“Rusiya Paşinyan hakimiyyətinə alternativ siyasi partiya yaratdı”

Ətraflı

“Müharibə qaçılmazdır və biz buna hazır olmalıyıq”

Ətraflı

Xaçaturov Aprel savaşında nəyə razılaşıb? – İrəvan araşdırır

Ətraflı

Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram”

Ətraflı

Azərbaycana, talış xalqına xilaf çıxan dönüklər – şərəfini erməni puluna satanlar

Ermənilərə işlədiyi üçün gec də olsa peşmançılıq keçirmiş Vətən xaini Fəxrəddin Abbaszadənin Bakıdakı cinayət işindəki materialların mürəkkəbi qurumamış, onun Ermənistan xüsusi xidmət orqanlarına agent kimi təklif etdiyi Zabil Məhərrəmov erməni ağalarının qulluğunda durmaq üçün dekabr ayında yenidən İrəvana yollanıb .

Xəbər verildiyi kimi, bu dəfə o, həmçinin şəkildə gördüyünüz digər dönüklər – İsmayil Şabanov, Zəhləməddin İbrahimov, Elşən Həsənov və Rüstəm Ağayev (sonuncu Facebook sosial şəbəkəsində özünü nədənsə Rüstəm Əhədov kimi qələmə verir) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) onlar üçün İrəvanda xüsusi təşkil etdiyi “elmi konfrans”a yollanıblar. O da məlum olub ki, Moskvadan İrəvana bütün yol xərclərini, eləcə də onların Ermənistanda qalma xərclərini, habelə Zabil Məhərrəmova, İsmayıl Şabanova pul mükafatlarını da MTX ödəyib. Yerevanda onları qarşılamış və “elmi konfransın” təşkilatçısı kimi ictimaiyyətə tanıdılmış Yerevan Dövlət Universitetinin kafedra müdiri Vardan Voskanyan isə MTX-nin agenti və bu xidmətin keçmiş direktoru Artur Vanetsyanın yaxın adamıdır.

Beləcə, erməni kəşfiyyatının “Ozodə Tolışston Vindəsədo” televiziyası layihəsinin əsl təşəbbüskarının kim olması barədə Fəxrəddin Abbaszadənin istintaqa verdiyi açıqlama bir daha öz təsdiqini tapmış oldu. Bundan sonra kimsə bu Vətən xainlərinə qarşı Azərbaycanın atdığı addımların guya siyasi və ya milli zəmində olmasını iddia edə bilməz. Vətənə xəyanətin buynuzu olmur ki?

Qayıdaq mətləbə. Ermənistan mediası xəbər verib ki, dekabrın 6-7-si tarixində İrəvanda erməni şərqşünas alimlərinin iştirakı ilə Qafqaz tarixi barədə bir toplantı keçirilib və orada “Azərbaycanın bölünməsinin zəruriliyi” barədə danışılıb. Moskvada məskunlaşmış İsmayıl Şabanov öz aləmində iştirakçıları talış xalqı adından salamlayıb, ermənilərin ünvanına isti sözlər səsləndirib, onların Azərbaycanı bir neçə millət arasında bölməklə, Qarabağı işğal etmək niyyətlərini dəstəklədiyini söyləyib.

Lənət şeytana, yəni bu zat bir növ, ermənidən çox erməni olmaq istəyib, ermənilik edib, Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan talışları faktiki, təhqir edib – özü də kimlərin qarşısında və harada? İşğalçı bir ölkənin paytaxtında, Xocalı soyqırımına imza atan və bunu israrla danan bir millətin önündə! Hansı erməni işğalına qarşı ki, talış xalqı da minlərlə şəhid verib. Cənub bölgəmizdə elə bir rayon, hətta kənd yoxdur ki, orada Qarabağ şəhidi, “Şəhidlər Xiyabanı” olmasın.

