Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

Ətraflı

“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

Ətraflı

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” – Erməni politoloq

Ətraflı

Rəsmi Bakı: “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

Ətraflı

İşğal günündə bir şuşalının Şuşa nisgili

1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov "MediaPost"a açıqlamasında Şuşa ilə bağlı öz uşaqlıq və gənclik xatirələrini bölüşüb.

"Mənim bütün uşaqlığım, məktəb illərim Şuşada keçib. Ən xoş xatirələrim də məhz Şuşa ilə bağlıdır. Şuşa haqqında danışarkən ilk xatırladığım onun təbiətidir. Şuşa acı bir təsadüfdən yazda işğal olunub. O yazda ki, həmin vaxt Şuşanın gözəlliyi daha çox artardı. Xatırlayıram ki, bu vaxtlarda biz həyətimizdə bitən gülləri dərib dəstə bağlayırdıq ki, müəllimlərimizə aparaq. May-iyun ayları Şuşanın çiçəklənmə ayı idi. Şuşanın təbiətindən başqa həm də gözəl ziyalı mühiti var idi. Çal-çağırlı şəhər idi. İnsanların üzü həmişə gülərdi, təbəssümlü şəhər idi. Bütün qonşular həmişə məzəli əhvalatlar danışardı, deyib gülərdik. Hər bulağın başında xanəndələr olardı, tez-tez mahnı bayramları keçirilirdi.

Hamımız gözləyirdik ki, yenə hansı hind filmləri göstəriləcək. Axşam hamı işdən sonra kinoteatra gedib gözlədikləri filmlərə baxardılar. Çox gözəl mənzərə idi… Maraqlısı o idi ki, Şuşanın kitabxanalarında daim növbələr olurdu. İnsanlar mütaliəni o qədər çox sevirdilər ki, bu növbəni yarmaq çətin olurdu. Hər bir yeni nəşr olunan kitablar satışda qurtarsa da, ailələr bir-bir əldə gəzdirirdilər. Qonşular oxumayanlara verirdilər.

Çox heyifsilənirəm ki, Şuşanı itirməklə təkcə Şuşanı itirməmişik, o ab-havanı, o təəssüratı itirmişik

Yayda ətraf rayonlarından o qədər adam gəlirdi ki, yaylaqlarda insanlar əhali sayından dəfələrlə çox olurdu. Turistlər daha çox Rusiya və Belarusdan gəlirdi. Bütün bunlar uşaqlıq xatirələrimdə xoş təəssürat kimi qalıb. Bakı şəhərində müvəqqəti məskunlaşsam da, hər gün Şuşa ilə oyanıram. Babamı, nənəmi danışdıqları söhbətləri ilə tez-tez yuxularımda görürəm. Yasəmən ağacı bitən bağları vardı. İndi harada görsəm yasəmən alsam da, onun yerini vermir, verməz də… O iyi duya bilmirəm. Şuşanın daşı da gözəliydi, gülü də. Son vaxtlar çox darıxıram. Çox çətindir. Atam son nəfəsində Şuşa suyunu istədi. İstədi, ancaq oğlu onu gətirə bilmədi. Bir oğul üçün bundan böyük dərd olar? Çox ağırdır. Anam valideynlərinin qəbrini görməyi arzulayır, ancaq… Bu, tək mənim anamın dərdi deyil, işğal olunmuş ərazilərdən köçürülmüş bütün insanların dərdidir. Hər kəs üçün ağır dərddir. İnanıram ki, biz Şuşaya qayıdacağıq. Üzərimizdəki məcburi köçkün damğası da götürüləcək. Yenə Şuşaya qayıdıb qonaqları qarşılayacağıq. Necə ki müxtəlif bölgələrdə məskunlaşmışıq və hər bölgənin insanları bizi xüsusi qayğı ilə yanaşıblar, çalışacağıq ki, biz də daha artıq xüsusi qonaqpərvərlik ilə onları qəbul edək. Bu, mənim arzumdur.

Oradakı bulaqları bəzəyən uşaqlıq dostlarımı indi tapa bilmirəm.

İllər keçsə də, unuda bilməyəcəyim müəllimlərim var mənim. Ələkbərova Solmaz, İdris müəllim, Yunis müəllim, Şükür müəllim, rəhmətlik Məhərrəm müəllim, Yelmar müəllim, Ağgül müəllim, Durdanə müəllim… Onların sayəsində bu günə gəlmişəm".

