ERMƏNİSTANIN TƏSLİM AKTI

Ətraflı

Medvedevdən Azərbaycan və erməni diasporlarına ÇAĞIRIŞ

Ətraflı

Livan ermənilərinin Qarabağa KÖÇÜ BAŞLAYIR: İlk 150 ailə Laçında məskunlaşdırılır

Ətraflı

Serb silahlarını İrəvana kimlər və necə daşıyıb?

Ətraflı

Ermənilərin uydurduğu, Stalinin nifrət etdiyi xain “qəhrəman”…

Erməni tarixçiləri onun haqqında az qala əfsanələr yaradıblar, alman faşizmi üzərində qələbənin təmin olunmasında onu müharibə qəhrəmanına çeviriblər, hətta İvan Baqramyanı İosif Stalinin yaxın silahdaşlarından biri kimi təqdim ediblər. Sözsüz ki, bu cür təqdimat mifdən, əfsanədən başqa bir şey deyil. Bir neçə tarixi fakta nəzər salsaq, söylənilənlərin heç bir həqiqətə uyğun olmadığının şahidi olarıq.

İlk növbədə qeyd edək ki, Baqramyan şəxsi maraqları üçün hər an mövqeyini dəyişməyə qadir bir şəxs olub. “Çevik” transferlik qabiliyyətinə malik Baqramyan əvvəlcə Rus imperiyası ordusunda, sonra daşnak ordusunda, daha sonra isə Qızıl orduda xidmət edib. Baqramyan öz rahatlığı və karyerası üçün bütün vasitələrə əl atıb, hiyləgər manevrləri ilə özünü və hərbi karyerasını qoruya bilib. 

640px-И._Баграмян_на_отдыхе_в_подмосковном_военном_санатории_Архангельское.jpg (149 KB)

Düzdür, o, həmişə istədiyinə nail ola bilməyib. Xüsusilə də Stalinin nüfuzlu hərbçilər siyahısında onun adı əks olunmayıb. O, nə qədər canfəşanlıq etsə də, Stalindən nə marşal rütbəsi, nə də “Qələbə” ordeni ala bilməyib. Mikoyan bir neçə dəfə Stalindən bunu xahiş etsə də, Baqramyanın arzuları gerçəkləşməyib. Əlbəttə bu da səbəbsiz olmayıb. 

Müharibə başlananda Baqramyan şimal-şərq cəbhəsinin qərargah rəisinin müavini vəzifəsində xidmət edib. Almanların hücumu zamanı o, öz əməliyyat rayonunda vəziyyəti düzgün qiymətləndirə bilməyib, son dərəcə təhlükəli əməliyyat şəraiti haqqında Baş qərargaha vaxtında məlumat ötürməyib. Bu cür qeyri-peşəkar yanaşma Baş qərargahda Stalinin iştirakı ilə keçirilən əməliyyat müşavirəsində sərt tənqid olunub.

bagramyan_kurasov.jpg (139 KB)

İkinci dəfə o, öz qeyri-peşəkarlığını 1942-ci ildə Xarkov əməliyyatında nümayiş etdirib. Həmin ərəfədə cənub-qərb cəbhəsinin qərargah rəisi olan Baqramyanın uğursuz əməliyyatı SSRİ-yə baha başa gəlib. Əməliyyat zamanı sovet ordusunun 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb. Bununla da alman qoşunlarının Stalinqrada və Qafqaza yolu açılıb. Bu uğursuz əməliyyat Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılıb. 

Stalin cənub-qərb cəbhəsinin hərbi şurasına məktub ünvanlayıb: “Uğursuz Xarkov əməliyyatı üç həftə ərzində 20 diviziyanı alman qoşunlarına təslim etdi. Bu məğlubiyyət Baqramyanın qeyri-peşəkarlığının nəticəsidir. Onun bu gündən sonra cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidməti məqsədəuyğun sayılmır…”

67-3.jpg (125 KB)

Baqramyan uğursuz Xarkov əməliyyatından sonra tutduğu vəzifədən azad olunub. Əslində, dövrün mövcud Stalin qanunlarına görə, Baqramyan güllələnməyə məhkum olunmalı idi. Amma bu dəfə də erməni həmrəyliyi onu xilas edib. Mikoyan Baqramyan üçün Stalinə ağız açıb. Həmin hadisələrdə Georgi Jukov da Stalindən Baqramyan üçün möhlət istəyib.

Baqramyan hədsiz dərəcədə pafoslu bir şəxs olub, ən kiçik hadisələri belə, “təmtəraqla” təqdim etməyi bacarıb. Çoxlarının bildiyi bir hadisə də buna sübutdur. 

iu.jpg (136 KB)

Müharibə vaxtı Baltik sahilində ilk olaraq Baqramyanın başçılıq etdiyi hərbi birləşmə mövqe tutub. Erməni general qürrələnərək Baltik dənizinin suyunu şüşə qaba doldurub və adyutantına tapşırıb ki, təcili Moskvaya uçub, suyu Stalinə çatdırsın. Adyutant təyyarədə uçarkən almanlar Baqramyanın qoşunlarını geri çəkilməyə məcbur edib. Təbii ki, bu məsələdən Stalin də məlumatlı olub. 

Bunlardan xəbərsiz olan adyutant isə Stalinin qəbuluna gəlib və suyu ona təqdim edib:

– Yoldaş Stalin, qabda Baltik dənizinin suyunu gətirmişəm.