İndinin özündə təmas xəttində yüzlərlə talış vətəndaşımız hərbi xidmətdədir, ümumi vətənimiz Azərbaycanın keşiyində işğalçı qüvvələrlə üzbəüz dayanaraq keşik çəkir, səngərlərdə, yaxud başqa sərhəd bölgələrimizdədir. Amma siz bircə erməninin talış xalqı naminə öz millətini aşağıladığını, talışların yolunda öldüyünü və ya ölməyə hazır olduğunu, səngərdə durduğunu eşitmisinizmi?

zabil mədoj ile ilgili görsel sonucu

Yoxdur belə şey. Ola da bilməz. Ən azı ona görə ki, nasist ideologiyasına rəğbəti olan bir toplum olaraq ermənilər özlərindən başqa heç bir milləti sevməzlər. Yalnız iki sübut: 1. Ermənistan müstəqillik qazanan kimi bütün başqa millətləri, özəlliklə də köklü azərbaycanlıları qovaraq monoetnik ölkəyə çevrilib. 2. İrəvanın mərkəzində faşist əlaltısı Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb. 

Əlbəttə ki, yalnız Zabil Məhərrəmov, İsmayıl Şabanov kimi kökü naməlumlar, yediyi qaba və talış xalqının verdiyi şəhidlərin ruhuna tüpürən zatı qırıqlar belə şərəfsizliyə qol qoya bilərdilər. Təbii ki, belələrinin milliyyəti olmaz. Necə ki, cinayətkarın, terrorçunun milliyyəti olmur. Sözsüz ki, bu satqınlığa, Vətənə, talış xalqına xəyanətə görə onlar gec-tez ədalət məhkəməsi qarşısında dayanmalı olacaqlar. Vətən xaini Fəxrəddin Abbaszadə kimi.

Öz xalqını 5 qəpiyə satan bu agent-zatlar gərək onu da qulaqlarında sırğa eləsinlər ki, soyqırım, terror aktları kimi, belə cinayətlərin də törədilmə müddəti olmur. Yəni 50 il sonra yaxalansalar belə, onlar Azərbaycan xalqına cavab verməli olacaqlar. 

Hələliksə onların gerçək xislətini açan başqa faktlarla tanış olaq.

Rusiyadakı həmvətənlərimizdən və hətta İsmayıl Şabanovun bir qohumundan redaksiyamıza daxil olan məlumatda onun artıq neçə müddətdir ermənilər tərəfindən gizli maliyyələşdiyi qeyd olunur. Bildirilir ki, erməni kəşfiyyatı ona Azərbaycanda separatizmin qızışdırılmasını tapşırıb, o da bu tapşırığı canla-başla yerinə yetirir. Qazandığı pulların bir qismini isə Rusiyada içkiyə və əxlaqsızlığa xərcləyərək, bir növ, eyş-işrətdə özünə təsəlli axtarır. Qeyd edilir ki, məhz buna görə Şabanova əvvəllər haradasa hörməti olmuş Rusiya, Belarus və Avropadakı bəzi talış mühacirlər ondan üz döndərib. Onun və Zabil Məhərrəmovun fəaliyyətini hətta Ələkrəm Hümmətov da qınayır. Şabanovun doğma qardaşı isə vəfatından öncə onunla möhkəm dalaşıb (Buna rəğmən, İsmayıl Şabanov qardaşına məxsus mülkləri öz adına rəsmiləşdirərək, qardaşı övladlarını evsiz qoyub).

Bundan əlavə, İrəvandakı tədbirin formal təşkilatçısı Vardan Voskanyan da MTX-nin Şabanova verilən tapşırığı təsdiqləyərək, erməni mətbuatına öz dilində verdiyi müsahibələrdə ermənilərin guya intellektual cəhətdən üstün olduğu üçün Azərbaycanda yaşayan köklü xalqların ermənilərin himayəsinə ehtiyac duyduğunu və o səbəbə ölkəmizin parçalanmalı olduğunu dəfələrlə bəyan edib. Adama sual verərlər, intellektual millət də terroru (ASALA və s.), soyqrımı, işğalçılığı, etnik təmizləməni əsas mübarizə vasitələri kimi seçərmi?

MTX agenti Voskanyan bəlkə də Şabanovdan üstün ola bilər – hər halda o, öz millətini aşağılamır, böyüdür. Erməni xəstəliyi yəni. Amma Voskanyanın ümumən talışlar haqda belə başından yekə danışması, talış xalqı yerinə hökm çıxarması artıq heç bir əndazəyə sığmır və yenə xroniki erməni xəstəliyinin bariz simptomu kimi üzə çıxır – hansı xəstəlik ki, yeri gəlmişkən, ən çox elə erməni xalqının özünə bəlalar gətirib və gətirməkdədir. Bu, o qədər bəsit gerçəklikdir ki, onu özlərindən razı ermənilərdən savayı hamı görür. 

