“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

Ətraflı

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

Ətraflı

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

Ətraflı

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

Ətraflı

Ruhu Kəlbəcərdə dolaşan şair…

Kəlbəcərin işğalından sonra dünyasını Kəlbəcərsiz dəyişən soydaşlarımızın ruhları da perik düşüb. Rayonda hüzr yerində olduğum üçün qəbrinin ziyarətinə axşamüstü getdim. Məzarının üstündəki gül-çiçəyin çoxluğundan hiss etdim ki, xeyli adam ziyarətinə gəlib. Uraldan(qədim türk elindən) gətirilmiş ağ mərmərdən sanki dipdiri Məmməd Aslan əzəmətli baxışıyla Kəpəzin sinəsini yarıb Kəlbəcərə boylanırdı. Nə axtarırdı, gözü kimi gəzirdi–deyə bilməyəcəyəm. Çünki axtarılası o qədər adam, gül-çiçək, ata-ana qəbri, el yığnaqları vardı ki… Allah heykəltəraş Teymura insaf versin, ağ mərmərdən Məmməd yonub! Mükəmməl sənət əsəri! Zalım oğlunun əl işinə kiçik bir irad da tutmaq olmur. Düzdür, heykəl yonulanda təklif və iradlarımı nəzərə almışdı. Ona görə də Teymur qardaşıma bu möhtəşəm abidəyə görə bir daha təşəkkür! Böyük Füzuli necə demişdi?:

   

Ey müsəvvir, yar timsalına surət vermədin

Zülfü-rux çəkdin, vəli tabu-təravət vermədin.

 

Teymur inciməsin, budəfəki iradım ona ünvanlanmayıb. Budəfəki iradım fələk oğlu fələyədir! Bu gün duyduğum o oldu ki, Məmmədin bütün üz cizgiləri, əlinin, barmaqlarının alnının qırışları, şahanə baxışı hamısı yerindədir, təkcə ruhu perik düşüb, doğulub boya-başa çatdığı Kəlbəcərdədir… Nigaran-nigaran ulularının qəbirlərinin arasında, Dəlidağda, Keytidə, Murovda, Tərtər çayının qayalardan asıldığı dərələrdə, Laçın qayanın zirvəsində dolaşmaqdadır. Bir yerdə qərar tuta bilmir:

           

O dağlar xan Əslidir, 

Məmməd Yanıq Kərəmdir

Hayqırıb bizləri də ora çağırır. 

"Harda qaldınız, gəlin, Vətən burdadır, Vətən buradır! 

Oralarda qəbirlərdə çürüyən cismimizdir, canımız buradadır!" 

 

Bəlkə də ilk dəfəydi Məmmədin ruhunu görmədim. Özgə vaxt bu barədə düşünməmişəm, bəlkə də səbəb budur…

     

Qələmimiz bərkə ilişəndə Məmmədi axtarırıq. Sözümüz tükənəndə Məmmədi axtarırıq. Sözü urvatdan salan görəndə Məmmədi axtarırıq…və nəhayət, dilimiz şəhdi-şirəsini itirəndə Məmmədi axtarırıq. İndi bütün bunların hamısı bir yerdədir, ustad, gəl, gəl, yerin yaman görünür. Düzdür, bizlər sağlığında o qədər də önəm vermədik sənə! Televiziyalardan insafsızcasına uzaqlaşdıran yaramazlara tutarlı cavab verə bilmədik. Bir vaxtlar proqram funksiyasından başqa heç nəyə yaramayan "Ekran-Efir" qəzetini az qala ölkənin ən çox oxunan qəzetinə çevirəndə gözləri götürməyənlər, minbir bəhanəylə onu əlindən alan bədxahların özləri də "brak" çıxdı, İlahi ədalətin şilləsinə tuş gəldilər…

       

Nə yazım, qardaş?! Sənin böyüklüyünü vəsf eləməyə sənin qələmin lazımdır! Odakı bizdə yoxdur. Heç vaxt da olmayacaq! Çünki söz aləminə, söz dərgahına tək gəldin, tək də getdin. Yerin behişt, ətrafın əlahəzrət söz, Kəlbəcərdə dolaşan narahat ruhun şad olsun!

 

Əlövsət Ağalarov, "Azərnəşr"in baş redaktoru, keçmiş millət vəkili

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 11.08.2020, 17:03

Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı – FOTO

• 11.08.2020, 16:58

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – daha 3 nəfər öldü

• 11.08.2020, 14:42

Yunan gəmiləri yaxınlaşdı: Türkiyə helikopterləri qaldırdı

• 11.08.2020, 14:40

“Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik” – Mövlud Çavuşoğlu

• 11.08.2020, 14:37

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

• 11.08.2020, 9:58

Ermənistan atəşkəsi 29 dəfə pozdu

• 10.08.2020, 17:05

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

• 10.08.2020, 17:01

Ermənilər Rusiya torpağına da göz dikdilər

• 10.08.2020, 17:00

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

• 10.08.2020, 16:27

Riçard Hoqland: “Qarabağ haqqında sözlərim təhrif olunub”

• 10.08.2020, 15:15

Prezident: “Bu gün biz vaxtılə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

• 10.08.2020, 15:08

“Qarabağ Ermənistanındır, nöqtə” deyən Paşinyanın “azərbaycanlı” heyranları

• 10.08.2020, 15:06

Zakaryan ilk iş günündə koronavirusa yoluxdu

• 10.08.2020, 15:04

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

• 10.08.2020, 15:03

Erməni məşhurların biznesi başlarına uçdu – Çoxlarından xəbər yoxdur

• 10.08.2020, 14:59

“Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi oyunun vaxtı AÇIQLANDI

• 10.08.2020, 14:36

Ankara Azərbaycana növbəti dəstək aksiyası – FOTO

• 10.08.2020, 14:35

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ə çatır

• 09.08.2020, 14:33

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

• 09.08.2020, 14:29

Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü

• 09.08.2020, 10:19

İrəvanda həbslər davam edir: Koşetsyan da getdi…

• 09.08.2020, 10:17

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki… – Lukyanov

• 09.08.2020, 10:15

Ermənilər Gürcüstanda iğtişaşlar törətdi: 4 ev yandırıldı

• 09.08.2020, 10:08

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

• 08.08.2020, 13:48

“Qərbdə və Rusiyada “Böyük Ermənistan” ideyasını dəstəkləyən qüvvələr var” – Regional TƏHLÜKƏ

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031