Separatçılar bizə növbəti dəfə yumruq göstərdi -31 mart – Soyqırım günü “seçki” keçirəcəklər…

Ətraflı

Ermənistanda şok: Nikol bakılılara baş əydi… – Foto

Ətraflı

Ermənilər Laçında 100 yeni ev tikir – Süni məskunlaşdırma

Ətraflı

ABŞ erməni terrorçunu azadlığa buraxır – Türkiyədən sərt etiraz

Ətraflı

Erməni ordusundan fərarilər artır – ilginc rəqəmlər, acı etiraflar

Ordudan yayınanlarla bağlı təzə qanun çağırış yaşlı gənclərin ölkədən köçünü daha da sürətləndirib; işğalçı ordunu saxlamaq hökumət üçün getdikcə böyük yükə çevrilir; Paşinyan hökuməti dilemma qarşısında…  

Bugünlərdə Ermənistan parlamenti hərbi xidmətdən yayınanlarla bağlı qanun qəbul edib. Qanuna əsasən, 2019-cu il martın 1-dək çağırışçı yaşı tamam olan gənclər cərimə ödəməklə (1.8 milyon dram və ya təxminən 3760 dollar) cinayət məsuliyyətindən yayına bilərlər. Təklif edilir ki, göstərilən yaş həddinə çatma dekabrın 31-dək uzadılsın.

“Yeni Müsavat”ın erməni KİV-ə istinadən verdiyi xəbərə görə, Ermənistanın müdafiə naziri David Tonoiyan bununla bağlı acı etirafda bulunaraq bildirib ki, qanun gənclərin hərbi xidmətdən yayınma vasitəsinə çevrilib. “Nəticədə çoxları orduya çağırışdan yayınmağı və çağırış yaşına çatdıqdan sonra cərimə ödəməklə məsuliyyətdən qaçmağı üstün tutur”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, hüquqların bərabərliyini təsbit edən konstitusion prinsip nöqteyi-nəzərincə, qanun Ermənistanda yaşayan və öz konstitusion borcunu yerinə yetirənlərə münasibətdə ədalətli deyil: “Bundan əlavə, son illər çağırış prosesini yaxşılaşdırmağa yönəlik addımlara baxmayaraq, ordudan yayınanların sayı azalmır”.

Tonoyan ardınca deyib ki, söhbət ordudan yayınan təxminən 3 min nəfərdən gedir, hansıların ki, 2 min nəfərinin artıq 27 yaşı tamam olub.

Erməni mediası onu da yazıb ki, 2017-ci ilin dekabrında qanuna analoji düzəlişlər eləməklə ölkənin əvvəlki rəhbərliyi bəyan eləmişdi ki, bu, axırıncı dəfə olacaq və ordudan yayınanlar bir də belə şansa malik olmayacaqlar. Ancaq yeni hökumət belə bir düzəlişi qəbul edərək, 2018-ci il 31 dekabra kimi 27 yaşı olanların təzədən vətənə qayıtmasına imkan yaratdı.

*****

erməni ordusu fərarilər ile ilgili görsel sonucu

Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, ağlı başında olan erməni gənci orduda, xüsusən də işğal altındakı Dağlıq Qarabağda, digər Azərbaycan torpaqlarında hərbi xidmət keçmək istəmir. Çünki erməni ordusu da cəmiyyətin bir hissəsi kimi ağır maddi problemlər içindədir, büdcənin kasadlığı üzündən əsgərlərin maddi-texniki təchizatı aşağı səviyyədədir, hərbi xidmətdə nizamnamədən kənar hallar, xüsusən də gənc əsgərlərə, çağırışçılara qarşı “dedovşina” halları, intiharlar adi hal alıb. Əsgərlər həmçinin döyülür, ölüdürülür, bu zaman günahkarları məsuliyyətə cəlb eləmək də bir qayda olaraq, mümkün olmur. Ona görə ki, döyən zabitlərin “krişnası” adətən güclü olur.

Bunu görən erməni valideynlər də öz övladlarını müxtəlif yollarla ölkədən çıxarırlar. Çünki onu da yaxşı bilirlər ki, erməni rəsmilərinin boş-boş danışıqlarına rəğmən, müharibə hələ bitməyib. Bu isə o deməkdir ki, hökumət Azərbaycanla silahla yarışında az-çox ayaqlaşmaq üçün əhalinin boğazından kəsib işğalçı orduya ayırmalıdır (Arayış üçün: gələn il üçün kasıb Ermənistanın dövlət büdcəsinin 25%-i hərbi xərclərə yönələcək ki, bu da 625 milyon dollar edir).

