Rusiyalı politoloq: “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır”

Ətraflı

İrəvan yenidən Rusiyanı müttəfiq elan etdi, ABŞ isə…

Ətraflı

“Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”

Ətraflı

Ən təhlükəli azərbaycanlı haker – Erməni ekspert ad çəkdi

Ətraflı

Ermənistana koronavirus Yerevandakı Amerika laboratoriyalarından yayılıb?

Ermənistanda qalmaqal yaşanır. Necə ola bilər ki, koronavirusa yoluxanlar arasında Ermənistan Səhiyyə Nazirliyi Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (NCDC) 14 mütəxəssisi var? Pentaqonun pulu ilə yaradılan və ən müasir avadanlıq və qabaqcıl texnologiyalarla təchiz edilən laboratoriyanın Ermənistanda təhlükəli infeksiyaların yayılmasının qarşısını alacağı güman edilirdi. Bəs öz işçilərini infeksiyadan qoruya bilməyən bu qurum bütün dövləti necə qoruyacaq?

Virtualaz.org bildirir ki, Rusiya nəşri "Moskovskiy komsomolets" (“MK”) bu və digər sualları qaldıraraq iddia edir ki, NCDC Ermənistanda koronavirusun əsas paylayıcısına çevrilib. Aprelin 9-na olan məlumata görə, ölkədə 921 yoluxma var.

Nəşr yazır: "Hazırda Ermənistanda bütöv bir şəbəkə- Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTRP) çərçivəsində ABŞ hərbçilərinin pulu ilə yaradılmış və ya modernləşdirilmiş 12 bioloji laboratoriya fəaliyyət göstərir ki, bu da öz növbəsində ABŞ Bioloji Birgə İştirak Proqramının (CBEP) bir hissəsidir. Proqram 25 ölkədə fəaliyyət göstərir. Ermənistan buna 2008-ci ildə qoşulub. CBEP-in bəyan edilmiş məqsədi epidemiyaların qarşısını almaq, təhlükəli virusları, bakteriyaları, digər mikroorqanizmləri aşkar etmək və təsirlərini zərərsizləşdirməkdir. Hazırda Yerevanda üç laboratoriya var – Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzində, Dövlət Qida Təhlükəsizliyi Xidmətində və Döş Yoluxucu Xəstəliklər Klinik Xəstəxanasında. Regional laboratoriyalar, məsələn, Gümri, Vanadzor, İcevan və Martuni şəhərlərindədir. ABŞ bu şəbəkənin yaradılmasına təxminən 50 milyon dollar xərcləyib”.

Müəllifin fikrincə, Ermənistandakı laboratoriyaların ikili -hərbi və mülki təyinatlı obyektlər ola biləcəyi ilə bağlı ortaya dərhal şübhələr çıxıb: "Hələ heç kim bu suallara dəqiq cavab verməyib ki, laboratoriyaların yaradılması niyə ABŞ-ın Səhiyyə Nazirliyi tərəfindən yox, Pentaqon tərəfindən maliyyələşdirilir? Amerikalı hərbi virusoloqlar niyə tədqiqatlarını aparmaq üçün uzaq ölkələrə getməli idilər – axı ABŞ-da bu cür laboratoriyaları təchiz etmək daha ucuzdur? Məntiq qanunlarını rəhbər tutsaq cavab budur: həmin laboratoriyalarda, Quantanamo həbsxanasında olduğu kimi, ABŞ ərazisində qanun çərçivəsində məşğul olmağın mümkün olmadığı istənilən işləri görmək olar. Və ikinci cəhət: heç kim təminat verməyib ki, təhlükəli virus təsadüfən (məsələn, zəlzələ nəticəsində) "azadlığa çıxa” bilməz. Əhali əziyyət çəkə bilər. Ona görə də risk altına "xarici əhali"nin düşməsi daha yaxşıdır".

"MK" xatırladır ki, Moskva ABŞ-ın Ermənistanda bio-laboratoriyalarının olması ilə bağlı narahatlığını dəfələrlə bəyan edib. Yerevan həmişə "hər şey nəzarət altındadır" cavabını veribi. Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan isə nəşrin bu laboratoriyalarla bağlı suallarını belə şərh edib: “SSRİ dağılandan sonra Ermənistanın bioloji təhlükəsizliyi çox aşağı səviyyədə idi. Həkimlərimiz epidemiyaların yayılmasına şərait yarada biləcək hər hansı küləkdən belə qorxurdular. Bu laboratoriyalar Ermənistana məxsusdur. Onlar yalnız Ermənistanın bioloji təhlükəsizliyinin maraqlarına xidmət edir və başqa məqsədləri yoxdur. Rusiyalı həmkarlarımızla əməkdaşlıq edirik, onlar bu laboratoriyaları ziyarət etdilər və yəqin orada heç bir təhlükəli araşdırmanın aparılmadığına əmin oldular”.

