Bakı
0° C
Şuşa
0° C

Kreml: “Qarabağda hərbi əməliyyatlar dərhal dayandırılmalıdır”

Ətraflı

Rusiyadan Ermənistana hərbi sursat daşınır – FAKTLAR

Ətraflı

Erməni hücumu nəticəsində həlak olanlardan 2-si məktəblidir

Ətraflı

“Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir” – Cəlal Arutyunyan

Ətraflı

“Ermənistan BMT Təhlükəsizlik Şurasının nüfuzuna xələl gətirir” – Cenevrədəki ekspert

Beynəlxalq hüquq üzrə professor, Beynəlxalq Avrasiya Mətbuat Fondunun BMT-nin Cenevrə ofisindəki nümayəndəsi, İnsan Hüquqları üzrə Alt Komissiyanın keçmiş üzvü Osman Əl-Həcc Ermənistanın Azərbaycanla sərhədinin Tovuz istiqamətində son hərbi təxribatı ilə bağlı məqalə yazıb. 

Məqalənin müəllifi beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu qeyri-qanuni işğal edən Ermənistana təzyiq göstərməyə çağıraraq, baş verənləri hüquqi baxımdan izah etməyə çalışıb.


"İyulun 12-də, Azərbaycan-Ermənistan sərhədində baş vermiş son hərbi qarşıdurma çox sayda insan ölümünə, hərbçilərin, mülki şəxslərin yaralanmasına, eləcə də binalarda və həyətyanı sahələrdə ciddi dağıntılara səbəb oldu.


Bu hadisə beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının diqqətini öz  evlərindən – Ermənistanın özündən, habelə Qarabağdan və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın digər bölgələrindən didərgin düşmüş bir milyon azərbaycanlının taleyinə yönəltməlidir. Bu insanlar 1989-cu ildən bəri həm Ermənistanın özündə, həm də Ermənistan tərəfindən işğal edilmiş yerlərdə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkün və qaçqın vəziyyətinə düşüblər.


Bu hərəkətlər qanunun hər şeydən üstün olduğu bir dövrdə qəbuledilməzdir və günahsız insanlara zülm etdikləri üçün, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini, xüsusilə də bu sənədin preambulasını və 2 və 3-cü maddələrini, Humanitar Hüququn Prinsiplərini, Beynəlxalq İctimai Hüququ, 1951-ci il Qaçqınların statusuna dair Konvensiyanı və insan hüquqları prinsiplərinə hörmət etmək öhdəliyini pozduğuna görə qınanılmalıdır. Bütün bu beynəlxalq sənədlər dövlətlər arasında problemlərin sülh yolu ilə, danışıqlar, barışıq, arbitraj və Birləşmiş Millətlər Təşkilatının Baş katibinin dəstəyi ilə və ya neytral dövlətlərin vasitəçiliyi və Beynəlxalq Ədalət Məhkəməsinin tələbi ilə həll edilməsini tövsiyə edir.


Qeyd edim ki, bu, Ermənistan tərəfindən Azərbaycanın hərbi və mülki şəxslərinə, əmlakına və ərazisinə qarşı yönəlmiş ilk belə addım deyil. Keçən əsrdə də eyni münasibəti sərgiləmişdilər. Təəssüf ki, Azərbaycanla qonşu olan Ermənistan Respublikası yaxşı münasibətlər qurmaq və dinc şəraitdə hər iki xalqın mənafeyi naminə öz xalqının azərbaycanlılarla birgə faydalı inkişafını təşviq etmək əvəzinə düşmən olmağı üstün tutdu.


Ermənistan azərbaycanlıları öz torpaqlarından sıxışdırıb çıxararaq, beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə hörmət etmədən, Azərbaycanın böyük bir ərazisinə əsgərlərini yerləşdirməyi seçdi.


Bu hadisədən əvvəl Ermənistanı barışa üstünlük verməyə, beynəlxalq və humanitar hüquqa hörmət etməyə, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmasına icazə verməyə təşviq etmək və inandırmaq üçün beynəlxalq ictimaiyyətə çağırış edildi, axı iki dövlət arasında münaqişə 1989-cu ildən bəri davam edir.


Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatlarının həmsədrlik etdiyi, eləcə də Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə, Ermənistan və Azərbaycanın üzv olduğu ATƏT-in Minsk Qrupu Ermənistanı qaçqın problemini humanitar yolla həll etmək və əsgərlərini Azərbaycan torpaqlarından geri çəkməyə inandırmaq üçün bir çox görüşlər keçirib, lakin danışıqlar indiyədək nəticəsiz qalmışdır.


Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşündə, Azərbaycan Prezidenti Ermənistan Prezidentinə qaçqın və məcburi köçkün probleminin humanitar yolla həllini təklif edib, ancaq bunda da konkret nəticə əldə olunmayıb.


