Erməni ordusundan fərarilər artır – ilginc rəqəmlər, acı etiraflar

Ətraflı

Köçəryan: “Paşinyanın Qarabağla bağlı heç bir planı yoxdur”

Ətraflı

Nikol Petrosyanın təklifinə qayıdır: rayonlar qaytarılır… – Zurabyan

Ətraflı

“Azərbaycanın “qara siyahısı”nda olmağı özümə şərəf bilirəm…”

Ətraflı

“Erməniyə heç vaxt arxanızı çevirməyin…”

Avropa İttifaqının müdaxiləsi olmasa, Fransa hər an gözlənilməz qorxulu addım ata bilər. Çünki keçmişdə qəribə qərarlar vermiş ölkədir.

Bu sözləri Publika.az-a müsahibəsində Fransadakı türk diasporunun rəhbəri Engin Akgürbüz deyib.

Fransanın ilk fransızdilli türk media qurumunun yaradıcısı Engin bəylə özəl müsahibəni təqdim edirik:

– Engin bəy, hər iki qardaş ölkənin Avropada təqdimatı yolunda gördüyünüz işləri təqdir edirəm…

– 40 ildir Fransada yaşayıram. 1980-ci ildə köçmüşəm. Ömrümün böyük hissəsi Fransada keçib. İllərdir ki, öz biznesimi qurmuşam. Frasanın ilk fransızdilli türk xəbər saytını yaratmaq sırf mənəvi ehtiyacdan doğdu. Əsl sənətim jurnalistika deyil. Hiss edirdim ki, türk xəbərləri qıtlığı var. Səsimizi fransızdilli kütləyə çatdıra bilmirik və saytımız fəaliyyətə başladı. Xəbərlərimiz arasında mütləq şəkildə Azərbaycan haqqında da yeniliklər yayımlanır. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə sıx əməkdaşlıq edirik. Azərbaycan bizim canımızdır. Qarabağ öz torpağımızdır. Erməni diasporunun çox güclü olduğu Fransa kimi ölkədə əsas məqsədlərimizdən biri də Azərbaycanı tanıtmaq, sevdirməkdir. Özü də biz ermənilərdən fərqli olaraq həqiqi xəbərlər veririk.

– Maliyyə dəstəyiniz var?

– Nə Türkiyədən, nə də Azərbaycandan maliyyələşirik. Fəaliyyətimiz azaddır. Odur ki, sözümüzü də qorxusuz, rahat çatdıra bilirik. Oxucu kütləmiz çox genişdir. Bu da məni sevindirir.

– Dediniz qorxumuz yoxdur…

– Çünki haqlıyıq.

– Amma haqlı olanı daha çox vurmaq istəyirlər.

– Kommunizm rejimi gələndə Azərbaycanı çox vurdular. Lakin haqlı olduğu üçün sonda qalib gəldi. Bu münaqişədə də Azərbaycan haqlıdır. Problem ondadır ki, bizimlə üz-üzə gəlməkdən qorxurlar. Qarabağla bağlı tədbirlərini ifşa etdiyi üçün Parisin mərkəzində ermənilər tərəfindən döyülən soydaşlarımız var. Bu, bizim haqlı olduğunu göstərir axı… Hətta etiraz səsimizi ucaltmağımıza da əsəbiləşirlər. Deyirlər ki, Fransa erməni soyqırımını qəbul edib, amma bu soyqırımı kim törədib cavab verə bilmirlər. Necə olur ki, erməni soyqırımından danışanda bütün türklər qatilə çevrilir. Mən onların özlərinə də deyirəm ki, 1962-ci ildə doğulmuşam. Sizin dünyaya yaymağa çalışdığınız soyqırımı baş verəndə hələ anadan olmamışdım. Nəinki mən, heç valideynlərim də doğulmamışdılar. Bu millətin damarında türklərə qarşı o qədər böyük nifrət var ki, hətta Türkiyədə yaşayan erməni iş adamları soyqırımı tanıdan fondun hesabına yüksək məbləğdə pul köçürürlər. Mən bunu eşidəndə şoka düşmüşdüm. Çünki bu, çox böyük düşmənlikdir. Lakin inanın mənə ən böyük zərəri də özləri görür. Elə sabah Ermənistanla sərhədləri açsaq, orada bir nəfər erməni də qalmayacaq. Erməni xalqı anlamır ki, bu dünyada nüfuzunu möhkəmləndirmək üçün Azərbaycanla dostluğa möhtacdır.

– Artıq türk xalqı da Fransada öz mövqeyini möhkəmləndirir.