Anar Xəlilov Şuşanın tarixi haqqında danışaraq əsrlər boyu bu şəhərin Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olduğunu deyir:

"1950-ci ildə salınıb Şuşa şəhəri. Tarixi Qarabağ xanlığının yaranması tarixi ilə başlayır. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Səfəvilər dövlətinin ərazisində xanlıqlar yaranır və bunlardan biri də ərazicə ən böyük xanlıq olan Qarabağ xanlığı idi. Bu xanlığın əsasını qoyan Pənahəli xan 1950-ci ildə Şuşa şəhərinin təməlini qoyur. Əvvəllər Pənahabad, sonra Qala, Şişə və sonra Şuşa adlandırılır. Qarabağ xanlığının paytaxtına çevrilən Şuşa qısa vaxtda o dövrdə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən birinə çevrildi. 1805-ci ildə Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə keçdi. 1813-1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay, 1829-cu ildə Osmanlı Türkiyəsi ilə Rusiya arasında bağlanan Ədirnə müqavilələrindən sonra Qarabağın və bütünlükdə Azərbaycanın faciəsi başlandı. Müqavilələrə əsasən, buraya çoxlu sayda ermənilər köçürülməyə başlandı. Onlar da daha çox Qarabağda yerləşdirilirdi. Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin mərkəzinə çevrildi.

Çar Rusiyasının himayədarlığı ilə Qarabağ ərazisinə köçürülmüş ermənilər daim azərbaycanlıları sıxışdırmağa çalışırdılar. 1905-1907-ci illərin hadisələri dövründə azərbaycanlılar və ermənilər arasında baş vermiş konfliktlər Şuşanı Qarabağın əsas istehkam qalasına çevrildi. Bu şəhər o dövrlərdə hər tərəfdə yerləşən erməni hücumlarını dəf edə bilirdi. Şuşa qalası təslim olmadı.

Şuşa 1988-ci ildə ermənilərin etiraza başladığından sonra blokada vəziyyətinə düşmüşdü. Dağlıq Qarabağdan sonra Azərbaycanlıların yaşadığı Ağdam şəhərinə birləşdirən yol ermənilərin yaşayış məntəqələrindən keçirdi. Şuşanın yeganə yolu hava nəqliyyatı və bütün Dağları Qarabağı dolanmaqla Laçın istiqamətindən idi. Burada da erməni kəndləri olduğuna görə, demək olar ki, Şuşanın əlaqəsi kəsilmişdi.

Şuşanın işğalına gedən yol Meşəlidən, Malibəylidən, Kərgicandan, Quşçulardan, Xocalıda keçdi. Yenə də heç kim inanmırdı ki, Şuşa işğal olunub. Erməni və rus birləşmələri bizim mənəviyyatımıza ağır zərbə vurdular. Buna baxmayaraq, Şuşa asan işğal olunmadı. Çox insan deyir ki, Şuşa döyüşsüz təslim olundu, elə deyil. Döyüşməyən şəhər 200 şəhid verə bilməzdi. 150 nəfər əlilimiz var, 22 minə yaxın insansa qaçqındır. Sakinlərindən ayrı qalsa da, Şuşa hələ də yaşayır.

İşğaldan əvvəl Şuşa rayonunun ərazisində 1 şəhər, 1 qəsəbə, 37 kənd olub. Şuşa Dövlət Dram teatrı, Şuşa Televiziyası, Dövlət Qarabağ Tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, xatirə muzeyləri, Azərbaycan Xalçaçı Dövlət muzeyinin filialı, Dövlət rəsm qalereyası, 4 texnikom, 2 institut filialı, texniki peşə məktəbi, 25 orta məktəb, orta ixtisas musiqi məktəbləri, uşaq bağçaları, mədəniyyət evləri, klublar, kitabxanalara, tibb müəssisələri, 2 sanatoriya, uşaq sağlamlıq məktəbi, 70 turist bazası, mehmanxana, mədəniyyət və istirahət parkları, kinoteatrlar, ictimai iaşə obyektləri fəaliyyət göstərib. Bundan başqa, Şərq musiqi alətləri fabriki, istehsalat kombinatları, tikinti müəssisələri, çörəkbişirmə və məişət xidməti kombinatı.

