Erməni lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi…

Ətraflı

Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI

Ətraflı

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

“Diplomatiyadakı nailiyyətlərdə Azərbaycan diasporunun əhəmiyyətli rolu var” – Birinci Vitse-spiker

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin (Əvvəlki adı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi) yaradılmasının 18 ili tamam olur.     Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Modern.az saytına açıqlamasında Azərbaycan diasporunun fəaliyyəti, qarşıya qoyulan vəzifələr, bu istiqamətdə görülən işlərdən danışıb:     "Müstəqillik illərində diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsidir. Diasporla İş üzrə Dövlət Komitəsi 2002-ci il iyulun 5-də ulu öndər tərəfindən imzalanan fərman əsasında yaradılmış Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin hüquqi varisidir. Ümumiyyətlə, müstəqillik dövründə diasporla bağlı olan məsələlər Azərbaycanda dövlət quruculuğu prosesinin, həm də beynəlxalq münasibətlərin vacib elementinə çevrilib". Birinci Vitse-spiker bildirib ki, son zamanlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının uğurları ildən-ilə artır:     "Bu nailiyyətlərin əldə olunmasında Azərbaycan diasporunun da əhəmiyyətli rolu vardır. Bunu şərtləndirən əsas faktorlardan biri xarici ölkələrdə yaşayan, təhsil alan və müxtəlif sahələrdə çalışan yeni, müasir və mütərəqqi düşüncəli bir nəslin yetişməsidir. İkinci vacib meyar isə diaspor nümayəndələrinin Azərbaycan dövlətinin xarici siyasətinin reallaşmasında, xüsusilə də Dağlıq Qarabağ probleminin ədalətli həllinə dəstək istiqamətində göstərdiyi fəaliyyətə daha fəal və səmərəli şəkildə qoşulmasidir. Son illər ölkə rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq xaricdə yaşayan həmvətənlərimizin xoş amallar uğrunda daha sıx birləşməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi 25 ölkəni əhatə edən 120-dən artıq diaspor təşkilatı vasitəsi ilə daha çevik fəaliyyət sərgiləyir. Ölkə başçısı cənab İlham Əliyev dünyadakı bütün azərbaycanlıların Prezidenti olduğunu inamla bəyan edib". Əli Hüseynlinin sözlərinə görə, ölkə ictimaiyyəti hər zaman xaricdə yaşayan azərbaycanlıların çətin günlərində dövlətimizin onlara sahib çıxdığının şahidi olub:     "COVİD-19 pandemiyasının tüğyan etdiyi bir zamanda Azərbaycan hökuməti xaricdəki soydaşlarımıza qayğısını daha da artırmaqdadır. Son 2 ay ərzində diaspor təşkilatlarına 21 mindən çox müraciətin daxil olması onu göstərir ki, vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq Vətənimizin hüdudlarından kənarda yaşayan sağlam düşüncəli hər bir azərbaycanlı Azərbaycan dövlətinə, Prezidentinə, onun siyasi iradəsinə güvənir. Qürurvericidir ki, Azərbaycan hökuməti Komitənin xətti ilə dünyanın 27 ölkəsindən olan 3100 nəfərdən artıq soydaşımıza pandemiya dövründə üzləşdikləri problemlərin həllində köməklik göstərilib. Əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, diaspor quruculuğu işi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, daha sonra yeni çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq ideologiyasınin inkişafına mühüm töhfələr verir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. İnanıram ki, Komitə bundan sonra da öz fəaliyyətini müasir tələblər səviyyəsində quracaq, müsbət təşəbbüslərə imza atacaq və bu sahədə anti-azərbaycançı qüvvələrin təsiri altında yaranan neqativ meyllərin aradan qaldırılmasına nail olacaq”. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 12.08.2020, 14:28

PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

• 12.08.2020, 14:26

İrəvan terrorçu mahiyyətini bir daha göstərdi – XİN rəhbəri

• 12.08.2020, 13:51

Türkiyənin generalları və yüksək rütbəli zabitləri Azərbaycana gəlir

• 12.08.2020, 13:45

Erməni lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi…

• 12.08.2020, 13:43

Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI

• 12.08.2020, 13:20

İşğalçıya Rusiya silahları: Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri

• 12.08.2020, 13:12

Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ

• 12.08.2020, 13:06

Ermənilərin qənimət hərisliyi: azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə traktor və maşın axtarırlar

• 12.08.2020, 13:04

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

• 12.08.2020, 13:02

Livandan Ermənistana 100-dən çox erməni gətirildi

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031