büyüyüb boya-başa çatdığım Quzanlı kəndində, o cümlədən keçmiş sövet dövründə bizim sovetliyin inzibati ərazisində olan İmamqulubəyli kəndində maraqlı rəvayətlər bu gün də dolaşmaqdadır. Bu məqamlara yazı boyu qayıdacağam.


Beləliklə, bu yazıda Xurşud banu Natəvanın vərəsələri, nəslinin davamçıları barədə söhbət açacağam. Bu gün dəyərli ziyalı, şairə, Qarabağmızın tanınmış siması, xeyriyyəçi-maarifpərvər insan Xurşud banu Natəvanın Xasay xan Usmiyevlə evliliyindən olan övladlarının taleyi barədə istər elmi araşdırmalarda və  istərsə mediada geniş məlumat olsa da, onun Seyid Hüseynlə ikinci evliliyindən olan övladlarının taleyi barədə hər hansı kiçik bir  məlumat belə yoxdur. Məhz bu səbəbdəndə araşdırmalara başladım. Elmi və keçmiş sovetin dövrü mətbuatını nəzərdən keçirməklə yanaşı, İmamqulubəyli kəndinin ağsaqqallarıyla, istərsə də qarşıma çıxan Ağamirov soyadı olan hər kəsdən Qarabağla bağlılığının olub-olmaması barədə soruşurdum.  Elmi və dövrü mətbuatda çox az məlumat əldə edə bildim. Deməliyəm ki, bizim bu araşdırmamızın əsas istiqaməti Xan qızının ikinci evliliyindən dünyaya gələn övladlarının gələcək taleyi haqqında əldə etdiyimiz bilgiləri oxucularımızla bölüşməkdir.


Yuxarıda söylədiyim hadisə ilə əlaqədar həmin qəbrstanlığın nəzarətçisi, ziyalı bir şəxs Şamo müəllimlə dostlar vasitəsiylə əlaqə saxlayıb, o məzarlığa Ağamirovlardan kimlərin ziyarətə gəldiyini öyrənmək cəhdimin boşa çıxması ümidlərimi heçə endirmişdi. Lakin təsadüfən Azərbaycan Tarix Müzeyinin bir əməkdaşıyla söhbət zamanı belə bir soyadla bağlı fondda hər hansı sənədin və ya məlumatın olub-olmamasını öyrəndikdə artıq özümdə bir ümid yarandı. Bir neçə gün keçməmiş – “var və surətlərini gətirmişəm, baxarsınız, bu günlərdə muzeyə təqdim ediblər” – cavabını aldım. Təqdim edilən unikal şəkillər və şəxsiyyət vəsiqəsinin surəti mənə tezliklə nəzərdə tutduğum suallara cavab tapa biləcəyimdən xəbər verirdi.


Xatırladım ki, Xan qızı Natəvanın Seyid Hüseynlə evliliyindən Mirhəsən bəy, Mirabbas bəy, Mircabbar bəy adlı oğlanları, Saray xanım və Həcər xanım adlı qızları vardı.


Bizim araşdırmamız hələlik bir istiqamətdə Mircabbar ağa və onun övladlarının taleyi ilə bağlıdır.


Əvvəlki yazılarımda qeyd etdiyim bəzi məqamları bir daha xatırlatmaq istərdim.


***

Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabında belə bir məqam diqqətimi çəkmişdi.  Müəllif yazırdı: “Mən ona Mircabbar ağanın evində dayə işləməyə zəmanət verdim”. Burada söhbət Olqa Alekseyevna adlı inqilabçı xanımdan gedir. Belə ki, bu xanım inqilabdan əvvəlki illərdə  Rusiyanın Qazan şəhərində həbsdən qaçaraq Tiflis şəhərinə, ordan da Kəhrizliyə pənah gətirir.  Və Həmidə xanıma işlə bağlı müraciət edir. O da oz növbəsində zəmanətlə xanımı dayə kimi Mircabbar ağa  Ağamirovgilə göndərir.


Əsərdə Mircabbar ağa ilə bağlı başqa bir məqama rast gəlməsəmdə belə ehtimal etmək olar ki, Həmidə xanım Miracabbar ağa ilə  yaxın qohumluq əlaqəsi olmaqla yanaşı, həm də bir-birlərini yaxşı tanıyırmışlar. Və get-gəlləri olduğundan ürəkli şəkildə dayəni də onlara göndəribmiş.


Qeyd edim ki, Mircabbar ağa Seyid Hüseynin Xurşud banu Natəvandan olan  üçüncü oğluydu. Soltanbud təpəsi və ona bitişik ərazilərdə pay şəklində Mircabbar ağaya verilmişdi. Soltanbud təpəsinin ətəyində kəndə tərəf ərazidə onun səkkiz alt – səkkiz üst olmaqla  iqamətgahı var idi. Deyim ki, Ağdamda da Xuşud banu Natəvanın özünə və  ailə üzvlərinə  məxsus  mülklər az deyildi. Xan qızının ailə üzvlərinə pay şəklində torpaqların verilməsi isə bir ənənə idi. Uzun müddət Ağdam Rayon Partiya Komitəsinsının yerləşdiyi bina (sonralar bu binada  Ağdam Maarif Şöbəsi yerləşirdi) Natəvanın nəvəsi  Ağabikə xanıma məxsus olduğu iddia edilir. Araşdırmalar zamanı bir məqamı dəqiqləşdirmək mümkün oldu. Belə ki, Xan qızının özünə məxsus iqamətgahının Ağdamın mərkəzindəki keçmiş Lenin  bağında olduğunu bir çox yaşlı insanlar yaxşı xatırlayır.


Mircabbar ağanın qırmızı kərpicdən inşa edilən mənzilində isə hər cür şərait var idi. Hətta üst mərtəbədə hamam və sanitar qövşağının qurulduğu deyilir. Bu mənzili də Xan qızı inşa etdirmişdi.   


Ötən əsrin əllinci illərində hər iki  bina söküntüyə məruz qalır. Təəssüflə deməliyəm ki, Xan qızının Ağdamdakı mülkünün həyətində sonralar “Lenin” bagı, oğlunun yaşadığı mənzilin yerində isə kənd qəbrstanlığı salındı.