– Fransa şəhərlərində bələdiyyə başçısı seçimində artıq türklər də böyük üstünlük təşkil edirlər. Bu, bizim xeyrimizə olan durumdur. Bir vaxtlar Ermənistanın prezidenti olmuş Köçəryanın da dediyi kimi, bu, nə hüquqi, nə də tarixi deyil, sırf siyasi məsələdir. Bəzən özləri mənə etiraz edirlər ki, məsələni niyə siyasiləşdirirsən. Təmkinlə cavab verirəm – məsələni mən başlamamışam. Məsələn, Marsel şəhərinin milət vəkili özu etiraf edir ki, ermənilər mənə səs verir ki, onların problemi yolunda addım atım. Ermənilər bu yollara əl atırsa, mənim onlardan nəyim əksikdir?! Tarixi vərəqləyəndə görürük ki, Türkiyə-Fransa əlaqələri tarixən erməni-fransız münasibətlərindən qat-qat sıx olub. Təbii ki, xristian həmrəyliyi də öz sözünü deyir. Baxın, türklər heç vaxt başqa bir xalqın əsarətində yaşamayıb. Hətta 70 il sovet rejimində yaşayan Azərbaycan belə özünü, dilini qoruyub. Kim nə deyir desin, Azərbaycanın da, Türkiyənin də kökü Osmanlı İmperatorluğundan gəlir. Bu imperiya 600 il boyunca bir çox xalqları, dinləri birgə yaşadıb. İstanbulda həm kilsələr, sinaqoqlar, həm də məscidlər var.

– Bu günlərdə sosial şəbəkələrdə bir video yayıldı. Fransız polis türk vətəndaşın timsalında türk xalqını alçaldan ifadələr işlədir. Sükan arxasında olan Mehmet adlı türk isə bütün təhqirləri məntiqlə susdurur.

– Bu məsələyə aydınlıq gətirmək istəyirəm.Videoda gördüyünüz Mehmet adlı oğlanın yutub kanalı var. Bütün gəliri də o kanaldandır. Videonun sonunda da gördüyünüz kimi, Fransa polisi tək başına heç bir vətəndaşı həbs edə bilməz. Ən azı iki nəfər olmalıdırlar. İkincisi isə, həmin sözlərə görə həbs etməz. Axı burada təhqir yoxdur. Bu video parodiya xarakteri daşıyırdı.

– Amma gəlin, etiraf edək ki, fransızlar irqçi millətdir.

– Özümə qarşı heç vaxt rasizm hiss etməmişəm. Bəlkə də zahiri görünüşüm ərəbdən çox fransıza bənzədiyi üçün bu halla qarşılaşmamışam. Biznes əməkdaşlarımın hamısı fransızdır.

– 40 ildir Fransada yaşayırsınız. Dilinizi, milli mənsubiyyətinizi necə qoruyub saxlaya bilmisiniz?

– Mən Fransada böyüyən ikinci nəsiləm. Ona görə Türkiyə ilə xüsusi bir bağım var. Vətənimdən qopmaq mümkün deyil. Amma övladlarım türkcə aksentlə danışırlar. Onların övladları isə türk olduqlarını biləcəklər, amma fransız təbiətli olacaqlar. Qəribədir ki, Almaniyada yaşayan beşinci nəsil türklər belə öz genlərindən qopmurlar. Hətta Türkiyədəki soydaşlarımızdan daha mühafizəkardırlar.

– Təbii ki, yaşadığın cəmiyyətə inteqrasiya etmək gözəl bacarıqdır, amma köklərini, mənsubiyyətini unudaraq deyil…

– Ermənilər heç vaxt unutmurlar. Heç ermənicə bilmirlər, amma türkə olan nifrətləri soyumur. Hətta bəzən düşünürəm ki, onları millət olaraq ayaqda tutan yeganə güc bizə olan nifrətləridir. Bu yaxınlarda tələbələrlə görüşüm keçirildi. Görüşdə 15 yaşlı erməni oğlan da vardı. Adımı öyrənən kimi mənə qarşı sərt davranmağa başladı. Dedim, oğlum bu kininin səbəbi nədir? Axı sən məni tanımırsan. Bəlkə soyqırımını qəbul edirəm?! (gülürük)

Üzünü qaldırıb mənə baxmadı belə…

– Ətrafınızda sülhpərvər ermənilər var?

– Çoxdurlar. Üzümə deyirlər, amma səmimiyyətlərinə inanmıram. İstanbulda tanış olduğum ermənilər var. Fransada dostlarım az deyil.

– Yəni erməniyə dost deyə bilirsiniz?

– Aramızda qalsın, uşaqlarıma deyirəm ki, erməniyə heç vaxt arxanızı çevirməyin. Qoyun, hər zaman gözünüzün önündə olsun. Bir dəfə İstanbulda fransız dostlarımla nahar edirdik. Erməni qız yaxınlaşdı bizə. Elə bildi ki, mən də fransızam. Türklər haqda xoş olmayan sözlər dedi. Biz heç vaxt onlarla birgə ola bilmərik, evlənmərik. Səsimi çıxarmadım. O gedəndən sonra dostlarım məndən üzr istədilər. Dedim, təəccüblənmədim. Bildiyim şeyləri yenidən xatırlatdı.

