Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

Ətraflı

“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

Ətraflı

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” – Erməni politoloq

Ətraflı

Rəsmi Bakı: “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

Ətraflı

Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

Ermənistan baş naziri özünü xəstəliyə vurub? Erməni mediasında və sosial şəbəkələrdə ilginc versiyalar ortaya atıldı…

Ermənistan Güney Qafqaz ölkələri arasında koronavirusa yoluxma və ölüm sayına görə liderliyini qoruyub saxlayır. İşğalçı ölkədə son sutka ərzində daha 517 nəfər virusa yoluxub, 20 xəstə ölüb (ölənlərin ümumi sayı – 158). Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da yoluxanların sayı 10.009-a çatıb. Beləcə, işğalçı ölkə region dövlətləri arasında daha bir anti-rekorda imza atıb – yoluxanların sayı 10 mini keçən ilk ölkə olmaqla.

Artıq 10 min nəfərin içində baş nazir Nikol Paşinyan və ailə üzvləri də var. Hər halda, iki gün, Paşinyanın canlı yayımda verdiyi açıqlamadan bu nəticə hasil olub. O da maraqlıdır ki, Nikol Paşinyanın COVİD-19-a tutulması məhz onun ad gününə – 45 yaşına (1 iyun 1975) təsadüf edib. Daha bir maraqlı məqam Rusiya prezidenti Vladimir Putinin ona ilk dəfə olaraq, ad günü münasibətilə təbrik zəngi eləməsidir.

Rəsmi məlumata görə, telefon zəngi zamanı Kreml başçısı ona dəstək və koronavirusdan tezliklə sağalmağı arzu edib. Pandemiya ilə mübarizədə Rusiyanın Ermənistana kömək etməyə hazır olduğunu bildirib. Nikol Paşinyan və Putin həmçinin 2-ci Dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə bağlı iyunun 24-nə Moskvada planlaşdırılan paradla bağlı danışıblar. Erməni baş nazir paradda iştirakla bağlı bir neçə gün öncə ona göndərilən dəvətə görə Rusiya rəhbərinə təşəkkürünü çatdırıb və ümid etdiyini bildirib ki, o vaxtadək sağalacaq və Moskvaya gedə biləcək.

*****

Как Пашинян Зеленскому про Путина советы давал

Kreml başçısının Paşinyana zəngi müəyyən mənada “açıq səmada şimşək” effektini xatırlada bilər. Əvvəla ona görə ki, hakimiyyətdə olduğu iki ildən çox müddətdə Nikol Paşinyan Putindən heç vaxt təbrik almayıb. Hətta baş nazir təyin olunması ilə bağlı də Kremldən ona təbrik gəlməmişdi. Putin Paşinyanın həbsə atdığı eks-prezident Robert Köçəryana belə ad günü təbriki göndərib, ancaq indiyədək Nikolu hər hansı motivlə təbrik etməmişdi.

Bundan əlavə, Paşinyan Ermənistanın rəhbəri olaraq, bu günədək Rusiyaya rəsmi səfərə dəvət almayıb. Səbəblər haqda yetərincə və zaman-zaman yazmışıq. Onların qayəsində Rusiya liderinin “rəngli inqilab”la hakimiyyətə gələn “gizli qərbçi” Paşinyana hələ də ürək qızdırmaması, həmçinin onun Moskvanın adamlarını (Robert Köçəryan və başqaları) Ermənistanda sıxışdırmağa davam etməsidir.

Və bu fondda Rusiya prezidentindən Ermənistanın baş nazirinə qəfil təbrik zəngi gəlir. İlk baxışda humanist addım kimi görünə bilər. Hər necə olmasa, N.Paşinyan ömrünün məhz 45-ci ildönümündə, ad günündə qorxunc virusa yaxalanıb. Başqa yandan, Paşinyanın xəstələnib-xəstələnmədiyini, yəni özünü siyasi xəstəlıyə vurub-vurmadığını Rusiya liderindən dəqiq kim bilə bilər ki?

Nəhayət, Putinin Paşinyana xeyli vaxtdır əvəz axtarması barədə deyilənlər də unudula bilməz. Görəsən, son telefon zəngi bu planları gündəmdən çıxarırmı, Putin Paşinyanı bağışlayıbmı? Çətin. Əksinə, təbrik zəngi Ermənistan baş nazirini Rusiya sarıdan arxayın salıb, onun sərvaxtlığını azaltmağa yönəlik gediş də ola bilər(di)…

*****

Paşinyan'dan Putin'e tebrik mesajı - Ermeni haber ajansı

Yeri gəlmişkən, Ermənistanın özündə Paşinyan və ailə üzvlərinin virusa yoluxması xəbəri heç də birmənalı qarşılanmayıb. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistanın bir çox vətəndaşları baş nazir və onun ailəsinin COVİD-19-a yoluxduğuna dair şübhə ilə yanaşıblar. Paşinyanın qızlarının bu xəbərdən sonra da sosial şəbəkələrdə aktiv olmaları şübhələri artırıb.