***


Mircabbar ağa Ağamirov haqqında nə elmi,  nədə dövrü mətbuatda ciddi bir məqama, araşdırmaya rast gəlmədim. Adı ötəri şəkildə yalnız üç əsərdə keçir: Həmidə xanım Cavanşirin “Xatirələrim”, Əzizə Cəfərzadənin “Natəvan haqqında hekayələr”də” və Bəylər Məmmədovun “Natəvan” monoqrafiyasında.


Ancaq internet mediada axtarışa verdikdə “Difai” təşkilatının üzvləri arasında adı çəkilir. Maraqlıdır ki, tarixçi-alim Eldar Əzizovun “Difai” monoqrafiyasında və Sabir Rüstəmxanlının “Difai fədailəri” adlı  sənədli romanında Difai təşkialtının hər hansı üzvləri sırasında Mircabbar ağa Ağamirovun adı hallanmır. İnternet resurlarda qeyd edilir ki, “Qarabağda (Şuşada) “Difai” Komitəsinin üzvlərindən Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, Isfəndiyar Alpouti, Zərgər Məmiş və başqalarının adını çəkmək mümkündür.”


Etiraf etmək olar ki, burada bir həqiqət ola bilər. Ancaq bu həqiqtən faktlarla isbat etmək qeyri- mümkündür. Bu fikri biz yalnız ehtimal edə bilərik. Mircabbar ağanın bacarıqlı olması şəksizdir. Bəylər Məmmədovun monoqrafiyasında belə bir məqam var:


“Natəvanın başından dərd-bəla əskik olmadığı kimi, təsərrüfatına və malına, puluna gündən-günə zərər toxunurdu. “Məclisi-üns”ün dağılmasından bir müddət sonra şairənin evində xeyrxah məqsədlər üçün ayırdğı  bir sandıq qızıl  pul və qiymətli əşya yox olmuşdu.  Bu hadisə təsüdüfü deyildi, əmlak üstündə  ailə üzvləri arasında gedən mübahisə  ilə əlaqədar idi.  Etibarlı mənbədən alınmış məlumata görə,  bu sandığı Natəvanın kiçik oğlu Mircabbar ağa  böyük qardaşı Mehdiqulunun acığına aparmışdı. Bu da Xurşidbanu Natəvanın Arazdan Mil düzünə çəkdirdiyi arx üzərində aparılan işi dayandırmağa məcbur etmişdi” (səh.142)  Burada səslənən əmlak münaqişəsinin kökündə isə ciddi bir məsələ dayanırdı.Yəni Natəvanın əlində olan mal-mülk onun bütün övladları arasında deyil yalnız Mehdiqulu xana aid olmasını Çar Rusiyasının təmsilçiləri xüsusilə vurğulayır və bu addımı da Natəvanın birinci əri X. Usmiyevdən boşanmadığı üçün olduğunu əsas gətirirdilər. Nəticədə bütün mal-mülkə sahiblənən Mehdiqulu anasının ikinic əri olan Seyid Hüseyndən olan övladlarına hər hansı əmlak verməkdən boyun qaçırırdı. Bununla bağlı Xan qızının bütün cəhdlərinin boşa çıxması isə nəticədə onu mənəvi cəhətdən sıxırdı.


Beləliklə, bu məqamla bağlı bizim apardığımız araşdırma və təhlillər göstərir ki, xan qızının övladları arasında nifaqın salınmasında Çar Rusiyasının yetgililərinin də mühüm rolu olmamış deyil. Gəlin unutmayaq ki, bir gecənin içində xan nəslinin 33 nəfərinin, başda səsksən yaşlı İbrahimxəlil xan olmaqla xəncərdən keçirilməsi də səbəbsiz deyildi. Çar yetgilililəri Qarabağda özlərinə alternativ qüvvənın saxlmasını istəmridilər. Və müqavilə ilə xan ailıəsinə verilən mülklərin toxunulmazlğını elan etmiş olsalar da, gələcəkdə bu mülklərin Rusiyanın nəfinə hansısa yollarla ələ almaq istəyirdilər və nail də olurdular. Beləliklə, Xan qızı Qarabağ xanının yeganə vərəsəsi kimi çoxsaylı mülklərə sahib olsa da mütəmadi olaraq bu mülkləri  Çar Rusiyasının Qafqazdakı yetgililəri müxtəlif yollarla ondan alırdılar.         

***


İndi isə Əbülfət ağanın bacısı barəsində maraqlı bir xatirəni diqqətinizə çatdırmaq istərdim.

Həmsöhbətim Seyid Kamran da Ağamirov soyadını daşıyır. Ağdamda tanınan nəslin nümayəndəsidir.  Seyid Kamran Mircabbar ağa ilə bağlı maraqlı bir fakti söylədi:


– Atam Seyid Həşim kişi  bir dəfə Bakıya Passaj bazarına gəlir. Alış-veriş zamanı atam satıcıya “eloğlu cəddim haqqı bunları pay alıram elə olmasın ki, pis çıxsın” deyəndə yaxınlıqda  keçən  xanım söhbətə qoşulur. Və bu minvalla məlum olur ki, bu xanımda Ağamirovlardandır. Seyidlərdən söhbət düşəndə qadın deyir mən də seyid qızıyam.  Və atamı evlərinə qonaq aparıb əri və ailə üzvləri ilə tanış edir. Seyid qızının əri Ədil bəy Soltanov də ziyalı bir insan idi. O vaxtkı “NKVD” rəsi olmuşdu. Xanım sonralar deyirdi ki, əri Ədilbəy  Əliş Ləmbəranski ilə yaxın dostdur. Bu ailə ilə uzun müddət mehriban münasibətimiz yarandı. Hətta mən və bacım Bakıya oxumağa gələndə o vaxtı Ədil bəygilə düşərdik. Yadımdadı onların mənzili indiki  Cəfər Cabbarlı küçəsində, Yasamal Rayon İcra hakimiyyətinin keçmiş inzibati binasının yaxınlığında yerləşirdi. Xanımı Asya deyə çağırsalar da, əsil adı  Ağca xanım idi. Gözəl yaraşıqlı bir xanım idi. Xurşud banu Natəvana çox oxşayırdı.  Onlar da tez-tez Ağdama gəlirdilər. Ağdama düşən kimi birinci növbədə nənələrinin məzarını ziyarət edərdilər. Dolanışıqları zəif olduğundan bəzən özü ilə gətirdiyi onluq qızılı pula çevirərdi. Soruşanda deyirdi ki, Xan qızından qalıb.  Ağca xanım deyirdi ki, bəzən onun qızıllarını satıb dolanırıq.  Yadımdadı ki, onların evlərində bir qara bədənnüma güzgü də var idi. Xan qızından qalmışdı. Deyirdilər Fransadan gətizdiribmiş.  Sonradan məlum oldu ki, seyid xanım Mircabbar ağanın qızı,  Seyid Hüseynin nəvəsidir.