E.Həsənov, R.Ağayev, İ.Şabanov, Z.Məhərrəmov və Z.İbrahimov, 6 dekabr 2019-cu il, İrəvandakı “Congress” mehmanxanası.

Məsələn, Zülfüqar Əhmədzadə kimi Azərbaycanda yaşayan talış ziyalılar bütün erməni akademiklərini dənizə susuz aparıb susuz gətirər. Əslində günah Voskanyanda da deyil – son zamanlar İsmayıl Şabanovun ailəsində maddi problemlər çoxalıb və o səbəbə İrəvanın istənilən təxribatçı və absurd əmrini icra etməklə öz rifahını yüksəltmək niyyətinə düşüb. Bu işdə isə ona digər mənəviyyatsız və soysuz zat – Zabil Məhərrəmov köməklik göstərib.

Ancaq belə görünür, İrəvanda olmaqdan özünü ən çox xoşbəxt sayan Zabil Məhərrəmovdur. Diqqət edin, onun həyasız sifəti heç Moskvada olmadığı qədər gülür. Özündən xeyli məmnundur. Məlumatlara görə, Zabil Məhərrəmov ermənilərlə şəkillər çəkdirib, erməni xanımlara kompliment söyləyib. Belə baxanda məntiqlidir: axı onu dünyada adam yerinə qoyacaq başqa məkan qalmayıb. Doğulduğu Masallının Mahmudavar kəndinə – Qarabağda şəhid vermiş kəndə yolu da çoxdan bağlanıb. Kənd camaatı onu əyyaş, müftəxor, tüfeyli həyat tərzi keçirən, spirtli içki aludəçisi kimi tanıyaraq ondan üz döndərib. Onu da bildirək ki, Zabil Məhərrəmov 2014-cu ildə Azərbaycanda olduğu dövrdə ailəsində baş vermiş qeyri-adi hadisə (bu barədə yazacağıq) nəticəsində ölkəni birdəfəlik tərk etmək məcburiyyətində qalıb.

zabil mədoj ile ilgili görsel sonucu

Hazırda Bakıda məhkəməsi yaxınlaşan Vətən xaini Fəxrəddin Abbaszadə isə etiraf edib ki, Zabil Məhərrəmovu erməni kəşfiyyatına şəxsən o, özü təklif edib. Abbaszadə Azərbaycana deportasiya edildikdən sonra, Məhərrəmov başqa bir erməni casusu İsmayıl Şabanovla dostluq etməyə başlayıb və birlikdə ermənilərin tapşırıqlarını yerinə yetirirlər. İrəvandakı son toplantıdakı çıxışında isə Zabil öz soyuna xilaf çıxaraq, ağaları ermənilərin guya Qafqazın köklü xalq olması cəfəngiyyatını dilə gətirib. Halbuki, Qafqazda az qala, uşaq da bilir ki, bölgədə yalnız bir gəlmə xalq var – o da elə ermənilərdir. Ermənilər hətta köçürülmənin 150 illiyi ilə bağlı 1978-ci ildə Dağlıq Qarabağın Marağa kəndində abidə də ucaltmışdılar. Təbii ki, münaqişə başlayanda onu uçurdular. Lakin şəkilləri  arxivdə durur.

O da faktdır ki, məhz I Pyotrun vəsiyyəti ilə Güney Qafqaza, özəlliklə də Azərbaycana köçürülən ermənilər özlərinə yer etdikdən sonra başqa xalqlara qarşı əsassız ərazi iddiaları irəli sürməyə, fitnə-fəsad və qırğınlar törətməyə başlayıblar. Məgər bu Vətən xainləri onu da bilmirlər ki, İrəvan sırf türk adı olub, Ermənistan isə əzəli Azərbaycan əraziləri olan İrəvan xanlığının yerində peyda olub?!     

