Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları…

Ətraflı

Qarabağdakı “seçkilər” mənasız və təhlükəlidir – Savelyev

Ətraflı

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

Ətraflı

“Bizim qıraqdan işğalçıya hərəkətlə yox, sözlə qıjanmağımız həqiqətən urvatsızlıqdır…”

Ətraflı

Qaraqoyunlu hakimi Cahan şahın qara “kabusu”.

XIV əsrin sonlarında şimal-şərqdə Canik (Samsun), şərqdə Sivas, cənub-şərqdə Karamanadək bütün Anadolu bəylikləri Osmanlı dövlətinin tərkibinə daxil oldu. XV əsrin əvvəllərində Anadoluya özünün çoxsaylı qoşunu ilə Teymur (1402-ci il Ankara döyüşü) I Sultan Bəyazid (1389-1402-ci illərdə hakimiyyətdə olub) məğlubiyyətə uğradı və sultan əsir düşdü. Anadolunun böyük bir hissəsi əvvəlki bəyliklərə bölündü. 

Yalnız Sultan II Murad (1421-1451-ci illərdə hakimiyyətdə olub) 1444 və 1448-ci illərdə xaç yürüşü ordularını əzdi, onun oğlu II Mehmet isə (1451-81-ci illərdə hakimiyyətdə olub) demək olar, iki aylıq mühasirədən sonra Konstantinopolu aldı (29 may 1453-cü il).Bizans imperiyasının mövcudluğuna son qoyuldu, Konstantinopol (İstanbul) isə Osmanlı imperiyasının paytaxtına çevrildi. 

Artıq bu dövrdən  başlayaraq regionun  daimi faktoru  türklər idi.

Bu zaman regionda ikinci böyük bir türk dövləti  Qaraqoyunlu mövcud idi. 

1441-ci ildə, xaç yürüşlərinə dəstək vermiş erməni kilsəsi öz varlığını II Muraddan qorumaq üçün Qaraqoyunlu dövlətinin hakiminin – Cahan şahın qanadının altına sığınır.Erməni kilsə mərkəzinin  Qafqaza köçürmək üçün bütün imkanlardan istifadə edərək (1436-1467) Cahan şahdan icazə almağa müyəssər olur.Bu hadisə barədə erməni salnaməçisi Arakel Davrijetsi(1590-1670) erməni ruhanilərinin rəhbəri, patriarx Zakariyanın Cahan şahla görüşünü belə təsvir edir: “Qaraqoyunlu hökmdarı Cahan şah Qriqorian kilsəsi üçün müasir İrəvanın yaxınlığında-Eçmiədzində torpaq sahəsi ayırır.Hökmdar-Cahan şah və şahbanu Bəyim xatın onu (patriarxı) böyük hörmətlə qarşılyıb şərəfinə ziyafət təşkil etdilər, xələt bağışladılar, müdrik Qriqorun müqəddəs çürüməyən əlini və patriarx titulunu təqdim etdilər. O, Tanrının köməkliyi, müqəddəs Lusaroviçin izni və padşahın əmri ilə müqəddəs Eçmiədzinə, gəlib Tanrının və həvarilərin təsviri olan taxt-taca çıxdı, kainatın bütün guşələrində yaşayan xristian xalqının (ermənilər nəzərdə tutulur-A.M.) patriarxı oldu (R.M.“Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 – səh. 16)”.

Maraqlı budur ki, patriarx Zakariya nəyin müqabilində bu icazəni Cahan şahdan ala bilir və nədən müsəlman Qaraqoyunlu dövləti erməni kilsəsinin himayəçisi rolunda çıxış edir.Amma nə səbəb gətiriksə  gətirək, realliq odur ki,  Qaraqoyunlu dövlətinin  ölkə içərisindəki yaşanan  dini mühiti və ərsəyə gələn mənəvi irsi bu cür idi. Bu da zəif milli və islami şüuri olan bir dövlətdə digər dini cəryanların sərbəst inkişafına şərait yaradırdı.Ancaq burda bir məqamı da unutmaq lazım deyil ki, XIII-XV əsrlərdə Qara dənizdəki Trabzon limanı erməni tacirlərinin əlində idi və dünya ticarət dövriyyəsində onların xüsusi payı vardı. Bax, Osmanlı sultanlarından özlərini qoruyan bu zəngin ermənilərin Cahan şahı “razı salmaqlarıdır”. Cahan Şahın  erməni kilsəsinə verilən səlahiyyətlər o qədər çox idi ki, bunun nəticəsində  Eçmiədzin dövrün iri torpaq sahibinə çevirilmiş, erməni din xadimlərinin maddi vəziyyətləri yaxşılaşmış, xaricdə yaşayan ermənilərin illik ianələri, xristian missioner təşkilatlarının maddi köməyinə qarşı, istənilən  maneələr aradan qalxmışdı. 