Osmanlı İmperiyası dağılanda yunan, ərəb, bolqar, roman xalqları ayrıldı. Ermənilər dedilər ki, sıra bizdədir. Lakin unutdular ki, Anadolu türkün son torpağıdır. Onu heç kimə verə bilməzdi. Versə, kökündən qopacaqdı. Birinci Dünya Müharibəsi, Osmanlının bölünməsinin də ağırlığı onların üstünə düşdü. Kürdlər əksinə türklərlə birgə idilər. Tarix boyu bizdən olublar. Mən Afyonda doğulmuşam. Məmləkətimizdəki böyüklərimiz deyərdi ki, biz çox gavur gördük, amma fransız gavuru kimi qəddarı olmadı. Halbuki, gələnlər fransız forması geyinmiş ermənilər idilər. O qədər pislik ediblər ki, uzun zaman yaddaşımızda fransızları lənətləmişik. Demək istədiyim odur ki, dövlətlərin hafizəsi olur. Vətəndaşların yaddaşından silinsə də dövlətin hafizəsinə həkk olunur. Uzun müddət Türkiyə kürdlərə qarşı anlayışlı davrandı. Lakin bir məqama qədər… Türkiyədə 600 millət vəkilinin ən azı 200-ü kürd əsillidir. Nazirlərimiz arasında kürdlər var. Kürdlərin mədəniyyətimizə təsiri böyükdür.

Fransızlar mənə tez-tez bir sual verirlər: Niyə türklər kürdləri belə incidir?

– Fransızlar paradoksal kürd simpatiyası var…

– Çünki fransızlar kürdlərlə əlcəzairlilərin taleyini bənzədirlər. Eyni şey deyil. Əlcəzair əsarət altında idi. Kürdlər heç vaxt əsarətdə olmayıblar. Osmanlı çox tolerant imperiya idi. Məsələn, Memar Sinan erməni, Barbaros yunan əsilli idi. Bilirsiniz, Türkiyə çox əhəmiyyətli ölkədir. Ərazisindən neft boruları keçir, Orta Şərqin ən güclü ölkəsidir, Avropa Birliyinə üzvlük üçün namizəddir(hələ də…) Belə bir güclü ölkə hər kəsi narahat edir. NATO toplantısında Türkiyəyə fransadan millət vəkili gəlmişdi, həmin müddətdə Makron erməni soyqırımını xalq matəmi elan etmişdi. Türkiyə Böyük Millət Məclisinin başqanı isə çıxışında bildirdi ki, sən bizi bu soyqırımında ittiham etmək yerinə öz tarixinə nəzər sal. Əsarətində olmuş, ərəblərə, afrikalılara bax. Başqanın NATO-dakı çıxışı fransız millət vəkilinin xoşuna gəlmədi. Etiraz olaraq bildirdi ki, PKK terror təşkilatı deyil. Xarici işlər nazirimizin sərt çıxışından sonra həmin xanım deputat toplantını tərk etdi. Sonra biz ona izah etdik ki, sənin dövlətin PKK-nı artıq terror təşkilatı kimi tanıyıb. Burada əks fikir səsləndirməyin, ən azı dövlət siyasətinizə ziddir. Fransa öz dili ilə deyir ki, mən kürdlərə torpaq söz vermişəm. Sən nə haqla başqa dövlətlərin ərazisindən pay verirsən?!

– Fransa sizin üçün təhlükəsiz ölkədir?

– Özbaşına hərəkət edərsə, cavab verə bilmərəm. Çünki keçmişdə çox qəribə qərarlar vermiş ölkədir. Osmanlı geri çəkiləndən sonra Əlcəzairə fransız ordusu girir. Yəni o ölkənin vətəndaşları əlcəzairli olamadan fransızlaşdılar. Hətta səs vermə zamanı 1 fransızın səsi 6 əlcəzairlinin səsinə bərabər idi. Lakin hazırda Avropa Birliyinin üzvüdür və bu təşkilatın qoyduğu qanunlara uymaq məcburiyyətindədir. Məsələn, bugün Fransada əsas müzakirə mövzularından biri polisin nümayişə çıxan şəxslərə güc tətbiq edib-etməməsidir. Çünki Avropa Birliyi qarşısında bir çox məsuliyyəti var.

– Demək bu birlik olmasa, Avropa insanının qəzəbindən qorunmaq çətinləşər.

