Mkoyanın mandatı alınsın – Gürcülər tələb etdi
Gürcüstan müxalifəti hakim Gürcü Arzusu Partiyasından olan erməni əsilli deputat Enzel Mkoyanın deputatlıq mandatının alınmasını tələb edib.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının deputatı Xatiya Dekanoidze deyib. O, Mkoyanın cinayət törətdiyini, amma hüquq-mühafizə orqanlarının baş verənlərə heç bir reaksiya göstərmədiyini söyləyib.
Bununla belə Gürcü Arzusu Mkoyanı dəstəkləyib. Partiyanın icraçı katibi, eks-spiker İrakli Kobaxidze Mkoyanın həbsi üçün heç bir əsas olmadığını deyib.
Qeyd edək ki, bundan öncə Mkoyanla eks-deputat Samvel Petrosyan arasında dava baş verib. Dava zamanı tərəflər bir-birinə qarşı silah tətbiq ediblər. Bundan sonra Petrosyan və 19 yaşlı qohumu həbs edilib.