Erməni lobbisindən Azərbaycana qarşı növbəti təxribat – “Bakı təcili hərəkətə keçməlidir…”

Ətraflı

Separatçı erməni Azərbaycan Respublikası ərazisindən Ermənistana 3-cü yol çəkildiyini bəyan etdi…

Ətraflı

Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur”

Ətraflı

Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

Ətraflı

Azərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək – İlham Əliyev

"Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq".

Bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında çıxış edərkən bildirib.

 

"Azərbaycana gəldikdə, – üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, – koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

 

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi – bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!", – deyə Prezident İlham Əliyev bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 06.06.2020, 18:29

Paşinyan şansdan istifadə edə bilmədi, getməlidir – Çarukyan

• 06.06.2020, 18:27

“Nikol Paşinyan da dindirilməlidir” – Vanetsyan

• 06.06.2020, 18:22

Azərbaycanda koronavirus ANTİREKORDU – 379 yeni yoluxma, 2 ölüm

• 06.06.2020, 15:21

Ermənistanda bir gündə 547 yoluxma: ölü sayı 190 oldu

• 06.06.2020, 15:18

Paşinyan və komandası həbs edilsin – Koronavirus Ermənistanı QARIŞDIRDI

• 06.06.2020, 15:16

Ermənistan, Yunanıstan və Kipr Türkiyəyə qarşı

• 06.06.2020, 15:15

Erməni lobbisindən Azərbaycana qarşı növbəti təxribat – “Bakı təcili hərəkətə keçməlidir…”

• 06.06.2020, 15:13

Bakı və Moskvadan işğalçıya müştərək mesaj: “Ermənistan indiki sərhədləri daxilində qalmaq istəyirsə…”

• 06.06.2020, 14:58

Bakının kimsəsiz və səssiz küçələri – FOTOLAR

• 06.06.2020, 14:37

Separatçı erməni Azərbaycan Respublikası ərazisindən Ermənistana 3-cü yol çəkildiyini bəyan etdi…

• 06.06.2020, 14:36

Levon Ter-Petrosyandan Nikol Paşinyana dəstək gəldi

• 05.06.2020, 13:14

Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR

• 05.06.2020, 11:18

Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz…”

• 05.06.2020, 11:13

Azərbaycanın səbri tükənməz deyil – Bakıdan Yerevana CAVAB

• 05.06.2020, 10:18

Aydın Quliyev: Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır

• 05.06.2020, 10:10

Ermənistan atəşkəs rejimini 25 dəfə pozub

• 04.06.2020, 20:35

Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur”

• 04.06.2020, 20:31

DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI

• 04.06.2020, 20:28

Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

• 04.06.2020, 17:11

Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxdu – 2 nəfər öldü

• 04.06.2020, 15:40

Atatürkün arzusunu yerinə yetirdiyi şuşalı qız… – Maraqlı tarixçə

• 04.06.2020, 15:28

“Paşinyan istefa verməlidir, yoxsa fəlakət olacaq…”

• 04.06.2020, 14:55

Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU

• 04.06.2020, 13:42

İsrail mətbautı yazdı – Azərbaycan ordusunun bu silahı…

• 04.06.2020, 13:01

Prezident elan etdi: Hədəf təkcə Qarabağ deyil…

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930