Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları…

Ətraflı

Qarabağdakı “seçkilər” mənasız və təhlükəlidir – Savelyev

Ətraflı

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

Ətraflı

“Bizim qıraqdan işğalçıya hərəkətlə yox, sözlə qıjanmağımız həqiqətən urvatsızlıqdır…”

Ətraflı

Ermənilər Qarabağ atlarını da özününküləşdirir – XİN ARAŞDIRACAQ

Ermənilər bu dəfə Azərbaycan xalqına məxsus Qarabağ atlarını özününküləşdirir.

 

 Bunun üçün işğal altındakı Xocalının Muxtar kəndində yeni atçılıq mərkəzi yaradıblar.

 

Azərbaycan bunun qarşısını almaq üçün hansı addımları ata bilər?

 

 

Moderator.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Modern.az-a açıqlama bildirib ki, ümumiyyətlə, işğal olunmuş ərazilərimizdə qarşı tərəfin istənilən fəaliyyət növü  qanunsuzdur: “İrslərin dağıdılması, ermənilərin qanunsuz olaraq işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilməsi, abidələrimizin xüsusiyyətlərinin dəyişdirilməsi, mənimsənilməsi, bütün bu elementlər qeyri-qanuni fəaliyyətin tərkib hissəsini təşkil edir. Azərbaycan bütünlükdə işğal olunmuş ərazilərdə, işğalçı Ermənistan  tərəfindən həyata keçirilən bu qanunsuz fəaliyyət məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır və buna qarşı mübarizə aparır. Təbii ki, mümkün olan çərçivədə, həm də üçüncü bir ölkənin qoşulmasının qarşısını almağa çalışır.Yəni bu, davamlı şəkildə həyata keçirilən bir fəaliyyətdir”.

 

Leyla Abdullayeva bildirib ki, Qarabağ atlarının qorunması istiqamətində Xarici İşlər Nazirliyi müvafiq tədbirlər planı həyata keçirir.

 

 

“Bildirmək istəyirəm ki, Qarabağ atları Azərbaycan xalqının irsinin bir hissəsidir. Onların qorunması istiqamətində Azərbaycan tərəfindən müəyyən işlər aparılır. Bu işlər diplomatik kanallar vasitəsilə həyata keçirilir. Qaldı ki, ermənilərin işğal olunmuş ərazilərdə Qarabağ atları üçün mərkəzin açmasına,  məlumatlar dəqiqləşdirildikdən sonra bu istiqamətdə də işlər aparılacaq. Bilməliyik ki, mərkəzin açılmasında digər dövlətlər, yaxud da hüquqi şəxslər cəlb olunubmu, bu kimi məsələlər öyrənildikdən sonra  müvafiq müstəvidə tədbirlər görüləcək.

 

Ümumilikdə Ermənistan tərəfindən həyata keçirilən Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyət konteksində nəzərdən keçirilməlidir”.

 

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova isə hazırda Qarabağ atları ilə bağlı olan duruma aydınlıq gətirib.

 

“Dünyada 260 at cinsi var ki, onlardan iki cinsi  Azərbaycana məxsusdur. Bunlar Qarabağ və Dilbaz atlarıdır.Təbii ki, bu atlar bizim milli genefondumuzu təşkil edir. Milli genefondun qorunması üçün ölkə tərəfindən çox ciddi addımlar atılır. Cənab prezident 2017-ci il fevralın 22-də Qarabağ Atçılıq Təsərrüfatı və MMC-nin Atçılıq kompleksinin tikintisi üçün 2 milyon manat vəsait ayırıb. Hazırda kompleksdə Qarabağ cinsindən olan 250 baş at saxlanılır. Onlardan 6 başı törədici ayğır, 50 baş doğar madyan, 60 baş 2019-cu ilin törəmələri,134 baş isə Cıdır və sərgi atlarından ibarətdir. Kompleksdə 28 mütəxxəsis çalışır. Ümumilikdə ölkədə yetişdirilən atların orta hesabla 3, 6 faizi Qarabağ atları təşkil edir”.

 

Esmira Lətifova atların pasportlaşması məsələsinə də toxunub.

 

“Xüsusilə atların pasportlaşması məsələsi də tərəfimizdən aparılır. Çünki pasportlaşma nəticəsində artıq biz bu atları xarici bazarlara da çıxara bilirik. Eyni zamanda beynəlxalq tədbirlərdə iştirak üşün də hazırlaya bilirik. Məqsədimiz odur ki, Qarabağ atları  bütün dünyada tanınsın. Hətta beynəlxalq tədbirlərdə Qarabağ atlarının iştirak etməsi üçün bir çox işlər aparırıq. Nəzərinizə çatdırım ki,Qarabağ atları heç bir ölkəyə satılmır. Çünki onlar bizim milli dəyərlərimizdən biri hesab olunur. Onun satılmasına qətiyən icazə verilmir”.

 

Qarabağ atlarının ermənilər tərəfindən özününküləşdirilməsinə gəlincə, nazirlik rəsmisi bu məsələ ilə onların məşğul olmadığını söyləyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 05.04.2020, 16:33

Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı

• 05.04.2020, 14:56

Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları…

• 05.04.2020, 14:52

Daha bir təşkilat Qarabağdakı “seçkilər”i tanımadı

• 05.04.2020, 13:17

İstanbulda 20 erməni koronaya yoluxdu, biri öldü

• 05.04.2020, 11:47

Ermənistanda koronaya yoluxanların sayı 800-ü keçdi

• 05.04.2020, 10:35

Ermənistan Qazaxın kəndlərini atəşə tutub

• 05.04.2020, 10:34

Qarabağ cəbhəsində gərginlik – pulemyotlar işə düşdü

• 04.04.2020, 19:45

Azərbaycana Qarabağ dəstəyi verən erməni rokçu – Sözünü geri götürdü

• 04.04.2020, 19:42

Paşinyan hökuməti topladı: Fövqəladə vəziyyət rejimi uzadıldı

• 04.04.2020, 12:28

Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı

• 04.04.2020, 12:24

BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır

• 03.04.2020, 22:30

Azərbaycanda korona ən çox hansı rayonlarda yayılıb? – Dəqiq siyahı

• 03.04.2020, 19:56

Uşaqlığımın Kəlbəcəri…

• 03.04.2020, 19:22

DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

• 03.04.2020, 17:30

“Avstraliya Dağlıq Qarabağdakı “seçkilər”i tanımır” – Səfir

• 03.04.2020, 16:47

““Qazprom” Ermənistanı barmağına sarımaqda davam edir…”

• 03.04.2020, 16:40

Qarabağdakı “seçkilər” mənasız və təhlükəlidir – Savelyev

• 03.04.2020, 16:35

Ermənistanda koronavirusa yoluxanların sayı 735-i keçdi

• 03.04.2020, 15:36

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

• 03.04.2020, 13:59

Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq

• 03.04.2020, 13:54

“Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək” – POLİTOLOQ…

• 03.04.2020, 13:52

Qondarma rejimin yeni “lideri” Nikolla görüşə gizli getdi

• 03.04.2020, 13:50

İlham Əliyev yeni piyada keçidinin açılışında

• 03.04.2020, 13:44

Koronavirus TƏHLÜKƏSİ: Qarabağda erməni əsgəri xəstəlikdən öldü

• 03.04.2020, 13:43

Ermənilər Qazax istiqamətində təxribat törətdilər

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031