Bu hadisə 60- cı illərdə olmuşdu. Qadının Xalidə adlı qızı da var idi.


***


Keçmiş sovet dönəmində Gəncə-Lənkəran yolunun Tət-tər, Bərdə, Ağdam, Ağcabədi və  Beyləqan rayonlarından keçən  hissəsində yolboyu çoxsaylı təpələrə (kurqanlara) rast gəlmək olardı. Bəziləri möhtəşəmliyini indiyədək qoruya bilmişdir.


Demək olar ki, bu təpələrin əksəriyyətinin eramızdan əvvəl, bəzilərnin isə XIV əsrdə salındığı qeyd olunur. Zəngin tarixi maddi-mədəni irsimizin daşıyıcısı kimi çıxış edən bu təpələrin digər bir məqsədi  düşmən ordularının hücumlarından tez bir zamanda xəbərin ətraf ərazilərə yayılmasına çalışmaq idi. Sovet dövründə  qeyd edilən təpələrin bir qismi, xüsusəndə Bərdə rayon  ərazisində olanları, sıradan çıxarılaraq əkin sahəsinə qatıldı. Bununla da  burada olan zəngin maddi-mədəni irsin bir qismini əkin suları yuyub aparmış oldu.


Xatırladaq ki, o vaxtı həcmcə böyük olanlara əl vura bilməmişdilər. Bunların içərisində seçilən təpələrdən biri də Quzanlı kəndinin yaxınlığında olan Soltanbud təpəsi sayılır. Toponim iki sözdən ibarət olub şəxs adı “Soltan” və “bud/pud” isə fars mənşəli söz olub təpə mənasını verir.   Təpənin yaxınlığından Xaçın çayı və dünyada məşhur Saqqız ağacının məskəni sayılan Soltanbud meşəsi vardır. Maraqlı görünən odur ki, Kurqan tipli Soltanbud təpəsi indiyədək dərindən tədqiq edilməmiş, erməni silahlı dəstələrin ölkəmizə hücumu zamanı təpə özünümüdafiə məqsədilə istifadə edilmiş, həmin dövrdə  müdafiə istehkamı üçün aparılan qazıntılar zamanı təpənin asfalt yola yaxın hissəsində ciddi üslubda çaylaq daşından hörgü aparıldığı üzə çıxmışdı. Təssüfedici faktdır ki, elmi mənbələrdə bu təpə ilə bağlı araşdırmalara rast gəlinmir. Mənbələrdə,  Beyləqan və Culfa rayonlarında olan eyniadlı dağdan və yüksəklikdən söhbət açılır. Özündə zəngin maddi-mədəni irsi daşıyan Soltanbud təpəsindən isə hər hansı söhbət belə açılmır.


Etiraf edilməlidir ki, son əlli il ərzində  yuxarıda sözügedən Soltanbud meşəsinin demək olar ki, səksən faizi bu və ya digər səbəbdən sıradan çıxmış, meşənin “26 Bakı komissarı” kolxozuna (vaxtı ilə Quzanlı kənd sovetliyində formalaşmış kolxozun adı) verilən hissəsi son iyirmi ildə tamamilə ləğv edilmişdir.


Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidentinin 22.05.2007- ci ildə  imzaladığı (346-IIIQ) saylı  “Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanununa  görə,  İmamqulubəyli və Çullu kəndləri Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, İmamqulubəyli kəndi mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Həmin qanunun digər maddəsilə  Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Quzanlı kəndinə qəsəbə statusu verilmiş, Quzanlı kənd inzibati ərazi dairəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.


Ayrıca icra nümayəndəliyi kimi Quzanlı qəsəbəsindən ayrılan İmamqulubəyli kəndi XİX əsrin əvvəllərində təpəyə bitişik Xaçın meşəsinin ərazisində salınmışdır. Və indiki meşə “qalıqlarının” hüdudları bir tərəfdən  Ağcabədi rayonu ərazisindəki Sarıcalı kəndinə, digər tərəfdən Baş Qərvənd kəndinə kimi uzanırdı. Məhz ərazidəki meşə sahələrinin hesabına ərazidə onlarca suvarma üçün istifadə edilən onlarca kəhrizlər qazılmış, 70-ci illərə kimi istifadə edilmişdir.


Bu kəndin  salınmasının maraqlı tarixçəsi var. Elmi araşdırmalarda göstərilir ki, eynidalı kəndlər həm Ağcabədidə, həm Bərdədə, həmdə Ağdamda salınıb. Mülahizələrə görə, qaradolaq tayfalarının bir qolu olaraq hələ XIX əsrin əvvəllərində Azərbaycan ərazilərinin  Çar Rusiyasına qatılan ərəfələrdə yaşayış məntəqəsi Ağdam ərazisində salınıb. Çar Rusiyası dövründə kəndin idarəçiliyi beş il müdətinə İmamqulu bəyə verildiyindən, kəndin adıda məhz buradan yarandığı deyilir. Mənbələrdə qeyd edilən kəndin Ağdamda göstərilməsi indiki halda həqiqətə uygun deyildir. Belə ki, 1930-cu ilin inzibati ərazi bölgüsündə həmin kənd Ağcabədi rayonunun ərazisinə düşmüşdür. Kənd  Hindarxı qəsəbəsinin yaxınlığında olan yaşayış məntəqəsidir. Digər kəndlərdə məhz bu kənddən ayrılanlar tərəfindəın salındığı qeyd olunur.


