Nüfuzlu xarici jurnalda Qarabağ münaqişəsi haqda MƏQALƏ

Ətraflı

Azərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək – İlham Əliyev

Ətraflı

Bir gün oyanacağıq ki, Qarabağ Azərbaycandadır – Akopyan

Ətraflı

Xankəndində yenə ara qarışdı – “seçki”lər əleyhinə mitinq keçirildi-…FOTO

Ətraflı

“Aprelin 5-də saat 3.30-da əsgərlərimiz Əsgərana hücuma atıldı…” – ŞANLI TARİX

Bir dəfə belə olub. Tarix özünü mütləq yenə təkrar edəcək!

 

Azərbaycan Cümhuriyyəti ordusunun 1920-ci ilin mart-aprel aylarında Dağlıq Qarabağı erməni işğalçılarından azad etməsi haqda polkovnik İsrafil bəy Yadigarovun xatirələrindən:

(Xatirələr M.Ə.Rəsulzadənin tövsiyyəsi ilə 1923-cü ildə qələmə alınıb və ilk dəfə 1935-ci ildə Polşada nəşr olunan "Горцы Кавказа" jurnalının 35-36-cı saylarında dərc edilib)

 

Dağlıq Qarabağ Azərbaycanın digər hissələrindən sıra dağlarla ayrılır. Onlardan bəzilərinin hündürlüyü iki verstdən çoxdur. Qarabağın dağlıq hissəsini Ağdamla birləşdirən yeganə yol qədim Əsgəran qalasından keçir. İstər Əsgəran yolu, istərsə də ondan sağ və sol tərəfdə yerləşən dağ zirvələri erməni çetelərinin məşhur təşkilatçısı Dronun şəxsən rəhbərlik etdiyi üsyançılar tərəfindən tutulmuşdu. Ordumuzun qarşısında son dərəcə mürəkkəb vəzifə dayanırdı: Əsgəran qalasını və uca dağ zirvələrinin hücumla tutmalı idik.

Kəşfiyyat bölüyü ilə gücləndirilmiş hərbi birləşməmiz üsyançıların əsas etibarı ilə qalanın divarları üzərində və qaladan şərq tərəfdə yerləşdirilmiş yüksəkliklərdə çoxsaylı pulemyotlarının olduğunu aşkara çıxardı.

Aprelin 2-də hərbi nazir cəbhəyə gəldi. Aprelin 5-də sübh çağı saat 3.30-da əsgərlərimiz heç bir artilleriya hazırlığı olmadan Əsgəran keçidinə və ondan şərq tərəfdəki yüksəkliyə doğru hücuma atıldılar. Sübh saat 6-da artilleriyamız qalanı və yükəkliklərdə yerləşən düşmən mövqelərinə atəş açmağa başladı. (Operativ əmrdə hücumla artilleriya hazırlığının eyni vaxtda aparılması nəzərdə tutulmuşdu, lakin səhər saat 6-ya qədər ətrafa qatı duman çökdüyündən topları işə salmaq mümkün olmamışdı). Komandam altındakı 5-ci Bakı piyada alayının hücumu zamanı podpolkovnik Nəbibəyovun artilleriya divizionun bizə böyük köməyi dəydi.

Hərbi nazirin iştirakından ruhlanmış əsgər və zabitlər düşmənin ölüm saçan pulemyot və tüfəng atəşləri altında sanki manevrlərdə iştirak edirlərmiş kimi qorxu bilmədən döyüşə atılırdılar. Hər tərəfdən ucadan və qətiyyətlə səslənən "İrəli!" komandası eşidilirdi. Artilleriyamız ermənilərin möhkəmləndirilmiş mövqelərini biri-birinin ardınca sıradan çıxarırdı. Lakin onlar yenə də müqavimət göstərməkdə davam edirdilər. Düşmən də olsa, həqiqəti demək lazımdır; ermənilər bu döyüşdə qeyri-adi cəsarət və dözümlülük göstərirdilər, qanlı savaş meydanında sona qədər duruş gətirməyə çalışırdılar.