  Eçmiədzin monastırı-Ermənistan patriarxı katolikosun iqamətgahı təkcə vəqflər, yəni müxtəlif vaxtlarda kilsəyə vəsiyyət və hədiyyə edilmiş daşınmaz əmlakla məhdudlaşmırdı. Yeri gəlmişkən, bu əmlakı müsadirə etmək, girov qoymaq və ya şəxsi mala çevirmək mümükün deyildi.

 Bax bu abı –havada  erməni kilsəsin hamisi Qaraqoyunlu hökmdarı Cahan şahla  yeni formalaşan Səfəviyyə dini xəttinin nümayəndəsi Şeyx Cüneyd arasında ziddiyət yaranır. Erməni kilsələrinə qayğı ilə yanaşan Cahan şah Şeyx Cüneydin müridləri tərəfindən qınaq atəşinə tutulur. Ermənilərin hamisi roluna keçən Çahan Şaha nifrət edənlər Şeyx Cüneydin ətrafına yığışırlar.  Cahan şah üçün təhlükə mənbəyinə çevrilmiş Şeyx Cuneydi müridləri ilə Qaraqoyunlu dövlətinin sənədlərindən kənara çıxardılır. Şeyx Cüneyd Ağqoyunlu hökmdarı Həsən şaha (Uzun Həsən) üz tutur və onun hifsinə sığınır. Uzun Həsən Şeyx Cüneydin təlimlərinin türkmən tayfalaraına təsirini başa düşərək gələcəkdə də onun taxt-tacına təhlükə törənməsin deyə Şeyx Cüneydə bacısını verərək onunla qohum olur. əslində bu Şeyx Cüneyd üçün də əlverişli bir izdivac idi. Onun dini ideyalarına siyasi güc verirdi. Şeyx Cüneyd oğlu Şeyx Heydəri də Uzun Həsənin qızı ilə evləndirir. Bu baxımda  alman alimi Dr. Wolter Hanz istər türk, istərsə də İran tarixşünaslığına məlum olmayan səhih mənbələrdən istifadə edərək o dövrü əhatə edən mükəmməl tarixi əsəri qələmə almışdı. Onun bu kitabından aydın oludu ki, heç də Şeyx Cüneydi Şirvanşah II İbrahim deyil, onunla düşmənçilik edən öz doğma əmisi Şeyx Cəfərin adamları oxla öldürmüşdülər. 1488-ci il 9 iyul tarixində Elbrus dağının ətəyində Dartanat kəndinin yaxınlığında Şirvanşahlar və Türkmənlərdən ibarət Ağqoyunlu ordusu ilə Şeyx Heydərin başçılıq etdiyi Səfəvi Qızılbaşlarla şiddətli döyüş baş verir. Bu döyüşdə Şeyx Heydər Şirvanşahlara dəstək üçün gəlmiş Ağqoyunlu ordusunun başında duran Süleyman bəyi bir mizrab vuruşu ilə öldürmədən yaralayır. Bu həmin Süleyman bəy idi ki, Ağqoyunlu hökmdarı Uzun Həsənin zamanında Kürd qalası Bitlisin fatehi olaraq şöhrət qazanmışdı. Süleyman bəyin yerə düşməsini görən türkmənlər Şeyx Heydəri ox atəşinə tutmağa başladılar. Şeyx Heydər təsadüfi oxların birinə tuş gəlir və atın da səndəlləyir. Bunu görən Ağqoyunlu hökmdarı Sultan Yaqubun şəxsi yavəri Əli Ağa sivri qılıncı ilə Şeyx Heydərin başını kəsir. Bu hadisə Qızılbaşların arasında böyük qəzəbə və ümidsizliyə səbəb olaraq döyüşün taleyini həll edir. Qızılbaşların faciəvi məğlubiyyəti barədə Ağqoyunlu hökmdarı Sultan Yaquba xəbər verildikdə,o, Şeyx Heydərin başını paytaxt Təbrizə gətirilməsini əmr edir. Ağqoyunlu paytaxtı Təbrizdə Şeyx Heydərin başını bütün küçələrdə göstərməlik dolaşdırdıqdan sonra şəhərin hündür bir yerindən asırlar(sonradan Təbriz sakinlərindən biri Şeyx Heydərin kəlləsinin bu hündür yerdən gecə ikən aşıraraq götürüb mumyalamış və evində qorumuşdu, yalnız 1502-ci ildə Səfəviyyə dövlətinin banisi Şah İsmayıla təqdim etmişdi. Bunun qarşılığında o Təbriz sakininə öz ağırlığı qədər qızıl verilmişdi-A.M.). Bu baxımda yaxın  günlərdə  Azərbaycan oxucusuna təqdim edəcəyim Dr. Wolter Hanzın sözü gedən tədqiqat əsərini “Şirvanşahların qürubu Alman tarixçisinin gözü ilə” (kitabın azərbaycan versiyasında adı belə olacaq-A.M.) inanıram ki, uydurma tarixi tezləri alt-üst edəcək səviyyədə unikal tədqiqat əsəri olacaqdır.

