İlham Əliyev Paşinyanı üzr istəməyə məcbur etdi

Ətraflı

İlham Əliyev Paşinyana: İşğala son qoyulur, sonra normallaşma, daha sonra Qarabağın statusu…

Ətraflı

Türklər erməniləri belə sındırdı: Qüdsdə gizli savaş

Ətraflı

“Onlar cəzalanmasalar, sülh olsa belə Qarabağda ermənilərlə birgə yaşaya bilməyəcəyik”

Ətraflı

AXC Antanta tərəfindən tanınmasaydı… – Tarixçi ilə MÜSAHİBƏ

“Beynəlxalq səviyyədə tanınmasaydıq, belə çıxacaqdı ki, Azərbaycan Xalq Cümhuriyyəti deyilən qurum və dövlətçiliyimiz olmayıb. Əksinə, AXC bölgədə separatçılıqla məşğul olub”.

Bu sözləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi Zaur Əliyev 1920-ci il 10 yanvar tarixində Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi tanınması ilə bağlı Publika.az-ın suallarını cavablandırarkən deyib.

– Yanvarın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 ili tamam oldu. Bu hadisənin Azərbaycan tarixində əhəmiyyəti nədən ibarətdir?

– Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda bir çox dövlətlər onu tanımaq istəmirdilər. Azərbaycan hökumətinə qarşı təzyiqlər vardı. Bu təzyiqlərin başında dayanan dövlətlərdən biri də İran idi. ABŞ və bir çox Avropa ölkələri də AXC-nin müstəqilliyini tanımaq niyyətində deyildi. Hətta Rusiya diplomatiyası da çalışırdı ki, Azərbaycanın müstəqilliyi tanınmasın. Lakin Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətimizin işi onu göstərdi ki, AXC-nin diplomatiyası 1 il ərzində tam formalaşıb və bu diplomatiya qarşıya qoyulan hədəfə çatıb. Məhz bunun nəticəsində Antanta AXC-ni müstəqil dövlət kimi tanıdı. Bu, onu göstərir ki, Azərbaycan müstəqilliyinin tarixi 1918-ci ildə ərazi bütövlüyü ilə bərabər beynəlxalq səviyyədə tanınıb. Həmin ərazi bütövlüyünə daxil olan torpaqlara Dağlıq Qarabağ da daxil idi.

– AXC Antanta tərəfindən tanınmasaydı, tarixi proseslər hansı istiqamətdə inkişaf edərdi?

– Tanınmasaydı, belə çıxacaqdı ki, Azərbaycan Xalq Cümhuriyyəti deyilən qurum, dövlətçiliyimiz olmayıb. Əksinə, AXC bölgədə separatçılıqla məşğul olub. 2 il ərzində göstərilən fəaliyyət, qəbul olunmuş qanunlar, xaricə göndərilmiş tələbələr, ordu quruculuğumuz – bütün bunlar separatçılıq kimi göstərilə bilərdi. Çünki beynəlxalq hüquqda müstəqilliyi tanınmayan belə dövlətlər “separatçı qrup” adlandırılır. Azərbaycan da bunlardan biri ola bilərdi.

– Niyə 10 yanvarı milli bayram kimi qeyd etmirik? Axı bu tarixin strateji əhəmiyyəti Azərbaycan xalqı, bütün türk dünyası və müsəlman aləmi üçün olduqca böyükdür.

– Bu gün bəziləri Azərbaycan dövlətçilik ənənəsini 90-cı illərə bağlayır. Lakin 1991-ci il 18 oktyabrda Azərbaycan Respublikasının müstəqilliyi ilə bağlı qəbul olunmuş qanunda deyilir ki, bu dövlət 1918-ci ildə yaradılmış AXC-nin siyasi, hüquqi, tarixi varisidir. Lakin bəziləri bunu qəbul etmək istəmir. Tarixi, hüquqi, siyasi sözlərini rəsmi şəkildə istifadə etməklə biz AXC-nin ərazi bütövlüyü daxilində olan Dağlıq Qarabağ, o cümlədən İrəvanın əzəli torpaqlarımız olduğunu beynəlxalq səviyyədə tələb edə bilərik. Amma bəziləri diplomatik jest edərək bunu qəbul etmək istəmir. Halbuki cənab Prezident çıxışında bildirib ki, İrəvan əzəli Azərbaycan torpağıdır və Ermənistana 99 illik icarəyə verilib. Ötən il isə bu vaxt tamam oldu.

– AXC-nin beynəlxalq miqyasda müstəqil dövlət kimi tanınmasının milli bayram səviyyəsində qeyd olunmasına ehtiyac varmı?

– Mütləq şəkildə. Rəsmi səviyyədə qeyd olunmalıdır. Azərbaycanın səfirliklərində tədbirlər keçirilməlidir.

Diasporla iş üzrə Dövlət Komitəsi bununla bağlı tədbirlər təşkil etməlidir. Çünki bu, mühüm tarixdir. İlk dəfə Azərbaycanın müstəqil dövlət kimi bütün ölkələr tərəfindən tanınması təsəvvür olunmayacaq dərəcədə böyük uğurdur. Bu uğuru gizlətmək mümkün deyil. Bundan başqa, Xarici İşlər Nazirliyi öz fəaliyyətində bu hadisəyə geniş yer ayırmalıdır. Çünki məhz bu hadisə xarici siyasətimizin ən böyük uğuru olub. Müxtəlif səfirliklərdə – o səfirliklər ki, müstəqilliyimizi tanıyan dövlətlər yerləşir – xüsusi tədbirlər təşkil edilməli idi. Ən azı, vaxtilə müstəqilliyimizi tanıyan ölkələrə təşəkkür notası göndərilməli idi.