Amma Zabil kimiləri başqa şey maraqlandırır. O, hətta özünü Şabanovdan da fəal agent, satqın kimi göstərmək istəyir ki, ermənilərdən daha çox pul qoparsın, çünki gələn məlumatlara əsasən, ermənilərin ayırdığı maliyyədən Şabanov onun payını dəfələrlə kəsib. Mənfur erməni də elə bilir ki, talış xalqının gözündə it qıxı qədər hörməti olmayan bu şərəfsizlərin əli ilə Azərbaycanda milli nifaq sala biləcək, ikinci “Talış-Muğan Respublikası” yaradacaqlar. Daha xəbərləri yoxdur ki, Azərbaycanda əsrlərlə birgə yaşayan millətlər o qədər bir-birinə qaynayıb-qarışıb ki, artıq ət-dırnaq kimidir, adət-ənənələri, xeyir-şərləri belə eynidir…   

Zabil Məhərrəmovun Azərbaycan xalqına qarşı etdiyi alçaqlıqları çoxdur. Amma Azərbaycan ordusu Qarabağda uğurlu hərbi əməliyyat apararaq, işğalçı ordunun “məğlubedilməzlik” mifini darmadağın etdiyi günlərdə – 2016-cı il aprelin 4-də onun Ermənistan ordusunun sıravisinin hərbi paltarında efirə çıxıb mərd talışları Vətənə xəyanətə çağırması, Qarabağı “Artsax” adlandırması və digər sayıqlamaları Vətən uğrunda şəhid olan minlərlə talışa, onlarına ailələrinə, eləcə də canından keçməyə hazır olan minlərlə soydaşımıza həqarətdir və heç vaxt unudulmayacaq.

Bu da azmış kimi o, çıxışdan sonra Dağlıq Qarabağ ərazisindəki işğalçı ordunun əsgərləri ilə görüşüb və ermənilərin şəninə təriflər söyləyib. Artıq bəllidir ki, bu alçaqlığa görə o, Ermənistan kəşfiyyatından 150 min dram mükafat alıb ki, həmin ərəfədə bu, cəmi 400 dollara yaxın edirdi. Yəqin ki, İrəvana son səfəri zamanı da Zabil Məhərrəmov heç olmasa, 100 min dram “tula payı”almış olar.

Veten Xainleri (2).jpg (169 KB)

“Ozodə Tolışston Vindəsədo” televiziyasının nümayəndə heyəti, Voskanyan və digər erməni iştirakçılar, 7 dekabr 2019, Irəvan

Lakin şərəfsizliyin son həddində qazandığı bu pullar heç vaxt ona xeyir-bərəkət gətirməz. Olan-qalan vicdanını erməninin çirkli puluna satan bu zat son vaxtlar Moskvada qeyri-rəsmi nikahda yaşadığı və ofisiant işləyərək alnı açıq pul qazanan həmyerlisi qədər də olmadı.

Toplantının digər “fəxri qonağı” Zəhləməddin İbrahimova  gəlincə, o, çörəyini yeyib suyunu içdiyi Lənkəran rayonunda xain, ikiüzlü, pula həris, dələduzluq yolu ilə maddi qazanc əldə edən, daim qonşularla münaqişə yaradan biri kimi tanınır. Bütün ailə üzvləri artıq ondan üz döndərib və Azərbaycanda yaşayırlar. İbrahimov özü isə Rusiyada kasıbçılıq içində, miskin həyatını sürür, borcun içində batır və hər gün Fəxrəddin Abbaszadə kimi ölkədən qovularaq Azərbaycana veriləcəyindən təlaş keçirir. İndi belə bir adamın Ermənistanın nəzarəti altında fəaliyyət göstərən “Talışıstanın səsi” radiosunda aparıcılıq etməsi, İrəvandakı konfrans zamanı Azərbaycana qarşı həqarətlər yağdırması şübhəsiz ki, yalnız 5-3 qəpik əldə etmək naminədir.

