Pula görə təhsilini yarımçıq qoydu, xanımı başqa qadınla evlənməsini istədi…

Ətraflı

İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar… – İrəvanın gizli sənədi ORTAYA ÇIXDI

Ətraflı

Erməni nazir: “Qarabağ münaqişəsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır”

Ətraflı

Sarkisyan Kəlbəcər İstisuyunu yox olmaq təhlükəsi qarşısında qoydu…-FOTOLAR

Ətraflı

24 apreldə Qarabağda yüzlərlə qız-gəlinimizin lüt şəkildə asılmasını gözləri ilə görmüş kəşfiyyatçı danışdı….

“Yaqub Məmmədovu da, Rəhim Qazıyevi də xəbərdar etsək də, heç bir tədbir görmədilər…” 

"Ermənistan rəhbərliyi ilə danışıb diplomatik yolla əsirlərimizi xilas etmək mümkün olardı…"
 

Bəlli olduğu kimi,  işğalçı və terrorçu  ermənilər  hər il aprelin 24-də qondarma “erməni soyqırımı”nın “anım” mərasimini qeyd edirlər. Halbuki, türkləri haqsız yerə soyqırımında günahlandıran düşmənlərimiz özləri son 3 əsrdə bəlkə də milyonlarla türkü, azərbaycanlını, ümumiyyətlə, kürd, ləzgi, talış, avar, tat və s. fərq qoymadan əllərinə keçən hər bir müsəlmanı olmazın işgəncələrlə qətlə yetiriblər.  Hələ 31 Martı, Xocalını demirik, elə həmin qondarma “soyqırımı” ildönümlərində  minlərlə dinc insanı “qurban” kimi edam etmələrindən danışmaq kifayətdir…

 

Moderator.az əməkdaşı 28 il öncə – qondarma “erməni soyqırımı” günündə  yüzlərlə azərbaycanlı əsirin misli görünməmiş amansızlıqla edamı səhnələrini gözləri ilə görmüş Şuşadakı 777 saylı hərbi hissənin kəşfiyyat rəisi, polkovnik Azay Kərimovun ürəkdağlayan söhbətini dinləyib:

 

“1992-ci ilin aprelin ortalarında ermənilər içərisindəki  agentura şəbəkəmiz və radio-kəşfiyyat vasitəsilə ayın 24-də, yəni qondarma “genosid” günü ermənilərin yüzlərlə azərbaycanlı əsiri qətlə yetirəcəyi haqda məlumat aldıq. Kütləvi qətl “mərasimi”nin Xocalı və Xankəndi arasında yerləşən Ballıca kəndi yaxınlığında icra ediləcəyi gözlənilirdi.  Dəqiqləşdirdik ki,  kütləvi qətliam  Berd adlanan bir yüksəklikdə təşkil olunacaq. Aprelin 20-də mən bir neçə əsgərlə həmin yerin yaxınlığında olub müşahidələr apardım. Gördük ki, artıq orada hazırlıq işləri gedir, dar ağacları qurulur. Amma Şuşadan həmin yüksəkliyə hər hansı bir bölük, yaxud tağım sızdıraraq əsirləri xilas etməyə çalışmaq mənasız idi; çünki ətrafda, hər yerdə erməni qüvvələri var idi. Yəni Berd yüksəkliyinə gedib çıxa bilsək də, real nəticə əldə edə bilməyəcəkdik. Bu məsələ, dövlət, Müdafiə Nazirliyi səviyyəsində həll olunmalı idi.  O yüksəkliyə  vertolyotla desant atmaq və qısa müddətdə, operativ şəkildə, digər istiqamətlərdən düşmənə yayındırıcı zərbələr endirməklə əsirləri xilas etmək olardı. Digər daha optimal yol isə həmin soydaşlarımızı siyasi-diplomatik yollarla, Ermənistan rəhbərliyi ilə danışıqlar sayəsində ölümdən qurtarmaq idi…  Ona görə də aprelin 20-dən başlayaraq iki dəfə mən özüm, bir dəfə də komandirimiz Elçin Məmmədov Prezident səlahiyyətlərini icra edən, o vaxtkı faktiki Ali Baş komandan Yaqub Məmmədovla telefonla danışıb vəziyyəti məruzə etdik.  Sonda Yaqub müəllim əsəbiləşib səsini qaldıraraq bizə dedi ki, bir də mənə zəng etməyin, gedin Rəhim Qazıyevlə əlaqə saxlayın, sizin naziriniz odur. Dedik, axı biz Rəhim Qazıyevlə əlaqə yarada bilmirik, vəziyyət də belədir; 150 dar ağacı qurulub, yüzlərlə soydaşımızın növbəti qətliamı gözlənilir… 

 

Xülasə, Azərbaycan rəhbərliyi səviyyəsində heç bir tədbir görülmədi və bizə yalnız gözümüz görə-görə yüzlərlə azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə qətliamını, sadəcə, müşahidə etmək qaldı. İnanın yadıma düşəndə, bağrım çatlayır, ürəyim partlayır, yerə-göyə sığmıram… 

 

