Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

Ətraflı

İsrail mətbautı yazdı – Azərbaycan ordusunun bu silahı…

Ətraflı

Paşinyan: “Ermənistanda vəziyyət fəlakət həddindədir”

Ətraflı

Tezliklə III Dünya savaşı başlayacaq – Klimkin

Ətraflı

Prezident İlham Əliyev: Bizim əsas vəzifəmiz vəsaiti qorumaq və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır

Bakı. Trend:

Bizim əsas vəzifəmiz vəsaiti qorumaq və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə – Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Bu gün Azərbaycan Dövlət Neft Fondu ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir qurumdur. Eyni zamanda, Fondumuzun beynəlxalq imici də çox müsbətdir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Fond BMT-nin mükafatı ilə təltif edilmişdir. Onu da bildirməliyəm ki, mənim təşəbbüsümlə Azərbaycan o vaxt Böyük Britaniyanın Baş Naziri tərəfindən irəli sürülmüş təşəbbüsə qoşuldu. Təşəbbüsün adı Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü idi. Azərbaycan bu təşəbbüsə qoşulan və onun bütün meyarlarını təmin edən ilk ölkələrdən idi. Uzun illər biz bu təşkilat çərçivəsində fəaliyyət göstərmişdik. Ancaq görəndə ki, artıq bu təşkilat öz mahiyyətini itirir, burada siyasiləşmə prosesi gedir və Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşma tətbiq olunur, biz məsələ qaldırdıq ki, əgər buna son qoyulmasa, Azərbaycan bu təşkilatdan çıxacaqdır. O vaxt mən bunu bildirəndə, sözün düzü, təşkilatın rəhbərliyi buna o qədər də inanmadı. Yadımdadır, o vaxt mənim təşkilatın rəhbər işçiləri ilə görüşüm keçirilmişdir və mən açıq dedim ki, mənim sözümlə əməlim arasında fərq yoxdur. Əgər deyirəmsə, biz buradan çıxacağıq və belə də oldu. O qərarı biz qəbul etdik, o, asan qərar deyildi. Çünki biz bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri kimi, bu təşkilatın formalaşmasında da önəmli rol oynamışdıq. Ancaq həyat göstərdi ki, nə qədər düzgün addım atıldı. Bizdən bir qədər sonra Amerika Birləşmiş Ştatları da bu təşəbbüsdən çıxdı və beləliklə, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü adlandırılan qurum tamamilə nüfuzdan düşdü və bu gün onun adı heç yerdə çəkilmir. Bu təşkilatda üzvlüyümüz, əslində, bizim niyyətimizə o qədər də böyük təsir etmədi. Çünki şəffaflıq bizim şüurlu seçimimizdir və bu gün Dövlət Neft Fondu dünyadakı suveren fondlar arasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biridir. Mən yaxşı bilirəm ki, buna oxşar bəzi fondlar son vaxtlar böyük itkilərə məruz qalmışdır, çünki onlar çox riskli siyasət aparırdılar, daha çox pul qazanmaq əzmində idilər. Bizim isə yanaşmamız, – mən bunu həmişə demişdim, – konservativ olmalıdır, mühafizəkar olmalıdır. Bizim əsas vəzifəmiz vəsaiti qorumaqdır və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır. Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir. Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, Fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni, biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində biz vəsait itirmədik və Fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də Fondun vəsaiti azalmadı. Mən imkan vermədim. Biz xərcləri azaltdıq, böyük qənaət tədbirlərinə yol açdıq, strateji valyuta ehtiyatlarımızı qoruduq və onları artırdıq. Deyə bilərəm ki, bu, çox nadir hallarda baş verən hadisədir. Çünki o dövrdə, neftin qiymətinin kəskin – 4 dəfə düşməsi dövründə bütün suveren fondlar böyük pullar itirdi. Milyardlarla, on milyardlarla dollar itirildi. Biz isə itirmədik, ona görə ki, çox düşünülmüş siyasət aparırıq".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 04.06.2020, 20:31

DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI

• 04.06.2020, 20:28

Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT

• 04.06.2020, 17:11

Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxdu – 2 nəfər öldü

• 04.06.2020, 15:40

Atatürkün arzusunu yerinə yetirdiyi şuşalı qız… – Maraqlı tarixçə

• 04.06.2020, 15:28

“Paşinyan istefa verməlidir, yoxsa fəlakət olacaq…”

• 04.06.2020, 14:55

Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU

• 04.06.2020, 13:42

İsrail mətbautı yazdı – Azərbaycan ordusunun bu silahı…

• 04.06.2020, 13:01

Prezident elan etdi: Hədəf təkcə Qarabağ deyil…

• 04.06.2020, 12:45

Avropadan Ermənistana hava zərbəsi – Azərbaycanla dil tapmayınca…

• 04.06.2020, 12:08

Ermənistanın Baş Qərargah rəisi Lələtəpə istiqamətinə gəldi – FOTOLAR

• 04.06.2020, 12:06

Ermənistanda koronavirus rekord vurdu – 697 yoluxma, 15 ölüm

• 04.06.2020, 12:01

Generallar Ermənistanla sərhədə getdilər

• 04.06.2020, 9:47

Ermənistan atəşkəsi 22 dəfə pozub

• 03.06.2020, 16:51

Prezident ön xəttdəki hərbi hissəyə getdi

• 03.06.2020, 16:19

Nikol koronaya yoluxmayıb, sahibindən əmr alıb… – Asryan

• 03.06.2020, 15:43

Paşinyan: “Ermənistanda vəziyyət fəlakət həddindədir”

• 03.06.2020, 15:41

Düşmən ölkə iyuldan 7,62 mm kalibrli “AK-103” avtomatlarının istehsalına başlayacaq…

• 03.06.2020, 15:35

Ermənistanda etiraz: Maşını devirdilər – Video

• 03.06.2020, 14:10

Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

• 03.06.2020, 12:25

Tezliklə III Dünya savaşı başlayacaq – Klimkin

• 03.06.2020, 12:21

Ermənistan COVİD-19-a təslim oldu: ölü sayı 170-ə çatdı

• 03.06.2020, 12:19

Ermənistanın heç bir aviaşirkəti Avropa Birliyinə uça bilməyəcək

• 03.06.2020, 12:17

57 Qarabağ ermənisi koronavirusa YOLUXUB

• 03.06.2020, 11:35

Azər Badamov: Azərbaycan qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələr sırasına daxil olub

• 03.06.2020, 9:52

Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozdu

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 123
45678910
11121314151617
18192021222324
252627282930