İrəvan yenidən Rusiyanı müttəfiq elan etdi, ABŞ isə…

Ətraflı

“Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”

Ətraflı

Ən təhlükəli azərbaycanlı haker – Erməni ekspert ad çəkdi

Ətraflı

Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO

Ətraflı

Aleksey Martınov: “Paşinyan Qərbin təsirinin bariz nümunəsidir”

Erməni tərəfi antisovet və antirus əhvalının yeni dalğasını qızışdırmağa başlayıb. Bəlkə bu, Böyük Vətən Müharibəsində qələbənin yaxınlaşan ildönümü ilə, bəlkə də Rusiya qazının qiyməti ilə bağlı danışıqlarda çətinliklərlə əlaqədardır. Ola bilsin ki, başqa səbəblər də var. Hər halda, Ermənistan hakimiyyətini Rusiya mənafelərini güdənlərlə bağlı danışmağa, onlardan qurtulmağa çağırıblar. Belə bir açıqlamaya misal olaraq Gürcüstanda fəaliyyət göstərən “Alik Media” nəşrinin erməni versiyasının baş redaktoru Arsen Xaratyanın çıxışını göstərmək olar.

“Xüsusilə Rusiyanın maraqlarının Ermənistanda və erməni seqmentində “təsir agentləri” Köçəryanın (vitse-prezident Robert Köçəryan – red.) pulları ilə qrup hücumları təşkil edirlər. Onlarla birbaşa qohumluq, yoldaşlıq və ya işgüzar münasibətlər quraraq, bu gün də yüksək dövlət vəzifələrini tutmaqda davam edirlər. Əlbəttə ki, bu insanları görməzdən gəlmək və ya onlara məhəl qoymamaq hakimiyyətdəki bəzi dostların dediyi kimi, təsirsiz ötmür, təhlükəli hala gəlir. Yaxın gələcəkdə biz bunların hər birini aşkara çıxarıb, nə vaxt və nə etdiklərini sizə deyəcəyik”, – deyə A.Xaratyan yazıb.

Eyni zamanda, erməni fəallar sovet mirasını pisləyirlər. Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Rusiya Federasiyası İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markov Media.Az-a açıqlamasında “Onlar, sadəcə, Amerika pullarının haqqını verirlər. Bu, bir sözlə ifadə oluna bilər – satqınlıq” deyib. Yeri gəlmişkən, Markovla müsahibənin bu fraqmenti aprelin ortalarında dərc etdiyimiz reportaja daxil edilməyib.

Öz növbəsində, siyasi elmlər doktoru, rus filosofu və publisisti, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Media.Az-a verdiyi müsahibədə qeyd etmişdi ki, ermənilər hamıdan əvvəl SSRİ-nin parçalandığını anlamışdılar və hətta bunu bir az da sürətləndirmişdilər. (bu hissə də aprelin 24-ə dərc edilmiş müsahibəyə daxil edilməyib).

Bugünkü vəziyyəti rusiyalı politoloq, Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov Media.Az üçün şərh edir.

– Postsovet məkanının bir çox ölkələrində sovet keçmişini qınayan bəyanatlar getdikcə artır, bununla yanaşı, indiki Rusiyanın “təsir agentləri” ilə birbaşa əlaqəyə eyham edilir. Məsələn, bu cür bəyanatla gürcü qəzetinin erməni redaktoru Arsen Xaratyan çıxış edib. Bu dalğa niyə indi başlayıb?

– Yeni heç nə baş vermir. Hər kəsin “oyandığını” deməzdim. Söhbət müxtəlif Qərb fondları ilə, daha çox Corc Sorosun strukturları ilə sıx bağlı olan kifayət qədər ixtisaslaşmış qruplardan gedir. Ermənistanın baş naziri Nikol Paşinyan bunun əyani təsdiqidir. Niyə “yoldaş” Soros postsovet məkanında agentlərini qəflətən aktivləşdirdi? Bəlkə də bu sualı Corc Sorosun özünə vermək lazımdır. Əslində, bu, ən çox sevilən, hətta deyərdim ki, antirus kontekstində özləri ilə (qərb dairələri – red.) bağlı olan və ya hətta onlara aid olan KİV-də fəal yayılan əsas mövzulardandır. Təəssüf ki, belədir. Bəlkə də bu, Qələbənin ildönümü ilə əlaqədardır. Və ya ola bilər ki, ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır; çünki seçki kampaniyası dövründə Donald Trampın əleyhdarları mütləq antirus kartını oynayacaqlar.

