Tezliklə III Dünya savaşı başlayacaq – Klimkin

Ətraflı

Erməni cinayətləri ilə bağlı faktlar BMT TŞ-ya təqdim olundu

Ətraflı

Tərxibatçılar iki gün sonra Keşikçi dağına hücum edəcək – Erməni SİFARİŞİ

Ətraflı

Azərbaycan torpağındakı erməni “prezident”ə Rusiyadan “cip” hədiyyə gəldi…-FOTO

Ətraflı

“Desəm ki, ermənilər lap əcəb edib Qarabağda “seçki” keçiriblər?..”

Düşmən pandemiya şəraitində Qarabağda “seçki” keçirdi – Bəs biz belə vəziyyətdə müharibə edə bilərikmi?..
“Arxa cəbhədə koronavirus panikası yaransa, ön cəbhədə qələbə qazanmaq çətin olar…”

 

Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqlarnda qondarılmış separatçı-terrorçu rejim martın 31-də – Azərbaycanlıların Soyqırımı Günündə koronavirus pandemiyasının yayılma təhlükəsinə rəğmən öncədən planlaşdırdığı qanunsuz “prezident” və “parlament” “seçki”lərini keçirdi. Üstəlik, aprelin 14-də “prezident” “seçki”lərinin 2-ci turunu da keçirmək niyyətindədir. 

 
Düzdür, əksər rəsmi beynəlxalq təşkilat və dövlətlər həmin qondarma “seçki”ləri tanımadıqlarını bəyan etdi. Ancaq biz bununla özümüzə təsəlli versək də, acınacaqlı və aşağılayıcı gerçəklik odur ki, super güclərə dayanmış olsalar da belə, bəzən “kimdir axı bunlar” dediyimiz ermənilər artıq 27-29- ildir ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bu pandemiyanın da nə qədər davam edəcəyi hələ bəlli deyil… Daha neçə il gözləməliyik? Ermənilər belə şəraitdə seçki keçirdi. Bəs Azərbaycan necə, genişmiqyaslı hücuma keçib torpaqlarmızı azad edə bilərmi? Görəsən, Qarabağ qazilərimiz bu haqda nə düşünür?..
 
Moderatar.az əməkdaşı ilə söhbətində tanınmış Qarabağ qazisi, istefada olan polkovnik Azay Kərimov  bunları deyib:
 
 
“Mən bir Qarabağ qazisi, həm də Qarabağ kimi, Şuşa kimi cənnət bir yurddan didərgin düşmüş bir vətəndaş olaraq emosiyalarımı cilovlaya bilməyib desəm ki, ermənilər lap əcəb edib Qarabağda “seçki” keçiriblər, yəqin ki, bu məsələni, bu reallığı dərindən dərk edib anlayanlar  məni qınamazlar. Çünki 1994-cü ilin “atəşkəs” razılaşmasından bəri torpaqlarımızda qondarma bir separatçı rejim yaratmış bu daşnaklar gözümüz görə-görə, biz qazilərin, qaçqınların heysiyyatını tapdaya-tapdaya “prezident”, “parlament” seçkisi keçirirlər.  Bunlar illərdir ki, Azərbaycanı barmağına dolayıb ancaq nə yerli,  nə beynəlxalq səviiyyədə bu işğalçılara, bu separatçılara gözünüz üstdə qaşın var deyən yoxdur. Nə qədər ki, bu daşnaklar Azərbaycan dövlətindən, Azərbaycan ordusundan, Azərbaycan xalqından Aprel döyüşlərindən də qat-qat tutarlı bir zərbə görməyiblər, bundan sonra da on illərlə  torpaqlarımızda qalacaq və on dəfələrlə də “seçki”  və digər tədbirlər keçirəcəklər…
 
“Ermənilər pandemiya şəraitində “seçki” keçirdi – Bəs Azərbaycan belə vəziyyətdə müharibə edib torpaqlarını azad edə bilərmi?” sualına isə Azay Kərimov konkret cavab verib.
 