 

Yalnız axşama doğru üsyançıların müqaviməti qırıldı. Əslən Dağıstandan olan polkovnik Əfəndiyevin komandası altındakı 8-ci Ağdam alayı və Parlamentin mühafizə dəstəsi Əsgəran qalasını azad etdi. Mənim komandiri olduğum 5-ci Bakı piyada alayı isə qaladan şərq tərəfdəki yüksəkliyi ələ keçirildi. Həlak olanlar və yaralananlarla birlikdə itkimiz 40 nəfər idi.

Ermənilər vahimə içərisində qaçmağa başlamışdılar. Ehtiyatda saxlanılan 1-ci Tatar süvari alayı onları təqib etmək istəyirdi. Lakin qaranlığın düşməsi buna imkan vermədi.

Ağdamda artıq qələbəmizi bayram edirdilər. "Yaşasın!" şüarı və milli marşın sədaları Əsgəran qalasına qədər gəlib çatırdı. Düşməndən geri alınmış mövqelərdə möhkəmlənən əsgər və zabitlərimiz həmin axşam həyatlarının ən xoşbəxt, təntənəli dəqiqələrini yaşayırdılar.

 

Vilayət Quliyev, 

Azərbaycanın Macarıstandakı səfiri, keçmiş xarici işlər naziri

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 06.04.2020, 20:21

Sensasion iddia: “4 il əvvəl əldə olunan məxfi anlaşma…” – Yeni Qarabağ planı

• 06.04.2020, 20:19

Nüfuzlu xarici jurnalda Qarabağ münaqişəsi haqda MƏQALƏ

• 06.04.2020, 20:17

Ermənistanda 6 polis koronavirusa yoluxdu

• 06.04.2020, 20:14

Erməni generaldan Paşinyana: Köçəryanı azad et

• 06.04.2020, 17:20

Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın işğalçı siyasətini rədd etdi – XİN

• 06.04.2020, 17:14

Ermənistanda ərzağın qiyməti bahalaşır – Nazir müavini

• 06.04.2020, 16:53

Azərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək – İlham Əliyev

• 06.04.2020, 16:51

Prezidentdən XƏBƏRDARLIQ: “Belə addımlar xəyanət kimi qəbul ediləcək”

• 06.04.2020, 15:45

Bir gün oyanacağıq ki, Qarabağ Azərbaycandadır – Akopyan

• 06.04.2020, 15:42

Azərbaycanda daha 57 şəxsdə koronavirus aşkarlandı

• 06.04.2020, 15:10

İlham Əliyev açılışda – Azərbaycanda maska istehsalı müəssisəsi FƏALİYYƏTƏ BAŞLADI

• 06.04.2020, 14:59

Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT

• 06.04.2020, 14:02

Paşinyan Putinə zəng etdi – Səbəb

• 06.04.2020, 14:00

Ermənistanda qadın minaya düşdü

• 06.04.2020, 12:25

Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı

• 06.04.2020, 12:23

Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU

• 06.04.2020, 10:49

Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib – FOTO

• 06.04.2020, 10:44

Cəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutub

• 05.04.2020, 21:46

Koronavirusla mübarizə üzrə İctimai Qərargah üzvlərinin SİYAHISI

• 05.04.2020, 20:10

Xankəndində yenə ara qarışdı – “seçki”lər əleyhinə mitinq keçirildi-…FOTO

• 05.04.2020, 20:05

Azərbaycanda daha 2 nəfər koronavirusdan vəfat etdi

• 05.04.2020, 16:33

Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı

• 05.04.2020, 14:56

Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları…

• 05.04.2020, 14:52

Daha bir təşkilat Qarabağdakı “seçkilər”i tanımadı

• 05.04.2020, 13:17

İstanbulda 20 erməni koronaya yoluxdu, biri öldü

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031