Qorbaçov Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

Ətraflı

“Şəhidlərimizin qanı ilə azadlığımızı əldə etdik” ÖZƏL-MÜNASİBƏT

Ətraflı

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi…-VİDEO

Ətraflı

30 ildə Qarabağı talayan xarici şirkətlər – SİYAHI

Ətraflı

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

Azərbaycan Parlament Jurnalistlər Birliyi Kəlbəcərin işğalının 27-ci ildönümündə Ermənistan jurnalistlərinə müraciət edib.

 

Jurnalistika elə bir sahədir ki, burada fəaliyyətin təməl prinsipi obyektivlikdir. Jurnalistlik bütün zamanlarda həqiqətin üzünə dik baxmaq, doğrunu yazmaq, yayınlamaq olub, bunsuz əsl jurnalist olmaq mümkün deyil.

 

Əsl jurnalistlərin öz peşə prinsiplərinə sadiq qalmalarına söykənərək sizə müraciət edirik.

 

Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 27-ci ildönümü tamam oldu.

 

1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildi,60 minə yaxın azərbaycanlı öz evindən köçkün düşdü, yüzlərlə mülkü şəxs ya girov götürüldü, ya da öz evində öldürüldü.

 

Məhz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair ilk qətnaməsi (1993-cü il aprelin 30-da qəbul edilən 822 saylı qətnamə) Kəlbəcər rayonunun işğalını qəti şəkildə pisləyir, ərazinin işğalçı qüvvələr tərəfindən dərhal azad olunmasını tələb edirdi. Təəssüf ki, Ermənistan bu sülh çağırışlarına məhəl qoymadı və nəticə göz önündədir…

 

Ermənistan tək Kəlbəcəri deyil, Azərbaycanın Xankəndi, Ağdərə, Şuşa, Xocalı, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrini, Qazaxda, Naxçıvanda isə xeyli yaşayış məntəqələrini işğal edib. Nəticədə günahsız insanlar evlərindən didərgin salınıb, girov götürülüb, qətlə yetirilib. Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı aktı törədilib. Bütün bunlar danılmaz faktlardır.

 

Sizə müraciət edirik, aranızda 40, 50 yaşlarında suşalı, xocalılı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı, zəngilanlı jurnalist varmı?
Yalnız bizim təşkilatda həmin bölgələrdən olan onlarla jurnalist var.

 

Biz də, siz də Cənubi Qafqazda yaşayırıq, burada insanlar nədən dostluq mühitində yaşamasınlar?

 

Ermənistanın yürütdüyü siyasət regionda insanların əmin-amanlığını pozub, bölgə on illərdir qan içindədir.

 

Sülhün bərqərar olmasında biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Siz də sülh istəyirsinizsə, Ermənistanda analara çatdırın ki, öz övladlarının Azərbaycan ərazilərinə hərbi xidmətə göndərilməsinə qarşı çıxsınlar, onların özgə torpağında ölməsinə imkan verməsinlər. Ermənistan hakimiyyətinə çatdırın ki, işğal altındakı torpaqları azad etsin, yürütdükləri siyasət tək özlərini deyil, erməni cəmiyyətini fəlakətə aparır.

 

Cəbhədə hər yeni insident, hər yeni ölüm xəbəri bizi sülhdən daha da uzaqlaşdırır, yeni nəsillərin belə öhdəsindən gələ bilməyəcəyi dalana aparır. Onsuz da indi bütün dünya, insanlıq koronavirus təhlükəsi ilə üz-üzə qalıb:

 

Gəlin birlikdə Ermənistanın işğalçılıq siyasətinə görə Cənubi Qafqazda silahlardan istifadə edilməsinə qarşı çıxaq!

 

Bunun üçün biz jurnalistlərdən tək bir şey tələb olunur: Obyektivlik.

 

Yalançı tarixçilər, hiyləgər siyasətçilər mövsümidir, gəlin, Cənubi Qafqazı mövsümilərin qurbanı etməyək!

 

Azərbaycan Parlament Jurnalistlər Birliyi, 2 aprel 2020-ci il

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.01.2021, 17:58

Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi – Tural Gəncəliyev

• 21.01.2021, 17:53

20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub

• 21.01.2021, 17:45

“Dostluq” yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır – Deputat

• 21.01.2021, 17:41

Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir

• 21.01.2021, 17:39

Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır

• 21.01.2021, 17:37

Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər – Qurbanqulu Berdiməhəmmədov

• 21.01.2021, 17:34

“Dostluq” yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır – Qurbanqulu Berdiməhəmmədov

• 21.01.2021, 17:32

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

• 21.01.2021, 17:30

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır

• 21.01.2021, 17:28

Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib

• 21.01.2021, 11:56

Regionda yolların açılması Yerevanın xeyrinə olacaq – Ermənistan baş nazirinin müavini

• 21.01.2021, 10:31

Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb

• 20.01.2021, 11:19

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı

• 20.01.2021, 11:17

Ömər aşırımında şiddətli döyüşlər: baş leytenant Ələkbərov şəhid əsgərinin meyiti düşmən əlinə keçməsin deyə…

• 20.01.2021, 11:12

Qorbaçov Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

• 20.01.2021, 11:09

Qarabağa qayıdan ermənilərin sayı 50116 nəfərə çatdı

• 20.01.2021, 11:06

Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində qısa film hazırlayıb

• 20.01.2021, 10:56

“Şəhidlərimizin qanı ilə azadlığımızı əldə etdik” ÖZƏL-MÜNASİBƏT

• 20.01.2021, 10:53

İki gündə 129 ədəd mina aşkarlandı

• 20.01.2021, 10:45

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım – FOTO

• 20.01.2021, 10:42

20 Yanvar faciəsindən 31 il ötür

• 19.01.2021, 16:09

Azərbaycanda daha 305 nəfər yoluxdu – 10 nəfər öldü

• 19.01.2021, 13:36

Koçaryanın tərəfdarları Yerevanda aksiya keçirir

• 19.01.2021, 13:33

Füzulinin Şəkərcik kəndi – VİDEO

• 19.01.2021, 12:12

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi…-VİDEO

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930