Erməni lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi…

Ətraflı

Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI

Ətraflı

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

ABŞ-ın “Stratfor” kəşfiyyat mərkəzinin agenti Qarabağa gəldi?- Nə məqsədlə?..

Hələ 2019-cu  ilin sonlarında adı  Amerikanın özəl “Stratfor” kəşfiyyat  mərkəzinin məlumat verən mənbələri siyahısında çıxmış Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyan bu günlərdə Azərbaycanın  işğal altındakı torpaqlarına gəlib.  

 

Moderator.az xəbər verir ki,  işğalçı ölkənin bu haqda  geniş məqalə dərc edən  “Ermənistanın səsi” nəşri A.Babacanyanın  məhz həmin kəşfiyyat xidmətinin tapşırığı, həm də L.T.Petrosyan –Paşinyan xətti ilə gəldiyini iddia edir.   

 

Erməni deputat Xankəndidə qondarma separatçı rejimin rəhbəri Araik Arutyunyan  və “təhlükəsizlik şurası”nın katibi Samvel Babayanla görüşüb. Bundan sonra A.Babacanyan özünün “Facebook” səhifəsində  həmin görüşlərdə Qarabağ məsələsinin Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın “Müharibə, yoxsa sülh” məqaləsindəki ideyalar əsasında həll edilməsi müzakirə olunub. Lakin sonradan A.Arutyunyanın “Azad vətən” “partiya”sının mətbuat xidməti bu məlumatı təkzib edib. 

 

Xatırladılır ki, L.Ter-Petrosyanın bəhs edilən məqaləsi 1997-ci ilin payızında dərc olunub və məhz həmin material onun 1998-ci ilin fevralında istefasına gətirib çıxarıb. Məqalədə  işğalçı ölkə lideri Dağlıq Qarabağ deyilən qondarma qurumu statusu nəzərə alınmadan  işğal altındakı torpaqların mərhələ-mərhələ Azərbaycan qaytarılmasını təklif edib.    

 

Bundan əlavə, deputat A. Babacanyanın 1998-ci ildə Nairi Unanyanla birlikdə prezidentliyə namizəd,  Ermənistan SSR-in 1-ci katibi(1974-1988) işləmiş  Karen Dəmirçiyanın  seçki qərargahında çalışdığı bildirilir. Məlum olduğu kimi, 1999-cu ilin oktyabrında məhz həmin N.Unanyan Ermənistan parlamentində o vaxt spiker olan Karen Dəmirçiyan başda olmaqla bir neçə deputat və 8 məmurun qətli ilə nəticələnmiş terakt törədib.

 

Onu da qeyd edək ki, erməni nəşrləri Babacanyanın ABŞ-ın agenti olması barədə məlumatlar yaydıqdan sonra A.Babacanyan hər hansı bir açıqlama verməkdən yayınıb,  səlahiyyətli orqanlar isə anlaşılmaz bir sükuta qərq olublar. Bunun əvəzinə, erməni deputat prokurorluğa şikayət məktubu yazıb və Ermənistan polisinin 6-cı bölməsinin əməkdaşlarının məlumatı dərc edən “Ankakh.com” saytının redaktorunun evinə göndərilməsinə nail olub. Lakin bu günədək Arman Babacanyanın adının “Stratfor” təşkilatının agentləri siyahısında necə peyda olduğu barədə ictimaiyyətə hələ də heç bir açıqlama verilməyib.

 

2020-ci ilin əvvəlində  “Politik.am” nəşri Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Arman Babacanyanın agent olması haqqında məlumatı yoxlamaq üçün hansı addımların atıldığını öyrənmək üçün sorğu göndərib. Eyni zamanda mətbuatda yayılan məlumatların təsdiqləndiyi və ya təkzib olunduğu barədə məsələyə də aydınlıq gətirilməsi xahiş olunub. Bu sorğudan bir neçə gün sonra Arman Babacanyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb və ictimaiyyət yenə də təfərrüatlardan xəbərsiz qalıb.

 

Ermənistan MTX-yə verilən sorğuya cavab olaraq bildirilib ki, MTX orqanları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi yolu ilə nəticələri açıqlanmayan məlumatlar əldə edilir. Və bununla Ermənistan MTX əslində məlumatı nə təkzib edir, nə də təsdiqləyib.

 

Sultan Laçın

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 12.08.2020, 14:28

PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

• 12.08.2020, 14:26

İrəvan terrorçu mahiyyətini bir daha göstərdi – XİN rəhbəri

• 12.08.2020, 13:51

Türkiyənin generalları və yüksək rütbəli zabitləri Azərbaycana gəlir

• 12.08.2020, 13:45

Erməni lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi…

• 12.08.2020, 13:43

Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI

• 12.08.2020, 13:20

İşğalçıya Rusiya silahları: Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri

• 12.08.2020, 13:12

Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ

• 12.08.2020, 13:06

Ermənilərin qənimət hərisliyi: azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə traktor və maşın axtarırlar

• 12.08.2020, 13:04

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

• 12.08.2020, 13:02

Livandan Ermənistana 100-dən çox erməni gətirildi

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031