Bakı
0° C
Şuşa
0° C

Kreml: “Qarabağda hərbi əməliyyatlar dərhal dayandırılmalıdır”

Ətraflı

Rusiyadan Ermənistana hərbi sursat daşınır – FAKTLAR

Ətraflı

Erməni hücumu nəticəsində həlak olanlardan 2-si məktəblidir

Ətraflı

“Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir” – Cəlal Arutyunyan

Ətraflı

Moskvada ermənilərin hücumlarına məruz qalan azərbaycanlılar Sərkisovdan pul almaq istəmir

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində başlayan, 3 gün davam edən döyüşlərdən sonra Rusiya şəhərlərində azərbaycanlılarla ermənilər arasında baş vermiş toqquşmalarda zərər çəkənlər diaspor təşkilatlarından qarşılıqlı olaraq kompensasiya almaqdan imtina edir.

Virtualaz.org xatırladır ki, “Reso Garantiya” şirkətinin sahibi, erməni milyarder Sergey Sərkisov Moskvada ermənilərin azərbaycanlıların obyektlərinə hücumlarına görə dəyən ziyanı ödəməyə hazır olduğunu bəyan etmişdi. Onun müraciəti “Rusiya erməniləri Assambleyası” adından yayılmışdı.

Lakin bu günə qədər heç bir azərbaycanlı sahibkar ermənilərin hücumu nəticəsində ona dəymiş ziyanın ödənilməsi üçün həmin təşkilata müraciət etməyib. “Hələlik azərbaycanlılardan heç kim bizə müraciət etməyib ki, onlara dəyən ziyanı ödəyək. Lakin biz buna hazırıq. Biz zərər çəkmiş ermənilərə də kompensasiya ödəməyə hazırıq. Bizə müraciət edə bilərlər, biz bu müraciətlərə baxıb qərar qəbul edərik”,-erməni diaspor təşkilatından “Kavkazskiy uzel”ə belə deyiblər.

 

Qeyd edək ki, Rusiyadakı azərbaycanlı biznesmenlərdən heç kim ermənilərə dəyən ziyanı ödəyə biləcəyini açıqlamamışdı. Heç ermənilər də azərbaycanlı biznesmenlərdən pul almaq niyyətində deyil. Moskvanın Xovanka küçəsindəki ərzaq mağazasının sahibi, toqquşmalarda mağazası dağılan Robert deyir ki, ona xeyli ziyan dəyib. “Amma heç bir halda azərbaycanlı sahibkarlardan yardım almaram. Mənə onların pulları lazım deyil. Hər şeyi öz pulumla düzəltdim”,-o deyib.

Moskvadakı azərbaycanlı icmasının nümayəndəsi Şamil Tağıyev isə bildirib ki, onlara kömək üçün cəmi 2 azərbaycanlı müraciət edib. Bunlardan biri “Min bir gecə” kafesinin sahibi, digəri isə Ramensk rayonunda qarpız satandır. “O, hazırda xəstəxanadadır. Kafe sahibi isə danışmaqdan imtina edir”,-Tağıyev deyib. 

Onun sözlərinə görə, həmin qarpızsatan azərbaycanlını döyən ermənini tutsalar da daha sonra sərbəst buraxıblar. “Hansısa əlaqələri olub ki, buraxıblar. İndi biz prokurorluğa müraciət etmişik ki, məsələ araşdırılsın, onu hansı əsasla buraxıblar, buna cavab verilsin”,-diaspor nümayəndəsi bildirib.

Ş.Tağıyevin dediyinə görə, ermənilərlə toqquşmalara görə Moskvada cəmi 11 azərbaycanlı tutulub. Onların arasında Azərbaycan vətəndaşları da var, Rusiya pasportu daşıyanlar da. "Hazırda biz onlara vəkil xidməti təşkil edirik ki, günahsız yerə cəza almasınlar",-o deyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.09.2020, 16:37

Ermənistanın milli valyutası ucuzlaşır

• 28.09.2020, 15:06

Ermənistanın daha 28 hərbçisi ölüb – ETİRAF

• 28.09.2020, 14:50

MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib

• 28.09.2020, 14:48

Rusiya: Qarabağda bütün oyunçular ehtiyatlı olsun

• 28.09.2020, 14:39

Sotk-Kəlbəcər yolu bağlandı

• 28.09.2020, 14:35

Kreml: “Qarabağda hərbi əməliyyatlar dərhal dayandırılmalıdır”

• 28.09.2020, 14:16

“Qarabağ Azərbaycandır və bu dəyişməzdir” – Saakaşvili

• 28.09.2020, 14:14

Rusiyadan Ermənistana hərbi sursat daşınır – FAKTLAR

• 28.09.2020, 14:06

Erməni hücumu nəticəsində həlak olanlardan 2-si məktəblidir

• 27.09.2020, 9:52

“Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir” – Cəlal Arutyunyan

• 27.09.2020, 9:33

Prezidentin köməkçisi: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”

• 27.09.2020, 9:30

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı – SON DƏQİQƏ

• 25.09.2020, 16:23

Ermənistanda “Qazprom”un əməkdaşlarına hücum edildi

• 25.09.2020, 15:13

Erməni heyəti Qarsa dəvət edən HDP-li bələdiyyə sədri Ayxan Bilgən həbs olundu

• 25.09.2020, 15:10

Aİ-nin nümayəndəsi Azərbaycan və Ermənistanı danışıqlara qayıtmağa çağırıb

• 25.09.2020, 15:08

Ermənistanda koronavirusa yoluxanların sayı 48 643-ə yüksəldi

• 25.09.2020, 15:07

“Legiya” klubu “Qarabağ”la oyuna 29 futbolçu sifariş edib

• 25.09.2020, 13:41

Prezident “Qaçqınkom”a 42,5 milyon manat ayırdı

• 25.09.2020, 13:39

Ermənistan müharibəyə hazırlaşır – İlham Əliyev

• 25.09.2020, 10:51

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 25.09.2020, 1:18

Avropa Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

• 25.09.2020, 1:12

İlham Əliyev BMT debatında: İşğala son qoyulmalıdır!

• 25.09.2020, 1:10

İlham Əliyev BMT-nin ümumi debatlarında çıxış etdi

• 24.09.2020, 20:11

“Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur” Hikmət Hacıyev

• 24.09.2020, 16:24

Ermənistanda hökumət evi qarşısında etiraz aksiyası

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31