Araşdırmalarımız göstərir ki, Soltanbud təpəsi yaxınlığınıda salınan İmamqulubəyli kəndi çar Rusiyası dövründən də əvvəl “Ağalıq” adlanırmış.


Kolxoz quruluşu dövründə bəyin mülkü “Papanin” kolxozu idarə heyətinin inzibati binası kimi istifadə olunubmuş. Kənd sakinləri danışırlar ki, bir gün Mircabbar ağanın oğlu Əbülfətağa kecəykən kəndə gəlir və binanın qaravulçusunu tapır. Məlum olur ki, qaravulçu vaxtı ilə Mircabbar ağanın oğlu Əbülfət ağanın  nökəri olub. Nökərlə mehriban görüşən bəy  onunla bərabər keçmiş mənzillərini otaqbaotaq gəzir və kimin harada oturması ilə maraqlanır. Məlum olur ki, anasının yataq otağında kolxoz sədrinın kabineti yerləşirmiş.


Beləliklə, vəziyyətlə barışmayan Əbülfət ağa keçmiş nökərinə atının yəhərində gizlətdyi kanistrləri gətirməyi və solyarkanın bütün otaqlara səpməsini tapşırır. Qarovulçu əvvəlcə tərəddüd etsə də, sonradan Əbülfət ağanın əsaslı təkidlərindən sonra bu addımı atmalı olur. Beləliklə, idarə binasına od vurulur. Qorxuya düşən qaravulçunu isə Əbülfət ağa təlimatlandırır. Qaravulçu səhərə yaxın kəndə hay salır. Səhəri gün isə Əbülfət ağanın  təlimatına əsasən qaravulçu günahın məhz kolxoz sədrində olması ehtimalını irəli sürür. Ancaq proses bir qədər uzandığından və sonradan İkinci Dünya Müharibəsinin başlaması sədri sürgündən azad edir.


Kənd sakinlərindən eşitdiyim digər bir xatrirə  Əbülfət ağa ilə bagli idi. Belə ki, ikinci dünya müharibəsi dövründə müharibə zamanı əsir düşən həmyerlilərimizin biri hərbi hospitalda bir həkimlə qarşılaşır. Həkim Azərbaycan dilində onun haradan olması ilə maraqlanır. Təəcübündən özünü itirən həmyerlimiz Quzanlıdan olduğunu dilinə gətirir. Həkim ondan “Ağalıq” haqqında, habelə Mircabbar ağa haqqında, onun oğlu barəsində sual verəndə yaralı həmyerlimiz uşaq ikən o həyətdə olduğunu və bir uşaqla hətta güləşdiyinidə deyir. Məlum olur ki, bu adam Əbülfət həkim imiş. İndi dünyasını dəyişmiş həmyerlimiz iddia edirdi ki, həkim  sovet casusu kimi almanların içərinə  göndərilmişdi.  

***


Mircabbar ağa haqqında müəyyən məlumatları əldə etmək məqsədiylə İmamqulubəyli  kəndinin  yaşlı sakinlərindən biri olan, kənddə “Lətif oğlu Xasay” adıyla çağrılan Xasay Lətif oğlu Allahverdiyevlə görüşdüm. Müsahibim 1928-ci ildə Laçın rayonunun “Musurmanlar” adlanan kəndində anadan olub. II Dünya Müharibəsi dövrü, təxminən  1942-ci ildə ailəlikcə  İmamqulubəyli kəndinə pənah gətiriblər.


Həmsöhbətim deyir ki, kənd əsasən indiki Ağcabədi rayonunun İmamqulubəyli kəndindən olanlardan, Mircabbar ağanın ətrafında çalışan kəndlilərdən, habelə Laçın rayonunun müxtəlif kəndlərindən, o cümlədən Şəlvə, Daşlı və digər yaşayış məntəqəsindən gələnlərdən formalaşıb. Laçın rayonundan gələnlərin bir qismi hələ 20-ci illərdən əvvəl, bir qismi isə müharibə illərində məskunlaşmışdı.    


Xasay kişi söyləyir ki, Mircabbar ağanın Soltanbud təpəsinin ətəyində ikimərtəbəli mülkü olub. Mülkün ikimərtəbəli və ən müsair Avropa stilində olmasını bir çox adamlar da təsdiqləyir. Mülkün ətrafında Mircabbar ağanın zəngin bağı olub. Bağın ətrafında sıx ağaclar əkilmişdi. Bu ağaclardan əsasən ev tikintisində tir kimi istifadə edilirdi.


Bağın yeri və mülkün həyəti  təsadüfdən Lətif kişinin ailə üzvləri, oğlu Xasay və Azay kişinin, o cümlədən  bacıları  Tamaşa və Nübar xanımgilin həyətlərinə düşüb.


“Biz bu ərazilərdə məskunlaşanda artıq mülkün birinci mərtəbəsi sökülmüşdü. O illərdə demək olar ki, kənddə ev tikən adamların əksəriyyəti məhz Mircabbar ağanın mülkünün materialından istifadə edib.  Sonuncu kərpiclərdən biz də istifadə etmişik. Deyirdilər ki, Mircabbar ağa lay-lay olan kərpiclərin onuna bir qızıl onluq verib.


Maraqlıdır ki,  bizim həyətə düşən hissədə Mircabbar ağanın öz əliylə əkdiyi “Güleyşə” narının çubuğunu kənddə paylamadığım adam qalmayıb. Həqiqətən  “Güleyşə” nar dənələri və rəngi çox qeyri-adidir.


Kəndimizin üst tərəfində  “Ağalığın çalması” deyilən ərazidən düz üzü Quzanlı kəndinədək “Saqqız” ağaclarından ibarət sıx meşəlik idi.