Ayrılan pullar isə çox vaxt zabit heyəti və generalitet səviyyəsində mənimsənilir. Çünki hamı normal yaşamaq istəyir. Yeri gəlmişkən, belə mənimsəmələrə görə hazırda neçə-neçə yüksək çinli zabit, hətta general həbsdədir…

*****

Beləcə, getdikcə işğalçı ordunu, onun şəxsi heyətini həm maddi cəhətcə saxlamaq, həm də orduya çağırışçı tapmaq çətinləşir. Hərbi xidmətdən yayıyanlardan yığılacaq məbləğlə isə bu problemi çözmək mümkün deyil. Ona görə ki, bu – səbəbdir, nəticə isə İrəvanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti, ağır blokada rejimi, iş yerlərinin azlığı, iqtisadi-sosial böhrandır.

erməni ordusu fərarilər ile ilgili görsel sonucu

Bir sözlə, işğalçı ordunu saxlamaq hökumət üçün getdikcə böyük yükə çevrilir. Paşinyan hökuməti artıq dilemma qarşısındadır. Təsadüfi deyil ki, neçə vaxtdır hökumət qadınların orduya cəlb olunması üçün onlara cəlbedici və stimullaşdırıcı təkliflər verir.

Ancaq nə qadınları şirnikləndirməklə, nə də erməni gəncləri zorla silahlı qüvvələrə çağırmağa ehtiyac qalmaya da bilər, əgər Paşinyan iqtidarı sələflərindən fərqli olaraq, nəhayət, üzünü acı gerçəyə tutsa, erməni xalqı ilə səmimi və açıq danışsa, proseslərin, indiki vəziyyətin onu hansı fəlakətə doğru apardığını ona anlatsa. Anladacaqmı?

Vaxt gedir. Həm də ermənilərin, işğalçı ölkənin ziyanına olaraq…  


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.01.2020, 17:08

Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək

• 21.01.2020, 17:06

Prezident Davosda: Qarabağla bağlı müzakirə… – Şərh

• 21.01.2020, 15:59

Qarabağa turist axını sürətlə artır: Qorxunc statistika…

• 21.01.2020, 14:47

“Qarabağ” Azərbaycanın ən yaxşısı oldu – “Neftçi” irəlilədi

• 21.01.2020, 13:48

Azərbaycanda naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşdi

• 21.01.2020, 13:15

Separatçılar bizə növbəti dəfə yumruq göstərdi -31 mart – Soyqırım günü “seçki” keçirəcəklər…

• 21.01.2020, 12:18

Ermənistanda şok: Nikol bakılılara baş əydi… – Foto

• 21.01.2020, 12:16

Ermənilər Laçında 100 yeni ev tikir – Süni məskunlaşdırma

• 21.01.2020, 12:15

Prezident Davosda “Rossiya 1” telekanalına müsahibə verdi

• 21.01.2020, 10:21

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 22 dəfə pozub

• 21.01.2020, 10:16

Konqres üzvü: ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır

• 20.01.2020, 12:38

20 Yanvarın qisası o oldu ki…- SSRİ dağıldı, kompartiya süqut etdi, qatillər tək-tək bədbəxt oldular

• 20.01.2020, 12:33

ABŞ erməni terrorçunu azadlığa buraxır – Türkiyədən sərt etiraz

• 20.01.2020, 12:30

Qorbaçov Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

• 20.01.2020, 12:24

Ermənistan “Bakı qətliamı”na görə kompensasiya tələb edir: Azərbaycan və Türkiyə eyni yalanla üz-üzə…

• 20.01.2020, 12:22

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

• 20.01.2020, 12:19

“Arqumenti i Nedeli” 20 yanvar hadisələri və Rusiya KİV-lərinin erməni təbliğatına dəstək verməsi haqda

• 20.01.2020, 12:18

20 Yanvar faciəsi ABŞ Konqresində yad olundu

• 20.01.2020, 12:15

Məcburi köçkünlərin yaşadığı binada YANĞIN

• 20.01.2020, 12:14

“20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub” – Mehriban Əliyeva

• 20.01.2020, 12:11

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

• 17.01.2020, 17:44

Rusiyanın yeni Baş nazirinin anası Ermənistanın Meqradzor kəndindəndir

• 17.01.2020, 17:40

Erməniləri Qarabağda gücləndirən Sara kimdi

• 17.01.2020, 17:34

Güllə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun ağzından dəyib

• 17.01.2020, 13:55

Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031