Bundan əlavə, BMT Təhlükəsizlik Şurası, Azərbaycan və Ermənistan arasında zorakılığın qarşısını almaq və sülhü möhkəmləndirmək üçün 1993-cü ildə dörd qətnamə (1) qəbul etmişdir. Bu qətnamələr iki dövlət arasındakı münaqişənin ərazi bütövlüyü çərçivəsində, qaçqın və məcburi köçkün problemlərinin həlli, habelə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması yolu ilə həllini nəzərdə tutur. Ancaq, təqribən 30 il keçsə də, Ermənistan hökuməti hələ də Təhlükəsizlik Şurasının yuxarıda göstərilən qətnamələrinə, beynəlxalq və humanitar hüquqa, qanunlara və mehriban qonşuluq prinsiplərinə uyğun hərəkət etməkdən imtina edir.


Beləliklə, Ermənistan BMT Təhlükəsizlik Şurasının və BMT sisteminin nüfuzuna xələl gətirir, bu qəbuledilməzdir və qınanılmalıdır.

Beynəlxalq birliyin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq və humanitar hüquqa hörmətlə yanaşması üçün Ermənistana təzyiq göstərməsinin vaxtı çatıb".


Osman Əl-Həcc Cenevrə Universitetinin Beynəlxalq Hüquq üzrə doktorudur və Cenevrədə beynəlxalq münasibətlər üzrə ali təhsil alıb.

Əvvəllər Livanda, Tripolidə Jinan Universitetində professor kimi çalışıb və Universitetin İnsan hüquqları Mərkəzinin prezidenti olub. Bundan əlavə, professor Əl-Həcc, 1994-cü ildən 1997-ci ilə qədər BMT-nin ayrıseçkiliyə qarşı və azlıqların müdafiəsi üzrə alt Komissiyasının məruzəçisi kimi fəaliyyət göstərib. 2009-cu ildən 2015-ci ilə qədər İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə İşçi Qrupun müavini vəzifəsində çalışıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.09.2020, 15:06

Ermənistanın daha 28 hərbçisi ölüb – ETİRAF

• 28.09.2020, 14:50

MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib

• 28.09.2020, 14:48

Rusiya: Qarabağda bütün oyunçular ehtiyatlı olsun

• 28.09.2020, 14:39

Sotk-Kəlbəcər yolu bağlandı

• 28.09.2020, 14:35

Kreml: “Qarabağda hərbi əməliyyatlar dərhal dayandırılmalıdır”

• 28.09.2020, 14:16

“Qarabağ Azərbaycandır və bu dəyişməzdir” – Saakaşvili

• 28.09.2020, 14:14

Rusiyadan Ermənistana hərbi sursat daşınır – FAKTLAR

• 28.09.2020, 14:06

Erməni hücumu nəticəsində həlak olanlardan 2-si məktəblidir

• 27.09.2020, 9:52

“Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir” – Cəlal Arutyunyan

• 27.09.2020, 9:33

Prezidentin köməkçisi: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”

• 27.09.2020, 9:30

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı – SON DƏQİQƏ

• 25.09.2020, 16:23

Ermənistanda “Qazprom”un əməkdaşlarına hücum edildi

• 25.09.2020, 15:13

Erməni heyəti Qarsa dəvət edən HDP-li bələdiyyə sədri Ayxan Bilgən həbs olundu

• 25.09.2020, 15:10

Aİ-nin nümayəndəsi Azərbaycan və Ermənistanı danışıqlara qayıtmağa çağırıb

• 25.09.2020, 15:08

Ermənistanda koronavirusa yoluxanların sayı 48 643-ə yüksəldi

• 25.09.2020, 15:07

“Legiya” klubu “Qarabağ”la oyuna 29 futbolçu sifariş edib

• 25.09.2020, 13:41

Prezident “Qaçqınkom”a 42,5 milyon manat ayırdı

• 25.09.2020, 13:39

Ermənistan müharibəyə hazırlaşır – İlham Əliyev

• 25.09.2020, 10:51

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 25.09.2020, 1:18

Avropa Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

• 25.09.2020, 1:12

İlham Əliyev BMT debatında: İşğala son qoyulmalıdır!

• 25.09.2020, 1:10

İlham Əliyev BMT-nin ümumi debatlarında çıxış etdi

• 24.09.2020, 20:11

“Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur” Hikmət Hacıyev

• 24.09.2020, 16:24

Ermənistanda hökumət evi qarşısında etiraz aksiyası

• 24.09.2020, 16:21

Paşinyanın baş nazir olandan indiyə qədərki TƏXRİBATLARI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31