“Bilirsiz, son günlər mən karantin rejimi ilə bağlı qadağalara, tələb və tövsiyələrə rəğmən bir çox insanların davranışını, küçələrdə adi günlərdəki kimi sərbəst gəzməsini, biri-biri ilə lap yaxından ünsiyyətdə olmasını, Ali Baş Komandanın, hökumətin, polislərin, həkimlərin, çağırışlarına məhəl qoymamasını müşahidə edirəm. Bu intizamla biz mövcud durumda genişmiqyaslı müharibə apara bilmərik. Lap ordumuz nizamla, necə lazımdı, döyüşsə də arxa cəbhədəki intizamsızlıq, məsuliyyətsizlik xəstəliyə yoluxanların sayını artırmaqla sabitliyin pozulmasına, panika yaranmasına səbəb olar ki, bu da düşmən üzərində qələbəmizi əngəlləyə bilər…
 
Amma onu da deyim ki, mən yurdsuz-yuvasız bir Qarabağ qazisi, bir peşəkar döyüşçü kimi bu koronavirusdan-filandan yataqda inildəyə-inildəyə ölməkdənsə, gedib döyüşdə, torpaqlarımızın azadlığı uğrunda  şəhid olmağı üstün tuturam. Odur ki, hamıdan, hər bir vətəndaşdan xahiş edirəm, gəlin qoyulmuş qadağalara, tələb və tövsiyələrə gərəyincə əməl edək ki, bəlkə işğalçı Ermənistanın bu pandemiya ilə mübarizədə bizdən fərqli zəif durumundan bir fürsət kimi  yararlanaraq səfərbər olub, döyüşə atılıb Qarabağı düşməndən azad edək”-  Qarabağ qazisi  belə söyləyib.
 
Sultan Laçın 
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 03.06.2020, 14:10

Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

• 03.06.2020, 12:25

Tezliklə III Dünya savaşı başlayacaq – Klimkin

• 03.06.2020, 12:21

Ermənistan COVİD-19-a təslim oldu: ölü sayı 170-ə çatdı

• 03.06.2020, 12:19

Ermənistanın heç bir aviaşirkəti Avropa Birliyinə uça bilməyəcək

• 03.06.2020, 12:17

57 Qarabağ ermənisi koronavirusa YOLUXUB

• 03.06.2020, 11:35

Azər Badamov: Azərbaycan qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələr sırasına daxil olub

• 03.06.2020, 9:52

Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozdu

• 02.06.2020, 18:03

ABŞ hərbçisi “Qarabağ – Azərbaycan!” dedi – Video

• 02.06.2020, 17:36

Erməni cinayətləri ilə bağlı faktlar BMT TŞ-ya təqdim olundu

• 02.06.2020, 16:03

“Azərbaycanın yerində olsaydım, Qarabağa hücum edərdim” – Ermənistanın eks-baş naziri

• 02.06.2020, 15:24

Şura 7 qrant müsabiqəsi elan edir

• 02.06.2020, 15:19

Tərxibatçılar iki gün sonra Keşikçi dağına hücum edəcək – Erməni SİFARİŞİ

• 02.06.2020, 15:09

Azərbaycan torpağındakı erməni “prezident”ə Rusiyadan “cip” hədiyyə gəldi…-FOTO

• 02.06.2020, 14:31

İnsanlar koronavirusa niyə inanmırlar? – Həkim: “Millətin yarısı virusa yoluxduqdan sonra…”

• 02.06.2020, 14:27

Lukaşenko Paşinyana zəng etdi: “Son vəziyyət…”

• 02.06.2020, 13:48

Paşinyan da ölümcül virusa yaxalandı – “Bəlkə onu COVİD-19 devirə…”

• 02.06.2020, 13:46

Gürcüstan Ermənistanla sərhədi açmayacaq

• 02.06.2020, 13:40

Azərbaycanın 20 faizindəki son erməni təyinatları Kremldə çox pis qarşılandı…

• 02.06.2020, 13:18

Ermənistanda koronavirus ŞOKU – 1 gündə 517 yoluxma, 19 ölüm

• 02.06.2020, 13:16

Qarabağda daha 3 erməni koronavirusa yoluxub

• 02.06.2020, 10:02

Ermənistan snayper tüfəngləri ilə atəşkəsi pozub

• 01.06.2020, 23:18

“Qarabağ” məşqləri bərpa etdi

• 01.06.2020, 15:31

“Ermənistanda daş-daş üstündə qalmayacaq!…” – işğalçıya daha bir müharibə xəbərdarlığı

• 01.06.2020, 15:26

Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ

• 01.06.2020, 14:54

Ermənistanda bir gündə 8 nəfər koronadan öldü

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930