Zabil Məhərrəmovun 2016-cı ilin aprel ayının 4-də Youtube kanalı vasitəsilə yayımladığı verilişin şəkli

İrəvanda macəra axtaran Elşən Həsənov və Rüstəm Ağayev isə deyəsən hələ də hansı uçuruma doğru getdiklərini anlamırlar. Zabil Məhərrəmov erməni kəşfiyyatının tapşırığı əsasında onlara yeni agentlər tapmaqda kömək edir. Elşən Həsənov kimilərin işğalçı ölkənin paytaxtına getməsi də məhz bu sifarişli işin tərkib hissəsidir. Nəticə odur ki, başabəla “ustadı”nın təkidi ilə toplantı zamanı etdiyi çıxışda Elşən Həsənov ermənilərə aşiq olduğunu bəyan edib. Hətta miskincəsinə ermənilərin talış xalqına kömək etmələri üçün yalvarıb. Ancaq çıxışının bu hissəsi erməniləri feyzyaba etsə də, Qafqazda yaşayan azərbaycanlılarla ermənilərin barışacağı barədə danışmağa başlayan kimi, toplantının erməni aparıcısı onun sözünü kəsib və yerinə otuzdurub.

Bəlkə də bu sadəlövh Elşən Həsənov və daxilən iztirablar keçirdiyi deyilən Rüstəm Ağayev üçün hələ geri dönmək, şərin yarısından qayıtmaq gec deyil. Hərçənd toplantıda iştirak edən də, onu mətbuatdan izləyən də anlamamış deyil ki, ermənilərin yeganə amalı Azərbaycana qarşı mərdimazarlıq etmək, bu məkrli planda isə üzdəniraqlardan alət kimi istifadə etməkdir. Fəqət, qürurlu talış xalqına etnik mənsubiyyətdən başqa heç bir aidiyyəti olmayan bu varlıqlar üçün heç olmasa, Fəxrəddin Abbaszadənin acı aqibəti və miskin sonluğu görk olmalıdır…

Musavat.com

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 30.05.2020, 19:33

“Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” – Paşinyan

• 30.05.2020, 19:25

Gürcüstan DTX: “Gürcülərlə azərbaycanlılar arasında milli zəmində münaqişə yaratmaq istəyirlər”

• 30.05.2020, 18:52

“Rusiya Paşinyan hakimiyyətinə alternativ siyasi partiya yaratdı”

• 30.05.2020, 18:43

Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı – 3 nəfər öldü

• 30.05.2020, 15:33

Azay Quliyev: “Şuşadakı təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”

• 30.05.2020, 12:58

Zakir Həsənov müşavirə keçirdi: “Düşmən anlamalıdır ki…”

• 30.05.2020, 12:54

“Müharibə qaçılmazdır və biz buna hazır olmalıyıq”

• 30.05.2020, 12:41

İlham Əliyevin Qarabağ əminliyi və Paşinyana vurulan “avroşillə”

• 30.05.2020, 12:36

Erməni qızı bütün dünyanı necə aldadıb?

• 30.05.2020, 12:33

Ermənistanda koronavirusa yoluxanların sayı 8927-yə çatıb

• 30.05.2020, 10:58

“Ermənilər məni iki dəfə öldürmək istəyiblər” – Qarabağ həqiqətlərini yayan afrikalı “İbo kardeş”

• 30.05.2020, 10:54

Erməni işğalçıları cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub

• 29.05.2020, 19:30

Düşmən hələ 100 il öncə Qarabağın işğalına qəpik-qəpik pul yığıb: Tarixi sənəd!

• 29.05.2020, 19:24

Azərbaycan hakerləri Qarabağda bizneslə məşğul olan düşmən saytlarını dağıtdı…

• 29.05.2020, 18:52

Azərbaycanda 230 yeni koronavirus yoluxma faktı qeydə alınıb – 2 nəfər vəfat edib

• 29.05.2020, 17:52

Qüvvədə qalan qadağaların tam SİYAHISI

• 29.05.2020, 17:31

Ölkədə bir çox karantin qadağaları ləğv olundu

• 29.05.2020, 14:42

Mübariz İbrahimovun ev muzeyi hazırdır – Foto

• 29.05.2020, 14:40

Xaçaturov Aprel savaşında nəyə razılaşıb? – İrəvan araşdırır

• 29.05.2020, 14:32

Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu

• 28.05.2020, 21:52

“Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” – Prezident

• 28.05.2020, 17:43

İmamoğludan Azərbaycana TƏBRİK: “Ürəklərimiz hər zaman birlikdə atacaq”

• 28.05.2020, 17:41

Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram”

• 28.05.2020, 17:38

Polad Bülbüloğlu: “Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik”

• 28.05.2020, 14:10

İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031