Erməni lobbisindən Azərbaycana qarşı növbəti təxribat – “Bakı təcili hərəkətə keçməlidir…”

Ətraflı

Separatçı erməni Azərbaycan Respublikası ərazisindən Ermənistana 3-cü yol çəkildiyini bəyan etdi…

Ətraflı

Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur”

Ətraflı

Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

Ətraflı

Bu gün Azərbaycanlıların Soyqırımı günüdür

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayət -1918-ci il 31 mart soyqırımı günüdür. Tarixi qaynaqların məlumatına görə, ermənilər 18-ci əsrdən başlayaraq Çar Rusiyasının himayəsilə Cənubi Qafqaza köçürülüblər. Burada məqsəd gələcəkdə Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaratmaq olub.

 

Hələ XVIII əsrin 20-ci illərində çar I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. 1802-ci ildə çar I Aleksandr Qafqaz canişininə konkret təlimat göndərmişdi ki, ermənilər nəyin bahasına olursa-olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdırlar.

 

XIX əsrdə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin yekunu olaraq, Azərbaycan torpaqlarına İrandan 40 min, Türkiyədən 85 min erməni köçürülmüş, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edilmişdi. Bu, Azərbaycan torpaqları hesabına yaradılacaq gələcək Ermənistanın əslində təməli idi. Tarixi qaynaqlara görə, həmin vaxt  İəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı.

Ermənilərin yerləşdirildiyi ərazilərdə azərbaycanlıların sayca üstünlük təşkil etməsi düşmənlərimizin soyqırım siyasətinə əl atılmasına rəvac verib.

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin təyinatı ilə Qafqaz fövqəladə komissarı kimi Bakıya göndərilən Stepan Şaumyan qətliamın başlamısnda əvəzsiz rol oynayıb. 1918-ci il martın 31-də Bakı şəhərində dinc azərbaycanlıların kütləvi qətlində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda ermənilərin «Daşnaksütyun» partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bakıda üç gün davam edən qırğın zamanı ermənilər azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürüb, qılıncla parçalayıb, süngü ilə dəlmə-deşik edib, cəsədlərin qulaqlarını, burunlarını kəsib, qarınlarını yırtıblar. Nəticədə təkcə Bakıda 25 min soydaşımız qətlə yetirilib.

S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Bununla kifayətlənməyən ermənilərin Azərbaycanın digər ərazilərində də-Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da kütləvi qətliamları davam etdiriblər. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə yaxın dinc sakini qətlə yetirib, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi isə məhv edilib.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv ediib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, yaşayış məntəqələri isə yerlə yeksan edilib.

Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş ediblər. 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi isə məhv edilib.

1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib.

Qırğınlar indi İranın ərazisi sayılan Cənubi Azərbaycanda da davam etdirilib. 1918-ci ildə Cənuib Azərbaycan və İran ərazisində yaşayan 130 mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Bütövlükdə o zamankı qırğınlar nəticəsində .


1918-ci ildə azərbaycanlıların kütləvi qətli ilə müşayiət olunan qırğınların qarşısının alınmasında Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu olub.

1918-ci il martın 31-də törədilən soyqırım aktı hadisədən 80 il sonra müstəqil Azərbaycan Respublikasında hüquqi-siyasi qiymətini aldı. Mərhum eks-prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində anılır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 06.06.2020, 18:29

Paşinyan şansdan istifadə edə bilmədi, getməlidir – Çarukyan

• 06.06.2020, 18:27

“Nikol Paşinyan da dindirilməlidir” – Vanetsyan

• 06.06.2020, 18:22

Azərbaycanda koronavirus ANTİREKORDU – 379 yeni yoluxma, 2 ölüm

• 06.06.2020, 15:21

Ermənistanda bir gündə 547 yoluxma: ölü sayı 190 oldu

• 06.06.2020, 15:18

Paşinyan və komandası həbs edilsin – Koronavirus Ermənistanı QARIŞDIRDI

• 06.06.2020, 15:16

Ermənistan, Yunanıstan və Kipr Türkiyəyə qarşı

• 06.06.2020, 15:15

Erməni lobbisindən Azərbaycana qarşı növbəti təxribat – “Bakı təcili hərəkətə keçməlidir…”

• 06.06.2020, 15:13

Bakı və Moskvadan işğalçıya müştərək mesaj: “Ermənistan indiki sərhədləri daxilində qalmaq istəyirsə…”

• 06.06.2020, 14:58

Bakının kimsəsiz və səssiz küçələri – FOTOLAR

• 06.06.2020, 14:37

Separatçı erməni Azərbaycan Respublikası ərazisindən Ermənistana 3-cü yol çəkildiyini bəyan etdi…

• 06.06.2020, 14:36

Levon Ter-Petrosyandan Nikol Paşinyana dəstək gəldi

• 05.06.2020, 13:14

Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR

• 05.06.2020, 11:18

Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz…”

• 05.06.2020, 11:13

Azərbaycanın səbri tükənməz deyil – Bakıdan Yerevana CAVAB

• 05.06.2020, 10:18

Aydın Quliyev: Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır

• 05.06.2020, 10:10

Ermənistan atəşkəs rejimini 25 dəfə pozub

• 04.06.2020, 20:35

Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur”

• 04.06.2020, 20:31

DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI

• 04.06.2020, 20:28

Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

• 04.06.2020, 17:11

Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxdu – 2 nəfər öldü

• 04.06.2020, 15:40

Atatürkün arzusunu yerinə yetirdiyi şuşalı qız… – Maraqlı tarixçə

• 04.06.2020, 15:28

“Paşinyan istefa verməlidir, yoxsa fəlakət olacaq…”

• 04.06.2020, 14:55

Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU

• 04.06.2020, 13:42

İsrail mətbautı yazdı – Azərbaycan ordusunun bu silahı…

• 04.06.2020, 13:01

Prezident elan etdi: Hədəf təkcə Qarabağ deyil…

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev   Apr »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031