Mircabbar ağanın ən sədaqətli adamı onun darğası olmuş Əbdüləzim kişi idi.


Bir gün kolxoz quruluşu  dövrü Mircabbar ağanın böyük oğlu Əbülfət ağa gecəykən Əbdüləzim kişigilə gəlir və bir torba qızılı gizlətməyi ondan  xahiş edir.


Əbdüləzim kişi Əbbülfət ağanı götürüb meşənin iç tərəflərinə doğru gedir. Ağac “kooşu” tapıb torbanı oradaca   gizlədir. Əbülfət ağa şərt kəsir ki,  ara sakitləşəndən sonra gəldimsə, qızılları götürəcəyəm, gəlməsəm qızıllar sənin halalındır.


Elə olur ki, bir müddətdən sonra Əbülfət ağa sağ-salamat gəlib çıxır. Və birlikdə Əbdüləzim kişinin ailə üzvlərinin iştirakıyla həmin ağacı tapıb qızılı götürürlər. Əbülfət ağa nə qədər istəsə də Əbdüləzim kişi ondan heç nə almır. Bununla da özünün sədaqətinin sonadək nümayiş etdirir”.


Lətif oğlu Xasay kişiylə söhbətim xeyli şəkdi. Qardaşı oğlu Azərin iştirakıyla keçən söhbətdə bir çox məqamlara toxunduq. 


Yurd yeri hər birimiz üçün əzizdir, doğmadır.  Əbülfət ağa üçün də bu yurd yeri doğma olduğundan onun hətta 50-ci illərin ortalarınadək Soltanbuda  gəldiyi deyilir.

***


Beləliklə, Xurşid Banu Natəvannın kötücəsi,  Əbülfət ağanın nəvəsi Sevil xanım Ağamirova ilə söhbət edirəm. Hər sözünü ölçülü-biçili deməsi onun yüksək intellekt sahibi olmasından xəbər verirdi. Söhbətə tez-tez  oğluna təkrar etdiyi sözlərlə başladı-“vaxt gələcək bizi də yada salacaqlar, oğlum”.  Görüşə tam hazır vəziyyətdə gəlmişdi və unutduqları məqamları isə bacısı Fəridə xanımdan, digər qohumlarından soruşubmuş. Söhbətə qəbrüstü abidənin üzərində yazılan şeirlə başlayıram.  


***

Adım Əbülfətdir ibn Mircabbar,

Oldum əlacsız bir dərdə giriftar.

Elim Qarabağdır, şəhrimdir Şişə,

Cəlayi vətən oldum mən həmişə.

Diyarı qurbətdə can verdim tənha,

Dərdimə tapmadım bir dərman əsla.

Nəbbadeyi Xurşid Banuyam mən,

Gözündən qan tökər dərdimi bilən.

Elimdən, balamdan əlim üzüldü

Başıma torpaqdan cələng düzüldü.  

Etsəniz qəbrimi dostlar ziyarət

Ruhum şad olacaq inanın əlbət.


Bu şeiri ömrünün son illərində Əbülfət ağa Ağamirov yazıb. Əlavə edim ki, 1964-cü ildə Əbülfət ağanın on dörd  yaşlı oğlu Fətəli ağır xəstəlikdən dünyasını dəyişir. Ondan əvvəl isə Miriş və Səid gənc yaşlarında dünyalarını dəyişmişdilər. Bu şeirdə məhz o ərəfədə yazılıb. Sonralar özü də  vəsiyyət edibmiş ki, məzarının üstündə məhz bu şeir yazılsın. 74 illik keşməkeşli həyat səlnaməsini bir necə sətrlik şeirə necə ustalıqla yerləşdirə bilib, Əbülfət ağa.

***


Əbülfət ağa Ağamirov 1900-cu ildə anadan olub. Ağdamda 1883-cü ildən fəaliyyət göstərən Abbas bəyin məktəbində təhsil alıb. Özü də rus dilində.  Rus dilini mükəmməl bilməsi sönralar onun dadına çox çatıb.   Bununla yanaşı nəvəsinin söylədiyinə görə,  babası Ail təhsilini Sankt-Peterburqda alıb. Məşhur Qarabağ atlarından ibarət ilxıları olduğundan onlara daimi  baytar xidmətinin göstərilməsi zəruriəti meydana gəlir. Atası Miracabbar ağanın tövsiyəsi ilə Mirqaffarağa mühasibliyi, Əbülfət ağa isə baytar həkimliyini oxumaq üçün həmin şəhərə göndərilir. Vaxtı ilə dayəsinin sayəsində rus dilini öyrənsə də, sonradan Sankt-Peterburqda oxuduğu zaman rus dili bilgilərini daha da təkmilləşdirir. Baytar həkimi kimi Əbülfət  uzun müddət Şüvəlanda ferma müdiri işləmişdi. Fermada yaxşı at saxlayır, habelə hər zaman çətinə düşən insanlara yardım etməyi unutmazdı.   


Xurşid banu Natəvanın Seyid Hüseyndən olan üçüncü oğlu Mircabbar ağanın həyat yoldaşı Surəyya xanım Rəhim bəyin qızı idi. İmamqulubəyli kəndi də, yuxarıda söylədiyim kimi, Mircabbar ağanın mülkiyyətinə verilmişdi.


Mircabbar ağanın Mirqaffar ağa, Əbülfət ağa və  Mirsoltan ağa adlı oğlu, Şəhla xanım və Ağca xanım adlı qızları var idi. Söhbət etdiyim xanım Sevil Ağamirova Əbülfət ağann qızı Şəhla xanımın övladıdır.    Sevil Ağamirovanın dediklərindən:


– Babam savadlı, öz üzərində daim çalışan insan idi. Onu hər zaman mütaliə edən görmüşəm. İyirmici illərdə çəkdiyi əzab-əziyyəti  heç zaman üzə vurmazdı. Yağ-bal içində böyüyən Əbülfətin və qardaşlarının gəncliyi çox  çətin və qarışıq bir dövrə düşür. Bir tərəfdən bolşevik hökumətinə məxsus Qızıl ordu hissələrinin Qarabağda hakimiyyəti bərqərar etməyə səy göstərməsi, digər tərəfdən erməni separatçılarının vəhşiliyi, başqa bir tərəfdən Cumhuriyyəti müdafiə edən qüvvələrin və türk paşalarına söykənən qüvvələrin addımları, ən əsası əhali arasında şaiyələrin sürətlə yayılması hər kəsi çaşqın duruma salmışdı. Kimi İran tərəfinə, kimi isə Türkiyə tərəfə üz tuturdu. Belə vaxtda babam əhalini evlərini tərk etməməyə çağırırdı.  


