Separatçı erməni yenidən Sərsənglə bağlı sərsəmlədi…

Ətraflı

Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı…

Ətraflı

Düşmən Kəlbəcərdə molibden konsentratı zavodu tikməyə başladı…- FOTOLAR

Ətraflı

Marqarita Simonyan: “Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi”

Ətraflı

“Israel HaYom” qəzeti Ermənistanın Azərbaycana təxribatından YAZDI

Cənubi Qafqazın iki ölkəsinin silahlı qüvvələri bu dövlətlərin şimal sərhədində qarşılıqlı zərbələr endiriblər. Azərbaycan tərəfi iki əsgərini itirdiyini və onlarca erməni hərbi qulluqçusunun öldürüldüyünü bildirir.

Modern.az xəbər verir ki, jurnalist Neta Bar bu barədə İsraildə çıxan ivritdilli populyar “Israel HaYom” qəzetində yazır.


Məqalə müəllifi bildirir ki, bu hərbi toqquşma Dağlıq Qarabağ ətrafında silahlı münaqişə vəziyyətində olan Azərbaycan ilə Ermənistan arasında münaqişə zonasından uzaqda baş verib. Neta Bar vurğulayır: “Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə hərbi insident Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstəriblər. Məlumatda bildirilir ki, atışma erməni piyada qoşunlarının Azərbaycan ordusunun mövqelərini tutmaq cəhdi ilə müşayiət olunub, lakin bu cəhd baş tutmayıb”.


Məqalədə qeyd edilir ki, Azərbaycan mənbələrində yazılana görə, Azərbaycan ordusunun iki əsgəri həlak olub və ermənilərin hərbi qulluqçuları məhv edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya silahlarından atəşə tutublar.


Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Erməni tərəfi hər hansı ərazi tutmağa nail olmayıb.


Ermənistan tərəfindən sərhəddə törədilmiş provokasiya bir daha sübut edir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasında maraqlı deyil. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və sərhəddə provokasion hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq. Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.


Məqalə müəllifi vurğulayır ki, 1994-cü ildə Azərbaycan və Ermənistan ağır hərbi əməliyyatlardan sonra atəşkəs haqqında müqavilə imzalayıb və Dağlıq Qarabağ ətrafında silahlı münaqişəyə münasibətdə atəşkəs rejimi müəyyən ediblər.


İsraildə çıxan ivritdilli “Israel HaYom” qəzeti sonda yazır: “Bu regionda erməni əhali yaşayır, azərbaycanlı əhali Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsi olan bu torpaqlardan etnik təmizləmə nəticəsində qovulub. Sülh danışıqlarının davam etməsinə baxmayaraq, regionda vəziyyət çox gərgin və partlayış təhlükəli olaraq qalmaqdadır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 05.08.2020, 14:00

“Ermənistan BMT Təhlükəsizlik Şurasının nüfuzuna xələl gətirir” – Cenevrədəki ekspert

• 05.08.2020, 13:47

Beyrutdakı partlayışda 5 erməni ölüb

• 05.08.2020, 11:02

Turançı – islamçı Ənvər Paşanın son mücadiləsi şəhadətlə bitdi… – ARAŞDIRMA

• 05.08.2020, 10:46

Nazir deputatın əyləndiyi çimərliyi bağladı – Ermənistanda

• 05.08.2020, 10:28

Şuşa rayonu üzrə 2020-ci ilin yanvar-iyun aylarında Ümumi daxili məhsul istehsalı və onun istifadəsi

• 05.08.2020, 9:52

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb

• 04.08.2020, 14:53

Moskvada ermənilərin hücumlarına məruz qalan azərbaycanlılar Sərkisovdan pul almaq istəmir

• 04.08.2020, 14:52

Ermənistanda koronavirusa yoluxanların sayı yenidən artdı

• 04.08.2020, 12:08

Separatçı erməni yenidən Sərsənglə bağlı sərsəmlədi…

• 04.08.2020, 12:02

Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı…

• 04.08.2020, 11:58

Düşmən Kəlbəcərdə molibden konsentratı zavodu tikməyə başladı…- FOTOLAR

• 04.08.2020, 11:47

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və… güllələyib

• 03.08.2020, 18:10

Erməni təşviqatçı Putini təhqir etdi: ”Rusiya da ermənilər kimi ”Məxməri inqilab” etməlidir”+VİDEO

• 03.08.2020, 18:07

Marqarita Simonyan: “Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi”

• 03.08.2020, 17:36

241 yeni yoluxma, 647 sağalma, 6 ölüm

• 03.08.2020, 14:01

Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

• 03.08.2020, 13:57

Erməni TƏXRİBATI: Azərbaycandan UFC prezidentinə ETİRAZ

• 03.08.2020, 11:03

Separatçı lider arvadıyla Qarabağın ən hündürdə yerləşən məbədinə qalxdı…-FOTOLAR

• 03.08.2020, 11:01

İsveçdə ermənilər azərbaycanlı iş adamına hücum ediblər – Foto

• 03.08.2020, 10:58

Simonyan İrəvanı hədəf aldı: Nikolun reaksiya isə…

• 03.08.2020, 10:54

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 02.08.2020, 15:00

Aviqdor Liberman: “Azərbaycan İsrail üçün Fransadan daha önəmli ölkədir”

• 02.08.2020, 14:58

Ermənilər Lavrova babalarının qəbrini göstərdi – VİDEO

• 02.08.2020, 13:32

Ermənistanda koronavirusa yoluxanların sayı 39 mini keçdi

• 02.08.2020, 13:29

Azərbaycan-Türkiyə təlimləri: yeni görüntülər yayıldı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031