Erməni lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi…

Ətraflı

Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI

Ətraflı

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud TRT-yə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Ermənistan ordusunun Tovuz istiqamətindəki mövqelərimizə, həmçinin yaşayış mənətəqlərinə hücumu ilə bağlı TRT World Qrupuna daxil olan TRT əl-Arabiyyə telekanalına müsahibə verib.

 

Şuranın Mətbuat xidmətinin rəhbəri müsahibəsində bir sıra mühüm məqamlara toxunub.

 

Elməddin Behbud vurğulayıb:

 

1) Hazırkı hücum Ermənistanın Azərbaycana qarşı 30 ildən bəri apardığı işğal və terrorçuluq siyasətinin davamıdır. Ermənistanın hazırkı rəhbərliyi ölkə daxilindəki siyasi, iqtisadi və sosial narazılıq dalğasının qarşısını almaq üçün vaxtaşırı olaraq müxtəlif avantüralara əl atır. Ermənistanın xain hücumu nəticəsində ordumuzun bir neçə əsgər və zabiti, həmçinin, mülkü vətəndaşımız şəhid olub. Amma Azərbaycan ordusunun cavab atəşi ilə düşmənə sarsıdıcı zərbələr endirməsi, onun hərbi texnikasını, müdafiə qurğularını və 100-dən çox canlı qüvvəsini məhv etməsi silahlı qüvvələrimizin kifayət qədər güclü olduğunu göstərir.

 

2) ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının faydasızlığı və 30 ilə yaxın müddətdə münaqişənin ədalətli həllini təmin etməməsi Azərbaycanın torpaqlarını azad etmək üçün daha təsirli yolu seçmək məcburiyyətində qoyur. Silahlı qüvvələrimiz Qarabağ və ətraf 7 rayonumuzda qurulan terror rejimini zərərsizləşdirərək torpaqlarımızı Ermənistan işğalından azad etməyə qadirdir.

 

3) Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən siyasət nəticəsində Ermənistanın işğalçılıq siyasətini beynəlxalq platformalarda da ifşa olunur. Ermənistanın 12 iyulda başladığı hücumla bağlı Türkiyə, Ukrayna, Pakistan, Türk Dövlətləri Şurası, TÜRKPA, GUAM, İƏT kimi dövlət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı prinsipini açıq müdafiə edən bəyanatlar qəbul edib.

 

4) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin xarici işlər nazirinin, müdafiə nazirinin və parlamentarilərinin Azərbaycanı birmənalı şəkildə dəstəklədikləri barədə mövqeyi bizdə böyük ruh yüksəkliyi yaradır. Ərdoğanın Türkiyənin sonadək Azərbaycanın arxasında olması, Qarabağın düşmən işğalından azad olunması ilə bağlı haqq işimizi hər sahədə dəstəklədiyini bildirməsi bir daha Azərbaycan və Türkiyənin eyni millətin qurduğu iki dövlət olduğunu göstərir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 12.08.2020, 14:28

PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

• 12.08.2020, 14:26

İrəvan terrorçu mahiyyətini bir daha göstərdi – XİN rəhbəri

• 12.08.2020, 13:51

Türkiyənin generalları və yüksək rütbəli zabitləri Azərbaycana gəlir

• 12.08.2020, 13:45

Erməni lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi…

• 12.08.2020, 13:43

Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI

• 12.08.2020, 13:20

İşğalçıya Rusiya silahları: Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri

• 12.08.2020, 13:12

Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ

• 12.08.2020, 13:06

Ermənilərin qənimət hərisliyi: azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə traktor və maşın axtarırlar

• 12.08.2020, 13:04

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

• 12.08.2020, 13:02

Livandan Ermənistana 100-dən çox erməni gətirildi

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031