Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları…

Ətraflı

Qarabağdakı “seçkilər” mənasız və təhlükəlidir – Savelyev

Ətraflı

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

Ətraflı

“Bizim qıraqdan işğalçıya hərəkətlə yox, sözlə qıjanmağımız həqiqətən urvatsızlıqdır…”

Ətraflı

“Ermənistana ölüm!” – Tehranda səslənən şüar İrəvanı qarışdırdı

Faşizmin təbliğ olunduğu düşmən ölkədə panika; Qarabağ məsələsində Güney amili öz sözünü hələ deməyib – işğalçı və havadarlarına ilginc mesaj…

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə haqq qazandırmaq və haqq elədiyi blokadanı yarmaqdan ötrü illərdir əlləşir. Xüsusən də müsəlman dünyasında iş aparır, özünə tərəfdarlar toplamağa, yeri gələndə erməni hiyləgərliyi ilə islam ölkələri ilə Azərbaycanın və qardaş Türkiyənin – müsəlman aləminin əsas dövlətinin arasını vurmağa çalışır. İrəvan paralel surətdə İsraillə ölkəmizin ildən-ilə dərinləşən əlaqələrinə əngəl olmağa, kölgə salmağa cəhd edir.

Lakin hələ də istəyinə nail ola bilməyib. Fakt budur ki, 60-a yaxın ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanı təcavüzkar ölkə kimi tanıyan qətnaməsi var və bu günədək qüvvəsində qalır. Həmçinin İƏT üzvlərinin əksəriyyətinin daxil olduğu Qoşulmamaq Hərəkatı (120 dövlət) analoji qərarlar qəbul edib. O da faktdır ki, saxta “erməni soyqırımı” iddiasını yarım-xristian Livandan savayı, indiyədək heç bir İslam ölkəsi qəbul eləməyib. Tanıyanlar müstəsna olaraq, xristian ölkələridir və qərarlar da sırf siyasi motivlidir.

Habelə İsrail-Azərbaycan əməkdaşlığı dinamik inkişafını davam etdirir. Keçən ay Ermənistan prezidenti Armen Sərkisyanın, ondan əvvəl isə digər erməni rəsmilərinin yəhudi dövlətinə etdiyi səfərlər də bu gerçəyi dəyişə bilməyib. Üstəgəl, Armen Sərkisyanın İsrail parlamenti (Knesset) tərəfindən uydurma genosidi tanımaq təklifi havada qalıb, faktiki, o pərt edilib.

*****

“Ermənistana ölüm!” - Tehranda ile ilgili görsel sonucu

Bir daha xatırlatmağın yeri var ki, İran xaric, işğalçı Ermənistanla sıx münasibətlərdə olan ciddi İslam ölkəsi yoxdur. Pakistan Qarabağ məsələsinə görə ümumiyyətlə, Ermənistanı dövlət kimi tanımayıb. Ermənilərin tək ümidi İrana – yeganə “nəfəsliyə”dir. Bugünlərdə isə İordaniya kralı III Abdullah ilk dəfə Ermənistanda səfərdə olub. Doğrudur, bu, Azərbaycan üçün xoşagələn deyil. Ancaq o da var ki, kral Abdullah İrəvanda Qarabağ mövzusunda heç nə söyləməyib. Tərəflər arasında iqtisadi önəm daşıyan hansısa mühüm sənəd imzalanmayıb. Yalnız qarşılıqlı vizaların ləğvi məsələsi səslənib.

Kasad, blokada vəziyyətində olan, dünya okeanına çıxışdan və sanballı təbii qaynaqlardan məhrum, Rusiyanın hərbi qalası olan Ermənistan başqa dövlətlər üçün hansı önəm kəsb edə bilər ki? O cümlədən cənub qonşumuz İrandan ötrü. Təsadüfi deyil ki, İran iqtisadi-ticari sahədə, ortaq layihələr məsələsində Ermənistana deyil, Azərbaycana üstünlük verir. Çünki bunu onun milli maraqları diktə edir. Hərçənd Ermənistanla siyasi-diplomatik, humanitar əlaqələr təcavüzkarın özünü komfortda hiss eləməsinə və Qarabağ konfliktinin uzanmasına işləyir.

*****

İrandan söz düşmüşkən, bugünlərdə – fevralın 11-də İran İslam İnqilabının ildönümü ilə bağlı ölkənin müxtəlif şəhərlərində çoxsaylı tədbirlər keçirilib. ABŞ-ın ünvanına ənənəvi “Amerikaya ölüm!” şüarları səsləndirilib. Maraqlıdır ki, Tehranda nümayiş iştirakçılarından biri həmin şüarın yerinə “Ermənistana ölüm!” qışqırıb (“Marg bar Armanestan”). Bu da düşmən ölkənin ekspert çevrələrində əsl panika yaradıb.

