İrəvan yenidən Rusiyanı müttəfiq elan etdi, ABŞ isə…

Ətraflı

“Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”

Ətraflı

Ən təhlükəli azərbaycanlı haker – Erməni ekspert ad çəkdi

Ətraflı

Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO

Ətraflı

Nüfuzlu ABŞ nəşri “Human Rights Watch” təşkilatının ikiüzlülüyünü ifşa etdi

ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti o cümlədən Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib.

Virtualaz.org xəbər verir ki, məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki “Kohelet Policy Forum” mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir (Eugene Kontorovich).

Müəllif yazır ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

 

Məqalədə deyilir ki, xanım Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Və həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi həmin rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir. “Bir çox ermənilər Qarabağı öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionunun işğal edilmiş Azərbaycan ərazisi olduğunu tanıyır”,-müəllif vurğulayır.

Corc Meyson Universitetinin professoru qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pul toplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson eyni zamanda “Human Rights Watch” təşkilatının İsrailin İordan çayının  Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi.Habelə o, Tvitterdə Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.

Bu ziddiyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: “Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır”.

Lakin əslində Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 12.07.2020, 18:38

Azərbaycanda daha 520 nəfər yoluxdu, 8 pasiyent vəfat etdi

• 12.07.2020, 18:36

İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var – RƏSMİ

• 12.07.2020, 17:11

Azərbaycan – Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var – RƏSMİ

• 12.07.2020, 14:55

XX əsrdə Ermənistanda türk toponimləri erməni toponimləri ilə əvəzlənib

• 12.07.2020, 14:31

Azərbaycanın İrəvan şəhəri XVIII əsrdə

• 12.07.2020, 14:29

Erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə dinc türk əhalisinin qanını axıdıb

• 12.07.2020, 12:17

“Böyük Ərməniyyə” Movses Xorenasi, Favtos Buzandın təxəyyülünün məhsuludur.

• 12.07.2020, 11:59

Ermənistanda daha 577 nəfər koronavirusa yoluxdu

• 11.07.2020, 11:18

Ermənistanda üç ermənini ildırım vurdu…

• 11.07.2020, 11:15

“Ermənistan yavaş-yavaş ölür…” – sabiq baş nazir hökumətə od püskürdü

• 10.07.2020, 17:54

Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

• 10.07.2020, 17:51

İrəvan yenidən Rusiyanı müttəfiq elan etdi, ABŞ isə…

• 10.07.2020, 14:20

Narkoz altında olan xəstələri zorlayan erməni həkimə HÖKM OXUNDU

• 10.07.2020, 14:16

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində koronavirusa yoluxanların sayı 146-ya çatıb

• 10.07.2020, 14:14

“Minsk qrupu işğalçı ilə işğala məruz qalana fərq qoymur”

• 10.07.2020, 14:11

“Qarabağ” klubu yığmanın qapıçısını transfer etdi

• 10.07.2020, 14:07

İrəvanla NATO arasında problem yarandı

• 10.07.2020, 12:13

Ermənistan korrupsiya qarşısında aciz qaldı: ABŞ kömək göndərir

• 10.07.2020, 12:03

“Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”

• 10.07.2020, 12:01

Azərbaycan torpağında 5 erməni ölümcül qəzaya düşdü…-FOTOLAR

• 10.07.2020, 11:22

Ermənistanda son sutkada 557 nəfər COVID-19-a yoluxub, 11 nəfər ölüb

• 10.07.2020, 11:19

Ərdoğanın müşaviri: Rus kəşfiyyatı deyirdi ki, ermənilər… – Video

• 10.07.2020, 11:11

“İrəvan Qarabağı qaytarmalı olacaq…” – Moskvadan qəzəbli mesaj

• 10.07.2020, 11:07

Ən təhlükəli azərbaycanlı haker – Erməni ekspert ad çəkdi

• 09.07.2020, 19:38

Azərbaycanda virusa daha 548 nəfər yoluxdu, 10 ölüm

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031