Məsələ ondadır ki, sosial şəbəkə istifadəçiləri Nikol Paşinyanın özü və ailəsinin yoluxma testi pozitiv çıxması barədə açıqlamasından sonra onun qızlarının – Şuşan və Məryəmin İnstagram-dakı statusuna diqqət çəkiblər. Bu zaman qızlar Yenukovanda – Paşinyan ailəsinin doğma kəndində qayğısız həyata davam edirmişlər.

Bu xüsusatlardan çıxış edənlərin ehtimalına görə, ola bilsin, baş nazirin koronavirus infeksiyası ilə bağlı hekayəsi, sadəcə, bir PR-dır və hədəf də hökumətin cəmiyyəti vəziyyətin ciddiliyinə inandırmaq və ya son həftələrdə reytinqi sürətlə aşağı düşən Paşinyana simpatiya oyatmaq istəyidir. Çünki əks təqdirdə, dövlət başçısının qızlarının karantin rejimini pozması və mülki məsuliyyətləri barədə suallar ortaya çıxır.

Political Chaos in Armenia – Realities that hypocrites do not want ...

Öz növbəsində jurnalist Narek Ter-Nakalyan daha bir versiya irəli sürüb: o, Paşinyanın xəstələnmə ilə bağlı bəyanatını Ermənistanın Vatikandakı keçmiş səfiri, Qarabağ münaqişəsinin qızışdırıcılarından olan eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın ona qarşı ittihamları ilə əlaqələndirib. Xatırladaq ki, Minasyan baş nazirin qanunsuz silah ticarəti ilə əlaqəli olduğunu söyləmişdi. Jurnalist Paşinyanın hərəkətini gündəmi dəyişdirmək, vətəndaşları onun üçün rahatsız olan bir mövzudan yayındırmaq cəhdi kimi təqdim edib.

İnternet istifadəçiləri habelə canlı yayım zamanı hökumət başçısının qəribə davranışlarına da diqqət çəkiblər: Paşinyan özünün və bütün ailəsinin təhlükəli virusa yoluxduğu barədə danışarkən gülümsəyibmiş. Bu detal bütün xəstələnmə hekayəsinin saxta olması ətrafında ehtirasları daha da gücləndirib.

Hər necə olmasa, Ermənistanda bir çoxları baş nazirin xəstəliyi barədə xəbəri etimadsızlıqla və kifayət qədər şübhə ilə qarşılayıb. Bəlkə sıravi vətəndaşları baş nazirin xəstəliyi – istər xəyali olsun, istərsə də real – ona görə bir elə maraqlandırmır ki, onlar pandemiya dövründə ölkəyə uğursuz rəhbərlik nəticəsində olduqca ağır sosial-iqtisadi problemlərlə baş-başa buraxılıblar. Bütün hallarda belə bir ovqat “inqilabçı” baş nazirə etimad böhranından uzaqda olmadığından xəbər verir…  


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 05.07.2020, 19:57

Azərbaycanda daha 523 nəfərdə koronavirus aşkarlandı – 9 nəfər öldü

• 05.07.2020, 11:48

Ermənistanda koronavirusdan ölənlərin sayı 484-ə çatdı

• 05.07.2020, 11:12

Zəhra və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsindən 3 il ötdü

• 05.07.2020, 10:35

5 iyul Nəsib bəy Yusifbəylinin doğum GÜNÜDÜR

• 05.07.2020, 10:33

Müdafiə nazirliyi cəbhədəki son gərginliklə bağlı məlumat yaydı

• 05.07.2020, 10:30

“Diplomatiyadakı nailiyyətlərdə Azərbaycan diasporunun əhəmiyyətli rolu var” – Birinci Vitse-spiker

• 05.07.2020, 8:46

Ermənistanda hərbçilər yol qəzasına düşdü, xəsarət alanlar var

• 05.07.2020, 6:42

Ermənistanda kirayə mənzildə cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır

• 05.07.2020, 6:29

Arye Qut: Bu, ermənilərin növbəti sərsəmləməsidir…

• 05.07.2020, 5:25

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

• 04.07.2020, 20:36

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

• 03.07.2020, 18:24

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

• 03.07.2020, 18:22

Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi

• 03.07.2020, 18:20

Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama

• 03.07.2020, 14:08

ABŞ-ın “Stratfor” kəşfiyyat mərkəzinin agenti Qarabağa gəldi?- Nə məqsədlə?..

• 03.07.2020, 14:05

“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

• 03.07.2020, 14:03

Ermənistanda COVID-19-a yoluxanların sayı 27 mini keçib, 469 nəfər ölüb

• 02.07.2020, 20:25

“Laçınım”ı efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu…

• 02.07.2020, 20:09

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib

• 02.07.2020, 19:16

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

• 02.07.2020, 17:10

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” – Erməni politoloq

• 02.07.2020, 16:15

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

• 02.07.2020, 16:11

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri döyüş atışlı təlim keçirdilər

• 02.07.2020, 6:04

Azərbaycan Polisi özünün yaranmasının 102-ci ildönümünü qeyd edir

• 02.07.2020, 6:00

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi – FOTO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May   İyl »
1234567
891011121314
15161718192021
22232425262728
2930