Stalin bir-neçə dəqiqə diqqətlə və eyhamla suya baxdıqdan sonra onu adyutanta qaytarıb:

– Siz bu suyu Baqramyana qaytarın və deyin ki, suyu haradan götürübsə, elə ora da boşaltsın.

7-RIAN_00003274.HR.ru_opt.jpeg (106 KB)

Qeyd edək ki, Baqramyan Stalinin hakimiyyəti dövründə Mərkəzi Komitənin üzvü seçilməyib. Yukovun, Mikoyanın, Vasilevskinin xahişlərini belə, Stalin nəzərə almayıb. O, cümlədən Stalin ona marşal rütbəsi verməkdən də imtina edib. 

Hətta ziyafətlərin birində Stalin üzünü ona tutaraq bu məsələni zarafata salıb: “Gürcülərdən bir marşal var. Amma o həqiqi marşal deyil, “parket” marşaldır (Beriya nəzərdə tutulub). Ermənilərdən isə marşal yoxdur, “parket” marşal olmaqdansa, həqiqi marşal olmağın vaxtını gözləmək lazımdır”.

Beləliklə, Baqramyan Stalindən istədiklərini ala bilməyib.

Xruşovun hakimiyyətə gəlməsi Baqramyanın karyerasında növbəti uğur mərhələsini açıb. Məhz bu illər ərzində o, Mərkəzi Komitənin üzvü və SSRİ Ali Sovetinin deputatı seçilib, marşal rütbəsi alıb. Vaxtilə onu ölümdən xilas edən Jukovun vəzifəsindən uzaqlaşdırılmasında fəallıq göstərdiyinə görə, Xruşov onu yetərincə qiymətləndirib.

thumb_50242_news_big.jpeg (152 KB)

Şəxsi ambisiyalarına görə xəyanət yolunu rahatlıqla seçən Baqramyan 1964-cü ildə, bu dəfə Brejnevə dəstək olaraq Xruşovun devrilməsində fəallıq göstərib və yeni komandada mövqelərini möhkəmləndirib. Brejnevin hakimiyyəti illərində o, müdafiə nazirinin müavini və  Müdafiə nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru vəzifələrində xidmətini davam etdirib.

Baqramyan öz hiyləgərliyi sayəsində yeganə yüksəkçinli hərbçilərdən biri olub ki, ölən gününə, 21 sentyabr 1982-ci ilə, 84 yaşına qədər hərbi mundirdə vəzifə başında olub.

Göründüyü kimi, erməni xislətinə xas olan bütün xüsusiyyətlər mifləşdirilmiş Baqramyanın xarakterində də cəmlənib.

İlham Cəmiloğlu,
Musavat.com

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 08.08.2020, 13:48

“Qərbdə və Rusiyada “Böyük Ermənistan” ideyasını dəstəkləyən qüvvələr var” – Regional TƏHLÜKƏ

• 08.08.2020, 12:08

Ermənistanda koronavirusa yoluxanların sayı 40 mini keçdi

• 07.08.2020, 19:25

Paşinyan Kremlin “qırmızı xətt”ini keçdi

• 07.08.2020, 19:22

Akademik Yaqub Mahmudov Qarabağ tarixi ilə bağlı real faktları açıqlayıb

• 07.08.2020, 19:19

ERMƏNİSTANIN TƏSLİM AKTI

• 07.08.2020, 17:43

Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm

• 07.08.2020, 16:15

Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək

• 07.08.2020, 16:13

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib

• 07.08.2020, 16:11

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

• 07.08.2020, 9:58

Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

• 06.08.2020, 17:24

Beyrutdakı partlayışda ölən ermənilərin sayı 11-ə çatdı – 400-ü evsiz qaldı…

• 06.08.2020, 17:14

Daha 144 yoluxma, 435 sağalma, 3 ölüm

• 06.08.2020, 17:05

Yerevanın keçmiş meri saxlanıldı

• 06.08.2020, 17:03

Ermənilərin Tovuza vurduğu ziyanın aradan qaldırılmasına bir milyon manat ayrıldı

• 06.08.2020, 16:47

“Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın”

• 06.08.2020, 16:45

Xüsusi xidmət orqanı azərbaycanlılarla ermənilərin kütləvi davasının QARŞISINI ALDI

• 06.08.2020, 13:20

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir

• 06.08.2020, 13:18

Ermənistan ordusu itki verdi: 1 ölü, 3 yaralı

• 06.08.2020, 0:49

“Qarabağ” “Keşlə”yə şans vermədi

• 05.08.2020, 20:10

Medvedevdən Azərbaycan və erməni diasporlarına ÇAĞIRIŞ

• 05.08.2020, 20:06

Livan ermənilərinin Qarabağa KÖÇÜ BAŞLAYIR: İlk 150 ailə Laçında məskunlaşdırılır

• 05.08.2020, 16:02

Minsk qrupunun sabiq amerikalı həmsədrindən sensasion təklif

• 05.08.2020, 15:27

Paşinyan məhşər ayağına çəkilir – Soros projesi iflasda

• 05.08.2020, 15:23

“Gənc Vətənpərvərlər” yardım aksiyasına start verib

• 05.08.2020, 15:13

Serb silahlarını İrəvana kimlər və necə daşıyıb?

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?