Qarışıq zaman kəsiyində bütün əmlakını, var dövlətini itirsə də, babam həyatın çətin sınaqları qarşısında baş əymədi, ayaq üstə durmağı
bacardı.


Həmin illərdə qardaşı Mirqafarağa Şəkinin kəndinə üz tutur. Bir tacir dostunun evində özünə sığınacaq tapır. Və orada xeyli müddət yaşayası olur. Sonradan evində qaldığı şəkili kişinin  Əzizə adlı qızı ilə evlənərək Bakıya köçür. Qardaşlar müxtəlif vaxtlarda   müharibədən əvvəl paytaxta Bakıya köçürlər. Dostlarının köməyi ilə Əbülfət ağa Bakıda, İçərişəhərdə mənzil alır, işə düzəlir, lakin səksəkədən qurtula bilmir. Hər gün sürgünə göndəriləcəyini düşünürdü. Belə bir vaxtda ailəsinin ümumi qərarıyla 30-cu illərdə Orta Asiyaya getmək məcburiyyətində qalır. O sadəcə özünə düşmən hesab etdiyi Mircəfər Bağırovun represiyasindan qurtulmaq üçün bu addımı atmışdı. Ancaq Orta Asiyaya qardaşı Mirsoltanağa ilə gedir.


Həyat yoldaşı Tovuz xanımın təkidiylə gedən Əbülfət ağa, yaşadığı şəhərdən daim ailəsini diqqətdə saxlayır və imkan daxilində əl tutmağı unutmurdu. Qeyd edim ki, 1900-cu ildə anadan olan Tovuz xanım 1988-ci ildə  vəfat edib.  


M.C.Bağırovla münasibətinin olmaması ona vətənə qayıtmağa imkan vermirdi. Yalnız M.C.Bağırov vəzifəsini tərk etdikdən sonra babam və qardaşı vətəninə qayıda bilirlər. Ancaq tək qayıtmırlar…


Bu arada qeyd edim ki, Əbülfət ağa Ağamirov Bakıya qayıdandan sonra Şüvəlanda yaşayır. Orada formalaşdırılan sovxozda baytar həkimi- ferma müdiri kimi çalışır. Təqaüdə çıxdıqdan sonra isə xatirələrini yazmağa başlayır. Nənəsi Xurşid banu Natəvana, ulu babası İbrahimxəlil xanla bağlı, o cümlədən ozünün keşməkeşli  həyatını yazıya köçürür. Əlyazmaların bəzilərinin surətlərini Sevil xanım Ağamirova  bizə təqdim edib. Çox səlist və mükəmməl rus dilində yazılan xatirələrdə hər hansı qaralama, fikir çaşqınlığı belə yoxdur. Sanki hər biri bir nəfəsə yazılıb. Öz həyatıyla bağlı yazdığı “Epozodi iz moey jizni 20-ıx qodov” (20-ci illərdəki həyatımın bəzi məqamları) xatirəsində ailəsinin qarşılaşdığı çətinliklərə geniş yer verib. Bəzi məqamlarda yəqin ki, ehtiyatlandığından bolşevik həyatını sanki müdafiə etdiyini göstərməyə çalışsa da, bu dəyişikliyin çox ciddi fəsadlar verdiyi  məqamlara da toxunmağı unutmur.


Xatirələrdə  diqqətimi çəkən iki məqama toxunacağam.


1920-ci lin yayında bolşevik dəstələri Ağdama daxil olsa da şəhərdə oturuşa bilmir. Az müddətdə şəhərdə olarkən bolşeviklərə xidmət göstərmiş insanları Qızıl ordu hissələri geri çəkildiyi vaxt bolşevizmi qəbul etməyən insanlar tərəfindən cəzalandırılır. Belə bir məqamda Ağdama gələn Əbülfət şəhərin mərkəzi küçəsində bir nəfərin döyüldüyünü görür. Yaxınlaşanda dostu və sinif yoldaşı Mirsuca Ağamirovu tanıyır. M.S.Ağamirov artıq boşeviklərin gizli təşkilatına üzv olmuşdu. Həmin illərdə Əbülfət ağanı hər kəs yaxşı tanıdığından onun sözüylə Mirsucanı döyməkdən əl çəkirlər və onu Əbülfət ağaya təslim edirlər. Birlikdə yaxın qohumları gilə gələrək onu orda qoyub, əynini dəyişdirir və hələlik vəziyyət sabitləşənə kimi qohumları gildə qalmağı tövsiyə edir. Mirsuca Ağamirovda belə edir. Onu da əlavə edim ki, Ağdamda yaradılmış İnqilab Komitəsi inqilabın ilk günlərində yaranan komitələrdən idi. Ağdam İnqilab Komitəsinin sədri İldırım bəy Vəlibəyovdan, üzvləri Əli İbrahimovdan, Mirsuca Ağamirovdan, Gəraf Əsgərovdan, İldırım Şərifovdan, Məhiş Hüseynovdan, Həbib Axundovdan, İsfəndiyar Qəniyevdən və başqalarından ibarət idi. Unutmayaq ki, bu üzvlərin yanında hər zaman bolşevizmi təbliğ edən və yerli nümayəndələri “kontrol”da   saxlayan ruslar da var idi.

