Ermənistanda koronadan ölənlərin sayı 7-yə çatdı
Ermənistanda koronavirusa yoluxanların sayı 663-ə çatıb.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi yayıb.
Məlumata görə, son sutka ərzində 92 nəfər koronavirusa yoluxub.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.
76 yaşlı pasiyentin ölümü ilə Ermənistanda korona qurbanlarının sayı 7-yə çatıb.