– Dünya tarixində AXC-ni tarixi əhəmiyyət baxımından hansısa dövlətlə müqayisə edə bilərikmi?

– Azərbaycan Xalq Cümhuriyyəti regionda mövcud olmuş ən güclü dövlətlərdən biri olub. Baxmayaraq ki, ilk olaraq Gürcüstanın müstəqilliyini tanıyıblar. Amma Azərbaycana qoyulan investisiyalar, maraqlar, beynəlxalq təşkilatların, neft şirkətlərinin diqqəti onu göstərdi ki, ölkə dünyanın diqqət mərkəzindədir. Bu gün Nobel mükafatı verilirsə, bu, Azərbaycanın təbii sərvətləri sayəsində olub. Beynəlxalq Neft Daşınmaları Gününün qeyd edilməsinin səbəbi ilk dəfə Azərbaycanda neft daşınmalarının həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan nefti nəinki Rusiyanın, həm də Avropanın bir çox ölkələrinin xilaskarı kimi çıxış edirdi. Məhz onun sayəsində Avropa dövlətlərinin bir çoxunda inkişaf səviyyəsi qalxırdı. Fransa, Almaniya, ABŞ kimi nəhəng dövlətlər, o cümlədən iri şirkətlər Azərbaycan neftində maraqlı idi. Ölkənin müstəqillik qazanmasında ən böyük rollardan birini məhz onun təbii sərvətləri oynayıb. Baxmayaraq ki, Rusiyanın bolşevik inqilabı Azərbaycandakı müstəqilliyi devirdi, özününküləşdirdi, lakin ölkə o günə qədər artıq sözünü demişdi. Buna görə də inanmıram ki, Azərbaycan Xalq Cümhuriyyətini hansısa dövlətlə müqayisəyə gətirmək olar. Çünki müqayisə üçün onun tarixinə nəzər salmaq lazımdır. Avropa ölkələrində dövlətçilik ənənəsi olmayanda Azərbaycanda artıq bu var idi.

– Necə düşünürsünüz, AXC-nin süqutunda onun beynəlxalq səviyyədə tanınmasının təsiri olubmu?

– Xeyr. Proses o yerə gəlib çatmışdı, Azərbaycandakı bolşeviklər elə fəaliyyət göstərmişdi ki, artıq AXC-nin süqutu həll olunmuşdu. Çünki dünyanın siyasi xəritəsi yenidən cızılmışdı və “qırmızı terror” bu işğalı reallaşdırmalı idi. Reallaşdırdı da…

Zümrüd Kərimova

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.02.2020, 1:50

İlham Əliyev Paşinyanı üzr istəməyə məcbur etdi

• 16.02.2020, 1:47

İlham Əliyev Paşinyana: İşğala son qoyulur, sonra normallaşma, daha sonra Qarabağın statusu…

• 16.02.2020, 1:24

İlham Əliyev Qarabağ müzakirələrində Paşinyanı DARMADAĞIN ETDİ – DETALLAR

• 14.02.2020, 16:39

Türklər erməniləri belə sındırdı: Qüdsdə gizli savaş

• 14.02.2020, 15:13

“Sərhədsiz Reportyorlar”: “Ermənistanda jurnalistlərin sıxışdırılması getdikcə artır…”

• 14.02.2020, 15:11

QHT esse yazı müsabiqəsi elan edib: “Azərbaycan naminə”

• 14.02.2020, 15:09

Belqradda Dağlıq Qarabağın mədəni irsi ilə bağlı mühazirə dinlənilib

• 14.02.2020, 15:05

“Ararat” dağıldı

• 14.02.2020, 15:04

“Ermənistana ölüm!” – Tehranda səslənən şüar İrəvanı qarışdırdı

• 14.02.2020, 12:42

Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat

• 14.02.2020, 12:39

Parlament seçkilərinin yəhudi əsilli qalibi: “Xocalı soyqırımını tanıtmaq platformamda qırmızı xətlə gedir”

• 14.02.2020, 12:19

Suriyanın “soyqırım” qərarı Əsəd rejiminin riyarlığını və ikiüzlülüyünü göstərir

• 14.02.2020, 12:14

Ermənistan ordusunda əcaib ənənə… – Babayan

• 14.02.2020, 12:12

Ruhinin İrəvanda “azərbaycanlı”lara vurduğu şillə

• 14.02.2020, 12:08

Qaraqoyunlu hakimi Cahan şahın qara “kabusu”.

• 14.02.2020, 12:01

“Onlar cəzalanmasalar, sülh olsa belə Qarabağda ermənilərlə birgə yaşaya bilməyəcəyik”

• 14.02.2020, 12:00

Rusiyanın dövlət silah muzeyinin xəritəsində növbəti Qarabağ təxribatı…-FOTOLAR

• 14.02.2020, 11:57

60 Xankəndi ermənisi Milli Məclisə seçkilərdə necə iştirak etdi? – ŞOK İDDİA…

• 14.02.2020, 10:24

Atəşkəs yenə pozuldu – 20 dəfə

• 13.02.2020, 10:16

Atəşkəs yenə pozuldu – 22 dəfə

• 12.02.2020, 17:00

Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib

• 12.02.2020, 16:00

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

• 12.02.2020, 10:13

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 23 dəfə pozulub

• 11.02.2020, 17:43

Rusiyalı deputatlar və ekspertlər: Azərbaycanda seçkilər ədalətli, azad və şəffaf olub

• 11.02.2020, 17:25

Avropa İttifaqı Azərbaycanın yeni seçilmiş parlamenti ilə sıx işləməyi səbirsizliklə gözləyir

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031