Mursuca  Ağamirov sinif yoldaşının bu  xidmətini unutmur və iş elə gətirir ki, heç bir ay keçməmiş bolşevik ordusu Ağdamda yenidən hakimiyyətə gələn zaman, gecə ikən Soltanbuddan Ağdama gələn Əbülfət Qızıl ordu əsgərləri tərəfindən yaxalanır və “Revkoma” gətirilir. Ağdam İnqilab Komitəsi isə Əbülfət ağanın nənəsi Xurşud banu Natəvana məxsus mülkdə yerləşmişdi. Silahı və atı əlindən alınan Əbülfət ağa pilləkəndən düşəndə Mirsuca ilə qarşılaşır. Belə bir məqamda Mirsuca əsgərlərin müşaiyəti ilə gedən Əbülfəti geri qaytarır. Özü inqilab komitəsinin sədrinə Əbülfətin onu əksinqilabçılardan necə xilas etdiyini, etibarlı və bacarıqlı bir insan olduğunu deyir. Həm silahını, həm atını qaytardır, hətta bir zəmanət məktubunu da yazdırıb Əbülfətə verir ki, yolda bayırda kimsə ona ilişməsin.


İkinci epizod yenə sinif yoldaşı bu dəfə  Cəlal Calalovla bağlıdır. Bəstəboy, kasıb bir ailənin övladı olsa da məktəbdə yaxşı oxumuş və Əbülfət ağanın fikrincə özünü daim ciddi aparmışdır. Onu musavat ordusuna çağırsalar da, xəstəliyi ilə əlaqədar onu yalnız alay mollası təyin etmişdilər. O ərəb dilini, həm də Quranı yüksək səviyyədə bilirmiş.  Molla təyin edildiyindən o saqqal saxlamağa başlamış və Axund geyiminə üstünlük verməyə başlamışdı. Onun bolşeviklərə xidmət etməsnin üstü açılsa da qardaşı Museyibin hesabına  sağ qalır. Əlavə edim ki, Museyib bacarıqlı dərzi idi, Nuru Paşaya kostyum tikdiyindən, onunla ünsiyyəti yaranmışdı. Elə bu səbəbdəndə ona toxunmamışdılar. Qarışıqlıq vaxtı bolşeviklər şəhərə sahibləndikləri vaxt Cəlala vəzifə verirlər. Bu dəfə ona qırmızı molla da deyirmişlər. Həmyerlilərinə hörməti yüksək idi. Ona müraciət edən hər kəsə hörmətlə yanaşır, problemini həll etməyə çalışırdı. Yüksək səlahiyyət sahibi olan Cəlal Cəlalovun həmin illərdə Qarabağ Fövqəladə Komissiyanın sədri kimi Ağdama göndərilən Mircəfər Bağırovla ciddi münaqişəsi olur. Münaqişənin kökündə isə bəzən haqsız olaraq bolşeviklərə loyal münasibət göstərən, qırmızılara qarşı hər hansı mənfi hərəkət etməyən insanlara cəza verilməsi, bəzən isə güllələnməsi idi. Və bu münaqişələrdən biri də Əbülfət ağa üstündə olur. C.Calalovun Yevlağa iş dalınca getdiyin eşidən vaxt M.Bağırov iki “çekisti” Çalalovun adyutantı işləyən Əbülfəti gətirməyə göstəriş verir. “Revkomda” oturan Əbülfət çekistləri dinlədikdən sonra onlara  aşağıda gözləmələrini deyir. Münaqişədən xəbəri olduğundan əmin olur ki, bu çağırış ona baha-başa gələ bilər. Odur ki, elə pəncərədən düşüb, atını üzü Soltabuda doğru çapır. Çekistlər isə bundan gec xəbər tuturlar. Səhər Calalov hadisədən xəbər tutur, Mircəfər Bağırovla ciddi və gərgin söhbəti olur. Ə.Ağamirovun hara getdiyini ehtimal etdiyindən iki nəfər əsgəri Soltanbuda gondərir. Ə.Ağamirov gələndə artıq C.Calalovun “ürəyi yerinə düşür” və sevincinin  həddi-hüdudu olmur, əsəbləşsədə sakitləşir və “bəlkədə düz eləmisən” – deyir.


Sonradan iki sinif yoldaşı Qarabağın digər bölgələrində bolşevik hakimiyyətinin bərqərar olmasında birgə hərəkət edirlər.


Calal Calalovla sonuncu görüşləri isə təsirli olur.  Əbülfət ağa çox keçmir iki həftəlik Bakıya ezamiyyətə gələn C.Calalovun yoldaykən xəstələndiyini və vəfat etdiyini eşidir. Məhz  sinif yoldaşının ölümündən sonra Əbülfət ağa iş yerini tərk edir və çalışır ki, Mircəfər Bağırovun gözünə görünməsin…

***


Sevil Ağamirovanın dediklərindən:


– Nənəm danışardı ki, “bizim kişi” mərd adam idi, qoçaq idi. Bəzən təkbaşına onlarca  adama cavab verərdi. Həm də savadlı idi. Şuşada və Qarabağda yaranmış gərgin vəziyyət onları Bakıya pənah gətirməyə sövq etdi. İlk olaraq İşərişəhərdə ev alıb yaşamağa başladılar. Lakin səksəkədə yaşamaq, hər an Mircəfərlə üz-üzə gəlmək qorxusu onu  Orta Asiyaya üz tutmağa vadar etdi. Orada yaşayan zaman isə xəstələnir və  Mariya adlı rus tibb bacısı ona qulluq edib sağaldır. Nəticədə çox keçmir Əbülfət Mariya  ilə ikinci dəfə ailə həyatı qurur. Əlavə edim ki, 1917-ci ildə anadan olan  Mariya Ağamirova 1998-ci ildə dünyasını dəyişib. Bu arada qeyd edm ki, Əbülfət ağanın qardaşı Mirsoltanağa da Xətibə adlı  özbək xanımla ailə qurur. Və hər ikisi ailəlikcə 50-ci illərin ortalarında Bakıya qayıdırlar. Gələn gündən babam Şüvəlanda  ev alıb yaşayır. Son günədək Mariya ilə Tovuz nənəm arasında, o cümlədən babam Əbülfətlə get-gəlləri olur, ünsiyyət bağları qırılmır. Onları bir-birinə bağlayan isə dostluq-qohumluq əlaqələri ilə yanaşı, həm də  Qarabağ xatirələri idi.

