Erməni lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi…

Ətraflı

Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI

Ətraflı

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

Erməni generaldan hiyləgər etiraf: “Deyəsən, indi Ermənistan tək qalıb…”

Bir neçə il də bu təlimlərin havasına çalıb – oynasaq, düşmən deyəcək ki, bu da bunların Türkiyəsi, gəldilər, getdilər…

 

Qarabağ “qəhrəmanı” kimi tanınan erməni general Ter-Tadevosyan mətbuata (nevs.am) açıqlama verib. Əvvəllər yüksək tonla danışan, lazım olarsa Qız qalasına qədər işğal edəcəklərini söyləyən bu qoca, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin reallaşması ərəfəsində dilini sürüyüb və danışıq tonunu da aşağı salıb. Təlimlərə qiymət verən general bildirib ki, “bu, Türkiyənin çox yaxşı düşünülmüş, mütəşəkkil bir sistem siyasətidir. Biz Azərbaycanı məğlub etdik və sabah birgə hərbi təlimlər başlayır. Tavuşdakı son hadisələr KTMT-nin Ermənistanı müdafiə etməyəcəyini göstərir. Biz Rusiyanı tənqid edirik, amma ən pisi odur ki, özümüzü tənqid etmirik, səhvlərimiz barədə danışmırıq. Rusiyanın həmişə bizim üçün müsbət rol oynadığını demirəm, amma bizim  başqa dostumuz yoxdur. Deyəsən, indi Ermənistan tək qalıb. İndi çox çətin bir dövrdür və Türkiyə istənilən vaxt öz proqramını həyata keçirə bilər. Rəhbərliyimiz və ordumuz çox diqqətli və hər şeyə hazır olmalıdır. Bu dəfə Azərbaycanın Ermənistanla sərhədi seçməsi Rusiyanı, KTMT-ni, eləcə də Ermənistan Silahlı Qüvvələrini yoxlamaq məqsədi daşıyırdı". 

 

Onun sözlərinə görə, Bakının Metsamor AES – i vurmaq təhlükəsi ciddi deyil, çünki bu, Türkiyəyə mənfi təsir edəcək, əlavə olaraq beynəlxalq normalar da mövcuddur.

 

Gördüyünüz kimi, erməni güc görəndə geri çəkilir. İllərdir deyirik ki, “ilan ulduz görməsə ölməyəcək”, yəni erməni zəruri olan gücü görməsə normal danışıqlara gəlməyəcək. Bu hələ hərbi təlimin yaratdığı ovqatdır, əsl qalibiyyətli döyüşün yaratdığı effektin necə olacağını təsəvvür etmək çətin deyil. İndi yaranmış təşəbbüsü reallaşdırmaq üçün zamanı dəyərləndirmək və vaxt uzanmasına imkan verməmək lazımdır, çünki vaxt uzanıb heç nə əldə etməsək, bir neçə il də bu təlimlərin havasına çalıb – oynasaq, düşmən deyəcək ki, bu da bunların Türkiyəsi, gəldilər, getdilər. Bu şansı onlara verməmək üçün diplomatiya və hərb istiqamətində vaxt itirmədən hücuma keçmək lazımdır. Düşmənə fürsət versək, bütün hiyləgərliyini işə salıb bizi yubadacaq, sabah mürəkkəb proseslərin getdiyi bu dünyada hansı qlobal dəyişikliyin baş verəcəyi və bu dəyişikliyin bizim marağımıza uyğun olub-olmaması qeyri-müəyyən olacaq. 

 

Türkiyənin hərbi bazalarının daimi olaraq Azərbaycanda yerləşdirilməsi də bizim və Türkiyənin  Rusiya ilə danışıqlarında prioritet olmalıdır. Rusiya buna tez razılıq verəsi deyil, o zaman Qarabağın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi tezliklə sülh danışıqlarında hər iki tərəfin hücum taktikası olmalıdır. 

  

Türkiyənin  addım-addım Azərbaycanda hərbi qüvvələrini birgə təlimə cəlb edib, daha sonra daimi hərbi dislokasiyasının indi olmasa da, perspektivdə baş verməsi mümkündür və Azərbaycan da çəkinmədən bu vacib işdə qərarlı olmalıdır.

 

Tovuz müdafiəsindən sonra Türkiyə-Azərbaycan hərbi təlimləri millətə bir az öləziyən ruhunu qaldırmağa səbəb olub. Millətin ruhunu ayaqda saxlamaq üçün daxildə də mövcud olan gərginliyə son vermək çox vacib şərtlərdəndir. Xalq vətən məsələsində təmizdir, onun yaddaşında pisliklər qalmaz. Vətən naminə, Qarabağın azadlığı naminə gücümüzü bir etməliyik!

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 12.08.2020, 14:28

PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

• 12.08.2020, 14:26

İrəvan terrorçu mahiyyətini bir daha göstərdi – XİN rəhbəri

• 12.08.2020, 13:51

Türkiyənin generalları və yüksək rütbəli zabitləri Azərbaycana gəlir

• 12.08.2020, 13:45

Erməni lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi…

• 12.08.2020, 13:43

Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI

• 12.08.2020, 13:20

İşğalçıya Rusiya silahları: Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri

• 12.08.2020, 13:12

Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ

• 12.08.2020, 13:06

Ermənilərin qənimət hərisliyi: azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə traktor və maşın axtarırlar

• 12.08.2020, 13:04

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

• 12.08.2020, 13:02

Livandan Ermənistana 100-dən çox erməni gətirildi

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031