 

Adıgözəl Məmmədov 

Slavyan Türk Birliyi Hərəkatının rəhbəri, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı İnstitutunun ekspertləri şurasının üzvü

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 05.04.2020, 14:56

Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları…

• 05.04.2020, 14:52

Daha bir təşkilat Qarabağdakı “seçkilər”i tanımadı

• 05.04.2020, 13:17

İstanbulda 20 erməni koronaya yoluxdu, biri öldü

• 05.04.2020, 11:47

Ermənistanda koronaya yoluxanların sayı 800-ü keçdi

• 05.04.2020, 10:35

Ermənistan Qazaxın kəndlərini atəşə tutub

• 05.04.2020, 10:34

Qarabağ cəbhəsində gərginlik – pulemyotlar işə düşdü

• 04.04.2020, 19:45

Azərbaycana Qarabağ dəstəyi verən erməni rokçu – Sözünü geri götürdü

• 04.04.2020, 19:42

Paşinyan hökuməti topladı: Fövqəladə vəziyyət rejimi uzadıldı

• 04.04.2020, 12:28

Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı

• 04.04.2020, 12:24

BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır

• 03.04.2020, 22:30

Azərbaycanda korona ən çox hansı rayonlarda yayılıb? – Dəqiq siyahı

• 03.04.2020, 19:56

Uşaqlığımın Kəlbəcəri…

• 03.04.2020, 19:22

DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

• 03.04.2020, 17:30

“Avstraliya Dağlıq Qarabağdakı “seçkilər”i tanımır” – Səfir

• 03.04.2020, 16:47

““Qazprom” Ermənistanı barmağına sarımaqda davam edir…”

• 03.04.2020, 16:40

Qarabağdakı “seçkilər” mənasız və təhlükəlidir – Savelyev

• 03.04.2020, 16:35

Ermənistanda koronavirusa yoluxanların sayı 735-i keçdi

• 03.04.2020, 15:36

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

• 03.04.2020, 13:59

Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq

• 03.04.2020, 13:54

“Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək” – POLİTOLOQ…

• 03.04.2020, 13:52

Qondarma rejimin yeni “lideri” Nikolla görüşə gizli getdi

• 03.04.2020, 13:50

İlham Əliyev yeni piyada keçidinin açılışında

• 03.04.2020, 13:44

Koronavirus TƏHLÜKƏSİ: Qarabağda erməni əsgəri xəstəlikdən öldü

• 03.04.2020, 13:43

Ermənilər Qazax istiqamətində təxribat törətdilər

• 03.04.2020, 13:36

Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12
3456789
10111213141516
17181920212223
242526272829