Bakı
0° C
Şuşa
0° C

Kreml: “Qarabağda hərbi əməliyyatlar dərhal dayandırılmalıdır”

Ətraflı

Rusiyadan Ermənistana hərbi sursat daşınır – FAKTLAR

Ətraflı

Erməni hücumu nəticəsində həlak olanlardan 2-si məktəblidir

Ətraflı

“Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir” – Cəlal Arutyunyan

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Saytımızdakı yazılara gələn bəzi aqressiv və qərəzli şərhləri oxuyanda beynindən keçən ilk fikir bu olur: biz yəni gerçəkdənmi həmin o şərhlərin müəllifləri ilə eyni milləti təmsil edirik? Ermənicə düşünüb azərbaycanca danışan bu qəbil “soydaşlarımız”ın qarnının ağrısı nədir görəsən.

Söhbət həm də xaricdə oturub bizə düşmən millətin təmsilçiləri ilə birgə Azərbaycana həqarət yağdıran “sapı özümüzdən olan baltalar”dan, hər fürsətdə şəhidlərimizi, milli qəhrəmanlarımızı aşağılayan milli satqınlardan gedir. Onlar öz xislətlərini Tovuz hadisələri zamanı bir daha göstərdilər. Göstərməyə davam edirlər…

Şəxsən mənim nəzərimdə Qarabağın işğalını özlərinin təbii haqqı sayan, Şuşanı “qədim erməni şəhəri” hesab edən ermənilərlə ortaq işlər çevirən, qaz vurub-qazan dolduran, hətta onlarla qohum olan azərbaycanlılar azərbaycanlı deyil. Onların damarında Azərbaycan-türk qanı axdığına ciddi şübhəm var. Axı sən iqtidara gələr-gəlməz, öz oğlunu azərbaycanlıların acığına işğal altındakı Qarabağa hərbi xidmətə göndərən, “Dağlıq Qarabağ Ermənistanındır, nöqtə” deyən Nikol Paşinyanı necə tərifləyə, demokrat biri kimi vəsf edə bilərsən?

Gərək nə qədər manqurt, yaxud öz xalqına asi olasan ki, bu cəfəngiyatı yaxına buraxasan. “İnqilabçı baş nazir” Paşinyan xəstə təfəkkürlü bir millətinin gözündə hardasa demokrat görünə bilər, – hərçənd bu da ağ yalandır, imitasiyadır, – amma özünü azərbaycanlı sayan, bu torpağın çörəyini yeyib, suyunu içənin onu tərif eləməsi ən azından əbləhlikdir, “yediyin qaba tüpürmək”dir…

Demokrat adam təkcə öz millətindən olanların yox, ümumən təməl insan haqlarına, beynəlxalq hüquqa sayğılı olandır.

Amma siz Paşinyandan hakimiyyətdə olduğu 2 il 3 ayda belə şey gördünüzmü? Bəlkə o, öz sələflərindən yaxşı mənada fərqli bir siyasət yürüdür Azərbaycana qarşı? Ya bəlkə o, ilk Ermənistan rəhbəri kimi Xocalı soyqırımına görə milləti adına bizdən üzr istəyib, xəbərimiz yox?

Doğru, ermənilərin içində az sayda da olsa, haqqı-nahaqdan ayıran, məntiqli düşünənlər var. Onlar problemin yeganə həll yolunu işğal altındakı torpaqları geri qaytarmaqda və ərazi bütövlüyümüzü tanımaqda görürlər. Etiraz yoxdur, bir azərbaycanlı bu mövqedə olan bir erməni ilə yoldaşlıq edə, ona rəğbət bəsləyə, lap elə qohum da ola bilər. Yoxsa ki… Başına dəysin Paşinyanın “demokratlığı”. Üstəlik, bu “demokratlıq” onun öz xalqına belə, zərrəcə xeyir gətirməyibsə, “Qarabağ kələfi”ni isə daha da dolaşdırıbsa…

Demokrat olmaq hər şeydən öncə, hamının haqqını özünə vermək, ədalətli olmaqdır – o cümlədən qonşu xalqlara qarşı. Demokrat düşüncəli olmaq zülmə, işğala, etnik təmizlənməyə qarşı çıxmaq, Xocalı genosidi kimi bəşəriyyət əleyhinə vəhşilikləri qeyd-şərtsiz, təmənnasız lənətləməkdir! Amma baxın, Paşinyan da sələfləri kimi Xocalı qətliamına görə günahı bizim üstümüzə atmağa çalışır. Bunu necə görməzlikdən gəlmək olar?

