Bakı
0° C
Şuşa
0° C

100 il əvvəl QARABAĞ necə azad olundu – Xosrov bəy Sultanovu bir daha tanıyaq

Ətraflı

Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI

Ətraflı

Əgər biz doğrudan da onların qədrini biliriksə…

Ətraflı

26 illik özünüaldatma günlərinin nəticəsi – Şuşada yenə erməni “prezident” seçildi…

Ətraflı

Bakıya qarşı məkrli plan – yazdan sonra…

İşğalçı Ermənistanla separatçı rejim arasında getdikcə güclənən çəkişmə Azərbaycana unikal şans pəncərəsi aça bilər; ABŞ Dağlıq Qarabağa dair iki mühüm sənəd açıqladı: “Ərazilər qaytarılır…”

Gələn ayın sonunda işğal altındakı Dağlıq Qarabağda növbəti seçki tamaşası gözlənilir. Budəfəki siyasi şou  “prezident seçkisi” adlanır. Vəziyyətin intriqalılığı ondadır ki, bu, Ermənistanda “məxməri inqilab” nəticəsində baş verən hakimiyyət dəyişikliyindən sonra ilk “seçki” olacaq. Odur ki, baş nazir Nikol Paşinyan var gücü ilə çalışır ki, separatçı qurumun başına öz adamını gətirsin, “Qarabağ klanı”nı yuvasında da məğlub eləsin.    

N.Paşinyan həm də tələsir. Çünki zaman ötdükcə onun reytinqi Ermənistanla yanaşı, işğal bölgəsində də azalır. Bundan əlavə, separatçı qurumun kriminal rəhbərləri ənənəvi olaraq, Moskvaya daha sadiq olublar, nəinki İrəvana. Dəfələrlə yazdığımız kimi, elə qondarma rejimin hazırkı başçısı Bako Saakyan “Kremlin tulası” ayaması daşımaqla Rusiya xüsusi xidmət orqanlarına bağlı adamdır.

Moskva isə hələ də Paşinyanı Qərbin “gizli adamı” hesab edir və nə ona, nə də onun əsasən “Soros uşaqları”ndan təşkil olunmuş komandasına etimad bəsləyir. Hərçənd inqilab öncəsi verdiyi gurultulu vədlərə rəğmən, Paşinyan açıq-aşkar rusiyayönlü kurs götürməyə cürət eləməyib. Başqa yandan, artıq o, əminlik hasil edib ki, iqtisadi məzmunlu vədlər də Qarabağ konfliktinin həllində real irəliləyiş olmadan, blokada rejimi götürülmədən reallaşa bilməyəcək. 

*****

Bu və digər səbəbdən həll olunmamış münaqişə Paşinyan və komandası, onun hakimiyyəti üçün ən böyük təhlükə olaraq qalır. Bəzi iddialara görə, o səbəbə mart ayındakı qondarma seçkilər erməni-erməni qarşıdurmasını kritik həddə gətirə bilər. Hətta “məxməri” baş nazirin rəqibləri tam məğlub eləmək üçün Azərbaycanla lokal müharibədə maraqlı ola biləcəyi barədə iddialar var. İstənilən halda, Azərbaycan üçün yazda ən azından, növbəti və daha geniş miqyaslı “aprel” savaşı üçün unikal fürsət yarana bilər.

Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ile ilgili görsel sonucu

Maraqlıdır ki, Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində məlum çıxışı ilə konstruktiv mövqeli tərəfdən qat-qat çox, müharibə tərəfdarı təəssüratı yaradıb. Yeri gəlmişkən, belə bir iddia da var ki, Ermənistanın indiki rəhbərliyi məhz “Qarabağ karı” ilə, yüzdə yüz uğursuzluqla bitəcək növbəti mini-müharibə bəhanəsi ilə işğalçı ölkəni Rusiya orbitindən uzaqlaşdırıb Qərbə yaxınlaşdırmaq, paralel surətdə Azərbaycanın işğalçı obrazını yaratmaq niyyəti güdür. Yəni Ermənistanı işğalçı yarlığından qurtarmaqla Qərbi daha “doğma” edəcəyinə ümid bəsləyir. Bir çox təhlilçilər isə bunun Ermənistan üçün çox riskli olduğunu düşünürlər.