***


İndi isə Sevil Ağamirovanın söylədiklərinə əsasən,  Xurşud banu Natəvanın Seyid Hüseyndən olan üçüncü oğlu Mircabbar ağanın övladları,  Xan qızının nəvə və nəticələri barədə:


Xan qızının nəvələri:


– Mirqaffar ağa, Əbülfət ağa (1900-1974), Mirsoltanağa (1903-1976), Şəhla xanım və Ağca xanım


Nəticələri:
 

  • Mirqaffarağanın övladları: Mirəli, Sürəyya (cavan rəhmət gedib)
  • Mirsoltanğanıın övladları: Səidə və bir oğlu olub (adı unudulub). Səidə yəhidi ilə ailə həyatı qurub ABŞ köçür, oğlu isə özbək qızı ilə evlənib Özbəksitana köçür.
  • Əbülfət ağanın övladları: (Tozuz xanımdan) Mirağa (1925-1988), Əzizə (1927-2009), Miriş (18 yaşında rəhmətə gedib), (Mariya xanımdan) qızları Natəvan və Virginya  oğlanları Səid (cavan rəhmətə gedib) və Fətəli (cavan rəhmətə gedib 1950-1964)
  • Şəhla xanımın övladları: qızı Həcər (iki qızı olub Rəna və Kəmalə), oğlu  Cəmil (cavan rəhmətə gedib)
  • Ağca xanımın övladları – Xalidə xanım (həyat yoldaşı Ədil bəy Soltanov), qızı Afaq xanım olub.


Kötücələri:
 

  • Səid, İlham (Mirağanın övladları), Sevil və  Fəridə xanım (Əzizə xanımın övladları) Lana, Vera (Virginyanın övladları) Sevinc və Səbinə (Nətavanın  övladları)

***

Beləliklə,  Sevil xanım  Ağamirova ilə ardıcıl görüşlərimdə  Xurşud banu Natəvanın nəvə və nəticələri barədə ətraflı bilgiləri ala bildim. Ancaq araşdırmamız davam edir.

***

Yekun olaraq belə  qənaətə gələ bilərəm ki, biz hər gün böyüməkdə olan gənc nəslə sistemli şəkildə  Qarabağla bağlı məlumatları çatdırmalıyıq. O torpağın zəngin mədəniyyətini, tarixi şəxsiyyətlərini, mental xarakterə aid məqamları öyrənməli, tanımalı və tanıtmalıyıq. Çünki  günün birində Qarabağa qayıdası olsaq haradan, necə və hansı tarixi keçmişimiz və zəngin isrimizlə qayıtmalı olduğumuzu tək biz yox, həm də böyüməkdə olan nəsldə  bilməlidir.

Həm də bilməlidir ki, bu torpaq  Azərbaycana yüzlərcə və minlərcə tanınmış sima bəxş edib. Onların içərisində çoxsaylı yüksək intellekt sahibləriylə yanaşı, həm də Əbülfət ağa kimi mərd, dostluqda sədaqətli, sözünə bütov və çətin gündə insanların dadına çatan savadlı insanlar da var idi.  

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.11.2020, 14:25

Ermənilər nəyə və necə hazırlaşır? – Sensasion detallar

• 26.11.2020, 14:17

“Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU

• 26.11.2020, 14:13

Millimiz FIFA reytinqində 5 pillə irəlilədi

• 25.11.2020, 16:49

Əgər ermənilər Kəlbəcərdən çıxmasaydı… – Kuznetsov

• 25.11.2020, 16:36

“Türkiyənin dəstəyi sayəsində Qarabağda Ermənistanın işğalı sona çatıb, daimi həllə ümidlər artıb…”

• 25.11.2020, 16:34

“Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?”

• 25.11.2020, 16:31

Mehriban Əliyevadan Kəlbəcərlə bağlı təbrik

• 25.11.2020, 16:28

Ermənilər Çərəktar kəndinə od vurub çıxdılar, indi isə deyirlər ki, kənd onlarda qalır

• 25.11.2020, 16:22

Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti videosu YAYILDI

• 25.11.2020, 13:45

“Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi daha bir layihəni uğurla icra edir

• 25.11.2020, 10:37

Ordumuzun Kəlbəcərə daxil olmasının yeni VİDEOSU

• 25.11.2020, 10:35

İşğaldan azad olunan Kəlbəcərdən ilk VİDEO görüntülər

• 25.11.2020, 1:32

Yerevanda mitinqlər Paşinyan tərəfdarlarının həyətlərində keçiriləcək

• 25.11.2020, 1:31

Ermənilər Kəlbəcəri tərk etməzdən əvvəl hərbi hissəni partlatdılar

• 25.11.2020, 1:24

Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu – RƏSMİ

• 24.11.2020, 20:11

Şuşanın havadan VİDEO görüntüsü

• 24.11.2020, 19:39

Füzulidən Şuşaya çəkilən yolun FOTOLARI

• 24.11.2020, 17:53

Qarabağda türk patrulu da olacaq

• 24.11.2020, 17:40

Azərbaycanda koronavirusla bağlı növbəti anti rekord – 3646 yoluxma, 34 nəfər öldü

• 24.11.2020, 15:37

Putin: “Qarabağda vəziyyət stabilləşib”

• 24.11.2020, 15:30

Qarabağda uduzan erməni generalın ÜRƏYİ PARTLADI

• 24.11.2020, 12:54

İrəvanda “köç” davam edir: Daha bir nazir getdi

• 24.11.2020, 12:52

Prezidentdən bəzi dövlət başçılarına mesaj – “Bizim işimizə burunlarını soxmasınlar”

• 24.11.2020, 10:12

Üç gün mühasirədə qalan Tabor komandiri: “Şuşanı almaq, Qarabağın açarını almaq idi”

• 23.11.2020, 21:35

Qarabağda Rusiya sülhməramlısı yaralandı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31