Baş nazir Nikol Paşinyanın da mövqeyi ondan ibarətdir ki, hazırda bu obyektlər Ermənistanın tam nəzarəti altındadır, Ermənistanın mülkiyyətidir və orada erməni mütəxəssislər işləyirlər. Baş nazirin sözlərinə görə, rusiyalı jurnalistlərlə görüşündə o bildirib ki, istədikləri vaxt ziyarət edə bilmələri və Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edə biləcək heç bir iş görmədiklərinə əmin olmaları üçün Rusiyadan gələn mütəxəssislərə laboratoriyaya girişi təmin edib.

Bəs Ermənistanda nə baş verdi? Bu il martın 22-də məlum oldu ki, Səhiyyə Nazirliyinə məxsus bio-laboratoriyada işlər dayandırılıb və orada “son dezinfeksiya” aparılıb.

“KM” daha sonra yazır: "Və bir həftə sonra 14 yoluxmuş işçi haqqında məlumat gəldi. Əlbəttə, Ermənistanda bir çoxlarında sual yarandı: necə yoluxa bilərlər? İstisna olunmur ki, bu, koronavirus üçün testlər zamanı baş verib. Bəlkə işçilərdən biri kənardan infeksiya gətirib və qalanlarını da yoluxdurub? Lakin sonra məlum oldu ki, onlar əhali ilə təmasda olublar və testləri artıq infeksiyaya yoluxmuş halda keçiriblər. Və ən yüksək təhlükəsizlik sinifinə malik olan laboratoriya özü infeksiya mənbəyinə çevrilib.

Ermənistan ictimaiyyətinin suallarına hələlik nə Səhiyyə Nazirliyi, nə də laboratoriya rəhbərliyi cavab verib. Əsas sual isə budur: əgər biolaboratoriya öz işçilərini virusdan qoruya bilmirsə, onda Ermənistanı necə qoruya bilər?”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 13.07.2020, 6:12

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə xəbər həqiqətə uyğun deyil

• 13.07.2020, 6:10

Rusiyalı politoloq: “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır”

• 13.07.2020, 5:50

Tovuz təxribatının baiskarı olan erməni general – FOTO

• 13.07.2020, 5:48

Kərkükdən Ordumuza dəstək: Canımız qurban!

• 13.07.2020, 5:45

Zaxarovadan Tovuz təxribatına ikibaşlı mesaj

• 13.07.2020, 5:43

Türkiyə yeni həştəqlə Azərbaycana dəstəyə başladı

• 12.07.2020, 18:38

Azərbaycanda daha 520 nəfər yoluxdu, 8 pasiyent vəfat etdi

• 12.07.2020, 18:36

İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var – RƏSMİ

• 12.07.2020, 17:11

Azərbaycan – Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var – RƏSMİ

• 12.07.2020, 14:55

XX əsrdə Ermənistanda türk toponimləri erməni toponimləri ilə əvəzlənib

• 12.07.2020, 14:31

Azərbaycanın İrəvan şəhəri XVIII əsrdə

• 12.07.2020, 14:29

Erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə dinc türk əhalisinin qanını axıdıb

• 12.07.2020, 12:17

“Böyük Ərməniyyə” Movses Xorenasi, Favtos Buzandın təxəyyülünün məhsuludur.

• 12.07.2020, 11:59

Ermənistanda daha 577 nəfər koronavirusa yoluxdu

• 11.07.2020, 11:18

Ermənistanda üç ermənini ildırım vurdu…

• 11.07.2020, 11:15

“Ermənistan yavaş-yavaş ölür…” – sabiq baş nazir hökumətə od püskürdü

• 10.07.2020, 17:54

Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

• 10.07.2020, 17:51

İrəvan yenidən Rusiyanı müttəfiq elan etdi, ABŞ isə…

• 10.07.2020, 14:20

Narkoz altında olan xəstələri zorlayan erməni həkimə HÖKM OXUNDU

• 10.07.2020, 14:16

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində koronavirusa yoluxanların sayı 146-ya çatıb

• 10.07.2020, 14:14

“Minsk qrupu işğalçı ilə işğala məruz qalana fərq qoymur”

• 10.07.2020, 14:11

“Qarabağ” klubu yığmanın qapıçısını transfer etdi

• 10.07.2020, 14:07

İrəvanla NATO arasında problem yarandı

• 10.07.2020, 12:13

Ermənistan korrupsiya qarşısında aciz qaldı: ABŞ kömək göndərir

• 10.07.2020, 12:03

“Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930