Aprelin 24-də 4 hərbçi ilə birgə yenə də nəsə bir iş görmək ümidi ilə  gizli şəkildə qarlı havada ağ masxalatlarla Berd yüksəkliyinə tərəf yollandıq. Təxminən 150 metr məsafədən baş verən amansız səhnəni müşahidə etdik. Əvvəlcə düşmənlər   bir böyük daşın üzərinə bir qırmızı parça sərdilər. Bilmirəm, bəlkə “Daşnaksütyun”un, yaxud “ASALA”nın bayrağı idi. Həmin əski parçasının üzərinə bir tapança qoydular. Sonra 5-6 erməni axçiyi nəsə oxudu və  hərəsi həmin tapançadan göyə 3 güllə atdı. Əsirlərin əksəriyyəti qadınlar idi, başlarına yüz oyun açıb, hamısını lüt şəkildə dar ağacından asırdılar… Ah-nalədən, qışqırtıdan qulaq tutulurdu. Çox dəhşətli mənzərə idi… Hərbçi və mülki ermənilər sayca bizdən qat-qat çox idi. Ona görə də bizim – 5 nəfərin bu qətliamın qarşısını alması mümkün deyildi… 

 

Bu barədə 2000-ci illərdə “ANS”dəki məşhur “Ən yeni tarix” verilişində də danışmışam və hər şeyi birbaşa Yaqub Məmmədovun üzünə demişəm. O da etiraf edib ki, bəli, yadımdadır, siz mənə bu barədə zəng edib dediniz, mən də Rəhim Qazıyevə dedim, lakin, təəssüf ki, o, bir tədbir görmədi. Sonrakı illərdə Rəhim Qazıyevlə görüş və söhbətlərimizdə, o cümlədən “youtube”yə yüklənmiş video-debatımızda ona da hər şeyi demişəm. Təəssüf ki, indi həmin video “youtube”dən silinib…”

 

“Bütün bu deyilən, deyilməyən tarixi faktlardan sonra bizim ermənilərlə hər hansı danışıq-filan aparmağımız özümüzü dolamaqdır, axmaqlıqdır, sadəcə. Yalnız gerçək döyüşlə, müharibə ilə biz yüzlərlə şəhidimizin, əsirimizin, zorlanmış qız-gəlinlərimizin qisasını ala bilərik. Qalan hər çey mənasızdır. Bizim indiki yaşamımız, nəfəs almağımız kimi…”- deyə peşəkar kəşfiyyatçı polkovnik vurğulayıb.  

 

Qeyd: Materialda adları çəkilən şəxslərin olayla bağlı mövqeyini də dinləməyə hazırıq.

 

Sultan Laçın

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 19.09.2020, 13:17

Zakir Həsənov komandirləri toplayıb dedi: “Düşmən genişmiqyaslı təxribatlara hazırlaşır”

• 19.09.2020, 11:48

Xankəndinin qanlı sentyabrı: Henrix Poqosyanın “missiyası” və yandıralan şəhər

• 19.09.2020, 11:45

Ermənistanda hakimiyyət böhranı dərinləşir – Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər

• 19.09.2020, 11:27

Daha bir küçəyə Polad Həşimovun adı verildi – FOTOLAR

• 19.09.2020, 11:25

Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən Qırğızıstan KİV-nə hücum ediblər

• 19.09.2020, 11:22

Ermənistanda COVID-19-dan yoluxanların sayı 47 mini ötüb

• 18.09.2020, 16:38

Ümumdünya Statistika Günü

• 18.09.2020, 16:32

2020-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda kənd təsərrüfatının inkişafı haqqında

• 18.09.2020, 15:07

Pula görə təhsilini yarımçıq qoydu, xanımı başqa qadınla evlənməsini istədi…

• 18.09.2020, 14:56

İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar… – İrəvanın gizli sənədi ORTAYA ÇIXDI

• 18.09.2020, 14:53

Dağlıq Qarabağla bağlı QIZĞIN MÜZAKİRƏ: Moskvadan ABŞ səfirliyinə ZƏNG EDİLDİ

• 18.09.2020, 14:46

Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”

• 18.09.2020, 14:44

Ermənistanda 239 yeni yoluxma

• 18.09.2020, 14:41

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə “Instagram” da paylaşım etdi

• 17.09.2020, 14:32

Çarukyan Paşinyanı bu cür təhqir etdi

• 17.09.2020, 13:54

Ermənistanda yoluxma kəskin artdı

• 17.09.2020, 13:11

Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb

• 17.09.2020, 12:36

Ermənistanın BMT-də İlham Əliyevin təşəbbüsünü əngəlləməyə yönələn uğursuz cəhdləri

• 17.09.2020, 12:33

Erməni mediasının Mişustin yalanı: Kreml təkzib etdi

• 17.09.2020, 12:27

Qarabağda PKK-ASALA-PYD-YPG koalisiyası – Türkiyə və Azərbaycan hərəkətə keçə bilər

• 17.09.2020, 12:23

Erməni nazir: “Qarabağ münaqişəsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır”

• 17.09.2020, 12:10

Sarkisyan Kəlbəcər İstisuyunu yox olmaq təhlükəsi qarşısında qoydu…-FOTOLAR

• 16.09.2020, 16:10

Erməni təxribatlarının qarşısı dərhal alınsın! – Nazir ƏMR ETDİ

• 16.09.2020, 16:09

İlham Əliyev BMT-nin sessiyasında çıxış edəcək

• 16.09.2020, 16:07

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı – 3 nəfər öldü

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930