Bakı
0° C
Şuşa
0° C

İlham Əliyev azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağını AÇIQLADI

Ətraflı

Rusiya səfiri yenə Ter-Petrosyanın şəxsi malikanəsinə getdi… – Saat yarımlıq müzakirə?..

Ətraflı

Bayden Qarabağa “erməni təzyiqi” edəcək? – Korotçenko

Ətraflı

Baxçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi – FOTO

Ətraflı

Azərbaycan diasporunun uğurlarının siyasi etirafı: Paşinyan diaspor komissarlığını “təmizləyib”

Ermənistanın Baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlığın Aparatındakı 10-dan çox məmurun işdən azad olunması ilə bağlı əmr imzalayıb.


Bu, Azərbaycan diasporunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dünyadakı mütəşəkkil fəaliyyətinin erməni diasporunu məğlubiyyətə uğratmasının siyasi etirafıdır.


Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan diasporuna göstərilən diqqət və qayğı, Birinci vitse-prezident tərəfindən xaricdə Azərbaycan evləri və Qarabağ adlı həftəsonu məktəblərinin açılması ilə bağlı göstərilən təşəbbüs və dəstək öz bəhrəsini verməkdədir. Prezident tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalın təsis edilməsi, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması Azərbaycan diasporuna dövlət dəstəyinin, diaspor fəaliyyətinin stimullaşdırılmasının bariz nümunəsidir.


Buyurun, artıq nəticələr ortadadır. Azərbaycan diasporu mütəşəkkil şəkildə dünyada ermənilərin yalan və təxribatlarını ifşa edir, dünyaya həqiqətləri bəyan etmək üçün birlikdə fəaliyyət göstərir. Ermənistanda isə diaspor məsələlərinə cavabdeh qurum da yarıtmaz fəaliyyətə görə kütləvi “təmizlənmə” aparılır.


Bu, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun növbəti uğurudur. Bir müddət öncə Komitə sədri Fuad Muradovun mətbuata açıqlama verərkən söylədiyi “Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır” ifadəsi də bir daha təsdiqini tapdı.


Məlumat üçün qeyd edək ki, Ermənistan Baş nazirin qərarları ilə Avropadakı Erməni İcmaları İdarəsinin müdiri Karen Avanesyan, Qərbi Avropa İcmaları ilə əlaqələr şöbəsinin müdiri Natalya Danielyan, Cənubi Amerika və Avstraliyada icmalarla əlaqələr şöbəsinin müdiri Gohar Sahakyan, Diasporun Potensialının qeydiyyatı və alanitik informasiya idarəsinin müdiri Vaginak Vardanyan vəzifələrindən azad olunub.


Bundan əlavə, repatriasiya və tədqiqat şöbəsinin müdiri Qriqor Arşakyan, tədqiqatlar şöbəsinin müdiri Eliz Gevorgyan, bütün ermənilər, beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan, ermənipərəst və beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Anahit Davtyan, Yaxın və Orta Şərqdəki erməni icmaları ilə iş şöbəsinin müdiriLevon Antonyan da vəzifələrini itirib.


Dost Diasporlarla əlaqələr şöbəsinin müdiri Taron Şagoyan, Erməni Apostol Kilsəsi və digər kilsə quruluşları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Sirvard Hambaryan, eləcə də Rusiya, Belarus, Ukrayna və Moldovadakı icmalarla iş şöbəsinin  müdiri Edqar Ovsepyan da azad olunanlar arasındadır.


Yeri gəlmişkən xatırladaq ki, 5 dekabr 2019-cu il tarixində YAP mərkəzi qərargahında keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bəyan etmişdi ki, "Ermənilər bir təxribat edəcəklərsə, 10 qat cavab alacaqlar". Eyni zamanda, Komitə sədri dəfələrlə çıxışlarında, müsahibələrində bildirib ki: Azərbaycan diasporu müdafiə taktikasından hücum taktikasına keçməlidir. Ona görə ki, biz haqlıyıq, ermənilər yalançı və təxribatçıdır”.


Son hadisələr də bir daha təsdiq etdi ki, Komitə sədrinin bəyan etdiyi kimi, Azərbaycan diasporu mütəşəkkildir, birdir və hücumdadır. Sevinclə qeyd edə bilərik ki, artıq diaspor cəbhəsində ciddi uğurlarımız var. İnşallah uğur, zəfər xəbərlərinin davamı cəbhədən də gələr. Azərbaycan dövlətinin, əsgərlərimizin, xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad edilər, ərazi bütövlüyümüz təmin olunar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.01.2021, 10:18

Kəlbəcərin Alıbəyli kəndi – VİDEO

• 28.01.2021, 9:50

Min çinarlı Mincivanın cin oylağına bənzər halı – reportaj

• 28.01.2021, 9:49

Ermənilər ABŞ-a revanş üçün yalvarır: Njdeyə Qarabağda abidə qoyulmasında məkrli hədəf

• 27.01.2021, 17:57

Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib

• 27.01.2021, 17:53

Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil

• 27.01.2021, 17:32

Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!

• 27.01.2021, 17:28

Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur

• 27.01.2021, 17:24

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib

• 27.01.2021, 16:24

Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?

• 27.01.2021, 16:07

Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi

• 27.01.2021, 15:33

Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

• 27.01.2021, 15:23

Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi – Sərəncam

• 27.01.2021, 14:46

Azərbaycanla Fransa arasında münasibətlərin inkişafı davam edəcək – Dövlət katibi

• 27.01.2021, 14:24

AŞ PA Bürosu erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirəyə qəbul etməyib

• 27.01.2021, 14:18

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

• 27.01.2021, 14:01

Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur – Almaniya XİN

• 27.01.2021, 13:59

İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH

• 26.01.2021, 17:02

May-iyun aylarında Şuşada “Xarı bülbül” festivalı keçiriləcək

• 26.01.2021, 17:00

Yoluxma yenə artdı, ölü sayı AZALDI

• 26.01.2021, 14:40

İlham Əliyev azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağını AÇIQLADI

• 26.01.2021, 14:34

“Dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər”

• 26.01.2021, 14:33

Ağ Evin gecikmiş Qarabağ projesi – “Sem dayı” Ermənistanın yeni “xilaskarı” olacaq?

• 26.01.2021, 14:27

Rusiya səfiri yenə Ter-Petrosyanın şəxsi malikanəsinə getdi… – Saat yarımlıq müzakirə?..

• 26.01.2021, 14:20

Azadlığa çıxan Şuşa türməsi – REPORTAJ

• 26.01.2021, 14:06

Ermənistan yeni itkilərini açıqladı – Onlarla erməni əsgəri…

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031