İrəvanda bu hərəkəti “pantürkizm”, hətta “faşizm” kimi qiymətləndiriblər. Hərçənd SSRİ dağılan kimi bütün digər millətləri öz doğma yurd yerlərindən qovub monoetnik ölkəyə çevrilən, faşist əlaltısı Qaregin Njdeyə abidələr qoyan, nəhayət, Xocalı soyqırımına imza atan erməni milləti bu ada qat-qat çox layiqdir.

Aydındır ki, paytaxt Tehranda həmin şüarı, eləcə də Təbrizdəki futbol matçları zamanı Ermənistan əleyhinə şüarları güneyli soydaşlarımız səsləndirib. Bu, təcavüzkar Ermənistana və onun havadarlarına aydın bir mesajdır ki, 35 milyonluq Cənubi Azərbaycan toplumu faktor olaraq mövcuddur və Qarabağ uğrunda həlledici savaşda öz sözünü mütləq deyəcək. Bu, həmçinin rəsmi Tehrana mesajdır ki, işğalçı Ermənistana münasibətdə Türkiyə, Pakistan İslam Respublikası kimi prinsipial mövqe sərgiləsin, Dağlıq Qarabağ konfliktinin uzanmasına deyil, bitməsinə çalışsın. 

*****

İran qarabağ ermənistandır ile ilgili görsel sonucu

Xatırladaq ki, ötən il İranda səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan Tehranda erməni icması ilə görüş zamanı “Qarabağ – Ermənistandır” təxribatçı şüarı qarşısında şelfi çəkdirmiş, bu da soydaşlarımızda ciddi və haqlı etiraz doğurmuşdu. Nəticədə rəsmi Tehran təxribata reaksiya vermiş, Dağlıq Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünə hörmət etdiyini bir daha bəyan etmişdi. 

Sonuncu insident də daxil, yuxarıda qeyd olunan faktlar bir daha Ermənistanın ilhaqçılıq siyasəti qarşısında güney faktorunun nə dərədəcə güclü və vazkeçilməz olduğunu ortaya qoyur. Söhbət həm də fors-major vəziyyətlərdən gedir. Ermənistan unutmasın ki, müharibə hələ bitməyib. Azərbaycan prezidentinin sözləri ilə desək, müharibənin yalnız birinci mərhələsi başa çatıb. İkinci və yekun savaşın olub-olmaması isə Qarabağ məsələsində Ermənistanın nə dərəcədə konstruktiv mövqe tutacağından asılı olacaq…

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 05.04.2020, 14:56

Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları…

• 05.04.2020, 14:52

Daha bir təşkilat Qarabağdakı “seçkilər”i tanımadı

• 05.04.2020, 13:17

İstanbulda 20 erməni koronaya yoluxdu, biri öldü

• 05.04.2020, 11:47

Ermənistanda koronaya yoluxanların sayı 800-ü keçdi

• 05.04.2020, 10:35

Ermənistan Qazaxın kəndlərini atəşə tutub

• 05.04.2020, 10:34

Qarabağ cəbhəsində gərginlik – pulemyotlar işə düşdü

• 04.04.2020, 19:45

Azərbaycana Qarabağ dəstəyi verən erməni rokçu – Sözünü geri götürdü

• 04.04.2020, 19:42

Paşinyan hökuməti topladı: Fövqəladə vəziyyət rejimi uzadıldı

• 04.04.2020, 12:28

Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı

• 04.04.2020, 12:24

BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır

• 03.04.2020, 22:30

Azərbaycanda korona ən çox hansı rayonlarda yayılıb? – Dəqiq siyahı

• 03.04.2020, 19:56

Uşaqlığımın Kəlbəcəri…

• 03.04.2020, 19:22

DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

• 03.04.2020, 17:30

“Avstraliya Dağlıq Qarabağdakı “seçkilər”i tanımır” – Səfir

• 03.04.2020, 16:47

““Qazprom” Ermənistanı barmağına sarımaqda davam edir…”

• 03.04.2020, 16:40

Qarabağdakı “seçkilər” mənasız və təhlükəlidir – Savelyev

• 03.04.2020, 16:35

Ermənistanda koronavirusa yoluxanların sayı 735-i keçdi

• 03.04.2020, 15:36

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

• 03.04.2020, 13:59

Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq

• 03.04.2020, 13:54

“Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək” – POLİTOLOQ…

• 03.04.2020, 13:52

Qondarma rejimin yeni “lideri” Nikolla görüşə gizli getdi

• 03.04.2020, 13:50

İlham Əliyev yeni piyada keçidinin açılışında

• 03.04.2020, 13:44

Koronavirus TƏHLÜKƏSİ: Qarabağda erməni əsgəri xəstəlikdən öldü

• 03.04.2020, 13:43

Ermənilər Qazax istiqamətində təxribat törətdilər

• 03.04.2020, 13:36

Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12
3456789
10111213141516
17181920212223
242526272829