“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

Ətraflı

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

Ətraflı

Bayram sözü necə yaranıb?

Ərəb dilində bayram anlamına gələn “eyd”, “iyd” sözü türk dillərində işlənən avdet/adət sözü ilə kökdaşdır. Anlamı “dönmə” deməkdir.

Dilimizdəki “adət” sözü hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə, vərdiş, alışma mənasında işlənir ki, bu da “dönmə” anlayışı ilə bağlıdır. Deməli, bayram olması üçün əsas şərt tarixi günün bəlli bir zamanda mütləq təkrar baş verməsidir.

Beləliklə, biz “eyd” sözündən yola çıxaraq “bayram” sözünün mənşəyini izah edə bilərik.

Bayram sözünün mənşəyi haqda çoxlu mülahizələr var. Bu söz dilimizdə hər hansı bir tarixi və s. hadisə şərəfinə keçirilən şadlıq günü, təntənə – “şadlıq”, “şənlik”, “xoşbəxtlik” anlamında işlənir. Bəs bu söz necə yaranıb?

Bəziləri “bayram” sözünü pəhləvi mənşəli söz kimi qeyd ediblər. Pati – “geri, təkrar”, rama isə “barış”, “xoşbəxtlik” deməkdir.

Sanskritcədə də bu söz eyni anlama gəlir. Məlumdur ki, türk dillərində “bayram” sözü “beyram”, “mayram”, “bəyrəm”, “nayrın”, “meyram” və s. biçimlərdə işlənməkdədir. Sözün əski qaynaqlarda “badram/beyrem” və “bayram” şəklində işlənməsi yeni mülahizələrə yol açmış, hətta “bayraq” sözü ilə eyni kökdən gəldiyini yazmışlar. Hər iki sözün (bayra+m, bayra+q) son samitindəki səs istisna olmaqla, eyni fonetik quruluşlu olması bəzi araşdırmaçıları bu fikirdə olmağa sövq etmişdir. Bundan başqa, bayraq və bayram sözlərinin kökündə “batırmaq”, “sancmaq” feillərinin durduğu iddia olunmuşdur.

Doğrudur, bayraq sözü “batır” feili ilə bağlıdır. Bu fikri sancaq sözünün mənşəyi (sanc feili) də sübut edir. Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, bu sözlər (bayram, bayraq) bir kökdən yaranmayıb.

H.Həsənov və R.Kəsəmənli bu sözü birmənalı olaraq türk mənşəli söz hesab edirlər. Sözün “bay” və “aram”dan yarandığı şübhə doğurmur. Müəllif qeyd edir ki, orta əsrdə türklər birinci aya Aram deyirdilər: “Uyğurlarda indi də Aram yazın ilk ayı kimi işlədirlər. Qədim uyğur dilində “uram” “gerçək hədiyyə” deməkdir. Yəni bayram ifadəsinin mahiyyəti … “Bay tanrıdan yazın gəlişi” və yaxud “Bay tanrıdan istirahət günləri”, "Bay tanrıdan gerçək hədiyyə” kimi versiyalar ola bilər. Deməli, “bayram” sözü yazın gəlişi ilə bağlı yaranıb. Sonralar isə “bayram” sözü daha geniş məna kəsb edib və hər hansı təntənəyə şamil olunub”.

Aram sözü bu gün də dilimizdə “dinclik”, “istirahət”, ”rahat” anlamında işlənməkdədir. Bu onu göstərir ki, yuxarıda qeyd etdiyimiz pəhləvi, sanskrit dilindəki “rama” (dinclik, xoşbəxtlik) sözü dilimizdəki “aram” sözü ilə kökdaşdır.

R.Kəsəmənli bir qədər də irəli gedərək “bayram” sözünü “Ayların sultanı” anlamında izah edir. “Şadlıq, şənlik günü” anlamında işlənən bayram əvvəllər yalnız Yaz bayramı kimi qavranılmış, “novruz” sözü sonradan meydana çıxmış və “bayram” sözü ilə paralel şəkildə (Novruz bayramı) işlənmişdir. Bu gün də bəzi bölgələrimizdə mart ayına “Bayram ayı” deyirlər.

Yaxud bölgələrimizdə “bayram” dedikdə hələ də Novruz bayramı başa düşülür. Bu baxımdan, R. Kəsəmənlinin “aram” sözü ilə bağlı yanaşmasını doğru sayırıq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

• 10.08.2020, 14:59

“Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi oyunun vaxtı AÇIQLANDI

• 10.08.2020, 14:36

Ankara Azərbaycana növbəti dəstək aksiyası – FOTO

• 10.08.2020, 14:35

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ə çatır

• 09.08.2020, 14:33

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

• 09.08.2020, 14:29

Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü

• 09.08.2020, 10:19

İrəvanda həbslər davam edir: Koşetsyan da getdi…

• 09.08.2020, 10:17

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

• 09.08.2020, 10:15

Ermənilər Gürcüstanda iğtişaşlar törətdi: 4 ev yandırıldı

• 09.08.2020, 10:08

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 08.08.2020, 13:48

“Qərbdə və Rusiyada “Böyük Ermənistan” ideyasını dəstəkləyən qüvvələr var” – Regional TƏHLÜKƏ

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev   Apr »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031