“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

Ətraflı

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

Ətraflı

Azərbaycan musiqi tarixinin korifeyi – Xan Şuşinski

Bu gün Xan Şuşinskinin anım günüdür

 

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkardandır.

 

qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin ölümündən 41 il ötür.

 

1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük həriflərlə yazdırmağı bacarıb.

 

“Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı – Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında "Kürdü Şahnaz"ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” – deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” – deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.

 

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

 

Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi əslində Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

 

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.

 

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

 

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

 

Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlərboyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

• 10.08.2020, 14:59

“Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi oyunun vaxtı AÇIQLANDI

• 10.08.2020, 14:36

Ankara Azərbaycana növbəti dəstək aksiyası – FOTO

• 10.08.2020, 14:35

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ə çatır

• 09.08.2020, 14:33

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

• 09.08.2020, 14:29

Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü

• 09.08.2020, 10:19

İrəvanda həbslər davam edir: Koşetsyan da getdi…

• 09.08.2020, 10:17

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

• 09.08.2020, 10:15

Ermənilər Gürcüstanda iğtişaşlar törətdi: 4 ev yandırıldı

• 09.08.2020, 10:08

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 08.08.2020, 13:48

“Qərbdə və Rusiyada “Böyük Ermənistan” ideyasını dəstəkləyən qüvvələr var” – Regional TƏHLÜKƏ

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev   Apr »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031