*****

“Ermənistanın indiki rəhbərliyinin Azərbaycanı savaşa sürükləməklə bağlı bütün cəhdlərinə rəğmən, Dağlıq Qarabağ konfliktinin həlli müstəsna olaraq sülh yolu ilə, diplomatik yolla həlli yeganə mümkün variant kimi qalmalıdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Minval.az-a açıqlamasında rusiyalı politoloq, PolitRUS ekspert analitik şəbəkəsinin qurucusu və təsisçisi Vitali Arkov Münhendəki debatdan sonra Qarabağ məsələsi ətrafında yaranmış son durumu şərh edərkən deyib.

Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ile ilgili görsel sonucu

Onun sözlərinə görə, erməni tərəfi əvvəl götürdüyü öhdəlikləri yerinə yetirməmək naminə hər dəfə Azərbaycana qarşı yeni, heç vaxt reallaşmayacaq şərtlər irəli sürür: “Bu isə artıq Minsk Qrupunun həmsədrlərini də bezdirib. Onlar da İrəvandan konkret addımlara keçməyi tələb edirlər. Öz siyasəti üzündən küncə qoyulan Paşinyan və komandası Qarabağda yeni müharibədə maraqlıdır. Onlar 2016-cı ilin aprelindəki kimi, ərazilərin bir hissəsini və hətta öz vətəndaşlarının həyatını qurban verməyə hazırdırlar ki, beynəlxalq birlik münaqişə tərəflərinə münasibətini dəyişsin və Ermənistan təcavüzkar dövlətdən qurban dövlətə çevrilsin”.

Analitikə görə, 2016-cı ildə Ermənistanın ozamankı rəhbərliyi analoji avantüraya getsə də, alınmayıb. “Belə görünür ki, Paşinyan özünü daha ağıllı və hiyləgər hesab edir. Üstəgəl, ola bilsin, bu məsələdə Qərbin də dəstəyini alıb – hansı ki, apardığı müstəqil siyasətə görə Azərbaycandan narazıdır”, – deyə o əlavə edib.

*****

Bu arada ABŞ Dövlət Departamenti Dağlıq Qarabağla bağlı iki vacib sənədi açıqlayıb. Bu haqda Ermənistanın 7or.am saytı məlumat yayıb (Axar.az). Bildirilir ki, hər iki sənəd Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın münaqişənin həllinə dair mövqeyi ilə bağlıdır.

Belə ki, 1993-cü ilin 29 mayına aid olan birinci sənəddə ABŞ-ın İrəvandakı ovaxtkı səfiri Harri Gilmorla Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Jirayr Lipartiyanın dialoqu yer alıb: “Ter-Petrosyan hökuməti Qarabağı itirməkdən narahat deyil. Onlar başqa məsələlərə – demokratiya, insan hüquqları və həyat şəraitinin yüksəldilməsi ilə bağlı öhdəlik götürüblər. Kəlbəcərin qorunması erməni əhalisinin əsas hədəfinə çevriləcəksə, Ter-Petrosyan və hökuməti istefaya gedəcək. Onlar işğal olunmuş ərazilərin geri qaytarılmasının tərəfdarıdırlar”.

Strob Talbott ile ilgili görsel sonucu

Digər sənəddə isə 1996-cı ildə ABŞ dövlət katibinin müavini Strob Talbottun ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sandi Berger ilə yazışması qeyd olunub:

“Ter-Petrosyan bildirir ki, Dağlıq Qarabağ məsələsində 90% uğur qazana bilərik, qalan 10% üçün isə vasitəçilər lazımdır. Birinci ATƏT-in Minsk Qrupu, ikinci ABŞ, üçüncü isə Rusiya. Daha bir variant var – Azərbaycanın dövlət müşaviri Vəfa Quluzadə ilə birbaşa dialoq. Ermənistan prezidentinin sözlərinə görə, burada söhbət ərazi bütövlüyü və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaqdan gedir. Ter-Petrosyan eyni zamanda deyir ki, vasitəçilər Dağlıq Qarabağın təhlükəsizliyi ilə bağlı təminat məsələsini həll etməlidirlər. Onun sözlərinə görə, Qarabağ Ermənistanla əlaqədə olmalıdır. Bu, həm də hərbi-təhlükəsiz dəhliz olmalıdır”.

