Ermənistanda koronavirusa yoluxanların sayı 190 nəfərə çatdı
Ermənistanda koronavirusa yoluxanların sayında kəskin artım olub.
RİA Novosti xəbər verir ki, xəstələrin sayı bir sutkada 30 nəfər artaraq 190-a çatıb.
Ölkənin Səhiyyə Nazirliyi yanında xüsusi komissiya məlumat verib ki, iki nəfər virusdan sağalıb, vəziyyəti ağır olub reanimasyada müalicə alanlar olsa da, hələlik ölüm halı yoxdur.
Qalan yoluxanlar isə özlərini yaxşı hiss edirlər.