– İmperialist ölkələrə çevrilərlər. İngiltərə, Hollandiya, Fransa hətta Almaniyanın özü də əsarətə meyilli dövlətlərdir. Bir də sosial media gücü var. Ən xırda məsələ də sosial mediada şişirdilə bilər. Tutaq ki, “Nike” şirkəti Çindəki fabriklərində uşaqları işlədir. Bir video hazırlanıb sosial şəbəkələrdə yayılır, nəticədə "Nike" brendinin satışları dayandırılır. Yəni Avropa artıq bunlara nəzarət etmək məcburiyyətindədir.

– Dinindən, dilindən, irqindən fərqli olmayaraq insanların bir-birini əzmək, məhv etmək ehtirası haradan qaynaqlanır?

– Düşünürəm ki, erməni dostunuz var.

– Xeyr. Hətta neytral zonalarda ermənilərə qarşı qəribə qorxum olur.

– İstənilən halda Qarabağ münaqişəsi də, digər qlobal problemlər də xalqların birgə anlaşmasından sonra həll olunacaq. Birgə yaşamağa məhkumuq. Din işə qarışanda ortam qarışır. Əslində din təmiz fəsləfədir. Onu öz mənfəətləri üçün istifadə edənlərin ucbatından dünya zəhərlənir. Götürək Suriyanı… Şiə sünnünün məscidini “Allahu Əkbər” deyib partladır, yaxud da əksinə. Demək kimlərinsə işinə yarayır.

– Dünyanı necə qurtaracağıq?

– Dünən Bakıda təşkil olunmuş konfransda bir yanımda imam, digər yanımda keşişlə şəkil çəkdirdim. Mən bütün dünyada bu məqamın bərqərar olacağını istəyirəm. Bunun üçün isə mədəniyyətlərimiz qardaşlaşmalıdır. Məsələn, Heydər Əliyev Fondunun Fransada təşkil etdiyi muğam konsertlərinə dəvət alıram. Fransızlar bu ifaları ayaq üstə dinləyirlər. Qarabağ adına Parisin mərkəzində gurultulu mitinq keçirsək, insanlar qaçar. Lakin mədəniyyətə, musiqiyə, incəsənətə doğru gəlirlər. Demək ki, təbliğatımızı da bu yolla aparmalıyıq. Dünyanı da mədəniyyətlərin təması xilas edəcək.

Leyla Sarabi,

Foto: Pərviz Həşimi

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 13.12.2019, 16:00

ABŞ ermənilərə görə Türkiyəyə hücuma keçərsə, Ankara İsrailin bütün bilgilərini… – ŞOK EHTİMAL

• 13.12.2019, 15:58

Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında narazılıq YARATDI

• 13.12.2019, 15:12

“Qarabağ” avrokuboklardan nə qədər qazandı? – Məbləğ

• 13.12.2019, 15:06

Paşinyan Ərdoğana qarşı HƏDDİNİ AŞDI

• 13.12.2019, 15:02

Prezident “Laçın” tankerinin istismara verilməsi mərasimində

• 13.12.2019, 15:00

Erməni ordusundan fərarilər artır – ilginc rəqəmlər, acı etiraflar

• 13.12.2019, 14:55

Azərbaycana, talış xalqına xilaf çıxan dönüklər – şərəfini erməni puluna satanlar

• 13.12.2019, 12:23

“Real”la Azər Qasımlının eyni dairə qalmaqalı: müxalif cəbhədə sular indidən bulanır

• 13.12.2019, 11:35

Müxalifət funksioneri “boykot” çağırışına görə Əli Kərimlini “ağ yuyub, qara sərdi”

• 13.12.2019, 10:24

Cəbhədə atəşkəs pozuldu – 23 dəfə

• 12.12.2019, 15:32

Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi

• 12.12.2019, 15:30

Almaniya televiziyası erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb

• 12.12.2019, 15:27

Yasin Qarayev: Heydər Əliyev Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib

• 12.12.2019, 15:25

Mübariz Qurbanlı: Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır

• 12.12.2019, 15:23

Siyavuş Novruzov: “Milli Şura” zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

• 12.12.2019, 15:21

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

• 12.12.2019, 15:12

İcma sədri: BMT qətnamələrini heçə sayan Ermənistanın bu təşkilatda şahmat günü ilə bağlı sənəd yayması gülünc deyilmi?!

• 12.12.2019, 14:15

Səfir: Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir

• 12.12.2019, 14:03

Hikmət Hacıyev: Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

• 12.12.2019, 10:43

Atəşkəs 22 dəfə pozuldu

• 12.12.2019, 10:41

İlham Əliyev ümummilli liderin məzarını ziyarət edib

• 12.12.2019, 10:39

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIM

• 12.12.2019, 10:37

Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”

• 12.12.2019, 10:35

Əbədiyyətə Azərbaycan yazan lider – anım günü – VİDEO

• 11.12.2019, 17:44

Paşinyan Qarabağla bağlı bunu etməlidir – Daşnaklar

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt   Dek »
 123
45678910
11121314151617
18192021222324
252627282930