*****

Əlavə edək ki, Levon Ter-Petrosyan məhz bu mövqeyinə görə 1998-ci ildə Moskvanın “dobrosu” və Qarabağ klanının əli ilə hakimiyyətdən devrilib. Devrilmək ərəfəsində verdiyi müsahibələrin birində isə o demişdi ki, “əgər bu gün Ermənistana təklif ediləni götürməsək, zaman gələcək yalvaracağıq. Çünki Azərbaycan güclənəcək”.

Artıq həmin dövr başlayıb. Bunu Ter-Petrosyanın müridi olmuş Nikol Paşinyan da tezliklə anlayacaq…

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 02.04.2020, 0:58

Ordumuzun Aprel zəfərindən 4 il ötür

• 02.04.2020, 0:52

Kəlbəcərin işğalının 27 ili tamam olur

• 01.04.2020, 22:21

100 il əvvəl QARABAĞ necə azad olundu – Xosrov bəy Sultanovu bir daha tanıyaq

• 01.04.2020, 16:12

“Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımırıq” –Almaniya XİN

• 01.04.2020, 15:43

Ermənistan cəbhədə növbəti təxribata əl atdı

• 01.04.2020, 15:39

Ermənistanda qazın qiyməti 36% bahalaşır

• 01.04.2020, 15:36

Dövlət kimə nə qədər PUL VERƏCƏK? – Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI

• 01.04.2020, 14:41

Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu – RƏSMİ

• 01.04.2020, 13:46

Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI

• 01.04.2020, 13:39

Azərbaycanda işığa qoyulan limit artırılır – RƏSMİ

• 01.04.2020, 13:26

Əgər biz doğrudan da onların qədrini biliriksə…

• 01.04.2020, 13:15

“Bizi nə gözləyir, sonumuz nə olacaq” sualı… – Mehrban Əliyeva

• 01.04.2020, 13:13

Ermənistanda koronaya yoluxanların sayı 600-ə çatır

• 01.04.2020, 11:32

26 illik özünüaldatma günlərinin nəticəsi – Şuşada yenə erməni “prezident” seçildi…

• 01.04.2020, 11:03

Düşmən snayperləri mövqelərimizi nişan aldı

• 01.04.2020, 1:25

İtaliya Dağlıq Qarabağdakı qondarma “seçkilər”i tanımır

• 01.04.2020, 1:22

“Dağlıq Qarabağdakı qondarma “seçkilər”i tanımırıq” – Gürcüstan XİN

• 01.04.2020, 1:16

NATO-dan Qarabağdakı seçkilərə – Reaksiya

• 01.04.2020, 0:36

Evdə idmanla məşğul olun, televizora baxın, kitab oxuyun…

• 31.03.2020, 22:58

Teymur Rəcəbov və Rauf Məmmədov Levon Aronyana başsağlığı veriblər

• 31.03.2020, 22:33

QHT-lər koronavirusla mübarizədə hansı dəstəyi verə bilərlər?

• 31.03.2020, 21:07

İƏT qondarma “seçkiləri” tanımır

• 31.03.2020, 20:10

Ermənilər Azərbaycan ordusu ilə Qarabağdakı təmas xəttinə yeni silahlar yerləşdirəcək…

• 31.03.2020, 20:09

Estoniya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqladı

• 31.03.2020, 19:57

Dağlıq Qarabağdakı separatçı rejimi heç bir dövlət tanımır – BƏYANAT

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12
3456789
10111213141516
17181920212223
242526272829