Sovet keçmişinə gəlincə, bu ki, bizim hamımızındır. Əksər ölkələr müvəffəqiyyətə, çiçəklənməyə məhz sovet dövründə nail olublar. Bunun təkcə iqtisadi göstəricilərə aid olmadığı faktdır və vacibdir. Milli mədəniyyət, dillər inkişaf edib. Bunu necə unutmaq olar? Buna görə də, antisovet müzakirəsi qəribə görünür.

– Hazırda Rusiya qazının qiyməti ilə bağlı gedən müzakirələrlə əlaqədar Ermənistanla bağlı vəziyyətdə yeni antirus və antisovet dalğasının banal səbəblərdən qaynaqlanması mümkündürmü?

– Belə də ola bilər. Bəlkə Ermənistan Ukrayna və ya Belarusun yolu ilə gedir? Nə etmək olar? Mən siyasətçilərin sağlam düşüncələrinə arxalanıram və bu cür bəyanatları ictimaiyyətə yayımlamağa meyilli ölkələrin hökumətlərini ictimai rəyə diqqət yetirməyə çağırıram.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 12.07.2020, 18:38

Azərbaycanda daha 520 nəfər yoluxdu, 8 pasiyent vəfat etdi

• 12.07.2020, 18:36

İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var – RƏSMİ

• 12.07.2020, 17:11

Azərbaycan – Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var – RƏSMİ

• 12.07.2020, 14:55

XX əsrdə Ermənistanda türk toponimləri erməni toponimləri ilə əvəzlənib

• 12.07.2020, 14:31

Azərbaycanın İrəvan şəhəri XVIII əsrdə

• 12.07.2020, 14:29

Erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə dinc türk əhalisinin qanını axıdıb

• 12.07.2020, 12:17

“Böyük Ərməniyyə” Movses Xorenasi, Favtos Buzandın təxəyyülünün məhsuludur.

• 12.07.2020, 11:59

Ermənistanda daha 577 nəfər koronavirusa yoluxdu

• 11.07.2020, 11:18

Ermənistanda üç ermənini ildırım vurdu…

• 11.07.2020, 11:15

“Ermənistan yavaş-yavaş ölür…” – sabiq baş nazir hökumətə od püskürdü

• 10.07.2020, 17:54

Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

• 10.07.2020, 17:51

İrəvan yenidən Rusiyanı müttəfiq elan etdi, ABŞ isə…

• 10.07.2020, 14:20

Narkoz altında olan xəstələri zorlayan erməni həkimə HÖKM OXUNDU

• 10.07.2020, 14:16

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində koronavirusa yoluxanların sayı 146-ya çatıb

• 10.07.2020, 14:14

“Minsk qrupu işğalçı ilə işğala məruz qalana fərq qoymur”

• 10.07.2020, 14:11

“Qarabağ” klubu yığmanın qapıçısını transfer etdi

• 10.07.2020, 14:07

İrəvanla NATO arasında problem yarandı

• 10.07.2020, 12:13

Ermənistan korrupsiya qarşısında aciz qaldı: ABŞ kömək göndərir

• 10.07.2020, 12:03

“Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”

• 10.07.2020, 12:01

Azərbaycan torpağında 5 erməni ölümcül qəzaya düşdü…-FOTOLAR

• 10.07.2020, 11:22

Ermənistanda son sutkada 557 nəfər COVID-19-a yoluxub, 11 nəfər ölüb

• 10.07.2020, 11:19

Ərdoğanın müşaviri: Rus kəşfiyyatı deyirdi ki, ermənilər… – Video

• 10.07.2020, 11:11

“İrəvan Qarabağı qaytarmalı olacaq…” – Moskvadan qəzəbli mesaj

• 10.07.2020, 11:07

Ən təhlükəli azərbaycanlı haker – Erməni ekspert ad çəkdi

• 09.07.2020, 19:38

Azərbaycanda virusa daha 548 nəfər yoluxdu, 10 ölüm

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?