Nəhayət, demokrat olmaq köləliyə üsyan eləməkdir.

Ermənistan isə SSRİ dağılandan sonra da rusun ətəyindən bərk-bərk yapışıb qalan, onun yanından aralanmayan yeganə sovet respublikasıdır. Guya demokrat Paşinyan bu tilsimi qıracaqdı…

O ki qaldı azərbaycanca danışan “ermənilər”ə, əvvəla, sən Azərbaycandakı hakimiyyəti və idarəçilik sistemini bəyənməyə bilərsən, öz işindir, ancaq Qarabağı, Şuşanı, Azərbaycanı necə bəyənməyə, unuda, sevməyə bilərsən? Qarabağı, Şuşanı on illərdir işğal altında saxlayan bir ölkənin, xain xalqın rəhbərinə necə simpatiyan yarana bilər? Axı Vətəni, xalqı seçmirlər. Di gəl ki, bunlar Azərbaycandan çox Ermənistanın təəssübünü çəkirlər.

İkinci yandan, təriflədiyiniz Paşinyan belə demokratdırsa, nədən üç ildir bölgədə haqq-ədalətin, sülhün bərpası üçün deyil, işğalın, zülmün qalması üçün inad edir? Nikol Ermənistanın şəriksiz ağası Rusiyanı da Qərbə elə ona görə dəyişmək istəyir ki, işğal davam etsin, ikinci saxta erməni “dövləti”nin tanınmasına nail olsun.

Məgər erməni qafalı “soydaşlarımız” bunu da bilmirlər?..

Zahid SƏFƏROĞLU

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.09.2020, 15:06

Ermənistanın daha 28 hərbçisi ölüb – ETİRAF

• 28.09.2020, 14:50

MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib

• 28.09.2020, 14:48

Rusiya: Qarabağda bütün oyunçular ehtiyatlı olsun

• 28.09.2020, 14:39

Sotk-Kəlbəcər yolu bağlandı

• 28.09.2020, 14:35

Kreml: “Qarabağda hərbi əməliyyatlar dərhal dayandırılmalıdır”

• 28.09.2020, 14:16

“Qarabağ Azərbaycandır və bu dəyişməzdir” – Saakaşvili

• 28.09.2020, 14:14

Rusiyadan Ermənistana hərbi sursat daşınır – FAKTLAR

• 28.09.2020, 14:06

Erməni hücumu nəticəsində həlak olanlardan 2-si məktəblidir

• 27.09.2020, 9:52

“Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir” – Cəlal Arutyunyan

• 27.09.2020, 9:33

Prezidentin köməkçisi: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”

• 27.09.2020, 9:30

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı – SON DƏQİQƏ

• 25.09.2020, 16:23

Ermənistanda “Qazprom”un əməkdaşlarına hücum edildi

• 25.09.2020, 15:13

Erməni heyəti Qarsa dəvət edən HDP-li bələdiyyə sədri Ayxan Bilgən həbs olundu

• 25.09.2020, 15:10

Aİ-nin nümayəndəsi Azərbaycan və Ermənistanı danışıqlara qayıtmağa çağırıb

• 25.09.2020, 15:08

Ermənistanda koronavirusa yoluxanların sayı 48 643-ə yüksəldi

• 25.09.2020, 15:07

“Legiya” klubu “Qarabağ”la oyuna 29 futbolçu sifariş edib

• 25.09.2020, 13:41

Prezident “Qaçqınkom”a 42,5 milyon manat ayırdı

• 25.09.2020, 13:39

Ermənistan müharibəyə hazırlaşır – İlham Əliyev

• 25.09.2020, 10:51

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 25.09.2020, 1:18

Avropa Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

• 25.09.2020, 1:12

İlham Əliyev BMT debatında: İşğala son qoyulmalıdır!

• 25.09.2020, 1:10

İlham Əliyev BMT-nin ümumi debatlarında çıxış etdi

• 24.09.2020, 20:11

“Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur” Hikmət Hacıyev

• 24.09.2020, 16:24

Ermənistanda hökumət evi qarşısında etiraz aksiyası

• 24.09.2020, 16:21

Paşinyanın baş nazir olandan indiyə qədərki TƏXRİBATLARI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31