“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

Ətraflı

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

Ətraflı

“”Dolu” filmindən başqa ortalığa çıxarılacaq heç nə yoxdur” – Cavanşir Hadıyev

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümüdür.

 

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

 

Lakin bu gün Xocalı soyqırımının həqiqətlərini özündə əks etdirən ,dünyaya təqdim edə biləcəyimiz filmlər demək olar ki , yoxdur.

 

Çəkilişlərinə 2011-ci ilin yayında başalanılan "Dolu" filmi Elxan Cəfərovun quruluşunda yazıçı-deputat Aqil Abbasın eyniadlı romanının motivləri əsasında "Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. Tammetrajlı bədii film Qarabağ müharibəsinin qanlı-qadalı günlərindən, heç nəyə baxmayaraq vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.

 

Filmdə erməni dilini bilən Azərbaycan döyüşçüsü obrazını canlandıran Cavanşir Hadıyev BiG.AZ-a açıqlama verib. Aktyor Qarabağ problemlərindən bəhs edən filmlərin sayının az olması və buna görə də Xocalının il dönümündə televiziyalarımız Hollivud istehsalı olan tarixi filmləri verməsi haqqında danışıb:

 

"Televiziyaları qınamıram. Efirə verməyə nələri var ki? Heç nə yoxdur. Ona görə də məcbur olub "Hollivud” istehsalı filmlər nümayiş edirlər. Əgər bizdə filmlər çəkilsə və televiziyalar verməsə, o zaman günahı onlarda axtarmaq olar. Matəm günlərində baxırsan ki, "Dolu" filmini ayrı-ayrı kanallarda efirə verirlər. Səhər birində, günorta birində, axşam da birində. Niyə? Çünki bu filmdən başqa ortalığa çıxarılası heç nə yoxdur".

 

Aktyor "Bəs niyə belə filmlər çəkilmir?" sualına da maraqlı açıqlama verib:

 

"Mən elə fikirdəyəm ki, əgər bu kimi filmlərin çəkilməsi məsləhət görülsəydi, çəkilərdi. Əgər çəkilmirsə, deməli məsləhət deyil. Çünki indiki dövrdə "Qız qaçırtmalar", "bozbaş” filmlər çəkilir. Elməddinlər, Fərdalar daha maraqlıdır. İş orasındadır ki, tamaşaçı belə filmlərə pul xərcləyir və baxır. Ya tamaşaçının zövqünü korlayıblar, ya da elə onlar özləri belə filmlərə baxmaq istəyir. Əks halda bu filmlərə pul xərcləməzdilər".

 

 

"Dolu" filmi ilə yanaşı "Fəryad" filmində də rol alan aktyor Cavanşir Hadıyev vətənpərvərlikdən bəhs edən filmlərdə obraz canlandırmağın qürurverici olduğunu bildirib:

 

"Mən xoşbəxtəm ki, belə filmlərdə rol almışam. Aktyor olaraq, eyni zamanda bir vətəndaş olaraq bu filmlərdə çəkilmək mənim borcumdur. "Dolu" filmində çəkildiyimə görə demək olar ki, qonarar da almamışam. Təmənnasız çəkilmişəm. Bundan sonra da məndən belə bir şey tələb olunsa, mən etməyə hazıram. Təki belə filmlər çəkilsin".(adalet.az)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

• 10.08.2020, 14:59

“Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi oyunun vaxtı AÇIQLANDI

• 10.08.2020, 14:36

Ankara Azərbaycana növbəti dəstək aksiyası – FOTO

• 10.08.2020, 14:35

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ə çatır

• 09.08.2020, 14:33

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

• 09.08.2020, 14:29

Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü

• 09.08.2020, 10:19

İrəvanda həbslər davam edir: Koşetsyan da getdi…

• 09.08.2020, 10:17

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

• 09.08.2020, 10:15

Ermənilər Gürcüstanda iğtişaşlar törətdi: 4 ev yandırıldı

• 09.08.2020, 10:08

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 08.08.2020, 13:48

“Qərbdə və Rusiyada “Böyük Ermənistan” ideyasını dəstəkləyən qüvvələr var” – Regional TƏHLÜKƏ

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12
3456789
10111213141516
17181920212223
242526272829