Şuşa həm də kurort şəhəri idi. Ona görə burada kurort təsərrüfatı da güclü inkişaf etmişdi. Şuşanın havasının tərkibi, təmizliyi, saglığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri idi. Bu baxımdan nəinki Azərbaycandanda, ölkə hüdudlarından kənarda da Şuşanın səfalı yerləri məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi olan gül vardı ki, bu, dünyanın heç bir yerində bitmir. Ancaq Şuşa dağlarına məxsus idi. Xarıbülbül. Gülün üst forması elə quruluşdadır ki, sanki gülün üzərinə bülbül qonub.

Şuşanın gəzməli və görməli yerləri çox idi. Turs yaylaqları, Səkili, İsa, Şəmilin bulağı, Cıdır düzü. Şuşanın ən məşhur yeri Cıdır düzü idi. Qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarət idi. Şuşalıların da sevimli yeri idi, bura gələn qonaqların da.

Yuxarı Daşaltını eşitmişsiniz. Xalq arasında bu istirahət yerinə Şəmilin bulağı deyirdilər. Bu yerin özünəməxsusluğu guşə Daşaltı çayının üstündə dağın altında yerləşirdi. Bu hündürlüyə qalxıb ətrafın bütün gözəlliklərini görmək olardı.

İstedadlar şəhəri Şuşam. Dahilərin doğulduğu şəhərdir bura. Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Mehmandarov, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağayev, Xan Şuşinski, Bülbül, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Fikrət Əmirov, Niyazi, Şəmsi Bədəlbəyli, Flora Kərimova, Rafiq Hüseynovun…

Qafqazın minarələr şəhəri. Sayına görə bu adı vermişdilər. Ancaq işğaldan sonra həmin minarələr dağılıb. Bu yaxınlarda eşitdik ki, orada olan "Yuxarı Gövhər ağa" məscidi təmir edilərək fars mədəniyyət abidəsi kimi qələmə verilir. Bu dəhşətdir.

Mən günü bu gün də inanıram ki, biz Şuşaya da qayıdacağıq, Laçına da. Biz Kəlbəcərə də qayıdacağıq, Zəngilana da. O gün uzaqda deyil".

 

 

Azadə Yolçu

Xəbərin müəllifi

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 05.07.2020, 19:57

Azərbaycanda daha 523 nəfərdə koronavirus aşkarlandı – 9 nəfər öldü

• 05.07.2020, 11:48

Ermənistanda koronavirusdan ölənlərin sayı 484-ə çatdı

• 05.07.2020, 11:12

Zəhra və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsindən 3 il ötdü

• 05.07.2020, 10:35

5 iyul Nəsib bəy Yusifbəylinin doğum GÜNÜDÜR

• 05.07.2020, 10:33

Müdafiə nazirliyi cəbhədəki son gərginliklə bağlı məlumat yaydı

• 05.07.2020, 10:30

“Diplomatiyadakı nailiyyətlərdə Azərbaycan diasporunun əhəmiyyətli rolu var” – Birinci Vitse-spiker

• 05.07.2020, 8:46

Ermənistanda hərbçilər yol qəzasına düşdü, xəsarət alanlar var

• 05.07.2020, 6:42

Ermənistanda kirayə mənzildə cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır

• 05.07.2020, 6:29

Arye Qut: Bu, ermənilərin növbəti sərsəmləməsidir…

• 05.07.2020, 5:25

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

• 04.07.2020, 20:36

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

• 03.07.2020, 18:24

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

• 03.07.2020, 18:22

Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi

• 03.07.2020, 18:20

Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama

• 03.07.2020, 14:08

ABŞ-ın “Stratfor” kəşfiyyat mərkəzinin agenti Qarabağa gəldi?- Nə məqsədlə?..

• 03.07.2020, 14:05

“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

• 03.07.2020, 14:03

Ermənistanda COVID-19-a yoluxanların sayı 27 mini keçib, 469 nəfər ölüb

• 02.07.2020, 20:25

“Laçınım”ı efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu…

• 02.07.2020, 20:09

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib

• 02.07.2020, 19:16

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

• 02.07.2020, 17:10

“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatır” – Erməni politoloq

• 02.07.2020, 16:15

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

• 02.07.2020, 16:11

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri döyüş atışlı təlim keçirdilər

• 02.07.2020, 6:04

Azərbaycan Polisi özünün yaranmasının 102-ci ildönümünü qeyd edir

• 02.07.2020, 6:00

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi – FOTO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?